1 ... 30 31 32 33 34 35 36 37 ... 69

III FƏSİL - Microsoft Word +++++all-novruz doc

səhifə34/69
tarix19.07.2018
ölçüsü424.51 Kb.

106 

III FƏSİL 


 


NOVRUZ MƏRASİMLƏRİ 


 
 

3.1. Novruz mərasimləri 


 
Novruz sistemi bütövlükdə 365 günü əhatə edib, dörd çərşən-
bəni başa vurduqdan sonra tamamlanır. Novruz sisteminin bir ildə 
dörd bərabərlik məqamı vardır.  
1) Yaz bərabərliyi 21-22 mart,  
2) Yay gündönümü 21-22 iyun,  
3) Payız gecə-gündüz bərabərliyi 21-22 sentyabr,  
4) Qış gündönümü 21-22 dekabr.  
Günün uzunluğu coğrafi enlikdən və ilin fəslindən asılıdır. 
Ekvatorda gündüz həmişə gecəyə  bərabər olur. Şimal yarım-
kürəsində  ən uzun gündüz yay bərabərliyində (21-22 iyunda), ən 
qısa gündüz qış bərabərliyində (21-22 dekabrda) olur. Yaz və payız 
bərabərliyində gündüzün uzunluğu gecəyə bərabərdir. Gecə-gündüz 
bərabərliyi ildə iki dəfə (21-22 mart və 21-22 sentyabr) olur. 
Novruz sistemi dünya modeli 4-lük və əksliklər üzərində qurulub-
dur. Dünyanın əmələ gəlməsi 4 ilkin ünsürdə (od, su, külək, torpaq) 
əlaqəlidir. Qədim şumerlərdən üzü bəri göy (səma), su, hava və işıq 
(od) həyatın yaradılış mənbəyi sayılıb.  
İnsanoğlu bütün müşkülləri və  çətinlikləri onu əhatə edən 
kainatda və qoynunda yaşadığı  təbiətdə qazandığı üçün elə bu 
çıxılmazlıqların  əlacını da kainat və  təbiətin özündə arayıb-
axtarıbdır. Bu özəl səbəblərdən qədim insan təbiətə arxalanıb, onu 
«dilini» öyrənibdir. Təbiətdən hər cəhətdən asılı olan insan onu 
intuitiv dərk edibdir. Əski cağların insanı kainat və təbiətlə təmas 
olmadan bioloji və  mənəvi həyatın olmadığını duyubdur. İnsanlar 
dəqiq və inamlı müşahidələri  əsasında dərk ediblər ki, yaşadıqları 

107 
coğrafi məkanda günəş, hava, torpaq və onun təkindəki su və başqa 
komponentlər onlara və digər canlılara ciddi təsir edir. Qədim 
düşüncə sahibləri müdrikcəsinə duymuşlar ki, kainat və planetin 
səliqə-sahmanına, mizan-tərəzisinə, dəst -xətinə  əsla toxunmaq, əl 
gəzdirmək qeyri-mümkündür. Yaxşı biliblər ki, kainat və planet 
ardıcıl, fasiləsiz və spiralvari şəkildə tənzimlənən qanunauyğunluğa 
əsaslanır. Qədim türklər müdrikcəsinə biliblər ki, Göy-Tanrı 
zamanın və bütün canlı aləmin yaradıcısıdır.  
İnsan zamanı, vaxtı mükəmməlcəsinə müəyyənləşdirə bilib. 
İnsanoğlu əyani şəkildə kainat və planetdə hər il baş verən yenilən-
məni gördüyündən, özünün də saflaşmasına, təmizlənməsinə ehti-
yac duyubdur. Kainatla və planetin qovuşuğunda məskunlaşmış 
insan yerdən  əvvəl kainatda (göy üzü) baş verən dəyişiklikləri 
görübdür. Bu dəyişikliyi duyan və gözü ilə görən qədim və orta əsr 
insanı kainat və təbiətə heç vaxt stabil yanaşmayıb. Əksinə, kainat 
və  təbiətə  həmişə dinamik bir münasibət bəsləyib.  Əcdadlarımız 
yaxşı  dərk ediblər ki, kainat və  təbiətdə heç vaxt durğunluq ola 
bilməz,  ən azından, durğunluq külli-kainatın məhvi demək olardı. 
Novruz sistemi kainat və  təbiət qanunauyğunluqları toplusu, 
onların özünüidarəsinin nümayişidir. Qədim insan kainat və təbiət 
hadisələrinin sadəcə seyrçisi olmayıbdır. Kainat və  təbiətdə baş 
verən proseslərin diktəsi ilə dual görüşlərə yiyələnib. Ətrafında baş 
verənlərin  əksliklərin vəhdətindən yarandığını görən insan özü də 
işlərini dual prinsiplər əsasında qurubdur. Novruz sistemi və onun 
prinsiplərindən faydalanan ayin və  mərasimlər kainat və  təbiət 
qanunauyğunluqlarına əsaslandığından min illərdi fəaliyyətdədir.  
Novruz üstqurum xarakterli bayram deyidir. O, kainat və təbiət 
qanunlarına əsaslandığından bazis xarakterli bir sistemə malikdir.  
Novruz mərasim və ayinlərinin adları  və icra formaları 
transformasiyaya uğrasa da, əsrlərlə bu və ya digər ad və forma-
larda yaşadılmışdır.  Bu  ad  və forma dəyişikliyi Novruzun əsl 
mahiyyətini – nüvəsini dağıda bilməmişdir. Novruz sistemi həyatın 

108 
və  cəmiyyətin harmonik inkişafını fasiləsiz tənzimlədiyindən ona 
toxunmaq, onu başqa bir təbii qanunlar sistemi ilə  əvəz etmək 
qeyri-mümkündür.  
Novruz ayin və mərasimləri kainat və təbiət qanunlarını özündə 
ehtiva edən mənəvi dəyərlər məcmusudur. İlboyu Novruz dəyərləri 
yüksək qiymətləndirilir. Qışda dirilik suyu, yazda yel (hava), yayda 
od (günəş) və payızda torpaq müqəddəs tutulubdur. Elə bu 4 həyat 
ünsürü Novruzun atributları sayılır. Novruzda suyun yerə 
çilənməsi, Tanrıdan yağış umulması bitkilərin, o cümlədən taxılın 
göyərdilməsinin və  həyatın davam etməsinin simvoludur. Həyatın 
davamı  və bitkilərin boy atıb göyərməsi, məhsul verməsi su ilə 
bərabər günəşlə də (odla) bağlıdır. Külli-kainata və təbiətə ruhu yel 
(hava) bəxş edir. Planet (torpaq) bütün canlı  və cansız aləmin 
yaradıcısıdır. Canlı aləmin atası Göy üzü –Səma, anası isə Yer 
kürəsidir.  
Novruz sisteminin kulminasiyası sayılan Novruz bayramı (21-
22 mart) ayin və mərasimlərin zənginliyi ilə seçilir.  
Bir çox tədqiqatçılar Novruzun məna və  məzmununu,  əhatə 
dairəsini daraldırlar. Tədqiqatçıların əksəriyyəti Novruzu əkinçilik 
və  məhsuldarlıqla bağlayıb, onu darçərçivəli məişət törəni kimi 
xarakterizə edirlər. Düzdür, Novruzun əhatə dairəsində əkinçilikdə 
mövcuddur. Çox qəribədir ki, bu tendensiyanın tərəfdarları sovet 
dövrünün tədqiqatçılarıdır. Orta əsr araşdırıcılarında belə bir motiv 
olmayıb.  Əksinə, orta əsr tədqiqatçıları Novruza daha qlobal 
yanaşmışlar. Böyük ehtimalla deyə bilərik ki, sovet dövrünün 
tədqiqatçıları  məqsədli  şəkildə ideoloji kursun repressiv rakursun-
dan çıxış edərək, Novruzu ən çox iş, əmək və əkinçiliklə əlaqələn-
dirmişlər ki, onu mənəvi repressiyadan qoruya bilsinlər.  
İnsanlar Novruz təntənəsinə gəlib çıxana kimi ilboyu müxtəlif 
çətinliklərdən və müəyyən mərhələlərdən keçməli olurlar.  
Zaman anlayışını mükəmməl hesablamış insan keçdiyi hər bir 
mərhələni ayrıca qeyd etmişdir. Bəzi mənbələrdə Novruzun son 

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ijpsr--2014-vol--57-2991.html

ijskij---pershya-narodi.html

ijtimoiy-ekologik.html

ijtimoiy-gumanitar.html

ijtimoiy-maishiyturmushi.html