1 ... 31 32 33 34 35 36 37 38 ... 41

III FƏSİL - Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə...

səhifə35/41
tarix08.07.2018
ölçüsü28.63 Kb.

100


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


Məktəb yasaqlığı və ya təbiət abidəsi


Təbiət abidələri – xüsusi mühafizə olunan təbiət ərazilərinin bir
formasıdır.  Nadir,  relikt,  yaşı  bir  əsrdən  çox  olan  ağaclar  təbiət
abidələridir. Planetin ən qocaman ağacı ABŞ­nın Nevada ştatındakı
gövdəsinin  diametri  6,4  m  olan  4900  yaşlı  qılçıqlı  şam  ağacıdır.
Azərbaycan  təbiət  abidələri  ilə  zəngindir.  Qubadlı  rayonu  Xanlıq
kəndindəki  1600  yaşlı,  Xocavənd  şəhərində  2000  yaşlı  çinarlar,
Göygöl rayonu Kolayır kəndindəki 1500 yaşlı “Düldülü” çinar qədim
tarixi dövrlərin canlı şahididir. Hazırda ölkəmizdə yaşı 300 ili ötmüş
2083 ağac qeydə alınmışdır. Keçən əsrin sonlarında akademik Həsən
Əliyevin  rəhbərliyi  altında  aparılan  elmi  tədqiqatlar  nəticəsində
ölkədə 2469 nadir və abidə ağacların olması müəyyən edilmişdir.
Gənc  meşəçilər  yaşadıqları  ərazidəki  ağacların  monitorinqini
keçirərək təbiət abidələrini qeydə alırlar. Bu zaman gövdəsinin eni
3­4 m­dən çox olan palıd, cökə, şabalıd, ağcaqayın, göyrüş, şam
və qaraçöhrə ağacları təbiət abidəsi hesab edilə bilər. Ağacın yaşını
təyin etmək bir qədər mürəkkəb olduğu üçün ağacların gövdəsinin
əhatəsi nəzərə alınmalıdır. Məsələn, 300 yaşlı cökənin gövdəsinin
dimetri  4­5  m,  400  yaşlı  palıdın  5­6  m­dir.  Qeyri­adi  gözəlliyə
və ölçülərə malik olan ağaclar siyahıya alınır. Belə ağacları aşkar
etdikdə  şagirdlər  müvafiq  təbiəti  mühafizə  təşkilatına  müraciət
edərək,  ağacın  qorunması  üçün  təklif  verə  bilərlər.  Ağacın
qarşısındakı xüsusi lövhədə təbiət abidəsi barədə məlumat yazılır.
Təbiət abidələri gənc meşəçilər tərəfindən xüsusi nəzarətə alınır.
Meşədə nadirliyi, tarixi və ya çətirinin forması ilə diqqəti cəlb
edən hər hansı bir ağac növünün pasportunu aşağıdakı qaydada
tərtib etmək olar.
Ağacın pasportu
Ağacın növü (adı)  _____________________________________
Yaşayış yeri (ünvan)  ___________________________________
Bitdiyi ərazinin təsviri  __________________________________
Yaşı, hündürlüyü  ______________________________________
Gövdəsinin diametri ( 1 m hündürlükdə)  ___________________
Hansı hündürlükdə ağac budaqlanır  _______________________
Çətirin forması  _______________________________________
Torpaq şəraiti (ağacdan 1,5­2 m məsafədə)  _________________
Ağacın ümumi vəziyyəti:

əla;

yaxşı;

kafi;

qeyri­kafi

101


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 


III FƏSİL


Ağacın gövdəsinin diametrinin və hündürlüyünün təyini
Ağacın gövdəsinin diametrini onun gövdəsinin çevrə uzunluğunu
ölçməklə C=ПD düsturuna əsasən hesablamaq olar. Burada C­çevrə
uzunluğu, П=3,14, D­isə diametrdir.
Hündürlüyü (H) təyin etmək üçün ağacdan təxmini hündürlüyü
qədər b­məsafəsində duraraq < bucağını ölçməklə tapmaq olar.
H=btg+l
Burada l=MN­Yerdən baxış məsafəsinə qədər olan hündürlük;
b­baxış məsafəsindən ağaca qədər olan məsafə; < ­baxış bucağıdır.
Açıq sahədə ağacın hündürlüyü onun kölgəsinin uzunluğuna görə
ölçülür. Bunun üçün yerə 1 metrlik bir çubuq basdırılır. Çubuğun
hündürlüyünün  kölgəsinə  olan  nisbəti  ağacın  hündürlüyünün  öz
kölgəsinə olan nisbətinə bərbərdir.
AB/AC=A
1
B
1
/A
1
C
1
Ağcabədi rayonu 1 saylı tam 
orta  məktəbin  tədris­təcrübə 
sahəsində  200  yaşlı  qaraqovaq 
ağacı  əsrlərin  yadigarıdır.  1  ha 
ərazidə  salınmış  meşə­bağda 
nadir ağac və kollar tam ekoloji 
sistemi  formalaşdırır.  Məktəbin 
gənc  ekoloqları  müntəzəm  ola­
raq  bağa  qulluq  edir  və  yeni 
yaşıllıq  zolağı  becərməklə  məş­
ğul olurlar. Eyni zamanda mək­
təb  bağı  biologiya  fənni  üzrə 
təcrübi  işlərin  və  ekoloji  təd­
qiqat ların  aparılması  üçün  əl­
verişli şəraitə malikdir.
Əsrlik ağacların ömrünü uzat­
maq üçün təxirəsalınmaz tədbir­
lərin  görülməsi  tələb  olunur.
Yad da  saxla maq  lazımdır  ki,
palıd, cökə, qovaq, çinar, göyrüş
və  digər  ağaclar  qocalma  döv rün də  daxildən  kövrək  olsalar  da
uzun illər yaşaya bilir. Ağacın kövrəkliyi onun kəsilməsi üçün əsas
deyildir. Əksinə, bəzi təd birlər nəticəsində ağacın ömrünü uzatmaq
mümkündür.  Bəzən  meşə də  gəzən  turistlər  ağacın  göv dəsini
bıçaqla  və  digər  kəsici  alət lərlə  zədələyib  öz  adlarını  yaz mağa

Şəkil 32

. Qaraqovaq ağacı

102


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


çalışırlar. Belə insanlara izah etmək lazımdır ki, ağacın qabığın da
açılmış yaralar xəstə liyə, bəzən də ağacın məhvinə səbəb olur. Bu
qiymətli  ağacların  xilas  edilməsi  üçün  xüsusi  müalicəyə  ehtiyacı
vardır.
Gənc meşəçilər mütəxəssisin rəhbərliyi ilə ağacın yarasını fırça
vasitəsilə  təmizləyirlər.  Sonra  5%­li  mis  kuporosundan  istifadə
edərək  xəstəliktörədən  göbələkləri  və  mikrobları  məhv  edirlər.
Bir neçə saat ərzində yaranın səthi quruduqdan sonra 10%­li bağ
məhlulu ilə dezinfeksiya olunur. Daha sonra həmin nahiyəni əliflə və
ya 15­20%­li karbol məhlulu işləmək lazımdır. Əgər ağacın yarası
çox  dərindirsə,  yaranı  yuxarıdakı  üsulla  işləyib,  əlifdə  isladılmış
otla sarımaq lazımdır. Sonrakı 1­2 il ərzində yaranın kənarı 3­5 sm
örtülür. Yara çox enlidirsə, sarğını bir neşə il ərzində tez­tez dəyişmək
lazımdır. Yara tamam sağalana qədər bu proses təkrarlanır.
Ağacın  koğüşünü  sağaltmaq  üçün  ilk  növbədə  daxili  çürümüş
oduncaqdan  təmizlənir.  Bu  zaman  ərsin  və  ya  fırçadan  istifadə
edilir.  Sonra  təmizlənmiş  hissəyə  5%­li  mis  kuporosu  məhlulu
çəkilir.  Daha  sonra  10%­li  bağ  karbolu  ilə  işlənir.  Yaxşı  olar  ki,
bu  əməliyyat  yayın  və  yaxud  qışın  sonunda  aparılsın.  Ağacın
koğuşu böyükdürsə, 2­3 həftədən bir 3­5 dəfə dezinfeksiya edilir.
Bu əməliyyatdan sonra ağacın koğuşuna “tıxac” qoyulur. Koğuşun
diametri 25 sm­dən böyük olduqda, 70­80 mm məsamələri olan
2­3  mm  qalınlığında  dəmir  tor  koğuşun  içərisinə  qoyulur.  Sonra
kərpic və daş qırıntısı duru sement məhlulu ilə (1 hissə sement və
4 hissə qum) qarışdırılaraq koğuşa tökülür. Sementin üzəri taxta
lövhə ilə örtülür. Məhlul bir az bərkidikdən sonra lövhəni götürüb,
qatı  məhlulla  “tıxac”ın  üzərini  kambi  qatına  qədər  hamarlamaq
lazımdır. Bu cür “tıxac” yayın ortalarında qoyulur ki, payıza qədər
yaxşıca  qurusun.  Şagirdlər  aşkar  etdikləri  təbiət  abidələrini
ərazinin ekoloji xəritəsində qeyd edirlər. Ağacların ölçülərini təyin
etmək  üçün  vəsaitdə  təqdim  olunan  üsullardan  istifadə  etmək
olar. Təbiət abidələrinə həsr olunmuş “Planetin qocaman sakinləri”
mövzusunda dəyirmi masa və ya konfrans keçirmək olar. Tədbirə
alim  və  mütəxəssisləri,  ictimaiyyətin  nümayəndələrini  dəvət
etməklə təbiət abidələrinin qorunmasına diqqəti artıra bilərsiniz.
Xüsusi mühafizə altında olmayan ərazilərdə aşkar edilmiş nadir
və relikt bitkiləri mühafizə etmək üçün gənc meşəçilər təşəbbüs
göstərə bilərlər. Zəngin bioloji müxtəlifliyə malik təbiət guşəsində
mütəxəssilərin  tövsiyəsi  ilə  təbiət  abidəsinin  təyin  edilməsi  və
ya  məktəb  yasaqlığının  yaradılması  üçün  layihə  tərtib  etmək
mümkündür. Layihənin hazırlanmasında yerli idarəetmə orqanları­

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iivariant---drslik-nar-ap.html

ijaers-oct-2014-025.html

ijarah-pengertian--dasar.html

ijeejf---------------.html

ijmbr-5-2017-1-7-issn.html