©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL                             AZƏRBAYCAN ƏRƏBLƏRİN - AZƏrbaycan VII-IX əsrləRDƏ


  III FƏSİL



                            AZƏRBAYCAN ƏRƏBLƏRİN



                              HAKİMİYYƏTİ ALTINDA



1. Ərəblərin Azərbaycanı istila etmələri

642-ci ildə Nəhavənd yaxınlığındakı vuruşma və Sasani

ordusunun ikinci məğlubiyyəti, əsasən, onun nəticəsində baş

vermişdi ki, ayrı-ayrı müstəqil vilayətlərdən ibarət olan İran vahid və

birləşmiş bir dövlət deyildi. Yerli hökmdarlar çox güclü olub şahdan

asılı olmadıqlarına görə, III Yəzdigerdin çağırışına gəlmirdilər,

gələndə isə aralarında köhnə ixtilaflar başlanırdı, nəticədə onlar öz

qoşunlarını aparıb gedirdilər. İranın ayrı-ayrı hökmdarlarının ayrılma

əhvali-ruhiyyəsi Sasani imperiyasının dağılmasma son dərəcə kömək

edir və bir-birindən ayrılmış hissələrinin ərəblər tərəfindən işğal

edilməsini asanlaşdırırdı.

İranın ayrı-ayrı vilayətlərinin, o cümlədən Azərbaycanın

hökmdarları, mərkəzi hakimiyyətin mövcud olmadığını nəzərə

alaraq, ərəb qoşunu qarşısında təslim olmaq qərarına ayrılıqda

gəlirdi, çünki bilirdilər ki, faydasız müqavimət ancaq qırğına səbəb

olar. Buna görə onlar ərəblərə təslim olub onlarla sülh müqavilələri

1

Ət-Təbəri, l, 960-962; əd-Dinəvəri, səh

72-73.



91

bağlayırdılar, beləliklə də bac vermək şərtilə  şəhərləri, şəxsi əmlakı

və öz təbəələrinin həyatlarını salamat saxlayırdılar.

Daxili çəkişmələr və müharibələrdən zəifləmiş Sasani

imperiyası bədəvi ərəb qoşunlarının təzyiqi altında dağılmağa

başladı. Sebeos qeyd edir ki, "o zaman İran padşahlığı tənəzzül edirdi

və onun qoşunu üç yerə parçalanmışdı"

1

.



III Yəzdigerd  imperiyanın  paytaxtı  Ktesifonu  (Mədaini)

mühasirə edən ərəblərə qarşı Rüstəmin komandanlığı ilə Azərbay-

candan 80 min nəfərlik ordu göndərdi. "İran şahının hakimiyyəti

altındakı" ölkələrin, yəni Arran və Ermənistanın qoşunları da

Rüstəmin komandanlığı altında idi

2

. Lakin ərəblər Rüstəmin



qoşununu, habelə İranın bütün başqa qoşunlarını darmadağın etdilər.

Rüstəm, ermənilərin sərkərdəsi Muşeq Mamikonyan və Sünik knyazı

Qriqori həlak oldular

3

.



Darmadağın edilən qoşunun qalıqları, o cümlədən knyaz

Cavanşirin komandanlığı ilə Ktesifon yaxınlığında iranlıların

tərəfində vuruşmalarda iştirak edən Arran döyüşçüləri Azərbaycana

geri çəkildilər. Cavanşirin qoşunları "Ölü suların o tayında"

4

ərəblərlə vuruşmuş və onların üzərində dəfələrlə qələbə çalmışdılar.



Bir müddət sonra Arran qoşun dəstələri Cavanşirin

komandanlığı ilə  İran qoşunları tərəfindən yenidən ərəblərə qarşı

vuruşmaya girişdilər. M.Kalankatuklu həmin vuruşmanı belə təsvir

1

Себеос, стр. 119.



2

Ət-Təbəri (I, səh. 2351) bildirir ki, Qadisiyyə vuruşmasında ərəblərin 35

min nəfər, iranlıların isə (I, səh. 2351) 80 min nəfər qoşunu var idi. Lakin ət-Təbəri

başqa bir yerdə (I, səh. 2258) qeyd edir ki, 120 minlik İran qoşunundan, irəlidə

Calnusun komandanlığı ilə 40 min nəfər (I, səh. 2249), mərkəzdə Rüstəmin 60

min, arxada Birzanın komandanlığı ilə 20 min nəfər var idi, Əl-Bəlazuri deyir ki,

(səh. 255-256) bu vuruşmada ərəblərin 9-10 min nəfərlik qoşunu, iranlılardan isə

120 min nəfərdən çox qoşunu var idi. Lakin iranlılarda olan qoşunun sayı nəzərə

alınarsa, əl- Bəlazurinin gətirdiyi rəqəm həqiqətə uyğun görünmür.

3

История Агван, стр. 138; Себеос, стр. 119; əl-Bəlazuri, səh. 255-262;



ət-Təbəri, I, səh. 2322 və sonralar; əd-Dinəvəri, səh. 125-129, 133.

4

Əl-Batıx gölü, yaxud İraqda Nəcəf.



92

edir: "Bir neçə gün sonra, meheqan ayında, İsanın doğulduğu gündə

1

,

onlara (ərəblərə) qarşı 30000 atlı və 20000 piyada



2

 hücuma keçdi.

Katşandan [Qadisiyyə] gələn Hacər oğulları, çoxlu atlı və 20000

piyada qalxan taxmış halda irəliyə atılaraq, İran ordusu ilə

vuruşmağa başladılar. Arran Sparapeti [Cavanşir] öz igid nəfərləri ilə

onların [ərəblərin] cərgələri içərisinə hücum etdi, öz düşmənlərindən

ikisini yerə sərdi və özü üç yerdən ağır yaralandı. Düşmən onu quduz

bir kinlə çayadək təqib etdi, o isə həmlələri dəf edə-edə çayı üzüb

keçdi"

3

.



III Yəzdigerd Cavanşirin igidliyinə layiqincə qiymət verərək

"ona bayraq, uca səsli kərənay, iki qızıl mizraq və iki qızıl qalxan

bəxş etdi; bunları həmişə onun qabağında aparırdılar. O [Yəzdigerd],

Cavanşirə hamıdan çox hörmət edərdi. Ona mirvari düzülmüş qızıl

kəmər, dəstəsi qızıldan qılınc verib, qoluna qolbaq bağladı və başına

gözəl bir tac qoydu. Ona həmçinin mirvari düzülmüş dizbağı verib,

onun boynundan sapa düzülmüş çoxlu mirvari asdı"

4

 və i.a.



Bir müddət sonra, "Yəzdigerdin səkkizinci ilində"

5

Azərbaycan yaxınlığında ərəblərin iranlılarla vuruşmasında Cavanşir



"üç min nəfərlə" ərəblərə qarşı vuruşmaya çıxdı və burada yenidən

fərqləndi. Lakin Sasanilərin son günlərinin gəlib çatdığı Cavanşirə

1

Qadisiyyə vuruşmasının nə ayı, nə də ili düz deyil. Müxtəlif mənbələrdə



bu vuruşma üçün 635 və 638-ci illər göstərilir, bu dövrdə İsanın anadan olması (6

yanvar) Meheqan ayına düşür. Ət-Təbəri (I, səh. 2349) və İbn əl-Əsir (II, səh. 235)

bu vuruşma üçün hicri 15 (yanvar, 637)-ci ilin axırlarını göstərirlər. Əbd əl-Munim

Məcid qeyd edir ki, Qadisiyyədə vuruşma hicri 15 (636)-ci ildən sonra olmuşdıır.

Əbd əl-Munim Məcid. Ət-Tarix əs-Siyasiy li-d-davla əl-Ərəbiyyə. Əl-Qahirə,

c.VIII, 1960, səh. 201.

2

Rusca tərcümədə (səh. 138) "On min piyada" göstərilir.



3

История Агван, стр. 139/111

4

Yenə orada.



5

639-640-cı illərdə. B a x: Əl-Bəlazuri, səh. 301-302; Себеос, стр. 124;

"Yunan padşahı II Konstantın birinci ilində (641-668-ci illər) və  İran şahı

Qazkertin onuncu ilində", yəni 641-ci ildə.



93

aydın olan kimi o, "onlarla salamatlaşdı və Atrpatakan əyalətinə

gəldi", oradan da öz ölkəsinə qayıtdı.

Beləliklə, Cavanşir İran şahı tərəfində yeddi il ərəblərlə

vuruşdu və onun igidliyi artıq ərəblərə məlum idi. Buna görə də

sonralar Arrana hücum edərkən ərəblərin siyasəti məhz o dövrün

digər hökmdarları arasında Cavanşirin mövqeyi və nüfuzu ilə

müəyyən edilirdi. Bundan əlavə, ərəblər Cavanşirlə üz-üzə gəldikdə,

onun özünün Sasanilərdən uzaqlaşıb onlara qarşı mübarizəyə

girişdiyini nəzərə alırdılar.

Ərəblərin darmadağın etdiyi Sasanilər dövləti daha mövcud

olmadıqda, məğlub edilən İran qoşununun qalıqları  şimala doğru,

Arrana geri çəkilməyə başladılar və M.Kalankatuklunun dediyinə

görə, burada öz mövqelərini möhkəmlətmək istədilər. Onlar geri

çəkilərkən Arran əhalisini qarət edir və zorakılıq

göstərirdilər.”Düşmənin qabaqda gedən qoşun dəstəsi tələsə-tələsə

onun (Cavanşirin) əyalətinin son hüduduna girəndə, o təcili surətdə

silahlanıb ordunun başçısı məşhur Geçmazgi (Gelani) özü şəxsən

vurdu. Özü və onun qoşunu əldə qılıınc onları (iranlıları) dəhşətli

surətdə qırdı. Onlar düşməndən çoxlu əsir, at, qatır və xeyli qənimət

alıb qayıtdılar. Dağlarda onlar bir daha toqquşdular və bu gün qələbə

ona nəsib oldu”

1

.

Cavanşir iranlılarla uzun müharibə etməli oldu. Vuruşmaların



gedişində o, İberiya hökmdarı Atrnersex

2

 ilə "sarsılmaz  ittifaq"



1

История Агван, стр. 141/113.

2

Ehtimal, bu gürcü knyazı Atrnersexdir ki, Cüanşerə görə, (səh. 97) Zibel



ilə birlikdə Tiflisin mühasirəsini davam etdirib şəhəri İraklidən aldı. Qeyd edilir ki,

o, 41-ci matavr olaraq, 619-dan 639-cu ilədək hökmranlıq etmişdir (Histoire de la

Georgie, p. 229-231). "İrakli qalanın (Tiflisin) mühasirəsini xaqan Cibquya və

Adarnasa tapşırdı; sonra Adarnası Gürcüstan padşahı təyin etdi" (M.Djanaşvili.Adı

çəkilən əsəri, səh. 23-24). Atrnersexin adı VII əsrin başlanğıcında bir gürcü knyazı

kimi "Məktublar kitabı"nda çəkilir (səh. 133, 138, 169). Onun "Roma

imperiyasından üç titulu" var idi (b a x: История  Агван, стр. 142. Müqayisə et:

Kürion, 165. Orada deyilir ki, "padşah şahı titulu bizanslıların canişin (tituluna)

oxşayır: habelə Atrnersexhivpata (hypatos) aid olaraq M.Brosse tərəfındən kəşf

edilən yazılar. B ax M.Brosset Rapports sur une voyage Archeologique dans la

Georgie, p, 48-50; Histoire de la Georgue, p. 232, n. I; N.Arinean, Kiwrion, S. 33).

94

bağladı və gürcü qoşunlarının köməyi ilə iranlıları Uti və  Şakaşen

vilayətlərində qəti surətdə məğlub etmək ona müyəssər oldu. Məğlub

edilmiş iranlılar Sünik knyazı vasitəsilə Cavanşiri mütarikəyə razı

edə bildilər, bundan sonra o, "böyük İran imperiyasının süqutu və ilk

[Arran] padşahlarının müstəqilliyini xatırlayıb, padşahlıq calalında

onları özü ilə müqayisə edərək bu fıkrə gəldi ki, öz knyazlığını daha

heç kəsə tabe etməsin"

1

. Lakin iranlılar hiylə ilə Cavanşirin atasını



tutdular və qarışıqdan istifadə edərək, yenidən Azərbaycandan

Arrana hücum etdilər və əyalətləri bir-bir tutmağa başladılar.

Şiddətli vuruşmalarda iranlılar yenidən və qəti olaraq məğlub

edilib Arrandan qovuldular. "Yəzdigerdin şahlığının 20-ci ilində isə

İran imperiyası tamamilə darmadağın edildi; bu, Hacər övladının

(ərəblərin) dünyada məşhur müharibələrinin 31-ci ili və Cavanşirin

[hökmranlığının] 15-ci ili idi"

2

.



Yaxın keçmişdə ərəb qoşunları ilə etdiyi vuruşmalardan aldığı

təəssüratı unutmayan Cavanşir ərəblərin Arrana hücumundan sonra

onlara qarşı amansız mübarizəyə başladı. Onun atası Varaz-Qriqor

Cavanşirin bu taktikasına etiraz edirdi, odur ki, Varaz ərəblərlə

danışığa girməyi qərara alıb, "özxoşuna düşmənə tabe oldu"

3

. Lakin



Cavanşir görəndə ki, ərəblər "tayfa başçılarını məcbur edirlər qalaları

Atmersex dövründə "altıncı dini yığıncaq Kartaliniya, Kaxetiya, Şəki, Şirvan,

Svanetiya, Çərkəz, Ovsetiya iIə birlikdə bütün dağlıq vilayəti, bütün Yuxarı

Gürcüstanı, Samsxeni Msxet patriarxı taxtına tabe etdi. Gürcüstan katolikosu Qara

dənizdən Dərbəndə qədər biitün xalqlar və ölkə padşahlarının tacqoyma mərasimi

keçirir və keşişlərinə rütbə verir" (Histoire de la Georgie, p. 236; M.Djanaşvili. Adı

çəkilən əsəri, səh. 25-26). Əgər Atrnersexin padşahlıq ixtiyarı alması düz 639-cu

ilə təsadüf edirsə, onda Cavanşirin İranlılardan uzaqlaşıb getməsi Ktesifon

(Mədain) vuruşmasından sonra (637) və Nəhavənd vuruşmasından əvvəl (642) ola

bilərdi.


1

История Агван, стр. 143/115.

2

История  Агван, стр. 144/115. Yəzdigerd hökmranlığının 20-ci ili



651/2-ci ilə, hicri 31-ci ilə isə 24. 08. 651 -11. 08 652-ci ilə təsadüf edir. Deməli,

Cavanşirin hökmranlığınının birinci ili 637/8-ci ilə düşür.

3

Yenə orada, səh. 144/115.



95

onlara təslim etsinlər və onların arvad-uşaqlarını girov saxlayırlar ki,

ərəblərə qarşı qalxmasınlar"

1

, erməni sərkərdəsi ilə ittifaq bağladı



2

 və


onu Bizans imperatorunun vassalı olmağa meyilləndirdi.

Cavanşir ciddi siyasi şərait qarşısında manevr etməyə

təşəbbüs göstərdi və imperator II Konstanta (641-668) müraciət edib

"uzaqda olan bir xalqı özünə yeni təbəəliyə qəbul etməyi"

3

 ona təklif



etdi.

Bizans çoxdan arzuladığı bu ittifaqa həvəslə razı oldu, çünki

cənubdan yaxınlaşan dəhşətli təhlükə imperatoru vadar edirdi ki,

imperiyanın şərq sərhədlərini möhkəmlətməyin fıkrini çəksin. 654-cü

ildə imperator II Konstant ilə Cavanşir bir neçə dəfə görüşdülər; bu

gorüşlərdə hər iki tərəfı maraqlandıran ən ciddi məsələlər həll

olunurdu. II Konstant bu ittifaqı Alban knyazına qiymətli hədiyyələr

göndərməklə möhkəmləndirdi. "II Konstant ona bəxşiş olaraq gözəl

hədiyyələr: arxası qızıla tutulan, oyma naxışlı gümüş taxt, zərli

paltarlar, öz kəmərindən mirvari düzülmüş qılınc göndərdi. Onu

proton-patrisi edərək əmr etdi ona 12000 kişi

4

 üçün bəxşişlər, patrisi,



ipat, apoipat, stratelat və elist diplomları göndərsinlər ki, istədiyi

adama bəxş etsin... Onun oğullarını patrisi etdi. O, ilk alban

padşahlarına məxsus bütün kənd və vilayətləri nəsildən-nəslə ona

verdi"


5

.

1



Yenə orada, səh. 144/115.

2

Albanlar, habelə gürcü və süniklilər 654-cü ildə Ermənistanı  ərəblərə



təslim edən Teodor Rştuninin tərəfdarı kimi qeyd edilir(b a x: Sebeos, səh. 151-

155). Cavanşirin atası  əmələ gəlmiş vəziyyəti yaxşı başa düşürdü və onun qəbul

etdiyi qərar yeganə düzgün qərar idi. Cavanşir isə, görəcəyimiz kimi, Muşeq

Mamikonyana və II Konstanta tərəf meyil göstərdi. Arran xalqına gəldikdə isə,

Bizansa möhkəm müqavimət göstərdiyinə görə Cavanşirin müttəfiqi adlananlar bu

xalqı amansızcasına qarət etdilər (Sebeos, səh. 155). "II Konstant öz qoşununun bir

hissəsini İberiya, Aqvaniya və Sünikə göndərdi ki, onların (Rştuni ilə) ittifaqını

pozsun. Bizans qoşunları onların ölkəsini qarət etdi və tapdıqları hər şeyi qarət

edəndən sonra öz padşahlarının yanına qayıtdı". K.P.Patkanov ("История Агван,

стр. 144.): "Smbad Baqratuni – Ermənistan mərzbanıdır" (yanlışdır).

3

История Агван, стр. 145/116.



4

K.P.Patkanov: "1200 kişi".

5

История Агван, стр. 145, 148/116-117, 119.



96

M.Kalankatuklu yazır ki, Cavanşirin hökmranlıq etdiyi

vilayətlərin hüdudları Gürcüstan sərhədlərindən tutmuş hunlar qapısı

[Dərbənd] və Araz çayınadək uzanırdı

1

.

Lakin mənbələrdə Cavanşir ilə II Konstant arasında bağlanan



ittifaqın başqa, zənnimizcə, daha doğru variantına rast gəlirik.

Sebeosun dediyinə görə, Qərbi Ermənistanda olan II Konstant

İberiya, Albaniya və Simik hökmdarlarının o zaman ərəblərlə ittifaq

bağlamış  Şərqi Ermənistan hakimi Teodoros Rştuni ilə öz

ittifaqlarını möhkəmləndirmələrinə mane olmaq məqsədilə həmin

ölkələrə  ordu  göndərmişdi.  Çox  ola  bilər  ki,  Cavanşir  təkcə  II

Konstant ilə deyil, Rştuni ilə də ittifaqda idi və yalnız Bizansın

Albaniya üzərinə hücum edəcəyi təhlükəsi onu II Konstantin

tərəfində olmağa məcbur etmişdi

2

. Əgər bu cəhət həqiqətə



uyğundursa, onda belə zənn etmək olar ki, M.Kalankatuklunun bəhs

etdiyi görüşlərə getməklə Cavanşirin güddüyü məqsəd yalnız

cənubdan yaxınlaşan təhlükə qarşısında Bizansın siyasi və hərbi

imkanlarının nisbətini aydnlaşdırmaq idi.

M.Kalankatuklunun dediyinə görə, Bizans imperatorunun

Cavanşir ilə görüşlərindən biri "Konstantinin hökmranlığının 19-cu

ilində"

3

 olmuşdu  və  o  zaman  "İraklinin  nəvəsi  İrana  gəlmişdi.  O  öz



yaxın adamlarından birini Cavanşirin yanına göndərdi ki, özü ilə

görüşməsini ondan xahiş etsin; o da [Cavanşir] təcili olaraq

midiyalılar ölkəsinə böyük imperatorun yanına gəldi; imperator da

onun gəldiyini eşidən kimi şəxsən onu qarşılamaq üçün Künqr

4

1

Yenə orada, səh. 153-154. "654-cü ildə xəlifə Osman II Konstanta əks



olaraq Teodoros Rştuniyə Ermənistan, İberiya, Aqvaniya və Sünik üzərində

Qafqaz dağları və Çoqa qapısınadək hakimiyyət verdi" (Sebeos, səh. 159). Lakin

Sebeosa görə, bu zaman xəlifə I Müaviyə (661-680) imiş.

2

Sebeos, səh. 154-155.



3

659/60-cı ildə. Lakin II Konstant təkcə bir dəfə 654-cü ildə (İrana deyil)

Ermənistana gəlmişdi (B a x: Grousset. Histoire, p. 302).

4

N.Adonts (N.Adonz. Anahit, p. 26) Künqr ilə Kanqavarini eyniləşdirir



və belə hesab edir ki, M.Kalankatuklu Konstant ilə İraklini səhv salmışdır. "İrakli

627-ci ildə, Ktesifona girməklə, Həmədana daxil oldu... Künqr onun yolunda



97

kəndinə getdi, onunla salamlaşdı və ona əmr etdi ki, arvadının vəfatı

1

münasibətilə geyindiyi yas paltarını çıxartsın, sonra onlar Cavanşirə



padşah paltarı geyindirdilər"

2

.



662-ci ildə xəzərlər Balancar yaxınlığında ərəbləri məğlub

edərək, yenidən "qənimət və qarət üçün"

3

 Arrana soxuldular. Knyaz



Cavanşir xəzərlərin hücumunu dəf etmək üçün "öz ordusunu götürüb

böyük Kür çayının o biri tərəfınə keçdi və onlarla vuruşmağa

başladı"'

4

. Moisey Kalankatuklunun dediyinə görə, xəzərlərlə



vuruşmada Cavanşir böyük qələbə qazandı və bu vəhşi tayfaya dedi:

"Get, Çoqa qapısına gir və bir daha buraya (Albaniyaya - Z.B.)

qayıtma"

5

.



Lakin 664-665-ci ildə xəzərlər yenidən Albaniya knyazlığı

ərazisinə hücum etdilər və "Kür çayının bu tərəfinə keçərək Araz

sahilinədək getdilər və təkcə yerli əhalini əsir etmək deyil, habelə

Ararat və Sünik vilayətləri əhalisini də qışlaqlara gətirdiyi qoyun və

mal-qara sürüləri ilə birlikdə toplayıb öz ordugahlarına apardılar'

6

.



Cavanşir xəzərlərlə sülh bağlamalı oldu; bunun nəticəsində

Arran xəzərlərdən asılı vəziyyətdə qaldı, çünki xəzərlərin "120 000

baş qoyunu, 7000 at və öküzü və  əsir alınmış kişilərdən azı 1200

nəfəri"


7

qaytarmasını başqa cür izah etmək olmaz. Xəzər xaqanının

birinci ən böyük yaşayış məntəqəsi idi. Ehtimal ki, Künqr hər şeydən əvvəl,

Azərbaycanda olan əl-Kinkivardır. B a x: Y.Marquart. Eransahr, s. 24.

1

История  Агван, стр. 143/114. Deməli, Cavanşirin birinci evlənməsi



təxminən 638-ci ildən təqribən 659-cu ilədək davam etmişdir. Öz duasında

(История  Агван, стр. 152) Cavanşir deyir: "Mənim və arvadım Xosrov Anuşun

günahından keç". Əgər bu qadın onun ikinci arvadıdırsa, hunlar padşahının (Xəzər

xaqanının) qızı, Cavanşirin 665-ci ildə evləndiyi bu qadın onun üçüncü arvadı

imiş. История Агван, стр. 154.

2

История Агван, стр. 147/118.



3

Yenə orada, səh. 149/120.

4

Yenə orada, səh. 150/120.



5

Yenə orada.

6

Yenə orada, səh. 153/123.



7

Yenə orada.



98

qızı ilə Cavanşirin evlənməsi, əlbəttə, xaqanlıqdan bir vassal kimi

asılı olduğunu qəbul etmək şərtlərindən biri idi

1

.



Çox keçmədən Cavanşir Xilafət ordularının hücumu təhlükəsi

qarşısında bu nəticəyə gəldi ki, Bizansla manevr etmək heç bir nəticə

verməyəcəkdir, çünki Bizansın özü öz torpaqlarını  ərəblərdən

qorumalı idi. Digər tərəfdən xəzərlər daim qarət məqsədi ilə Arrana

hücum edirdilər. Odur ki, Cavanşir də "Cənub hakiminin

boyunduruğuna", yəni xəlifəyə tabe olmaq qərarına gəldi. O iki dəfə

Dəməşqə, xəlifə Müaviyənin sarayına getdi; Müaviyə "ölkənin

canişinlərindən heç birinə göstərmədiyi böyük bir calal ilə onu qəbul

etdi"

2

.



Nəhayət, siyasi mülahizə Cavanşirə göstərdi ki, o, Xilafət ilə

qarşılıqlı münasibətlərdə öz nöqteyi-nəzərini dəyişdirməlidir, çünki

siyasət səhnəsində Xilafət Bizansdan güclü çıxmışdı. Bundan əlavə,

ərəb orduları Ermənistanı işğal edəndən sonra Arran həqiqətdə öz

süzereni və müttəfıqi Bizansdan ayrı düşmüş oldu. Arran üçün

məsuliyyətli olan bu dövrdə "Şərqin böyük knyazı Cavanşir öz ölkəsi

haqqında böyük qayğı çəkirdi. O hiss etmişdi ki, cənubdan gələn

quldur qoşunu onun ölkəsini tutub tapdaq altına sala bilər. O,

türküstanlıların (xəzərlərin - Z.B.) saysız-hesabsız qoşunlarını öz

köməyinə çağıra bilərdi; lakin Cavanşir buna baxmayaraq, yenə də

bu qərara gəldi ki, cənub hökmdarının vassalı boyunduruğuna tabe

olsun"


3

.

Cavanşir iki dəfə xəlifə Müaviyənin görüşünə getdi. Birinci



dəfə (667-ci ildə) getməkdən məqsədi Xilafətdən bir vassal kimi asılı

olmağı qəbul etməklə Arranı  ərəb ordularının qarətindən qorumaq

ümidində idi. Bu, Cavanşirə müyəssər oldu. Xilafət İranı və Suriya

vilayətlərini istila edəndən sonra işğalçılığı lap Bizansın Kiçik

1

N.Akinyan. Sitat gətirilən əsəri, səh. 309-322.



2

История  Агван, стр. 157-158/126; müqayisə et: А.Мюллер. История

ислама, стр. 289-291.

3

Yenə orada, səh. 156/125.



99

Asiyadakı torpaqlarının sərhədlərinədək genişləndirdi. Bu zaman

Bizans nəinki Arrana heç bir kömək edə bilmirdi, hətta imperiyanın

paytaxtı yaxınlığında olan vilayətləri də öz əlində saxlamaq

iqtidarında deyildi. Buna görə də Cavanşirin uzaqları görən çox

tədbirli hərəkəti Arranı qarşıdakı labüd dağıntıdan yalnız qurtarmaqla

qalmadı, ona uzunsürən müharibə və məhrumiyyətlərdən xeyli nəfəs

dərməyə imkan verdi. Hər halda Cavanşirin 667-ci ildə Dəməşqə ilk

səfərindən sonrakı üç ildə Arran əhalisi hər hansı xarici hücumlardan

xilas olmuşdu.

Üç ildən sonra (670-ci ildə) xəlifə Müaviyə yenidən Cavanşiri

Dəməşqə dəvət etdi, burada o, Xilafət ilə Bizans arasındakı danışıqda

vasitəçi rolunu oynayırdı. (Bu zaman Bizans imperatorunun elçiləri

Xilafətin paytaxtına kömək haqqında danışığa gəlmişdilər.)

M.Kalankatuklu yazır ki, "Konstantin hökmranlığının 30-cu ilində

hərəm xadimləri onu öldürmək istəyirdilər və padşah [xəlifə]

yunanların nümayəndə heyətinə  əmr etmişdi ki, Şərq knyazının

[Cavanşirin] gəlməsini gözləsinlər"

1

.

Xəlifə, Cavanşirə hədiyyələr verərək, Sünik



2

 knyazlığını ona

tabe etdi və onu məcbur edirdi ki, Atrpatakanın hakimliyini də

öhdəsinə götürsün. Lakin Cavanşir bu təklifı rədd etdi və xəlifədən

xahiş etdi ki, "onun ölkəsi üzərinə [Xilafət tərəfindən] qoyulan ağır

1

История  Агван, стр. 159/127. Konstantın hökmranlığının 30-cu ili



670/1-ci ilə düşməlidir, lakin o, 668-ci ildə Siciliyada edam edilmişdi. Bizanslıların

elçiliyi kubikulari Andreasın başçılığı ilə (Feofan, səh. 348-350) 667-ci ildə,

Konstantın ölümündən bir il əvvəl Dəməşqə, erməni qiyamçısı Soboriusa (Şapux)

qarşı xəlifədənkömək istəmək məqsədilə gəlmişdi. Soborius da öz tərəfindən elçi

Sergiosu (Sarkisi) Müaviyənin yanına göndərib, bizanslılara qarşı ondan kömək

istəmişdi. Müaviyə kömək əvəzinə, bizanslılardan bac tələb etdi. Təhqir olunmuş

Andreas Dəməşqi tərk etdi və öz vəzifəsini yerinə yetirməkdə müvəffəqiyyət

qazanan Sergios üçün pusqu düzəltdi. Çox ehtimal, Cavanşir danışıqlarda iştirak

edirdi və "hər vasitə ilə çalışırdı padşahı onların [bizanslıların] xeyrinə razı etsin".

Lakin bizə belə gəlir ki, 667-ci il, onun Dəməşqə ilk və ehtimal ki, yeganə səfər

ilidir.

2

История Агван, стр. 160/128.



100

vergini yüngülləşdirsin. Cənub padşahı buna məmnuniyyətlə razı

oldu və əmr etdi ki, vergi yükü üçdə bir yüngülləşdirilsin"

1

.



Tarixçinin verdiyi məlumata görə, Cavanşirin bütün

hökmranlığı onun adına yalnız şöhrət və iftixar qazandırdı. "O, dörd

xalqın hakim padşahlarının hörmət və iftixarını qazanmışdı"

2

, çünki



Arranı iranlıların, bizanslıların, xəzərlərin və  ərəblərin qarətindən

mühafızə edə bilmişdi.

Gördüyümüz kimi, xəlifə Müaviyə hələ Cavanşirin nüfuzu ilə

hesablaşıb, Xilafətin şimal sərhədlərində Arranın strateji mövqeyini,

həmin sərhədləri Bizans və xəzərlərin hücumlarından müdafiə etmək

üçün onun silahlı qüvvələrindən istifadə etmək imkanını nəzərə

alaraq, Arranın daxili müstəqilliyinə toxunmamış və oradakı əvvəlki

qaydaları saxlamışdı.

Xilafətdən bir vassal kimi asılı olan Arran, ona yalnız bac

verir, lakin knyaz hakimiyyətini toxunulmaz şəkildə saxlayırdı.

İstilaların ilk dövründə  ərəb ordularının hücumları müxtəlif

dəlillərlə pərdələnirdi, guya Allah müsəlmanları Sasanilər İranı və

digər bütpərəst ölkələrin qanuni varisi edibmiş: Allah "istədiyi adama

hakimiyyət verir və (onu) istədiyi adamdan geri alır"

3

; İslam dinini



bütün yer üzərində yaymaq lazımdır və nəhayət, ərəblər hər hansı bir

ölkəni işğal edəndə, tabe etdikləri ölkə xalqlarının can və malını hər

cür düşməndən qorumaq təəhhüdünü öz öhdələrinə götürməlidirlər.

Ərəb sərkərdələrinin tutduqları ölkə və  şəhərlərin əhalisi ilə

bağladıqları müqavilələr, məhz yuxarıda göstərilən təəhhüdlərin

rəsmən yazıldığı sənədlərdir.

İstila edilən ölkələrin əhalisi ərəblərə düşmən nəzəri ilə

baxmayıb onların gəlişini öz əvvəlki ağaları tərəfindən alınan ağır

vergidən və edilən zülmdən qurtuluş kimi hesab etsinlər deyə hələ

xəlifə  Əbu Bəkr (632-634) ərəb istilalarının ilk dövründə  ərəb

1

Yenə orada, səh. 160/128. K.P.Patkanovun tərcüməsində: "...o,



[Müaviyə] əmr etdi ki,vergi yükü yarıyadək azaldılsın, üçdə bir tələb olunsun".

2

Yenə orada, səh. 162/130



3

Quran, III, 25,



101

qoşunlarına belə  əmr etmişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik

uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma

ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək

üçün lazım olandan başqa, qoyun, inək və dəvələri kəsməyin. Siz,

hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz:

onları rahat buraxın və məşğələlərinə mane olmayın"

1

. Sonra əmrdə



deyilir: "Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın,

onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl

etdikləri qayda və qanunlarla yaşasınlar. Onlarla aranızda bir hədd

olmaq üçün bac qoyun ki, onlar öz din və öz torpaqlarında qalsınlar.

Sizi qəbul etməyənlərlə müharibə edin"

2

.



Ərəb qoşunları  İranda Rey və Qəzvin şəhərlərini işğal

etdikdən sonra Azərbaycana soxuldular, lakin Azərbaycan

qoşunlarının şiddətli müqavimətinə rast gəldilər. Azərbaycan

qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi; o,

Bacrəvan, Mayməd, Nariz, Şiz, Miyanəc və digər yerlərin

əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa

girişdi; vuruşma bir neçə gün davam etdi

3

. Lakin ərəblər qələbə



qazandılar. İsfəndiyar əsir alındı, amma onu öldürmədilər. O,

ərəblərə dedi ki, Azərbaycan əhalisini tabe etmək çox çətin olacaqdır,

çünki əhali çoxlu qalası olan dağlarda gizlənəcək və oradan ərəblərə

hücum edəcəkdir

4

. Çox keçmədən ərəblər İsfəndiyarın qardaşı



Bəhramın komandanlığı altında olan Azərbaycan qoşunlarının

günlərlə davam edən hücumlarına tab gətirməli oldular

5

. Ərəblər



yenidən qələbə çaldılar; odur ki, əsirikdə olan İsfəndiyar ərəblərlə

aşağıdakı məzmunda sülh müqaviləsi bağlamağa məcbur oldu:

1

Ət-Təbəri, I, 1850. Müqayisə et: İbn əl-Əsir, II, 310.



2

Из анонимной сирийской хроники, 1234 г., стр. 27

3

Əl-Bəlazuri, səh. 325-326; Yaqut, I, 173.



4

 Ət-Təbəri, I, 2660; İbn əl-Əsir, VII, 20

5

Ət-Təbəri, 1,2661.



102

"Bismillahirrəhmanir-rəhim (Mərhəmətli və rəhmdil Allahın

adı ilə). Bu sənəd o barədədir ki, Utbə ibn Farkad, Əmir əl-Möminin

Ömər ibn əl-Xəttabın canişini (amili), Azərbaycan əhalisinə, onun

dərələrdə və dağlarda, ucqarlarda və sərhədlərdə olan bütün xalqına

əmin-amanlıq (aman) bəxş edir [ə'ta əhli Azərbaycan], həm onların

özlərinə, həm də onların əmlakına, din və ayinlərinə; bu şərtlə ki,

onlar öz varına görə cizyə versinlər; uşaqlar, qadınlar, daim xəstə

olanlar, habelə heç bir vəsaiti olmayan (şəxslər) və heç bir gəliri

olmayan zahidlər isə can vergisindən azad olunurlar. [Bu

əminamanlıq] onlara, həm də onlarla birlikdə yaşayanlara verilir;

onlar  da borcludurlar ki, müsəlman qoşunundan olan müslimi (ərəbi

– Z-B) bir gün bir gecə saxlayıb yedirsinlər və ona yol göstərsinlər.

Orduya götürülən adamdan həmin ilin vergisi alınmır, kim [ölkədə]

qalırsa, ölkəni tərk etməyən adamlara verilən hüquqlar eynilə ona da

verilir. Ölkəni tərk etmək istəyənlər özlərinə təhlükəsiz bir sığınacaq

tapıncayadək onlara aman bəxş edilir.

Bunu Cunadib yazmışdır, şahidlər isə Bukeyr ibn Abdullah

əl-Leysi və Simak ibn Xaraşi əl-Ənsari olmuşlar. Hicri 18-ci il (b.e.

639-cu il)"

1 .

Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən



Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından

hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu

müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə

götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi

öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və

Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz

əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra

etdikləri hər işi açıq görmələrinə mane olmasınlar"

2

. Bundan sonra



xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə

ibn Farkadı Azərbaycana canişin təyin etdi.

1

Ət-Təbəri, I, 2662. Müqavilənin tarixi hicri 18-ci ildir, lakin ət-Təbəridə



"Hicri 22-ci il hadisələri" bölməsində verilmişdir. İbn əl-Əsirdə müqavilənin mətni

yoxdur.


2

Əl-Bəlazuri, 326; əl-Yaqut, I, 173.



103

Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin

əhalisi hicri 24 (644-645)-cü ildə üsyan qaldırıb, "müsəlmanların

onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar"

1

.

646-cı ildə  ərəb ordusu Valid ibn Uqbənin komandanlığı ilə



yenidən Azərbaycana hücum etdi. Ordunun qabaq dəstəsində Salman

ibn ər-Rəbiə  əl-Bəxili gedirdi. Azərbaycan ikinci dəfə istila edildi,

"bu  şərtlə  ki,  (hər  il)  onlar  (əhali)  səkkiz  yüz  min  dirhəm  versinlər.

Bu, Xuzeyfə ibn əl-Yəməninin 22 (b.e. 644)-ci ildə, yəni Nəhavənd

vuruşmasından bir il sonra onlarla bağladığı sülhün şərtləri idi"

2

.



639-cu ildə  ərəb qoşunlarının bir hissəsi Azərbaycandan

şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal

etdi və əhalisini cizyə verməyə məcbur etdi

3

. Bu dəstənin komandanı



Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara

aşağıdakı məzmunda fərman verdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Bukeyr ibn Abdullah

tərəfindən Mukan əhalisinə, onların şəxsiyyəti, əmlakı, dini və

qanunlarını mühafızə etmək haqqında verilən mühafızə fərmanıdır

ki, həddi-büluğa çatmış hər bir şəxs bir dinar, yaxud onun dəyərini

versin, müsəlmana səmimi yanaşsın, ona yol göstərsin və bir gün bir

gecə onu saxlayıb yedirsin. Nə qədər ki, onlar öz üzərində (ərəb)

hakimiyyətini qəbul edib ərəblərə xeyirxahlıqla yanaşırlar, onlara

əmin-amanlıq təmin olunur və biz öz təəhhüdlərimizi yerinə

yetirərik. Əgər onlar öz təəhhüdlərini pozub səmimi olmadıqlarını

göstərsələr, xainləri ələ verməyincə, onlara aman yoxdur! Əks halda!

Onlar xainlərin həmfıkri hesab olunacaqlar. Şahidlər əş-Şəmmax ibn

Dirar, ər-Rusaris ibn Cunadib və Xəmələ ibn Cuveyyə olmuşlar.

Hicri 21-ci ildə (b.e. 642-ci ildə) yazılmışdır"

4

.



1

Ət-Təbəri, I, 2804; əl-Bəlazuri, 328.

2

Əl-Bəlazuri, 326.



3

Yenə orada

326.

4

Ət-Təbəri, I, 2666; əl-Bəlazuri, 326; İbn əl-Əsir, III, 22.



104

      Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizinin sahili ilə şimala

doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba (Dərbəndə) çatdı

1

.



      

Sonrakı  642/643-cü illərdə  xəlifə  Ömər  Dərbəndə  Surakə  ibn

Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbd-ür-Rəhman ibn

ər-Rəbiə  əl-Bəxilinin komandanlığı ilə  şəhərin hasarları yanında

Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd

yaxınlığındakı sərhəd xəttinə  Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi

və ona əmr verdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları  əl-Beyda

şəhərinə çatıb onu işğal etdi

2

. Lakin Balancar yaxınlığındakı xəzərlər



hücuma keçib ərəbləri məğlub etdi və onların komandanı  Əbdür-

Rəhman ər-Rəbiəni öldürdülər

3

.

     



Bununla  da  ərəb ordularının  Dərbənddən şimala doğru birinci

hücumu qurtardı. Şəhər əhalisi ilə, Azərbaycanda bağlanan

müqaviləyə oxşar müqavilə bağlandı

4

.



     Arranın istilasına gəlincə, ərəb qoşunları Arran ərazisinə şərqdən

deyil, cənub-qərbdən, Naxçıvandan keçməyə başladılar. Arrana

soxulan ilk ərəb dəstəsi Salman ibn Rəbiə əl-Bəxilinin komandanlığı

altında olan dəstə idi ki, bu da Həbib ibn Məsləmənin ordusuna daxil

idi.

    


Naxçıvan  xəlifə  Osman  ibn  Affanın  (644-656)  hökmranlığı

zamanında tutulmuşdu. Həbib ibn Məsləmə Naxçıvanı işğal edəndən

sonra onun əhalisi ilə sülh müqaviləsi bağladı və aşağıdakı fərmanı

verdi:


   "Bismillahirrəhman - irrəhim. Bu fərman Həbib ibn Məsləmə

tərəfındən Naşava (Naxçıvan) şəhəri əhalisinə, onun burada olan və

olmayan kahinlərinə və yəhudilərinə, ona görə verilir ki, mən sizin

əmin-amanlığınızı və  əmlakınızı, sizin kilsə və ibadətgahlarınızı və

şəhərinizin hasarlarını mühafızə altına alıram. Siz əmin-amandasınız

və biz sizinlə bağladığımız müqaviləni o vaxtadək yerinə yetirməyi

1

Ət-Təbəri, I, 2665-2666; İbn əl-Əsir, III, 21-22.



2

Ət-Təbəri, I ,2668.

3

Yenə orada, I, 2668-2669-2871.



4

Yenə orada, I, 2665-2666.



105

təəhhüd edirik ki,siz özünüz ona əməl edib cizyə və xərac verəsiniz,

ən mötəbər zamin olan Allah özü buna zəmanətdir.

Fərman Həbib ibn Məsləmənin möhürü ilə təsdiq olunur"

1

.

Gevondun dediyinə görə, xəlifə orduları "Midiya



(Azərbaycan) və Naxçıvan kəndlərini viran etdilər. Bir çox kişiləri

öldürdülər

,

digərlərini isə arvad-uşaqlan ilə əsir götürüb Culfa bərəsi



ilə Arazın o tayına apardılar"

2

.



Ərəblərin yerli əhalidən zamin tutub girov saxlamaları

işğalçılara müqavimət göstərildiyinin sübutudur; buna görə də

təbiidir ki, ərəblər şimala doğru irəlilədikcə öz arxa yollarmdan

arxayın olmaq istəyirdilər.

Salman ibn Rəbiənin dəstəsi Naxçıvandan çıxandan sonra

Biçənək keçidindən Şəki, Gorus tərəfə yeridi və Arran ərazisinə

çatanda Beyləqan üzərinə yürüş etdi. Salman "sülh müqaviləsinə

görə Beyləqanı tutdu və yenə də bu müqaviləyə görə əhalini xərac və

cizyə verməyə məcbur edib onun həyatını, əmlakım, şəhər hasarlannı

qorumağı təmin etdi. Sonra Salman Bərdəyə gəldi və  şəhərdən bir

fərsəxdən az aralı olan Turtur [Tərtər] çayı sahilində ordugah

çadırları qurdu. Şəhər əhalisi darvazaları onun  üzünə bağladığna

görə, Salman bir neçə gün şəhəri mühasirədə saxlamalı oldu. Eyni

zamanda şəhər ətrafmda əkini biçilmiş kəndlərə basqınlar edildi. Bu

hal, əhalini məcbur etdi ki, Beyləqan əhalisinin Salmanla bağladığı

sülhə oxşar sülh bağlasm. Əhali şəhər darvazalarını onun üzünə açdı

və Salman şəhərə daxil olub (bir müddət) orada qaldı. Buradan öz

atlılarını götürüb yurüşə başladı. Şakşin (Şakaşen), Meskean

(Meskuenk), Ud (Uti), Mesiran (Mesarans), Xarxilyan (Xarcilank),

Tabar (Tri) mahallarının kəndlərini və Arranın digər yerlərini tutdu"

3

.

Sonra Salmanın dəstəsi "qədim şəhər hesab olunan" Şamxoru tutdu,



şərqə tərəf dönərək, "Bardinc arxasında Arazın Kürə qovuşduğu yerə

1

Əl-Bəlazuri, 200. Müqavilə öz rnəzmununa görə, ərəblərin Dəbil əhalisi



ilə bağladığı müqavilənin eynidir.

2

История халифов-Гевонда..,, cтp. 3-6.



3

Əl-Bəlazuri, 203-204; əl-Yəqubi, II, 194.



106

getdi, Kürün o tayını keçib Qəbələni tutdu, Şakkan və Kamiberan

hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı. Xeyzan əhalisi,

Şirvan padşahı, qalan dağların padşahları, Məsqət, Şabran və Bab

(Dərbənd) şəhərinin əhalisi də onunla (Salmanla) eyni məzmunda

sülh bağladılar"

1

.

Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət



etdi, lakin Balancar çayının o tayında xəzər qoşunları ilə rastlaşdı və

qanlı vuruşmadan sonra, demək olar, bütün dörd min nəfərlik dəstə

qırıldı və Salmanın özü öldürüldü.

Salmanın ölümündən sonra xəlifə Osman Azərbaycan və

Arrana Xuzeyfə ibn əl-Yəməni hakim təyin etdi; Xuzeyfə artıq xəlifə

canişinlərinin iqamətgahı olan Bərdə  şəhərinə gəldi, bir tərəfdən

Bərdə ilə Qaliqala, digər tərəfdən Bərdə ilə Xayzan (yəni Bərdənin

şimal-qərbində) arasında olan bütün vilayət və  şəhərlərə məmurlar

(amillər) göndərdi

2

.



Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən

sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş

olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən)

döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız

piyada qoşuna götürürdülər

3

, Bu hərbi səfərlərdə zimmilər görkəmli



rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında

əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi

birləşmələri ərəblərlə birlikdə, müqavilə  əsasında

4

 vuruşurdular  və



dövlət hesabma dolanmırdılar. Onlar yalnız qənimətin

bölüşdürülməsində iştirak edirdilər.Ərəblər zimmi birləşmələrindən

vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; bu ağır sahələrdə

zimmilər, şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyur, ya da

1

Əl-Bəlazuri, 203-204; əl-Yəqubi, II 194-195.



2

Yenə orada.

3

Ət--Təbəri, III, 1934, 639; Əbd əl-Əziz əd-Duri. Əl-Əsr əl-Abbasiy əl-



əvvəl, səh. 7.

4

Əl-Bəlazuri, 200, 439; əl-Yəqubi, II, 381.



107

düşmənin başlıca zərbəsini öz üzərindən götürürdülər. Zimmi

qoşunlarından istifadə edildiyini göstərən məlumatı həm yerli, həm

də  ərəb müəlliflərinin əsərlərində tapmaq olar. M.Kalankatuklu

bildirir ki, 713/714-cü illərdə Məsləmə ibn Əbd ül-Malik xəzərlərin

təzyiqi altında Dərbənddən geri çəkiləndə, "bütün əmlakilə birlikdə

öz qərargahını tərk etdi, hətta öz hərəmxanasını da arxada

buraxmışdı. Onun arxasını [Aqvan] patrisilərindən Eranşahik

Vaçaqan müdafıə edirdi"

1

.



Sonralar xəlifə olan Mərvan ibn Məhəmməd də Arran

canişini olarkən [xəlifə Hişamın - 724-743 - hökmranlığının son illəri

və xəlifə Validin xəlifəliyinin bir ili - 743/744] eynilə belə hərəkət

etmişdir. "O, Şirvan hakiminə  əmr etmişdi ki, müsəlman ordusu

xəzərlərə qarşı qəzvəyə (hərbi səfərə) gedəndə qabaqda, oradan

qayıdanda isə arxada olsun; Filanşaha əmr etmişdi ki, yalnız

müsəlmanların hücumlarında iştirak etsin; Tabarsaran şahına isə əmr

etmişdi ki, onlar (müsəlmanlar) hücum edəndə ordunun arxasında

geri çəkiləndə isə qabaqda olsun"

2

.



Zimmilərin yerli birləşmələri ərəblərə silahlı kömək

göstərəndə, ərəblər onları vergi ödəməkdən azad edirdilər, çünki

hərbi xidmət vergini əvəz edirdi. Əhali ərəb qoşunlarında xidmət

etməkdən və onlara yardım göstərməkdən boyun qaçıranda,

Azərbaycan əhalisi də belə etmişdi - azad olmaq üçün böyük ödənc

verməli idi

3

. Bu cəhəti ibn əl-Əsir təsdiq edərək yazır: "Kim evdə



qalıb, düşmənlə müharibə etmirsə, cizyə onlardan alınmalıdır"

4

.



Bəzən zimmi birləşmələrinin komandanı olan yerli hakimlər

ərəblərin hərbi səfərləri zamanı onlara yalnız kömək etmək deyil,

onlar üçün xəbərçilik də edirdilər; məsələn, 722/723-cü illərdə  əl-

Cərrah Arranı tərk edərkən, əldə etdiyi bütün sərvət və qənimətləri

1

История Агван, стр. 261/299; Gevond, səh. 28.



2

Əl-Bəlazuri, 209.

3

Ət-Təbəri, 1,2665; müqayisə et: Ameer Ali. A short History, p. 33;



A.S.Tritton. Non Muslim Subjects, p. 206-207.

4

İbn əl-Əsir, III, 12.



108

Balancar hakiminə vermişdi, çünki bu hakim ərəblərin xeyrinə gizli

xəbərçilik edib öz müttəfıqlərinin niyyətlərini ərəblərə xəbər verirdi

1

.



Ərəblər bu kimi xidmətlərdən istifadə edərək ayrı-ayrı

feodallar arasındakı ixtilafları çox məharətlə qızışdırırdılar və bunun

nəticəsində həmişə onların ixtiyarında kifayət qədər zimmi qoşunu

olurdu. Lakin Xilafətin hərbi sistemini nəzərdən keçirmək bizim

vəzifəmizə daxil deyildir, çünki bu məsələyə dair maraqlı  əsərlər

vardır ki, bunlarda istər Əməvilərin, istərsə Abbasilərin hərbi

qüvvələrinin quruluşu haqqında çox qiymətli məlumat tapmaq olar

2

.



Ərəblər Azərbaycanı, Arranı və digər vilayətləri istila

edəndən sonra əhali ilə bağladıqları müqaviləyə əsasən, uzun müddət

onlardan vergi alırdılar. Onlar hətta ayrı-ayrı  şəhərləri (məsələn,

Naxçıvan, Beyləqan, Bərdə, Bacravan) aldıqdan sonra, onlarla

müqavilə bağlamışdılar.

Ərəblər hər hansı vilayəti itaət altına alanda torpaqları sülh

müqaviləsinə görə (sülhən) öz əvvəlki sahiblərinin ixtiyarında

saxlayırdılar bu şərtlə ki, onlar torpaq vergisi versinlər. Bir vilayəti

silah gücünə (ənvətən) işğal edəndə isə, ya torpaqları qoşun arasında

bölüsdürür, ya da yerli əhalinin ixtiyarında saxlayırdılar. Təxtəvinin

fikrincə bu kimi hallarda, ərəblər itaət altına aldıqları ölkələrin

əhalisi üçün əkinçilikdə zəruri olub daşınan əmlakın hamısını

əhalinin ixtiyarında saxlayır, əhali üzərinə cizyə və torpaq üzərinə

xərac qoyurdular, torpaq isə ordularına vəqf olub ayrı-ayrı  əsgərlər

arasında bölünmürdü

3

. Lakin belə hallar da olurdu ki, ərəblər əvvəlki



torpaq sahiblərini öz yerindən qovub, onların yerinə başqalarını

1

İbn əl-Əsir, V, 84.



2

Л.Е.Куббель. О  некоторых  чертах  военной  системы  халифата

Омайядов (661-750 гг); A.V.Kremer. Cultur geschichte des Orients, p. 203-255;

W.Fries. Das Heereswesen der Araber zur Zeit der Omajjaden..., Nüman Sabit. Əl-

Cundiyyə fi-d-davla əl-Abbasiyyə. Bağdad, 1929.

3

Sitat V.Girqasdandır. Права христиан на Востоке по мусульманским



законам, стр. 16.

109

köçürürdülər və onlar islamı qəbul etmədikdə onlardan cizyə və

xərac, müsəlman olduqda isə üşr alırdılar.

?


iinditar-bojinsha.html

iinphji--komnttephbih----2.html

iioraliqnazoratsavollari-.html

iipril-mineralogicheskij-.html

iir-gelenei-daha-nce-yaam.html