1 ... 18 19 20 21 22 23 24 25 ... 33

III.2.4.2.CADUGƏRLİYİN NÖVLƏRİ VƏ MEXANİZMİ - Caббaр Mяммядов

səhifə22/33
tarix21.10.2017
ölçüsü3.53 Mb.

III.2.4.2.CADUGƏRLİYİN NÖVLƏRİ VƏ MEXANİZMİ


İndi isə problemin özü barədə.

«Cadugərlik» sözü özlüyündə mücərrəd bir anlayışdır. Bu ad altında onlarla, və bəlkə də yüzlərlə bir-birindən fərqlənən fenomenal hal və qabiliyyətlər nəzərdə tutulur. Bunların bir qismi təqribən aşağıdakılardır:

1

)

Tilsim;

2

)

Hipnoz;

3

)

Sensitivistlik;

4

)

Telepatiya;

5

)

Kontaktsız müalicə;

6

)

Falçılıq

(

mantika, gələcəkgörmə

)

;

7

)

Levitasiya;

8

)

Telekinez;

9

)

Teleportasiya;

10

)

Maddiləşmə-ərimə;

11

)

Spiritizm;

Və s.


Aşağıda bunların hər biri barədə müxtəsər söhbət açılır:
III.2.4.2.1.Tilsim

Hind kahinlərinin müxtəlif cadularla məşhur Sultan Mahmud Qəznəvini tilsimə saldıqları tarixdən məlumdur. Tilsimin nəticəsində düçar olduğu naməlum xəstəlikdən uzun müddət müalicə tapa bilməyən Sultan Mahmud, nəhayət, müdriklərin məsləhətinə əsasən, yalandan hər tərəfə car çəkdirir ki, guya, Sultan artıq sağalıb. Bundan sonra çaş-baş düşən kahinlər öz bütlərinə şübhə etməyə başlayırlar və qurduqları tilsimin qüvvəsinə olan inamları itir. Bununla da tilsim qırılır ki, ondan sonra sağalıb ayağa duran Sultan Mahmud maneəsiz Hindistanı zəbt edir.

Yaxud Makedoniyalı İsgəndərin də tilsim qurbanı olduğu tarixdən məlumdur. Belə ki, Hindistanı zəbt edən İsgəndər buranın kahinləri tərəfindən yaxşı qarşılanır və onlar İsgəndərin şahlığını da qəbul etməyə hazır olduqlarını bildirirlər. Lakin... bir şərtlə: İsgəndər şahlıq taxtına çıxarkən min ildən bəri müqəddəs məbəddə saxlanılan qədim bir tacı başına qoymalıdır. İnama görə bu tac tilsimlidir və Hindistan taxt-tacına sahib olan hər kim müqəddəs bütlərin ürəyincə olmasa o, bu tilsimli tacı başına qoyan kimi dərhal ölməlidir. Özünün ilahi mənşəyinə inanan, yaxud da ki, kahinlərin söylədikləri bu moizələri cəfəng hesab edən İsgəndər şərtlə razılaşır və aydın bir gündə, şəhər meydanlarının birində tacqoyma mərasimi keçirir. Həmin bu tacı kahinin əlindən alıb başına qoyur, və... ölməyib sağ qalır. Kahinin, və onun ardınca da, əhalinin dilindən qopan alqış sədaları altında İsgəndər tacı çıxarıb müqəddəs məbədə qaytarır, özü isə gülərüzlə meydanı tərk edir. Bundan bir neçə gün sonra başından başlayan güclü ağrılar İsgəndəri yatağa salır və daha bir neçə gün sonra artıq 33 yaşlı gənc İsgəndər dünyasını dəyişir.

Burada bir neçə məqam var. Bu birinci halda – söhbət hansısa inamın gücündən gedirsə, ikinci haldakı cadu – elmi izaha malikdir. Belə ki, buradakı tac tilsimli olmayıb, hind alimlərinin, kahinlərinin öz ölkələrini yadellilərdən xilas etmək üçün düşünüb yaratdıqları silah idi. Belə ki, həmin tacın üzərinə Günəş işığını beynin konkret nöqtələrinə fokuslayan yaqut dənələri düzülübmüş ki, yaqutun da, Günəş işığını birə min gücləndirdiyi lazer fizikasından məlumdur (fizikada yaqut optik kondensator kimi istifadə olunur və ilk lazer silahları məhz yaqut üzərində qurulmuşdu. Hal-hazırda da lazerlərin bir çox növləri hələ də yaqut üzərində qurulur). Nəticədə, İsgəndərin beyin toxumaları zədələndi və beyninə qan sızdı.

İndi isə, cadugərliyin digər növləri barədə:


III.2.4.2.2.Hipnoz:

Termin məşhur olduğundan izahına əlavə vaxt sərf olunmur.
III.2.4.2.3.Kontaktsız müalicə:

Bioenerji vasitəsilə müalicədən söhbət gedir. Məşhur ekstrassenslərdən olan Cuna Davitaşvilinin

(

Yevgeniya Yuvaşevnanın

)

, A.Kaşpirovskinin, A.Çumakın və b. qabiliyyəti ayrı-ayrı vaxtlarda ABŞ laboratoriyalarında da yoxlanılıb və təsdiqlənib, fenomenin reallığı rəsmi şəkildə qəbul edilib;
III.2.4.2.4.Telekinez:

Heç bir kontakt olmadan uzaqdan-uzağa predmetlərə təsir göstərmək qabiliyyətidir. Bugünkü gündə bu sahədə Uri Geller, V.Avdeyev, N.S.Kulaqina və b.-nın adı xüsusilə məşhurdur. İngiltərəli U.Gellerin qabiliyyəti dünyanın bir sıra ölkələrinin laboratoriyalarında araşdırılıb, müxtəlif ağır predmetləri baxışının gücü ilə hərəkət etdirməsi beynəlxalq telekanallarla nümayiş etdirilib. SSRİ-də bənzər effektlər marksizm-leninizmlə ziddiyyət təşkil etdiyindən şarlatanlıq, fırıldaqçılıq kimi qəbul edilərək, bu tipli effektlər, qabiliyyətlər üzərində alimlərin tədqiqat aparmasına, məqalə çap etdirməsinə imkan verilməmiş, əksinə, bu cür qabiliyyəti olan şəxslərin əleyhinə mütəmadi məqalələr dərc etdirilmişdi.

 Bu cür hücum obyektlərindən biri, o vaxt nisbətən az tanınan Ninel Sergeyevna Kulaqina adlı fenomenal qabiliyyətli bir qadın idi. Onun qabiliyyətini şübhə altına alan, onu şarlatanlıqda ittiham edən bu cür məqalələrdən ikisi

(

«İnsan və qanun» jurnalı, N9/1986, N6/1987

)

ilə əlaqədar Kulaqina 1988-ci ildə məhkəməyə müraciət etmiş və SSRİ kimi bu tip məsələlərə qarşı qatı skeptik olan bir ölkənin məhkəməsini udmuşdu. Belə ki, o, məhkəmənin göndərişi ilə təşkil olunmuş 900 elmi personaldan ibarət rəsmi ekspertizada baxışının gücü ilə şüşə altında qoyulmuş çarxı fırlanmağa, 553 qr. ağırlığında şüşə qrafini hərəkət etməyə məcbur etmişdi. Nəticədə, elmi dairələrin rəsmi qənaəti əsasında məhkəmə onun qabiliyyətinin hələ elmə məlum olmayan effekt olduğunu rəsmi şəkildə təsdiqləmişdi;

 Bu kateqoriyadan daha bir ş

əxs –

V.İqnatenkodur. O, telekinezə bənzər qabiliyyət olan «astral karate» fenomeni ilə məşhurdur. Belə ki, heç bir kontakt olmadan uzaqdan-uzağa insanlara zərbə endirə bilir;
III.2.4.2.5.Levitasiya:

Nisbətən az tanınan termindir. Əsasən Hind yoqları arasında geniş yayılıb. Burada insanın öz iradə gücü hesabına insanın Yerin cazibə qüvvəsinə əleyh gedib, havaya qalxa bilməsindən

(

uça bilməsindən

)

söhbət gedir. Bu sahədə ən məşhur şəxs Şotlandiyalı Daniel Duqlas Yum

(

Houm

)

hesab edilir. Onun havada uçmaq seanslarında bir çox məşhur şəxslərlə yanaşı III Napoleon, ekspert sifətində fizik Uilyam Kruksla birlikdə şəxsən iştirak edib və burada heç bir fırıldaq olmadığını etiraf ediblər;
III.2.4.2.6.Sensitivistlik:

Hiperhissiyyatlılıq deməkdir. Bugünkü gündə bu sahədə A.Kuleşovanın adı xüsusilə məşhurdur. O, bağlı konverti bədəninin istənilən hissəsinə toxundurmaqla oxuya bilir;
III.2.4.2.7.Teleportasiya:

İnsanın bir yerdən itib, digər yerdə peyda olmasıdır. Nəzəri izah baxımından fenomen belə izah edilir ki, məkanda müəyyən boşluq, və ya «tunellər» mövcuddur, və ya insan həmin an 4-cü ölçü sisteminə keçərək məkanın bir başqa nöqtəsinə ani transfer oluna bilir. Bu qabiliyyətlə əlaqədar tarixdə müqəddəs Yevstratinin, Pifaqorun ardıcılı Tianalı Apolloninin və b. adı məşhurdur. Aşağıda izah olunacaq «Filadelfiya eksperimenti» də bunun növmüxtəlifliyidir;
III.2.4.2.8.Maddiləşmə-ərimə:

İnsanın və ya hansısa predmetin hamının gözü qarşısında qəfildən qeybə çəkilməsidir. Tarixdə bununla bağlı nisbətən mötəbər görünən bir sıra faktlar var. 20-ci əsrdə bu kateqoriyadan nisbətən məşhur olan fakt məşhur «Filadelfiya eksperimenti»dir. Burada, 1947-ci ildə ABŞ-ın Filadelfiya ştatının hərbi bazalarından birində aparılan bu eksperiment zamanı, güclü sahə generatorlarının təsiri ilə bütöv təcrübə gəmisinin öz ekipajı ilə birlikdə havada əriyib qeybə çəkilməsi, yalnız dalğanın təsiri kəsildikdən sonra görünməsi, digər vaxt isə gəminin qeyb olub, ümumiyyətcə, buradan çox uzaqlıqda yerləşən Norfolk limanında peyda olması barədə söhbət gedir. Bəziləri məşhur «Bermud üçbucağı»nda da gəmi və təyyarələrin qeybə çəkilməsi ilə əlaqədar gəzən söz-söhbətləri də, məhz orada bu tipli şüaların mövcud olması ilə əlaqələndirirlər. Lakin sonradan ABŞ hökuməti hərbi maraqlardanmı, həqiqi olaraqmı, yoxsa bir başqa səbəblərdənmi irəli gələrək, həmin vaxt həmin yerdə həmin eksperimentin keçirilməsini etiraf etmədi və buna görə də, «Filadelfiya eksperimenti» məsələsi bir qədər az mötəbər fakt kimi yadda qaldı;
III.2.4.2.9.Spiritizm:

Müxtəlif vasitələrlə ölmüş adamların ruhunu və ya cin və şeytanları çağırmaq və onlarla kontakta girmək ayinidir. Bu ayinin icraçılarına əsasən mediumlar deyilir. Bu sahədə də, ən məşhur fiqur, yenə də yuxarıda adı çəkilən Daniel Duqlas Yumdur.
III.2.4.2.10.Zombiləşdirmə:

«Zombi» sözü dünyaya uzaq Haiti adalarından yayılmağa başlayıb və bu dildə o, təxminən «canlı meyit» mənasını verir. Buranın özündə isə «zombiləşdirmə əməliyyatı» ilə əsasən, Daqomeya

(

indiki Benin

)

şəhərindən çıxmış zəncilərin əcdadları – vudu ayininin icraçıları məşğul olurdular. Hazırda dünyanın müxtəlif xalqları arasında, o cümlədən, Avstraliya aborigenləri, Asiya türkləri və b. arasında da, «zombiləşdirmə» əməliyyatının müxtəlif formalarının tarixən mövcud olduğu məlumdur

(

«zombi» sözünün türk qarşılığı: «manqurt»

)

.

Qədim dövrlərdə insanların zombilərə çevrilməsi ilə, əsasən, cadugərlər məşğul olurdular. Bu, onların qüdrətinə inam yaratmaqdan əlavə, həm də, cəmiyyətdə onların yüksək statusunu təmin edirdi, əhali arasında müəyyən qorxu toxumu səpirdi. Sonradan bundan dövlət mənafeyi üçün istifadə olunmağa başlandı və bu mərhələdə xüsusi məxfi «bizanqo» cəmiyyəti şəkər qamışı plantasiyalarında işləmək, orduda xidmət etmək və s. üçün kütləvi şəkildə «zombi»lər «istehsal etməyə» başladı. Bugünkü gündə də, müxtəlif siyasi, hərbi, iqtisadi, elmi və s. məqsədlərin həyata keçirilməsində «zombi» əməliyyatından istifadə olunmasına dair çoxsaylı faktlar var.

Zombi nədir?

Zombi şüursuz, əqidəsiz, iradəsiz insandır. O, heç bir mənafe və ya əqidə güdmədən, qabaqcadan ona verilmiş tapşırığı yerinə yetirmək üçün hər şeyə hazırdır. O, avtomat itaətkarlığı ilə qulluq etməyə, lazımi vaxtda istənilən adamı, anasını, həyat yoldaşını, övladını, hətta özünü belə öldürməyə qadirdir. Belə adamlar üçün tərəddüd, peşimançılıq, maraq və s. kimi hisslər yabançıdır.

Bəs onların bu vəziyyətə düşməsinin səbəbi nədir?

İnsanları zombiyə çevirməyin bir sıra metodu mövcuddur və bunlardan əsasən ikisi praktikada geniş tətbiq edilir: kimyəvi və psixodinamik metod.

Uzaq Haiti adalarında

kimyəvi

metodun sirri xüsusi məxfiliklə saxlanılırdı və yalnız nəsildən-nəslə ötürülürdü. O, həm də, bir növ gəlir mənbəyi idi ki, onun sirri indiki «firma sirri» kimi qorunurdu. Bu metodun sirrisə çox sadədir: zombiyə çevrilməsi planlaşdırılan adamın

(

qulun, əsirin və s.

)

yeməyinə qabaqcadan dörddişli balıqların

(

iynəbalıqların, dimdikburun balıqların və b.

)

ətindən hazırlanan xüsusi zəhər – tetrodoksin qatılır və o, dərhal öldürülür

(

tetrodoksin – ən güclü zəhər sayılan kalium sianiddən 500 dəfə [!] güclüdür

)

. Lakin bu, həqiqi yox, klinik ölümdür. Belə ki, həmin balıqların əsasən dəri örtüyündə, qaraciyərində, cinsi məhsullarında

(

süd, ikra,...

)

və s.-də toplanan bu zəhər sinir sistemini iflic edən zəhərlər sırasına daxildir və dərhal güclü stupor törədir

(

stupor – latıncadan tərcümədə quruma, qıc olma, bayılma deməkdir

)

. Bənzər hala insan qəfil xəbərdən sonra, diksinmələr, qorxu zamanı və s.-də də, düşür. Bundan sonra «gələcək zombi» torpağa basdırılır və müəyyən müddət orada saxlanılır. Torpaqdan qazılıb çıxarıldıqda isə gözünü açıb ilk gördüyü şəxsin

(

«xilaskarının»

)

əbədi şüursuz quluna çevrilir.

Zombiləşdirmənin

psixodinamik

metodlarının əsasları isə bu yaxınlarda işlənib hazırlanıb. Amerika psixoloqlarının apardığı belə bir təcrübə məlumdur: müəyyən bir filmin lentinə hər 25 kadrdan bir belə bir elan yerləşdirilir: «Koka-kola için!". Filmin nümayişi zamanı bu söz saniyənin iyirmi beşdə biri qədər vaxtdan görünüb yox olduğundan

(

kinofilmlər bir saniyədə 25 kadr sürəti ilə verilir

)

tamaşaçılar təbii ki, onu oxuya bilmirdilər və filmin axırına qədər də, bu əlavə təsirdən xəbərsiz oldular. Lakin... filmin qurtarması ilə hamının bir nəfər kimi yaxınlıqdakı koka-kola köşkünə qaçıb, koka-kola alıb içməsi bir oldu. Məsələ orasındadır ki, insanın bu cür ani təsirləri dərk edib-etməməsindən asılı olmayaraq, onlar hissiyyat tərəfindən qəbul edilir və hiss olunub dərk edilməyən informasiyalarsa itməyib, birbaşa təhtəlşüur sferasına keçir, oradan fərdin gələcək bütün fəaliyyətinə aktiv təsir göstərir. Hipnozun belə funksiyası isə elmdə çoxdan məlum olan faktdır (25-ci kadr effekti ilə əlaqədar ətraflı bax: burada səh. 167 və 167).

20.03.1967 tarixdə Filippinin o vaxtkı prezidenti Ferdinand Markosa qarşı sui-qəsdə cəhd edən bir amerikan vətəndaşı – Luis Ancelo Kastilyo həbs edilir. Heç nəyi boynuna almayan cinayətkarla əlaqədar məhkəmə psixiatrları hipnoz seansı keçirməyi qərara alırlar və olduqca dərin hipnozdan sonra Kastilyo öz həqiqi «mən»ini büruzə verir. Məlum olur ki, onun beyni xüsusi kəşfiyyat orqanları tərəfindən «proqramlaşdırılıb» və o, bundan əvvəl də, bir neçə sui-qəsddə iştirak edib. Bu, missiyasını yerinə yetirdikdən sonra isə, o, həm də özünü öldürməli imiş...

III.2.4.2.11.Falçılıq (bəsirət, mantika, gələcəkgörmə)

Nostradamusun sayəsində bütün dünyada yaxşı tanınan termindir. Aşağıda

(

bax, burada səh.: 182

)

Nostradamusun özündən ayrıca söhbət açacağımız üçün, hələlik bu qabiliyyətə malik olan digər şəxslər barədə:

Gələcəkgörmə ilə əlaqədar tarixdə nisbətən mötəbər kimi tanınan aşağıdakı faktlar mövcuddur:

Rus ədəbiyyatı tarixində A.S.Puşkinin ağatlı, ağbəniz adam tərəfindən 37 yaşında dueldə öldürüləcəyinin ona hələ 17 yaşında ikən Peterburq falçısı baronessa Kirhov tərəfindən deyildiyi məşhurdur. Puşkini 37 yaşında öldürən ağbəniz Dantes də duelə ağ atda gəlmişdi; Rus Çarı II Aleksandrın 8-ci sui-qəsd cəhdində öldürüləcəyinin də, ona qabaqcadan falçı tərəfindən deyildiyi məşhurdur. 01.03.1881-ci il tarixdə ona edilən 7-ci sui-qəsddən sonra Çar «hələ səkkizinciyə çox var» deyə rahat oturarkən, onun özünün də gözləmədiyi halda ona 8-ci sui-qəsd edilir və Çar ölür. Sən demə, 7-ci və 8-ci sui-qəsdlər eyni gündə olacaqmış; Rus alimi M.V.Lomonosovun bioqrafiyasında həmişə belə bir möcüzəli fakt təsvir olunur: O, Peterburqda artıq məşhur alim kimi fəaliyyət göstərdiyi vaxtlarda, bir gecə yuxuda atasının, doğulduğu kəndin kənarındakı çayda balıq tutarkən həyatını dəyişdiyini görür. Yuxunun güclü təsiriylə səhər atasını yoluxmaq üçün kəndə gedir və həqiqətən, neçə gündür atasının itkin düşdüyünü öyrənir. Yuxuda gördüyü yerə gedir və həqiqətən, atasının çayın qırağında balıq tutduğu yerdə

Postsosialist məkanda məşhur olan Ukraynalı astroloq Pavel Qlobanın şöhrətlənməsinin maraqlı bir tarixçəsi var: 1986-cı ildə o qəfildən bir-neçə qəzetdə zahirən boş görünən belə bir fantastik bəyanatla çıxış edir: «yaxın bir-neçə ayda Çernobıla atom bombası atılacaq». Təbii olaroq, bəyanat əksəriyyət tərəfindən sensasiya yaratmaq xatirinə verilən ++. Qlobanın dediyi tarixdə Çernobılda məlum partlayış baş verir və yalnız bundan sonra Qloba xüsusi idarələrin diqqətinə düşür.

Fransa tarixindəki onlarla hadisənin, o cümlədən, Fransa inqilabının

(

1792

)

, Napoleonun hakimiyyətdən getməsinin

(

1814

)

və b.-nın dəqiq tarixinin Autunlu Meystr Turell tərəfindən söylənildiyi tarixdən məlumdur.

İngiltərəli bəsirətçi

(

gələcəkgörən

)

Xemfri Smit isə hətta bir dəfə böyük yanğınla əlaqədar məhkəməyə şahid sifətilə çağırılmışdı – çünki o, bu yanğını hələ bir neçə il əvvəl dəqiqliyi ilə təsvir etmişdi.

Azərbaycanda «haqq aşığı» kimi tanınan bir sıra el aşıqlarının, ələlxüsus Aşıq Ələsgərin bir çox hadisələri qabaqcadan duyub xəbər vermələri isə, Azərbaycan ədəbiyyatı tarixində məşhurdur. Çox yaxın dövrdə yaşamış Azərbaycan Ekstrassenslər İttifaqının keçmiş sədri Etibar İlkinin

(

Məmmədovun

)

da çox istedadlı şəkildə gələcəkgörmə qabiliyyəti olması məlumdur.

Doğrudanmı gələcək haradasa ucqar bir guşədə simvollar, şifrələr formasında yazılıb?

Gələcəyin həqiqətən də, Kainatın hansısa bir ucqar guşəsindəki sirli kitabələrdə simvollar, rəmzlər şəklində yazılması və həyatın məhz bu kodlar üzrə davam etməsi ideyasının tərəfdarları

(

fatalistlər

)

bu ideyanın sübutu kimi adətən aşağıdakı tipli arqumentləri də göstərirlər: Napoleon və Hitlerin bioqrafiyasındakı analogiya:

— Napoleon 1760-cı ildə, Hitler isə ondan 129 il sonra – 1880-cı ildə anadan olub;

— Napoleon hakimiyyətə gəlib – 1804-cü ildə. Hitler isə 1933-cü ildə

(

fərq – 129 il

)

;

— Napoleon 22.06.1812 ildə Rusiyaya hücum edib. Hitler isə 22.06.1941 ildə

(

fərq 129 il

)

;

— Napoleon müharibəni 1816-cı ildə uduzdu. Hitler isə 1945-ci ildə

(

fərq 129 il

)

;

— Hakimiyyətə gələndə hər ikisinin – 44, Rusiyaya hücum edəndə – 52, müharibəni uduzanda – 56 yaşı olmuşdu; və s...

Bir başqa analoji hal:

Linkoln və Kennedinin bioqrafiyasındakı analogiyalar:

— 1860 ildə Linkoln ABŞ Prezidenti seçilib; Kennedi isə – 1960 ildə

(

fərq – 100 il

)

;

— Linkolnun katibinin familiyası Kennedi olub və o, Linkoln öldürülən gün ona teatra getməməyi məsləhət görüb. Kennedinin katibinin familiyası isə Linkoln olub və o da, Kennedi öldürülən günün səhəri onun Dallasa getməməsini təkid etdiyi tarixdən məlumdur;

— Hər iki prezident cümə günü, öz arvadların gözü qarşısında öldürülüb;

— Linkoln öldürüləndən sonra onun yerinə Conson adlı prezident seçilib; Kennedinin də, ölümündən sonra onun vəzifəsinə Conson adlı prezident seçilib;

— Linkolndan sonra vəzifəyə gələn prezident Conson – 1806 anadan olub; Kennedidən sonra gələn prezident Conson isə – 1906 ildə

(

fərq 100 il

)

;

— Hakimiyyətə gələn Consonların hər ikisi cənublu, demokrat partiyasından olub, və prezident vəzifəsindən qabaq senator olublar;

— Linkolnun qatili 1829 ildə anadan olub. Kennedinin güman edilən qatili isə – 1929 ildə

(

fərq 100 il

)

;

— Hər iki prezidenti qatili Qatillərin hər ikisini məhkəmədən qabaq öldürmüşdülər.

Tarixdə bu kimi faktlar çoxsaylıdır. Sadəcə olaraq, Napoleon, Hitler, Kennedi, Linkoln və b.-nın məşhur şəxsiyyət olmaları səbəbindən, onların bioqrafiyası daha ətraflı araşdırılıb və buradakı hansısa nüanslar dərhal diqqət mərkəzinə düşə bilib.

Beləliklə, falçılıq, bəsirət, gələcəkgörmə və s. qabiliyyətləri, fenomenləri barədə bir qədər ətraflı.

III.2.4.2.11.1.FALÇILIĞIN NÖVLƏRİ BARƏDƏ

Falçılıq, faktik olaraq zaman baryerini dəf etmək fəndi üzərində dayanan bir qabiliyyətdir. Zaman baryerini dəf etmək məsələsinə görə olan qabiliyyətlərsə iki kateqoriyaya ayrılır:

1

)

 

Retrospeksiya – keçmişi görmə;

2

)

 

Proskopiya – gələcəyi görmə.

İlk olaraq, problemin çərçivəsini daha aydın görmək üçün bu fenomenin də ayrı-ayrı formalarını bir-birindən fərqləndiririk. Falçılığın, təxminən, aşağıdakı növləri bir-birindən fərqləndirilə bilər:



  1. Astrologiya

    (

    göy cisimlərinin vəziyyətinə əsasən falabaxma. Ətraflı bax, burada səh.,179

    )

    ;

  2. Bibliomantiya

    (

    kitab açmaqla falabaxma

    )

    ;

  3. Katanstromantiya

    (

    güzgü falı

    )

    ;

  4. Kleromantiya

    (

    püşkatma üsulu

    )

    ;

  5. Koskinomantiya

    (

    kəfkir və çərçivə ilə falabaxma

    )

    ;

  6. Ktritomantiya

    (

    böcəklərin hərəkət və davranışına əsaslanan falabaxma

    )

    ;

  7. Livanomantiya

    (

    tüstüyə əsaslanan falabaxma

    )

    ;

  8. Numerologiya və ya arifmomantiya

    (

    rəqəm falı

    )

    ;

  9. Oneyroskopiya

    (

    yuxuyozma

    )

    ;

  10. Ornitomantiya

    (

    quşların hərəkət, səs və davranışına əsaslanan falabaxma

    )

    ;

  11. Ofiomantiya

    (

    ilanların hərəkət və davranışına əsaslanan falabaxma

    )

    ;

  12. Piromantiya

    (

    od falı

    )

    ;

  13. Presmologiya

    (

    vəhylə gələcəkgörmə. Ətraflı bax, burada səh., 179

    )

    ;

  14. Fizioqnomika və ya morfoskopiya

    (

    üzün və bədənin quruluş naxışlarına əsaslanan falabaxma

    )

    ;

  15. Xiromantiya

    (

    əl izlərinə əsasən falabaxma

    )

    ;

  16. və s.

Lakin bunlar hələ hamısı deyil. Belə ki, məs., y.e.ə təqribən VIII-VII əsrlərdə yarandığı ehtimal edilən, sonradan konfusiyaçılığın kanonuna

(

«beşkitab»ına

)

daxil edilmiş

(

əsrlərin dolanbaclarından keçə bilməsinə də, bu səbəb olub

)

qədim Çin yazılı abidəsi olan «İ-Tsin»

(

«Təbəddülatlar kitabı»

)

; Yəhudi müdrikləri tərəfindən yaradıldığı ehtimal edilən və «Kabbala»nın tərkib hissəsi olan «Taro» kartları və b. hər biri öz orijinal falabaxma sistemlərinə malikdirlər.

Bütün bunlar bu qədər fərqli metodlar olsalar da, onları bir ümumi cəhət – eyni məqsədə xidmət etmələri birləşdirir. Bu məqsədsə – zaman baryerini dəf etmək, gələcəyə boylanmaqdır.

Doğrudanmı bütün bunlar həqiqətdir? Doğrudanmı gələcək haradasa ucqar bir guşədə simvollar, şifrələr formasında yazılıb və bütün bunlar da onun açarlarıdırlar? Aşağıda falçılığın bir sıra növlərinin mexanizminə nəzər salmaqla bu fenomenin qaranlıqları üzərinə müəyyən aydınlıq gətirilir:

III.2.4.2.11.1.1.

Presmologiya

(

Vəhylə gələcəkgörmə

)


«Qarşısında güzgü qoyulmuş falçı bütün diqqətini toplayıb güzgüyə baxır. O, bütün dünyadan təcrid, bütün aləmdən uzaq öz aləmindədir. Birdən güzgü ilə falçı arasını tüstüyə bənzər nazik duman bürüyür və o, getdikcə qatılaşır. Bundan sonra həmin dumanda obrazlar görünməyə başlayır. Və bu obrazlar məhz falçının görmək istədiyi gələcəyin obrazları idi».

Bu sətirlər qədim bir falçılıq ayinini – güzgü ilə falabaxma ayinini şəxsən müşahidə etmiş qədim ərəb alimi İbn-Haldunun «Tarixlər və möcüzələr» kitabındandır. Həqiqətdə İbn-Haldun da, və falçılıqla bağlı məsələni bu cür qoyan digər şəxslər də, məsələni bir qədər şişirdirlər. Belə ki, onların gördükləri tüstü-duman real yox, möcüzə intizarında olan tamaşaçının

(

pasientin

)

öz təsəvvürünün məhsulundan savayı özgə bir şey deyil. Yerdə qalanlarda isə həqiqətin olması mümkündür. Belə ki, burada güzgü, falçıya yalnız öz təhtəlşüuru ilə kontakta girə bilmək üçün adi alət kimi lazımdır. Və güzgü bu funksiyanı çox məharətlə yerinə yetirə bilir.

Məsələ burasındadır ki, ayrı-ayrı falabaxma metodları insanların öz təhtəlşüuru ilə kontakta girməsinin müxtəlif variantlarından savayı özgə bir şey deyil. Təhtəlşüur heç bir zaman-məkan baryeri ilə məhdudlaşmadığından onun vaxt qavrayışı da, adi şüurun vaxt qavrayışından fərqlənir. Bu baxımdan müxtəlif falabaxma metodlarının məğzi hər hansı variantdasa təhtəlşüur üzərindən şüur nəzarətini götürmək, yaxud müxtəlif vasitələrlə təhtəlşüur kodlarını, simvollarını, siqnallarını adi şüur üçün anlaşıqlı olan formaya çevirməkdir. Bəziləri bunu güzgü vasitəsilə, bəziləri kart vasitəsilə, bəziləri kitab vasitəsilə, bir başqaları da bir başqa vasitələrlə həyata keçirir. Əksər hallarda da bu qabiliyyətə malik olan insanlar öz qabiliyyətlərinə namaz qılmaq, qarşılarına Quran kitabı qoymaq, fala ərəb qrafikası ilə yazılmış kitablarla baxmaq və s. kimi fəndlərlə bir qədər ilahi don geyindirirlər. Həqiqətdə isə kitabla fala baxan bir çox falçıların qarşılarına qoyub və taleyi oradan oxuduqları kitablarda danışdıqlarının heç biri olmur. Sadəcə olaraq, bu onlara, öz işlərinin şeytan əməli yox, Allah qabiliyyəti olduğunu başqalarına sübut etmək üçün lazım olan bir alətdir.

III.2.4.2.11.1.2.Astrologiya

Falçılığın çox qədim növlərindən biri də astrologiyadır. Burada astrologiyanın da qanunauyğun olan bəzi tərəfləri barədə söhbət açırıq.

Göydə ayın fazasının dəyişməsinin Yerdəki həyata nə dərəcədə təsir etməsi, istər elmə və istərsə də, sadə adamlara məlumdur: Ayın hilal və ya tam formasında olmasından asılı olaraq, insanların psixi əhval-ruhiyyəsi passivləşir və ya aktivləşir, qadınlarda xüsusi fizioloji hallar baş verir və s. Eyni zamanda, on bir ildən bir baş verən Günəş aktivliyinin də, Yerdəki həyatla birbaşa əlaqəsi olduğu elm tərəfindən qeyd-şərtsiz qəbul olunub. Yerlə ən çox əlaqəsi olan bu iki göy cismi Yerdəki həyata nə dərəcədə təsir göstərsə, məhz kainatın hər bir digər ulduzu, kometi, planeti və digər elementləri də eyni formada təsir göstərir. Bütün bunlar Yerin ətraf kainatdan təcrid olmadığını, onu əhatə edən ulduzlar sisteminin onun planetlərindəki həyata birbaşa təsir göstərdiyini ifadə edir. Çünki, nəhəng kainatda mövcud olan hər şey vahid bir orqanizm, biri-biri ilə rabitədə olan tam bir sistem təşkil edir və hissənin tamla dialektik əlaqəsi, harmoniyası prinsipinə görə də, dünyadakı hər bir element, varlıq, ümumən kainatla ən azı 4 növ sahə – qravitasiya, elektromaqnit, güclü və zəif nüvə sahələri ilə, ən çoxu isə, adı hələ elmə məlum olmayan daha neçə növ sahələrlə qarşılıqlı təsirdədir. Bu təsirin qırılması, relyativistik fizikadakı yaxınatəsir prinsipi üzrə, bütün Kainatda, cüzi də olsa, müvafiq reaksiyalara gətirib çıxarmalıdır. Bunlarsa öz növbəsində Yerdəki həyatın istiqamətinin təkcə Darvinin təbii seçmə aktı ilə deyil, eyni zamanda, həm də Günəş sistemini və Yeri əhatə edən ulduzlarda baş verən proseslərlə əlaqədar olduğunu göstərir.

Müasir heliosentrik astronomiya nəzəriyyəsinə görə Günəş sisteminin qalaktika ətrafındakı bir dövrəsi 8 mln. ilə, yaxud qədim astrologiyadakı 1 kosmik eraya bərabərdir.

Günəş sisteminin Qalaktika daxilindəki:

— 360 dərəcə, yaxud 12 Zodiak bürcü qədər yerdəyişməsi – 25 920 ilə, yaxud bir astroloji kosmik ilə;

— 30 dərəcə, yaxud bir Zodiak bürcü qədər yerdəyişməsi – 25920 : 12 = 2160 ilə, yaxud bir astroloji kosmik aya; və nəhayət,

— 1 dərəcə yerdəyişməsi

(

prosessiya sikli

)

– 2 160 : 30 = 72 ilə və yaxud, qədim astrologiyadakı bir kosmik günə bərabərdir.

İnduktiv olaraq, ayrılıqda Yer kürəsinin ayrı-ayrı bürclərdə yerləşməsi

(

yəni Yerdə yaz, yoxsa payız aylarının başlanması

)

onun üzərindəki həyata eyni cür təsir göstərmədiyi kimi, bütövlükdə Günəş sisteminin də, fərqli bürclərdə yerləşməsi, onun planetlərindəki həyatda izsiz ötüşmür. Məs., Günəş sisteminin bu deyil, bir başqa qalaktikada, məs., Andromeda dumanlıqlarında mövcud olduğu hal üçün, təbii ki, onun planetlərində indiki iqlim, həyat üçün indiki münbit şərait mövcud olmayacaqdı və eyni qayda ilə də, bu Günəş sisteminin Orion bürcü, Böyük İt bürcü və b.-nın ulduzları yaxınlığında yerləşməsi də onun planetlərinin iqlimində, həyatında izsiz ötüşməyəcəkdi, onun planetlərinin həyatında bir başqa reaksiyalar doğuracaqdı. Eyni hal Günəş sisteminin öz planetləri ilə birgə 12 bürcü birbəbir gəzməsinə də aiddir.

Qədim astrologiyada ayrı-ayrı bürc altında doğulan insanlara ayrı-ayrı xüsusiyyətlər şamil edilir. Başqa sözlə, Oğlaq bürcü altında doğulanlarla, Qız bürcü altında doğulan insanların istər fizioloji və istərsə də, emosional, intellektual və iradi cəhətdən biri-birindən fərqləndiyi iddia edilir. Həqiqətən də, bu heç bir mistiklikdən deyil, adi bioloji zərurətdən irəli gələn qanunauyğunluqdur. Belə ki, qış aylarında dünyaya gələn insanla, yay aylarında dünyaya gələn insanın ana bətnində inkubasiya keçmə dövrü eyni olmadığından, onların, belə deyilsə, bünövrəsi də, başqa-başqa kərpiclərdən

(

vitamin, mineral və s.-dən

)

hörülür, psixikası ananın tamam fərqli mövsümlərdəki əhval-ruhiyyəsi əsasında formalaşır (bu barədə bir qədər ətraflı bax: burada səh. 45).

Astrologiyada ayrı-ayrı planetlərə fərqli xüsusiyyətlər yazılır və onların Yerdə müvafiq ictimai hadisələr törətdiyi iddia edilir. Həqiqətən də, fərqli tezlikli elektromaqnit dalğalarının insan psixikasında fərqli reaksiyalar törətdiyi elmə məlumdur. Belə ki, elektromaqnit dalğalarının 9 hers tezliyi – qorxu, bənövşəyi, göy və yaşıl rənglərə uyğun tezliyi – emosional süstlük və qırmızı, narıncı, sarı rənglərə uyğun tezliyi – emosional oyanış, psixi aktivlik törətdiyi çoxdan sübut olunmuş faktdır (bununla əlaqədar burada bax, səh. 166). Planetlərin Günəşdən alaraq əks etdirdiyi şüalar da, elektromaqnit dalğalarından savayı özgə bir şey deyil və onların orbitinin Günəşdən uzaqlıq dərəcəsindən asılı olaraq, inikas etdirdikləri şüaların tezliyi, xarakteri də, eyni deyil. Bu baxımdan, hansı planetin Yerə daha yaxın yerləşməsindən asılı olaraq, Yerdəki atmosferin elektromaqnit balansı, onun da sayəsində, bunun insanların psixikasına təsiri fərqli olmuş olur.

Astrologiyada müxtəlif planet birləşmələrinə xüsusilə əhəmiyyət verilir. Belə ki, iddia edilir ki, ayrı-ayrı planetlərin hansısa bir bürcdə «görüşdüyü» bütün hallarda Yerdə həmişə biri-birinin təqribən təkrarı olan hadisələr baş verəcək. Həqiqətən də, elektrodinamikada dalğaların superpozisiyası qanunu qüvvədədir. Belə ki, fərqli tezlikli dalğalar birləşdiyi halda, biri-birini söndürməyib 3-cü bir tezlikli dalğa şəklində kombinə olunurlar və yeni tezlik yaradırlar. Bu da, eynilə yuxarıda deyilən tipli effekt törədir. Bu sonuncuya nümunə olaraq Saturn-Neptun birləşməsini göstərmək olar ki, qədim astrologiyada bu – çevriliş, inqilab, hansısa dövlət rəhbərinin öldürülməsi və s. kimi xarakterizə edilirdi. Təkcə XIX-XX əsrlərdə bu iki planet biri-biri ilə 1881, 1917-18, 1953 və 1989-cu illərində birləşib ki, bunlardan birincisi – Rusiyada xalq hərəkatı və II Aleksandrın öldürülməsi, ikincisi – yenə Rusiyada məşhur xalq hərəkatı

(

Böyük Oktyabr inqilabı

)

və Nikolay II Romanovlar ailəsinin öldürülməsi, üçüncüsü – Stalinin ölümü və nəhayət, dördüncüsü – postsosialist məkanındakı inqilab dalğaları və bunlardan bəzilərinin rəhbərlərinin

(

məs., Çauşeskunun

)

öldürülməsi ilə üst-üstə düşür.

Göstərilən hallar insanların kütləvi surətdə emosional aktivləşməsinin, çılğınlaşmasının bariz nümunəsidir.

Bunlardan savayı, astrologiyada əlahiddə diqqət verilən daha bir hal – iki deyil, daha çox planetin birləşməsidir ki, çox nadir halda baş verən bu birləşmə, astrologiyada «planet paradı» adı ilə məşhurdur. Təqribən 480-500 ildən bir baş verən «planet paradı» dövrləri Yer tarixindəki ən böyük ictimai, siyasi, mədəni oyanışlarla əlaqədardır. Məs., belə parad illərinə aiddir: 1

)

y.e.ə. VI-V əsr; 2

)

yeni eranın başlanğıcı; 3

)

y.e. V-VI əsr; 4

)

y.e. X-XI əsr; 5

)

y.e. XV-XVI əsr; 6

)

və nəhayət, XX əsr. Bunlardan birincisi – Uzaq Şərqdə Kun-Tezi, Budda fəlsəfələrinin, qədim Yunanıstanda antik mədəniyyətin yaranması, inkişafı, Yaxın Şərqdə fars etnosunun yaranması və Çindən Yunanıstana qədər bir ərazidə yayılması dövrü ilə, ikincisi – xaçpərəstliyin yaranması, Roma imperiyasının meydana gəlməsi və qədim Roma intibahı ilə, üçüncü və dördüncüsü – İslamın meydana gəlməsi, Ərəb xilafətinin yaranması və Yaxın Şərq intibahının başlanması ilə, beşincisi – Orta Əsr Avropa renessansı ilə

(

maraqlıdır ki, planet paradının apogeya həddi Amerikanın kəşfi ilinə – 1492-ci ilə təsadüf edir

)

və nəhayət, sonuncusu – XX əsr intibahı ilə əlaqədardır.

Burada bir neçə sual ortaya çıxa bilər. Məs., sual oluna bilər ki, axı Günəş sistemi bir təkcə planetlərdən deyil, həm də, çoxlu sayda asteroid, bolid və kometlərdən ibarətdir?

Məsələ burasındadır ki, qədim astrologiyada bunların da təsiri nəzərə alınırdı məs., adına hələ qədim Çin mənbələrində rast gəlinən Halley kometi

(

qədim astrologiyada o, «Polın ulduzu» kimi tanınırdı

)

qədim astrologiyada viranəlik, dağıntı, bədbəxtlik rəmzi kimi tanınırdı. Halley Yer planetinin yaxınlığında 476-ci ildə, 1060-cı ildə, 1202-ci ildə 1452-cü ildə, 1986-cı ildə görünüb. Bunlardan birincisi – qədim Roma imperiyasının, ikincisi – Böyük Britaniya imperiyasının dağılması ilə, üçüncüsü – türklər tərəfindən Avropa, Asiya, Afrikada uzunmüddətli müharibələr nəticəsində Osmanlı imperiyasının yaranması ilə, dördüncüsü – Səlib yürüşü ilə və nəhayət, sonuncu SSRİ imperiyasının dağılması və postsosialist məkanındakı bugünkü viranəlik dövrü ilə üst-üstə düşür.

Nəhayət, sual oluna bilər ki, axı Günəş sistemi qədim alimlərin hesab etdiyi kimi 7 deyil 9 planetdən ibarətdir və onlar bununla belə düzgün nəticələrə necə gəlib çıxıblar?

Məsələ burasındadır ki, Günəş sistemini 7 planetdən ibarət hesab edənlər qədim astroloqlar yox, astronomlar olub. Astrologiyada isə

(

məs. Nostradamusun əsərlərində

)

8-ci və 9-cu planetlərin kəşf ediləcəyi illər də qabaqcadan söylənilib, bunlardan savayı, daha bir planetdən – Prozerpindən söhbət açılıb ki, müasir astroloqlar bu planetin hazırkı dövrdə ya Günəş sistemini tərk etdiyini, ya da hələ kəşf olunmadığını ehtimal edirlər.

Bunlar ən ümumi formada olan astroloji qanunauyğunluqlar idi. Detallar səviyyəsində isə bu qanunauyğunluqlar daha mürəkkəbdir. Yekunda bir məsələni qeyd edək ki, keçmiş astroloqlar öz proqnozlarını bir təkcə astrologiya vasitəsilə deyil, astrologiya ilə digər magiya növlərini kombinasiya edərək söyləyiblər. Yəni, astrologiya burada elementlərdən biridir.


8000, 2700, 1800, 1200, 600, 360+++ illər aktivdir
III.2.4.2.11.1.3.Spekulyasiya
İstər İslamda və istərsə də İslamdan kənarda, o cümlədən, hətta bütpərəstliyin özündə ilahi dünya ilə bağlı çoxsaylı hadisələr mövcuddur və tilsim, cadu kimi müasir fizika hüduduna sığmayan fenomenlər də bunlardan biridir. Deyilə bilər ki, möcüzə – mexanizmi dərk olunmayan qanunauyğunluqdur

(

bu kitabın bir başqa yerində bir başqa məsələ ilə əlaqədar, bu fikri elə biz özümüz işlətmişdik

)

. Bəli, bu belədir, lakin bu qanunauyğunluq müasir fizika çərçivəsindən kənarda yerləşən qanunauyğunluqdur və fizika onu xeyli inkişafdan sonra ehtiva edəsidir.

Lakin bütün bunlar heç də o demək deyil ki, yoldan ötən hər bir ekstrassensə inanmaq gərəkdir. Xeyr. Deyilən tipli həqiqi fenomenal qabiliyyətli şəxslər yüz illərdə bir dəfə doğulur, və onların da çoxu ayaqlar altında diqqətsiz qalıb itib-batır. Yerdə qalan vaxtlarda onların yerini fırıldaqçı və şarlatanlar doldurur. Aşağıda falçılıq və gələcəkgörmə məsələsində şarlatanlıqdan necə istifadə olunması barədə də bir fakt verilir və bununla bu bəhs də yekunlaşdırılır:

Qədim Ərəbistanda bir büt mövcud imiş ki, İslamdan əvvəl o çox güclü təsirə malik müqəddəs bir varlıq kimi tanınırmış. Ərəbistan yarımadasının hər tərəfindən ona nəzirlər axışıb gələr və o insanların bir çox arzusunu yerinə yetirərmiş. Lakin İslam dini digər bir çox bütpərəstlik əlamətləri kimi onu da məhv etdi. Çox-çox sonralar bu bütün xidmətçilərindən biri onun «möcüzələrinin» sirri barədə aşağıdakıları yazdı:

«Mən gözümü açandan bu məbəddə olmuşam və səbirsizliklə o günü gözləyirdim ki, nə vaxtsa ustadım kahin müqəddəs bütü razı salmaq üçün oxuduğu gizli tilsimləri mənə də öyrədəcək. Bu tilsimlər isə bir tək ona məlum idi və əhalinin çoxsaylı yalvarışlarından, nəzir-niyazından sonra oxuduğu bu tilsimlərlə müqəddəs büt yağış yağdırır, ovçulara uğurlu ov göndərir və s. Nəhayət ki, o gün gəlib çatdı və ustadım kahin dünyadan köçməzdən əvvəl bu sirləri mənə də açmağa razı oldu. Bu sirləri öyrəndikdən sonra isə mənim özümün bütə bəslədiyim inam yerli-dibli yoxa çıxdı. Belə ki, sən demə bütün bu möcüzələrin həmin bütə heç bir aidiyyatı yox imiş və məsələ tamam başqa bir hadisə ilə əlaqədarmış. Ustadım öyrətdi ki, bunun üçün havanın necə olacağını, ovun nə zaman gur olacağını və s. qabaqcadan proqnozlaşdıra bilmək zəruridir ki, məhz yağışın filan vaxtı yağacağını dəqiq bildikdən sonra camaatın gözü qarşısında bütə yalvarmaq lazımdır, nə vaxt gəldi yox. Ustadım bunun üçün müxtəlif cücülərin, heyvanların davranışından istifadə edirmiş, məs., arıların uzağa getməyib öz pətəyinə toplaşmasından, qurbağaların rəngini dəyişib, qaramtıl rəng almasından, zəlilərin suyun üzünə çıxmasından və s. belə nəticə çıxarırmış ki, tezliklə yağış yağacaq və yalnız onda, xahişə gəlmişlərin nəzirini qəbul edib, bütdən yağış göndərməsini rica edərdi, başqa vaxt isə müxtəlif bəhanələrlə cavabdan yayınardı. Yaxud da ki, məbəddə saxladıqları dovşanların, quşların və balıqların fəallaşmasından, yem axtarmaq üçün ora-bura vurnuxmasından belə nəticə çıxarardı ki, iqlim eyni bölgənin eyni növlü bütün canlılarını eyni vaxtda süstləşdirib, eyni vaxtda fəallaşdırdığından, deməli, əgər buradakı dovşanlar, kəkliklər və ya balıqlar fəallaşıb, yem axtarışına başladısa, deməli, meşə və çaylardakı bütün növ dovşan, kəklik və balıqlar da yem üçün vurnuxmağa başladığı vaxtdır və yalnız onda qapıya düzülən ovçulardan nəzir alıb bütdən onlara yaxşı ov yetirməsini arzulayarmış. Özü də bu zaman məsələyə mistika donu geydirmək üçün mənasını özü də bilmədiyi bəzi uydurma sözlər də oxuyarmış ki, guya, bu da tilsimdir. Həqiqətən də, bütə nəzir verilən gün başqa günlərə nisbətən qat-qat artıq ov rast olurmuş ki, bu da bütə olan inamı gün-gündən artırardı.

Ustadımın ölümündən sonra mən də bir müddət bu cür əllaməlik etdim və insafən bütün «qüdrətinə» olan inamı və deməli, bura axışıb gələn nəzirlərin miqdarını birə-beş artıra bildim. Lakin tezliklə İslamın bu yerlərə ayaq açması ilə, mənim bütüm işsiz qaldı və özümün də bazarım bağlandı».

Məsələnin mahiyyətini nisbətən aydın ifadə edən müəllif bununla həm də qədim dünyadakı bir çox büt möcüzələrinin mahiyyətini aydın başa düşməyə kömək edir. Belə ki, çoxsaylı əfsanələrdə və, eləcə də, real tarixlərdə bir çox fövqəladə qabiliyyətindən bəhs edilən neçə-neçə müqəddəs büt necə oldu ki, axırda İslam və ya Xaçpərəstlik qarşısında məğlub oldu? Deməli, burada söhbət istənilən halda hansısa tryukdan gedirmiş, real möcüzədən yox.

* * *

Deyilənləri yekunlaşdıraraq bir şeyi qeyd edək ki,

vacib olanı – fenomen, elm və şarlatanlığın biri-birindən fərqləndirilə bilinməsidir. Bir də vacib olanı odur ki, dünyanın bu görünənlərdən, eyni zamanda, elmin təsvir etdiyindən ibarət olmadığını dərk edəsən.

                  Nostradamus barədə

Nostradamus adının məşhur olduğundan onun barədə izafi məlumat vermirik. Sadəcə, onun qabiliyyəti barədə bir sıra məsələləri izah edirik.

Nostradamusun bioqrafiyasında belə bir fakt mövcuddur. Nostradamus hələ gənc olarkən əlinə haradansa beş ədəd qədim yəhudi kitabı düşür. Bu həmin kitablar idi ki, eramızdan çox-çox əvvəl yadellilər qədim İsrail torpağını işğal edib, yandırarkən, Yəhudi kahinləri bütün var-yoxlarını, xəzinəni qoyub, özləri ilə xəzinədən yalnız bu beş kitabı götürüb qaçmışlar. İndi də bu kitablar mənşəcə Yəhudi olan Nostradamusun əlinə düşüb. Nostradamussa bir il müddətində gizli bir otağa çəkilib, bu kitabları oxuyub, ən axırda da hamısını yandırır ki, bunlar pis adamların əlinə düşsə fəlakət törədə bilərlər. Ondan sonra məşhur gələcəkgörmələrini yazır.

— Bu məsələ ilə bağlı olan versiyalardan biri ondan ibarətdir ki, bu kitablar həqiqətən də, qədim peyğəmbərlərin, gələcəkgörənlərin yazdığı kitablardır və onlarda Nostradamusun yazdıqları Nostradamusdan əvvəl yazılmış olub. Nostradamus sadəcə olaraq, onları tərcümə edib, müəyyən əlavə düzəlişlərlə öz adından verib. Və sonradan da onları yandırıb ki, işin üstü açılmasın.

— Digər versiyaya görə, Yer kürəsində nə zamansa indikindən daha yüksək olan sivilizasiya mövcud olub

(

bu barədə aşağıda [bax, səh. 183] danışılır

)

, lakin hansısa qlobal fəlakət və ya nüvə müharibələri o sivilizasiyanı məhv edib və insanlar yenidən ibtidai icma quruluşuna gedib çıxıblar. O kitablar da həmin dövrün tarix kitabıdır. Sadəcə olaraq, həmin sivilizasiyanın tarixi yenidən bizim sivilizasiyada təkrarlandığından, faktlar uyğun gələ bilir.

— Bir başqa versiyaya görə, eynən Yerdəki həyat kimi bir həyat forması hansısa ulduz sisteminin planetlərindən birində və ya bizimlə paralel məkanda mövcuddur və bizdəki tarixi proseslər nə zamansa oralarda da baş verib. İndi, sadəcə olaraq, burada da həmin proseslər baş verdiyindən, onların tarix kitabları burada peyğəmbərlik kitabları kimi görünür. Onların tarix kitablarının gəlib bura necə çatması məsələsi isə, artıq tamam başqa problemdir – burada yad sivilizasiya nümayəndələri ilə əlaqə versiyasından tutmuş tutmuş, əlahiddə sensitivist qabiliyyətə maliklik versiyasına qədər bütün variantlar işləkdir;

— Tamam başqa versiyaya görə, onlar həqiqətən də, hansısa qabiliyyətləri öyrədən metodikalar olub ki, Nostradamus həqiqətən də, onları öyrənib və bütün gələcəkgörmələrini öz beynindən söyləyib.

Nostradamusun qabiliyyətinin, o cümlədən, söylədiklərinin mötəbərliyinə gəldikdə isə, bununla bağlı

versiyalardan biri

ondan ibarətdir ki, Nostradamusun söylədikləri adi şarlatanlıqdan savayı özgə bir şey deyil. Belə ki, Nostradamus məsələləri o dərəcədə dumanlı və dolaşıq bir formada təsvir edir ki, onları istənilən bir tarixi hadisə ilə oxşatmaq olar. Yəni, Nostradamusun kitablarında ardıcıl olaraq deyilmir ki, filan il filan hadisə, ondan sonra filan hadisə baş verəcək. Xeyr. Orada pərakəndə şəkildə şeirlər verilir ki, ayrı-ayrı yerlərdəki şeirləri bir-biri ilə məntiqi əlaqələndirməklə onlarda təxminən filan tarixi hadisənin təsviri verildiyi nəticəsi çıxarılır. Lakin burada məsələ bundan ibarətdir ki, həmin bəndləri bir başqa yerlərdəki bəndlərlə məntiqi əlaqələndirdikdə bir başqa məna alına bilir və ya həmin şeirlərin özlərinin misralarını bir başqa cür yozduqda tamam fərqli məzmun kəsb edə bilir.

Digər versiyaya görə

, Nostradamusun dediklərində həqiqətən də, uyarlılıq var. Belə ki, məsələn, təkcə SSRİ-nin yaranması və dağılması ilə bağlı söylədikləri ciddi faktlardandır ki, burada uyğunluq heyrətamiz səviyyədədir. Əsərdə bu dərəcədə uyğunluğu həddən artıq böyük olan faktlar kifayət qədərdir. Bunun əsasında fatalizm tərəfdarları belə bir fikir söyləyirlər ki, burada doxsan faiz hallar uyğun gəlməyib, cəmisi beş-altı faizin düz çıxması özü də böyük məsələdir. Deməli, dünyanın hansısa gizli proqramları, kodları mövcuddur ki, insan beyni onun yüzdə beşini də olsa görüb duya bilir.

O ki qaldı, Nostradamusun özünün öz gələcəkgörmələrini sacayaq və astronomik cihazlarla əlaqələndirməsinə, məlum olanı bundan ibarətdir ki, Nostradamus heç vaxt teleskop götürüb, səhərə qədər damın belində ulduzları izləməklə məşğul olmayıb. Sadəcə olaraq, əsərində tez-tez faktları hansısa ulduz yerdəyişmələri, bürclərin quruluşu ilə əlaqələndirir ki, bunun üçün də onun özünün xüsusi astronomik müşahidələr aparmasına heç bir lüzum yox idi. Bunun üçün istənilən astronomiya kitabından lazımi astronomik məlumatı almaq yetərlidir.

III.2.4.3.SİRLİ BİLİKLƏRİN MƏNŞƏYİ

Yekunda maraqlı olan bir məsələ barədə: Bu biliklərin sirləri heç bir elmi, texnikası, texnologiyası, dəqiq ölçü alətləri olmayan qədim insanlara haradan məlum olub? Və hətta ölçü cihazları, alətləri olsa da belə, bunlar elə sadə şeylər də deyillər ki, onu qədim insanların primitiv düşüncə səviyyəsi ilə əhatə etmək mümkün olsun. Hətta bugünkü elm, bu qədər inkişaf etməsinə baxmayaraq, bunların bir çoxuna hələ də gəlib çata bilməyib və ya bir çoxunu qədim insanların həmin bu xətlə gələn biliklərindən istifadə etməklə öyrənib. Bütün bunlar necə ola bilib?

Bu sualın bir neçə fərziyyəvi cavabı var.

Birinci

cavab ondan ibarətdir ki, bu biliklər insanlara müxtəlif vaxtlarda ayrı-ayrı peyğəmbərlər tərəfindən gətirilib. Onlara da bu biliklər, Yerdəki insanların taleyini nizamlamaq üçün, təbii olaraq, Allah tərəfindən verilib;

İkinci

bir fərziyyəyə görə, ayrı-ayrı insanlar müxtəlif dövrlərdə sırf təsadüfi olaraq bu tipli biliklərlə rastlaşıb, sonra da onu araşdırıb izahını tapıb, sirrini gizli saxlayaraq ondan istifadə ediblər. İndiki dövrdə də məşhur kəşflərin bir çoxunun sırf təsadüfən edildiyi tarixdən məlumdur

(

Məs., Arximedin – hidravlik qanunu [hamamdan «evrika» deyə-deyə çıxıb qaçması məsələsi], Nyütonun – Ümumdünya Cazibə Qanununu [başına alma düşməsi məsələsi], Kekulenin – benzolun quruluşunu [əl-ələ tutan meymunlar məsələsi], Erstedin – elektriklə maqnitin əlaqədar olduğunu [məktəbdə tədris zamanı təsadüfən stolun üstündə olan kompasın elektrik cərəyanının qoşulması ilə öz əqrəblərinin istiqamətini dəyişməsi məsələsi], Bekkerelin – radioaktivliyi [Uranın təsadüfən fotokağızlarla eyni şkafda saxlanması məsələsi] təsadüf nəticəsində kəşf etmələri və b. bu qəbildəndir

)

;

Üçüncü

versiyaya görə, bu biliklər insanlara yerdənkənar sivilizasiya nümayəndələri tərəfindən gətirilib

(

bu barədə ətraflı bax: burada səh.: 185

)

;

Dördüncü

versiyaya görə, Yer üzündə nə vaxtsa indikindən daha yüksək olan bir sivilizasiya mövcud olub və o sivilizasiyanın elmi-texniki səviyyəsi indikindən də yüksək bir pilləyə qədər qalxa bilib. Sonradan bu sivilizasiya, ya nüvə müharibələrininmi, ya ekoloji tarazlığın güclü şəkildə pozulmasınınmı, ya astronomik fəlakətlərinmi, ya da buna bənzər bir başqa amillərin səbəbindən məhv olub gedib və insanlıq ibtidai icma quruluşundan başlayaraq yenidən təkamül edib, indiki səviyyəsinə qalxıb

(

bu barədə ətraflı bax: burada səh.: 183

)

.

Aşağıda bu versiyaların sonuncu ikisi barədə nisbətən daha ətraflı:

III.2.4.3.1.İtmiş sivilizasiyalar barədə

Deyildiyi kimi, sirli biliklərin mənşəyi ilə əlaqədar olan versiyalardan biri ondan ibarətdir ki, Yer üzündə nə vaxtsa indikindən daha yüksək olan bir sivilizasiya mövcud olub və o sivilizasiyanın elmi-texniki səviyyəsi indikindən də yüksək bir pilləyə qədər qalxa bilib. Sonradan bu sivilizasiya, ya nüvə müharibələrininmi, ya ekoloji tarazlığın güclü şəkildə pozulmasınınmı, ya astronomik fəlakətlərinmi, ya da buna bənzər bir başqa amillərin səbəbindən məhv olub gedib və insanlıq ibtidai icma quruluşundan başlayaraq yenidən təkamül edib, indiki səviyyəsinə qalxıb.

Özlüyündə bu versiya azinandırıcı görünsə də, həqiqətdə onun da, öz arqumentləri var. Məsələ burasındadır ki, indiki elmə bir sıra elə tarixi sənədlər gəlib çatıbdı ki, elm hələlik onları izah etməkdə çox acizdir. Bunların bir neçəsi aşağıdakılardır:

1929-cu ildə İstanbuldakı Türkiyə Milli Muzeyinin direktoru Milal Əhməd qədim bir xəritənin iki parçasını aşkar etdi. Xəritə XV-XVI əsrlərdə yaşamış admiral və coğrafiyaşünas-alim Piri-Reysə məxsus idi. Özünün «Bəhriys» adlı əsərində o, bu xəritəni Makedoniyalı İsgəndər dövrünə aid daha qədim bir xəritədən köçürdüyünü bildirir. Sonradan eyni qədimliyə malik daha iki xəritə – fransız Orontiya Fineyin

(

1532-ci il

)

və türk Hacı Əhmədin

(

1559-cu il

)

xəritələri aşkar olunur. Hər üç xəritənin maraqlı xüsusiyyəti ondan ibarət idi ki, onlarda hələ Kolumbdan çox-çox əvvəldə Amerika və Antarktida qitələri təsvir olunmuşdu. Özü də necə?

Bu xəritələr aşkar olunduqdan sonra onlarda təsvir olunan ölçülərlə, indiki xəritələrdə təsvir olunan Antarktida və Amerika xəritələrindəki bir sıra ölçülərin tamamilə bir-birindən fərqləndiyi məlum oldu. Bu məsələ ilə bağlı Antarktidaya göndərilmiş xüsusi beynəlxalq ekspedisiya 1934-cü ildə apardığı təkrar hesablamalarla bu materikdəki bir çox zirvənin, yarğanın, sahil çıxıntılarının və s.-in bu xəritələrdə daha dəqiq verildiyini müəyyənləşdirdi. Bundan əlavə bir fakt xüsusi maraq doğurdu: hazırkı xəritələrdə Antarktidaya bitişik şəkildə göstərilən «Kraliça Mod» adlı bir zirvə bu xəritələrdə sahildən bir qədər aralıda yerləşən ayrıca bir ada kimi göstərilirdi. Əlavə seysmik yoxlama həmin xəritələrin dəqiqliyini təsdiqlədi: Həqiqətdə də, onu materiklə quru sahəsi yox, bu xəritələrdə göstərildiyi kimi, dəniz sahəsi birləşdirirmiş. Sadəcə olaraq, bu dəniz hazırda buzlaqlarla əvəz olunub və bu buzlaq zirvə ilə materik arasındakı fasiləni görünməz edib.

Bundan əlavə, bu xəritələrdə maraqlı olan daha bir neçə məsələ xüsusi maraq doğurdu və indiyə qədər də doğurmaqdadır: Əvvəla – onlar hamısı eyni bir qədim orijinaldan deyil, fərqli orijinallardan köçürülmüşdülər və formaları da müxtəlif idi; İkincisi – onların hər üçündə Yer kürə formasında təsvir olunmuşdu; və nəhayət, üçüncüsü – bunların hər üçündə Antarktida buzlaqlardan azad formada, yəni axan çayları, qaynayan bulaqları, dənizləri, gölləri, körfəzləri və s.-lə birgə göstərilmişdi. Antarktida isə yalnız 10-15 mln. il bundan əvvəl belə bir formada olub.

Astronomiya sahəsində isə qədim dövrlərdən indiki dövrə qədər həddən artıq çoxlu sayda maraqlı faktlar gəlib çatıb: Misir Ehramlarının ölçülərində Yerin radiusu, sıxlığı, kütləsi, Yerdən Günəşə, Aya qədər olan məsafə və s.-in çox dəqiqliyi ilə əks olunduğu məşhurdur.

Bundan əlavə, hindlilərin «Surya-Sidhanta» adlı bir qədim kitabəsində və qədim Mayyaların, indi «Drezden Kodeksi» adlandırılan bir kitabında Yerin diametri bir faiz xəta ilə göstərilib

(

hansı ki, bu xəta da yəqin ki, bu müddətdə atmosferə çökən tozlardan əmələ gəlib

)

; bir Babil kitabında Venera planetinin fazaları və Yupiterin dörd peyki olması barədə danışılır

(

hansı ki, müasir elm bunları yalnız son yüzillikdə kəşf edib

)

və s.

Digər bir çox elmlər sahəsində də belə faktlar çoxsaylıdır. Məs., dəri altına nazik qızıl saplar yerləşdirməklə üz dərisini cavan saxlamaq metodunu müasir elm, qədim Misir fironlarının kitabxanası aşkar ediləndən sonra, buradakı qədim bir papirus yazısından öyrənib. Hazırda üz dərisini qırışlardan qorumaq və dərini cavan saxlamaq üçün tibbi-kosmetologiyada bu metoddan geniş istifadə edilir.

Bunlar Yer üzündə nə vaxtsa çox-çox qədimlərdə hansısa güclü sivilizasiyaların mövcud olması barədə müəyyən ehtimallar yaradan bir sıra faktlar idi. Dinlərin də demək olar ki, hamısı bu versiyanı təsdiqləyir. Söhbət Yer üzünün bütün xalqlarının dinlərində cüzi fərqlərlə təkrarlanan «Nuh tufanı» mövzusundan gedir.

Bunlardan savayı, ayrı-ayrı xalqların şifahi və yazılı ədəbiyyatında bundan bəhs edən bir sıra çox maraqlı faktlar var.

Müəllifi və yazılma tarixi məlum olmayan qədim Hind mədəniyyət abidələri «Mahabharata» və «Ramayana»da «bir göz qırpımında və fikir sürəti ilə hərəkət edən», hərəkəti «göy gurultusu kimi azman səslərlə və ildırım kimi parlaq odlarla müşayiətlənən» nəhəng uçan arabalardan və onların Yerə atdığı «min-min Günəşdən də parlaq» mərmilərdən bəhs olunur. «Onlardan yaranan gurultu min-min barabanın zərbindən daha güclü idi... Onların zərbəsindən sonra böyük partlayışlar və odlu burulğanlar aləmi bürüdü... Nəhəng və od püskürən bu silahlar

(

«Brahman başı», «İndra odu»

)

şimşəklərlə bürünmüş və ani sürətlə yayılırdılar... Onlardan ayrılan partlayış

on min Günəşdən daha parlaq

idi... Tüstüsüz olan bu odlar hər tərəfə yayılırdılar... Bütün insanlığı qırmaq üçün olan bu odlar, qarşısına çıxan hər şeyi bir anda külə çevirirdi... Ondan yalnız yer altındakı sığınacaqlarda gizlənənlər xilas tapdılar... Onların da saçı və dırnağı tökülürdü...» və s.

«Mahabharata»nın bu cümlələrində deyilənlərin indiki nüvə silahlarının partlayışı halı ilə tam şəkildə oxşar olduğu barədə həddən çox yazılıb. Özü də bir təkcə qədim «Veda» ədəbiyyatı və «Mahabharata» tədqiqatçıları tərəfindən yox, həm də, bir çox Qərb mütəxəssisləri tərəfindən. O cümlədən, məşhur atomçu-fizik R.Yunq öz əsərinin adını da məhz «Mahabharata»dakı həmin cümləsindən götürərək, kitabını «On min Günəşdən daha parlaq...» adlandırıb.

Bundan əlavə, Qədim Astek daş kitabələrində (Meksika ərazisində tapılıb, hazırda Vatikan kitabxanasında saxlanılan "Vatikan kodeksi», «Rios kodeksi» və «Telerian-Remensis kodeksi» adlandırılan kitabələrdə), qədim Assuriya kitabxanasından bugünkü dövrə gəlib çatmış kitabələrdə («Şumerlərin mövcudluq kitabı», «Hilqamış eposu» və s.-də), Misir papiruslarında («Qəzaya uğramış gəmilər barədə»...), Semit sənədlərində («Hər şeyi görmüş adam barədə»...), Yapon eposlarında («Koyi-Ki»...), qədim Babil gil kitabələrində, qədim german yazılı abidələrində («Ura Linda Buk»da) və b.-da nə vaxtsa Yer üzündə indikindən daha yüksək sivilizasiyanın mövcud olması barədə yuxarıdakına bənzər maraqlı məlumatlar var.

Bundan əlavə, tarix boyu bir sıra nüfuzlu tarixçilər, filosoflar da öz əsərlərində bu mövzudan bəhs edib, Yer üzündə nə vaxtsa indikindən daha yüksək sivilizasiyanın mövcud olduğunu bildiriblər. O cümlədən, Homer (y.e.ə.), Pindar (y.e.ə. V əsr), Hellinika (y.e.ə. V əsr), Feopomp (y.e.ə. IV əsr), Platon (y.e.ə. V-IV əsr), Manefon (?); Babil tarixçisi Beros (y.e.ə. III əsr), Siciliyalı Diodor (y.e.ə. I əsr), Böyük Pliniy (I əsr), İosif Flaviy (I əsr), Klavdiya Eliane (II-III əsrlər), Pomponi Mel (I əsr), Yevseviy Kesariyski (II əsr), Krantor (III-IV əsr), Prokl (V əsr) və b. da nə vaxtsa Yer üzündə yüksək inkişaf səviyyəsinə çatmış bir sivilizasiyanın mövcud olması barədə yazıblar. Bunların içərisində Platonun

(

e.ə. 428-348

)

«Atlantida»sı xüsusilə məşhurdur.

Platonun «Timey» və «Kratil» əsərlərində təsvir etdiyi, haradasa Atlantik okeanı ərazisindəki

(

«Herkules sütunları arxasındakı»

)

bir qitədə yerləşən çox yüksək elm və mədəniyyətə malik «Atlantida» dövləti tarix boyu diskussiya mənbəyi olub. Platon onun barədə məlumatı özünün ana babası, qədim dünyanın yeddi rəsmi müdrikindən biri olan Solondan, o da, öz növbəsində bunu, y.e.ə. 570-ci ildə Misirə səyahət edərkən, oradakı Neyt məbədi kahinlərindən eşitdiyini yazır.

Hər halda, biz burada «Atlantida» mövzusunun müzakirəsini açmaqdan uzağıq, söhbət, yalnız cadugərliyin əski sivilizasiyalarla əlaqəsi versiyasının hansısa əsasa malik olduğunu göstərməkdən gedirdi.

Bəs sonradan bu yüksək elmi tərəqqi hara yoxa çıxdı ki, insanlıq hər şeyi sıfırdan başlayıb həmin səviyyəyə təkrarən qalxmağa çalışdı?

 Bir versiya görə – bu sivilizasiya nüvə bombalarının yaradılmasına qədər yüksək texnoloji səviyyəyə qalxdı və sonra elə öz aralarında baş verən nüvə müharibələri ilə də dağıldı;

 Digər versiyaya görə – bu sivilizasiya əsasən cadu biliklərinin mənimsənilməsi istiqamətində inkişaf edirdi və sonda da o, total cadu müharibələrinin qurbanı oldu;

 Və nəhayət, tamam başqa versiyaya görə – bu sivilizasiya total iqlim dəyişmələrinin və ya qlobal kataklizmin

(

məsələn Yerə asteroid düşməsinin

)

qurbanı olub.
III.2.4.3.2.Yerdənkənar sivilizasiyalar barədə

Yuxarıda

(

səh., 183

)

deyildi kimi, bir çoxları da, mistik biliklərin mənşəyini yerdənkənar sivilizasiyalarla əlaqələndirirlər. Bu versiya da müəyyən əsaslara malikdir. Belə ki, yerdənkənar sivilizasiyaların mövcud olması və onların Yerlə əlaqəsi məsələsini elm, hələlik təsdiq edə bilmirsə də, onu inkar etməyə də çox çətinlik çəkir. Əksinə, onun lehinə bir sıra faktlar mövcuddur ki, bunlardan bir qismi aşağıdakılardır:

Təkcə Günəş sisteminin yerləşdiyi Qalaktikada ölçüsü, iqlimi və digər parametrləri baxımından Yer kürəsinə çox yaxın olan yüz milyondan artıq göy cismi

(

ələlxüsus, müxtəlif ulduzların planetləri

)

müəyyən edilib. Eyni bu cür şəraitin mövcudluğu, orada da, həyat doğurması ehtimalı çox böyükdür. Və alimlərdə bu ehtimal o qədər böyükdür ki, hətta bir çox məşhur astrofizika institutlarında böyük xərclər çəkilərək, nəhəng radiosistemlər qurulub və həyat ehtimalı olan bu tipli planetlərin bir çoxuna radiodalğalar vasitəsilə Yerdəki həyat barədə xüsusi informasiyalar göndərilib. Bu informasiyalara isə, bütün Kainat üçün anlaşıqlı olduğu ehtimal edilən aşağıdakı məlumatlar daxildir: «Mendeleyev cədvəli»nin quruluşu, bizim qalaktikanın şəkli və orada Günəş sistemi və Yerin yerləşdiyi koordinatlar, insanın gen strukturunun şəkli, insan şəkli və s. Müasir elm bunların bütün kainat üçün son dərəcə universal anlayışlar olduğunu qəbul edir və bunlardan kosmik əlaqə məqsədilə istifadə edənlər də, ehtimal edir ki, kainatın istənilən guşəsində mövcud olan həyat formaları bunları tutarkən, onların şüurlu varlıqlar tərəfindən göndərildiyini başa düşəcəklər.

Yerdənkənar sivilizasiyaların Yerlə əlaqəsi barədə ehtimal doğuran ən güclü arqumentlərdən biri – tarixən bütün dövrlərdə insanların bu fenomenlə rastlaşmasına dair tarixdə çoxlu sayda faktların qalmasıdır. Belə ki, məsələn, Junan dağındakı (Çin, y.e.ə. 4500 il), Qunqtin gölündə olan adalardakı (Çin, y.e.ə. 4500 il), Tassili dağlarındakı

(

Saxar

)

, Tiquananko məbədindəki (Peru, y.e.ə. 4000 il) və b.-dakı daş-qaya rəsmlərində, bir qədim Misir papirusunda (y.e.ə. 1380-ci ilə) və b. yerlərdə «uçan boşqablar»la bağlı hansısa məlumatlar var. Belə ki, məsələn, həmin daş-qaya rəsmlərində skafandrlı insan rəsmləri çəkilib.

Yazının meydana gəlməsindən sonra artıq bu barədə daş-qaya rəsmləri dilində deyil, yazılı formada geniş informasiyalar verilməyə başlanıb: Lionun baş keşişi Aqobard özünün «Le Qranden e Tonetrua»

(

840-cı il

)

əsərində, Xeyirxah Filippin təzkirəçisi Jak Düklerk özünün «Azad insan Arressin memuarları»

(

XV əsr

)

əsərində, Xartman Şeden özünün «İnkuiabula»larında

(

1494-cü il

)

, alman filoloqu Yakob Qrimm

(

XVIII əsr

)

, alman yazıçısı Montanus

(

XVIII əsr

)

və b. öz əsərlərində bu fenomendən geniş bəhs edib, bu və ya digər formada onun yerdənkənar mənşəliliyini qəbul etmişlər.

Yeni Eranın başladığı vaxtdan bəri: I əsrdə Şotlandiyada, VII əsrdə İngiltərədə, X əsrdə Macarıstanda və Şərqi Fransa əyaləti Verdendə, XI əsrdə Kairdə, XI və yenə də XII əsrdə Yaponiyada, XVI əsrdə Erfurtda, yenə həmin əsrdə Nürnberqdə, Bizanda və b. yerlərdə göydə uçan maraqlı texniki qurğuların müşahidə edilməsinə dair dövrümüzə qədər bir sıra mötəbər yazılı sənədlər gəlib çatıb.

Astronomlardan Halley

(

06.03.1716

)

, Şarl Meser

(

17.06.1777

)

, Tiberuus Kavelo

(

1783

)

, Truvelo

(

29.08.1871

)

, Şaferik

(

24.04.1874

)

və digərləri müxtəlif vaxtlarda fəzada onların özləri üçün də anlaşılmaz olan bu uçan texniki qurğuları müşahidə etdiklərini yazırlar

(

xüsusən də, nəinki süni peyklərin, hətta dirijablın da icad olunmadığı bir dövrlərdə

)

.

Şübhəsiz, həmin dövrlərdə bu obyektlərlə rastlaşanların sayı yüz minlərlədir. Lakin onların böyük əksəriyyəti o dövrün təsəvvür səviyyəsinə uyğun olaraq fikrini cin, mələklər və b. ilə rastlaşması kimi formula etdiyindən müasir elm onların ifadələrini az mötəbər fakt kimi qəbul edir.

XX əsrlərdə qəzetlərin meydana gəlməsi ilə problem qəzetlər səviyyəsində müzakirə olunmağa başlayır, o cümlədən: ?.08.1809 tarixli «Cornel of neçurel xistorii...», 7.09.1820 tarixli «Annale de şimi», 23.05.1909 tarixli «Uikli dispatç», 20.05.1909 tarixli «Deyli Meyl», 31.01.1913 tarixli «London standart» və s. adlı Avropa qəzetlərində bu obyektlər, onların həmin ərəfələrdə hansısa bölgədə görünməsi, təsviri və s. barədə ətraflı məlumatlar dərc edilmişdir.

Təkcə yazılı ədəbiyyat deyil, Yer kürəsinin müxtəlif xalqlarının şifahi ədəbiyyatı da bu fenomenə dair materiallarla doludur. O cümlədən, məsələn: ABŞ-ın Vayominq ştatındakı Bih-Horn dağları ətəklərində indiyə qədər də daşdan hörülmüş qədim bir «cadugər arabası»nın qırıqları qalmaqdadır. Yerli hinduların dediklərinə görə, onu, onların qədim əcdadları «göydən gəlmiş adamlar»ın şərəfinə onların «uçan arabasına» bənzədib yaratmışlar. Onların dediyinə görə, bura, səmadan gəlmiş adamların Yerə endiyi yerdir və onların əcdadları da bu qurğunu tikdilər ki, növbəti dəfə səma adamları gəldikdə öz əvvəlki eniş yerlərini tanıya bilsinlər. Kanada və Minnesota hindularının dediklərinə görə, avropalılar oralara gələn vaxta qədər oralarda çox tez-tez səssiz uçan, bəzən dənizin üstünə də qona bilən nəhəng dairəvi arabalar görmək mümkün idi. Avropalıların oralara ayaq açması ilə onlar da itdilər; Peru xalqlarının

(

Tiaxuanko r-nu

)

rəvayətlərində nəhəng, parlaq səma arabalarında gəlmiş «gözəl insanlar»dan söhbət açılır. Onlar hündürboylu, parlaqsaçlı və qəribə paltarda idilər; German xalqlarının inamına görə, onların əcdadları buralara «uçan qüllələr»də gəliblər; Podoli slavyanlarının rəvayətlərində insanın birinci dəfə Yerdə yox, tamam başqa ulduz sistemində yaradıldığından söhbət açılır. Onlar sonradan gəlib Yerdə məskunlaşıblar; Analoji fikir, yəni insanlığın əvvəlcə bir başqa ulduz sistemində, qalaktikada dünyaya gəlib, sonra Yer planetinə köçməsi Afrika, Asiya və Amerikanın bir çox xalqlarının mifologiyasında da eynilə təkrarlanır. Bunlardan bəzilərinin, o cümlədən, Peru xalqlarının, Kalimantan adası xalqlarının, qədim mayyaların və b. rəvayətlərində isə hətta insanlığın ilk məskunlaşdığı ulduz sisteminin təxmini istiqaməti də, dəqiqləşdirilir: Bu – Ülkər bürcünün ulduzlar sistemindən biridir; Afrika doqonlarının, Yeni Zelandiya maorilərinin, Pasxa adaları sakinlərinin, Sibir ketlərinin və b.-nın əsatir və rəvayətlərində də, yadplanetlilər barədə çoxsaylı məlumatlar var.

Yeri gəlmişkən Tövratda da «uçan boşqablar» barədə maraqlı məlumat var. Belə ki, Peyğəmbər İezekl barədə olan hissədə Peyğəmbər İezekl vəhyləri ona parlaq işıq saçan, uçan nəhəng arabada gəlmiş qəribə insanların gətirdiyini bildirir, həmin maraqlı uçan qurğunun və ondan düşüb gələn insanabənzər məxluqların («mələklərin») təsvirini verir.

Bütün bu məsələlər rəsmi elmin bu fenomeni inkar etməsini hələlik mümkünsüz edib. Əksinə, bütün dövrlərdə bir sıra çox nüfuzlu alimlər ona münasibət bildirib, bu fenomenin sirrini açmağa cəhd göstərmişlər. Tanınmış nüfuzlu alimlərdən Aristotel, Sialkovski, Eynşteyn və b. bu sıradandırlar, yəni onlar da yadplanetlilər məsələsinə ciddi diqqət verib, bu barədə müəyyən mülahizələr söyləmişdilər.

Bu izahlara gəldikdə isə, həmin bu Yerdənkənar sivilizasiyaların nə olması məsələsi ilə bağlı indiyə qədər irəli sürülmüş versiyaları, əsasən, aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

 Birinci – ən geniş yayılmış versiyaya görə, onlar – uzaq planetlərdən, ulduz sistemlərindən, qalaktikalardan və s. gəlmiş şüurlu varlıqlardır

(

özü də, ola bilsin, bir yox, bir neçə fərqli planet, ulduz sistemi və s.-dən

)

. Bu versiyanın özü də bir neçə variantdan ibarətdir:

a

)

Onlar Günəş sistemindən kənarda, kainatın hansısa digər bir küncündə yaranıb, inkişaf etmiş şüurlu məxluqlardır;

b

)

Onlar uzaq qalaktika sakinlərinin özləri yox, onların Yeri tədqiq üçün göndərdikləri biorobot, holoqramma və s. tipli alətləridir;

v

)

Onlar bir zaman Yerdə mövcud olan sivilizasiyalar zamanı Yeri tərk edərək digər ulduzlarda, qalaktikalarda və s. məskunlaşmış insan övladlarıdır. Sonradan Yer sivilizasiyası tənəzzülə uğradığından onlarla əlaqə kəsilib. Onlarsa hələ də öz sivilizasiyalarını saxladıqlarından, yüksək texniki mərhələdədirlər və mütəmadi olaraq öz ulu vətənlərini yoluxurlar;

q

)

Onlar insanların başqa planetdə, ulduzda və s. yaşayan əcdadlarıdır. Belə ki, insan ilk olaraq məhz orada meydana çıxıb, sonra Yerə köçüb. «uçan boşqab» da, həmin ulduz, planet sistemi sakinlərinin Yerdəki həyat eksperimentinə nəzarət üçün göndərdikləri tədqiqat aparatları və heyətləridir...

 İkinci versiyaya görə, onlar heç də uzaq planetlərdən gəlməyib, insanla birlikdə eynilə həmin bu Yer kürəsində yaşayan digər bioloji mutasiyadırlar, mümkündür ki, hətta insanın növ müxtəlifliyidirlər. Başqa sözlə, onlar da, insan kimi Yer kürəsinin sakini – canlılardandırlar, lakin digər canlılardan fərqli olaraq onlar yer altında və ya okeanın dərinliklərində yaşayırlar, elmi-texniki tərəqqi baxımından insanı qabaqlayıblar. «Bermud üçbucağı», «Şeytan dənizi» və s. kimi anomal yerlər onların yeraltı dünyalarının darvazalarıdırlar;

 Üçüncü versiyaya görə, onlar ümumiyyətcə, bu ölçüdə deyil, tamam başqa ölçüdə – beşinci ölçüdə, məkanın paralel qatlarında yaşayan canlılardandır. Ufologiyada Nyu-York universitetinin professoru R.Şapironun bu fikri məşhurdur ki, həyatın su-karbon modelinin universallığı hipotezası astro-biologiyanın tərəqqisini tormozlayan «ən zərərli ehkamlardandır». Digər amerikan professoru astrofizik Fred Hoyl deyir: «İnsanlar onların hər addımına nəzarət edən özgə bir şüurun oynadığı böyük oyunda kiçik piyadalardır. Bu yad şüur, özgə kəhkəşanda, beşinci ölçüdə mövcuddur, onun fizika və kimya qanunları da bizimkilərdən tamamilə fərqlənir. O, bizi məhdudlaşdıran zaman və məkan baryerini dəf etməyi öyrənib. Bu fövqəlşüurlu varlıqlar bizdən o qədər fərqlənirlər ki, onları bəşər terminləri ilə təsvir etmək qeyri-mümkündür. İnsanlar bütün yaratdıqlarını onların sayəsində yarada biliblər». Bir başqa amerikan tədqiqatçısı C.Kilin yazdıqlarından: «Biz görə bilmədiyimiz enerjilərlə əhatə olunmuşuq. Mümkündür ki, bu enerjilərdən bizim görə bilmədiyimiz obyektlər, canlılar, hətta bütöv dünyalar yaranır. Lakin bizim onları hər hansı bir variantda görüb, duyub eşidə bilməməyimiz hələ onların mövcud olmaması demək deyil». Analoji mövqeyi fransız alimi Jak Valle, italyan alimi L.Bokkon, rus alimlərindən akademik V.P.Kaznaçev, fizika-riyaziyyat elmləri doktoru V.Baraşenko

(

eləcə də, öz dövründə K.E.Sialkovski

)

və b. da müdafiə etmişlər;

 Dördüncü versiyaya görə – onlar, məkanın deyil, zamanın paralel qatlarında yaşayırlar, başqa sözlə, «başqaplanetlilər» bu zəmanəyə xüsusi «zaman maşını» vasitəsilə keçmişdən

(

supersivilizasiyaya malik Atlantida dövrü keçmişindən

)

və ya gələcəkdən gəlirlər. Eynşteyn bu fərziyyənin aktiv müdafiəçilərindən olub;

 Beşinci versiyaya görə, onlar – müxtəlif ölkələrin fövqəlməxfi super hərbi təyyarələridirlər; və ya Yerə düşmüş «Uçan boşqab» qırıqları isə Yerə qayıdan, yaxud uğursuz start götürmüş süni kosmik raketlərin dağılmış hissələridirlər

(

texniki izah

)

;

 Altıncı versiyaya görə, o – adi hallyusinasiya effektidir

(

psixoloji izah

)

, o cümlədən;

a

)

«Uçan boşqab» şahidləri onu adətən gecələr müşahidə edirlər, bu da, gecənin xüsusi hipnotik-relaksasiyaedici təsirindən törəyən hissi aldanmadır

(

sensor illüziyadır

)

;

b

)

«Uçan boşqab»ın xüsusi aktivliklə müşahidə edildiyi bölgələr özünün müəyyən geoloji strukturu ilə seçilir. Belə ki, məs., civə yatağı olan yerlərdə buxarlanan civə toksininin təsirindən o yerdəki insanların gözünə müxtəlif qarabasmalar göründüyü məlumdur;

v

)

«Uçan boşqab» – «materiallaşmış fikir» hadisəsidir. Belə ki, hipnoz altında olan adamın təsəvvüründə tutduğu və müəyyən küncə yönəltdiyi predmeti həmin yerdə fotoaparat vasitəsilə qeydə almağın mümkünlüyü elmə məlumdur. Kütləvi psixoz halında olan adamlar kütləsinin səmada «uçan boşqab» axtarışı da, beləcə, gec-tez «həqiqi» «uçan boşqab» şəklində təzahür edə bilər;

...və s...

 Yeddinci versiyaya görə – ümumiyyətcə, «yerdənkənar sivilizasiya» və onların Yerdə hər hansı izləri mövcud deyil. Əldə olunan faktlar isə, olsa-olsa müxtəlif fiziki-təbiət hadisəsidir, o cümlədən, müşahidə olunan «Uçan boşqablar»:

a

)

komet və ya bolidlərin növmüxtəlifliyidir

(

meteoroloji izah

)

;

b

)

kürəşəkilli ildırımın növmüxtəlifliyidir

(

elektromaqnetik izah

)

;

v

)

ionlaşmış hava kütləsidir

(

elektromaqnetik izah

)

;

q

)

lazer qurğuları şüalarının buludlardan olan inikasıdır

(

optik izah

)

;

ğ

)

sınan Günəş şüalarının zond effektidir

(

optik izah

)

;

d

)

öz maqnit sahəsi hesabına yaranan plazma kütləsidir;

e

)

müəyyən situasiyada spontan yaranan təbii sinxrofazatrondur

(

zərrəcik sürətləndiricisidir

)

və onun buraxdığı şüalar da, daxildə yaranan «Vavilov-Çerenkov» effektinin nəticəsidir

(

kvant izahı

)

;

...və s...

 Bir başqa ehtimala görə «uçan boşqab», ümumiyyətcə, mif, uydurma, psixoloji vasitədir

(

məs., amerikan ufoloqu M.Lindeman

)

bu ehtimalı söyləyənlərin qənaətinə görə «uçan boşqab» şayiəsini müxtəlif dövlətlər öz çirkin əməllərini ört-basdır etmək, «uçan boşqab»ın adına yazmaq üçün uydurublar.

Və s.


Eyni zamanda, «uçan boşqab» adı altında bir neçə fərqli effektdən söhbət getməsi ehtimalı da istisna deyil. Yəni, birisinin gördüyü «uçan boşqab» – qonşu kənddə yerləşən meteoroloji idarənin zondu, digərinin gördüyü – uçan meteorit, üçüncüsünün gördüyü – nə isə kürəşəkilli ildırım, və nəhayət, hansısa birinin gördüyü isə, həqiqətən də, yerdənkənar mənşəli cihaz və ya varlıq ola bilər.

Bir sözlə, okkult elmlərin Yerə yerdənkənar sivilizasiya nümayəndələri tərəfindən gətirilməsi ehtimalı da, öz məntiqinə malikdir.

* * *

Bu bölmədə deyilənləri yekunlaşdıraraq bir şeyi qeyd edirik ki, dünyanın insan beyni tərəfindən qavranılmamış və ya hələlik qavranılmamış qatları da yetərincədir. Okkult təsirlər də dünyanın bu qatlarının reallıqlarındandır. Amma biz ümumən sirli biliklər aləminə az-çox aidiyyatı olan hər kəs üçün ciddi şərt olan «ezoterik məxfilik» prinsipinə riayət edərək, bu barədə bundan artıq nə isə danışmağa zərurət bilmirik. Bu deyilənlərdənsə məqsəd yalnız bu təsirlərin də mexanizmi barədə ümumi təsəvvür yaratmaq idi. Ondan nə nəticə çıxarmaq işi hər kəsin öz işidir.

 
Bütövlükdə bu cəmi həmlə, hücum fəndləri kitabın ikinci hissəsində vahid bir sterjinə düzülərək konkret proqram halına salınır.

 

2-Cİ HİSSƏ

 



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iii-3-1-3--competencia-y.html

iii-3-8-laboratrio.html

iii-3-la-rpartition.html

iii-3terie-osobnosti--.html

iii-4--razpadt-na.html