1 ... 16 17 18 19 20 21 22 23 ... 113

III.  DİN  VƏ  DİNİ  MÜNASİBƏTLƏR

səhifə20/113
tarix02.12.2017
ölçüsü2.88 Kb.

:

Kitab -> 2013
2013 -> []
2013 -> Microsoft Word Kutsal quruculuq
2013 -> Ə. B. Nəcəfov
2013 -> Yusif Aslanov
2013 -> Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor

 
63 
 

III.  DİN  VƏ  DİNİ  MÜNASİBƏTLƏR 


Orta  əsr  etnomədəni  sistemində  islam  inancinin 


yeri  və  durumu 


Orta  əsrlərdə  dinin  ictimai  həyatın  bütün  sferalarına  təsiri  
çox  güclü  idi.  Cəmiyyətin  təsərrüfat-mədəni  həyatının  bütün 
sahələri əhəmiyyətli dərəcədə dinlə bağlı olub, hadisə və proses-
lərin  izahı  və  həllinə  dini  prizmadan  yanaşılırdı.  Din  insanların 
mənəvi  keyfiyyətlərinin,  əxlaqının,  cəmiyyətə  məxsus  adət-ənə-
nələrin formalaşmasında əhəmiyyətli rol oynayır. E. From deyirdi 
ki,  “Orta  çağda  insan  özünü  sosial-dini  birliyin  ayrılmaz  hissəsi 
kimi hiss edirdi” (1, 111). 
Araşdırdığımız  dövrdə  islam  dini  dünyada  özünün  yüksəliş 
dövrünü keçirirdi. İslam mədəniyyəti adı altında dünyanın elm və 
mədəniyyətinin  ən  qabaqcıl  yenilikləri  meydana  çıxır  və  tə-
sərrüfat-mədəni həyata tətbiq olunurdu. «... ictimai həyatın, milli 
ənənələrin  və  tarixi  talelərin  müxtəlif  səviyyəsində  olmasına  və 
mühüm  fərqlərinə  baxmayaraq,  mürəkkəb  və  çoxəsrlik  qarşılıqlı 
təsir  prosesi  nəticəsində  islamın  mədəniyyət  orbitinə  daxil  olan 
xalqların sintezi bir sıra müsəlman xalqlarını birləşdirən ümumi, 
vahid olan mədəniyyət yaratmışdır ki, bu da uzun əsrlər üçün hə-
min  xalqların  dünyagörüşünü,  ənənələrini,  həyat  tərzini,  mənəvi 
norma  və  ideallarını,  psixologiyasını,  ictimai  təsisatlarını  və 
davranış modellərini müəyyən etmişdir” (2, 9). 
İslam  etiqadın  etnik  mənşədən  asılı  olmadığını  elan  edərək, 
hamı üçün vahid olan, hamı üçün mümkün olan baxışlar sistemini 
işləyib hazırlamışdır. Məşhur şərqşünas və islamşünas alim Qrü-
nebaum yazırdı:  «Başqa sözlə, fiziki hökmranlıq deyil, yeni təli-
min mədəni qüdrəti, onun müəyyən coğrafi və intellektual region-
da meydana gəlməsi yox, onun təbiətinə xas olan universalizm bu 
təlimin inkişafında həlledici amillər olmuşdur” (3, 24-25). İslam 
mədəniyyəti,  islam  dinini  qəbul  edən  millətlərin  ümumi  səyləri 
ilə  meydana  gətirdikləri  ortaq  bir  mədəniyyətin  adıdır.  Bununla 
bərabər,  bu  mədəniyyətin  yaranmasında  və  inkişafında  ərəblər, 

 
64 
 
iranlılar  və  türklərin  böyük  paylarının  olduğu  bir  həqiqətdir.  V. 
Bartholdun da vurğuladığı kimi, islam mədənyyəti və ya ərəb mə-
dəniyyəti adı orta əsr Şərq mədəniyyətinə verilmişdir. Bu mədə-
niyyəti  meydana  gətirən  müsəlmanlar  sadəcə  ərəblər  olmadığı 
kimi, yaxın Şərq və qismən Afrika xalqlarını da dövlət dini olan 
islam  dini,  elm  və  ədəbiyyat  dili  olan  ərəb  dili  vasitəsilə 
birləşdirdi (4, 3). 
Orta  yüzilliklərdə  Azərbaycanın  zəngin  dini,  mədəni  ənənə-
lərə, eləcə də inkişaf etmiş iri şəhərlərə və təsərrüfat həyatına ma-
lik olması, Azərbaycanı islam dünyasının qabaqcıl, inkişaf etmiş 
mərkəzlərindən  birinə  çevirmişdi.  Təbriz,  Marağa,  Ərdəbil,  Şa-
maxı,  Gəncə,  Naxçıvan,  Bərdə  və  s.  kimi  şəhərlər  islam  mədə-
niyyətinin inkişaf etdiyi mərkəzlərdən sayılırdı. Məhz bu dövrdə 
Azərbaycanın  islam  mədəniyyətinə  çox  müxtəlif  sahələr  üzrə 
verdiyi  şəxsiyyətlər,  onların  elm,  düşüncə  sahəsindəki    qatqıları 
nəinki islam dünyasının, eləcə də bütövlükdə dünya sivilizasiya-
sının inkişafında əhəmiyyətli rol oynamışdır.  
XII-XV  yüzilliklərdə  Azərbaycanda  dini  münasibətlərin,  xü-
susilə də islama aid məsələlərin öyrənilməsində əsas mənbələrdən 
birini dövrün ilahiyyatçılarının əsərləri təşkil edirdi. Bu dövr fiqh, 
hədis, üsuləddin, təfsir, islam fəlsəfəsi və s. kimi ilahiyyat elmlə-
rinin araşdırıcıları olan onlarla Azərbaycan mütəfəkkiri islam və 
onun  problemləri  ilə  bağlı  əməli  və  nəzəri  cəhətdən  məşğul  ol-
muş,  əsərlər  yazmış  və  maraqlı  fikirlər  söyləmişlər.  İlahiyyat 
alimlərimizin yaradıcılığında islamla bağlı – qəzavü-qədər və ya 
iradə azadlığı, dörd sünni (hənbəli, hənəfi, maliki, və şafii) və bir 
şiə (cəfəri) məzhəbi,  Quranın  xəlq  edilməsi,  yaxud əzəli olması, 
Sünnilik  və  şiəlik,  qeyri  dinlərə  münasibət  və  s.  kimi  bir  çox 
məsələlər  öz  əksini  tapırdı.  Bu  dövrdə  “Qurani-Şəriifdən  və 
mübarək hədislərdən istifadə qaydalarının işlənib hazırlanması və 
bu təməllərdən irəli gələn meyar və üsulların  tətbiqi məsələləri” 
(5, 157) ilə bilavasitə məşğul olan fiqhçiləri xüsusilə qeyd etmək 
lazımdır.  Orta  əsrlərdə  Əbu  Səid  Əhməd  ibn  Hüseyn  əl-Bərdəi, 
Əhməd Harun əl-Bərdəci, Mühəmməd ibn Xalid əl- Bərdəi, Əbu 
Bəkr  əd-Dərbəndi,  Siracəddin  Ürməvi,  Əhməd  ibn  Xəlil  ibn 

 
65 
 
Xüveyyi,  Əbdülmənaqib  Mahmud  ibn  Əhməd  Zəncani),  Tacəd-
din  Məhəmməd  ibn  Hüseyn  Ürməvi  və  başqaları  kimi  azər-
baycanlılar islam dünyasında fiqh sahəsində nüfuzlu şəxsiyyətlər 
hesab  edilirdilər.  «Orta  əsrlərdə  hikmət  adı  altında  təşəkkül  ta-
pan»  (5,  157)  müsəlman  fəlsəfəsinin  əsas  mövzusunu  islamla 
bağlı  nəzəri  məsələlər  təşkil  edirdi.  XII-XV  əsrlərdə  islam  dün-
yası, o cümlədən Azərbaycan müsəlman fəlsəfi fikrində Şihabəd-
din  Yəhya  Sührəvərdi,  Əfzələddin  Xunəci,  Siracəddin  Ürməvi, 
Nəcməddin  ibn  Ömər  ibn  Əli  Qəzvini,  Əhvədi  Marağayi,  Mah-
mud Şəbüstəri və bir çox başqaları kimi mütəfəkkirlər xüsusi yer 
tutmuşlar (5, 157-158).  
Araşdırdığımız  dövrdə  dini  münasibətlərin  öyrənilməsində 
Nizami Gəncəvi,  Məhsəti  Gəncəvi,  Xəqani  Şirvani,  Xətib Təbri-
zi,  Zülfüqar  Şirvani,  Hüman  Təbrizi,  Arif  Ərdəbilli,  Mahmud 
Çəbüstəri, İzzəddin Həsənoğlu, Marağalı Əhvəndi, Əssar Təbrizi, 
Qazi Bürhanəddin, İmadəddin Nəsimi və başqaları kimi Azərbay-
can poetik məktəbinin nümayəndələrinin əsərləri də mühüm mən-
bə rolunu oynayır. İslam dünyagörüşünün ciddi təsir etdiyi Azər-
baycan  poetik  məktəbinin  nümayəndələrinə  xas  olan  cəhətlərin-
dən  biri  onların  öz  “əsərlərində  dini  olanla  dünyəvi  olanın 
vəhdətini bədii üslubda ifadə”(5, 164) edə bilmələrində idi.  
Bu dövr həm də, islam dinində dinin fundamental problemləri 
ilə  bağlı  bir  axtarış  dövrü,  yeni  cərəyanların,  nəzəriyyələrin  ya-
randığı  və  inkişaf  etdiyi  bir  dövrdür.  Azərbaycanda  olan  dini  və 
etnik  rəngarənglik,  onun  mədəniyyətlər  qovşağında  yerləşməsi, 
həm dini azadfikirliyin və tolerantlığın olmasına, həm də yeni di-
ni  cərəyanların  zaman-zaman  yaranmasına  və  inkişafına  zəmin 
yaratmışdı.  
İslamın hakim mövqe tutduğu bu dövrlərdə Azərbaycan əra-
zisində  xristianlıq  və  musəvilik  kimi  dünya  dinləri  də  paralel 
olaraq    mövcud    idi  və  bu  dinlərin  daşıyıcıları  öz  inanclarını 
sərbəst həyata keçirə bilirdilər.  
İslamın əhli kitab dinlərinə loyal münasibəti bu dinlərə sitayiş 
edən  xalqların  islam  arenasında  sərbəst  həyat  sürmələrinə  geniş 
imkanlar  yaradırdı.  Orta  çağlarda  islam  dünyası,  o  cümlədən 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iiinternational-300.html

iiinternational-305.html

iiinternational-31.html

iiinternational-314.html

iiinternational-319.html