1 ... 10 11 12 13 14 15 16 17 ... 20

III FƏSİL    POST REVOLUTİON - 2 - Esxatoloji perspektivdə avtoritarizm anatomiyası

bet14/20
Sana28.03.2017
Hajmi492.29 Kb.

III FƏSİL 


 

POST REVOLUTİON - 2 


 
 
Cinayətin yalnız bəhanəyə ehtiyacı var. 

Aristotel

  
 
Üsyan – kölənin şücaətidir. 

Friedrich Nietzsche 



 
113

İtirdiklərim 


 
 
 
Gündəlikləri bitirdim. Kim olduğunu 32 yaşında dərk etməyə başlayan insan hansı hissləri keçirə bilər? 
Bunu məndən soruşun. 
Qara bloknotun birinci səhifəsini açan kimi tənhalığımın, yalqızlığımın müfəssəl təsvirləri ilə qarşılaşdım. Oxuduqca 
özümə yazığım gəlirdi. Qəribə hissdir özünə kənardan baxa bilmək. Görünür bunu yaxşı bacarmaq üçün, hafizə tamam 
silinməlidir. Gündəlik tutmağa başlamağımın səbəbi də sadə imiş - Sevillə ayrılandan sonra düşdüyüm depressiya, 
təxminən il yarım sonra bu qara bloknotda qeydlər aparmağımla nəticələnib. Maraqlıdır, bəs niyə il yarım gözləmişəm? 
Evimin təsvirləri, tör-töküntü, pəncərə önündə dayanıb yoldan keçənlərə baxaraq fikrə dalmağım, Rus parkında 
gəzişməyim haqqında oxuduqlarım mənə o qədər doğma,  əziz gəldi ki, elə bil bu sətirləri bir il əvvəl yox, dünən 
yazmışam. Xüsusilə də parka aid hissəni oxuyarkən həyəcanlanmış, xəyalımda uşaqlıq çağlarım canlanmışdı.  
Toğrul barədə yazdıqlarımdan, Sevilin nə  qədər haqlı olduğu üzə  çıxır – həqiqətən də,  ən çətin anlarımda görüşüb 
dərdləşdiyim tək sirdaşım məhz Toğrul olub. Dostluqla bağlı fikirlərimizin fərqli olduğu, onun bu məfhuma bir o qədər də 
etibar etmədiyi məlum olsa da, münasibətlərimizə dostluqdan başqa ad qoymaq da olmur. Özü də çox möhkəm dostluq. 
Gömrük komitəsində  işləyən atasından asılı olan, amma arada-bir onun ziddinə getməyi də bacaran Toğrulun, siyasi 
mövzulardan zindeyi-zəhləsi getdiyini başa düşürəm. Gündəliklərin onunla bağlı hissələrini, ən çox da aramızda yaşanan 
mübahisələri oxuyarkən üzümdə qeyri-ixtiyari kədərli bir təbəssüm yaranır. Ürəyimdə isə  səliqəsiz, kələ-kötür xətlə 
yaratdığım bu canayaxın, səmimi dost obrazının mənim üçün elə kağız üstündə qalacağını, onunla bir daha heç vaxt 
görüşməyəcəyimi, söhbət edə bilməyəcəyimi dərk etməyin sancısı var. 
Rəna – sevib-sevildiyim qadın. Onunla Toğrulun ad günündə tanış olmuş, tanış olan kimi də aramızda mütləq nələrinsə 
yaşanacağını, tanışlığımızın bu ad günü mərasimi ilə  məhdudlaşmayacağını başa düşmüşəm. Vurulmaqdan, aşiq 
olmaqdan qorxduğunu demişdi mənə. Mən də ən az onun qədər yenidən sevməkdən qorxduğumu ona etiraf etmişdim. 
Lakin qorxularımız günü-gündən şiddətlə alovlanan sevgimizə məğlub olmuşdu. Hətta gün gəlmiş, münasibətlərimiz az 
qala vətəndaş nikahı müstəvisinə keçmişdi. Sevişmə səhnələrimizi də yazmışam. Sevil onları oxuyubsa (oxuduğundan 
şübhəm yoxdur)  xəcalətimdən səhər üzünə necə baxacam? Yox, elə deyil, Sevilin yeri başqadır ürəyimdə. 
Yazdıqlarımdan da bəlli olur ki, Rənaya və Sevilə qarşı keçirdiyim hisslər, hər ikisinin həyatımdakı yeri tamam fərqli olub. 
Sevilə olan sevgimlə, Rənaya bağlılığım heç müqayisəyə  gəlmir. Bəli, Sevil mənim üçün qat-qat dəyərli, doğma insan 
olub. Yenə  də qadındır, bu sətirləri oxuyarkən mütləq qısqanmışdır, başqa cür ola da bilməz. Xüsusilə  də  Rənaya 
yaraşdırdığım iltifatları oxuyanda. Nə bilim, bəlkə  də haqqı yoxdur qısqanmağa.  Əvvəla özü də  ərə getmişdi biz 
boşanandan sonra. Belə olan halda, ömrümün sonuna qədər onun xatirəsinə sadiq qalıb, qadın üzü görməməyə and 
içməli deyildim ki! Həm də, Rəna yoxdur artıq. Bir qəhrəman kimi özünü fəda edib. Bundan sonra nə  qısqanclığı? 
Rənanın xatirəsinə hörmətsizlik kimi çıxmasın, artıq Sevillə mənim aramda rəqib də qalmayıb. “Jaləsində yuyunmaq və 
gecənin ayazında qızışmaq üçün yaz sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Bu cümləni oxuyanda 
gülmək tutdu məni. Görəsən bu sözlər özümə aiddir, yoxsa hansısa kitabdan çırpışdırmışam? 
Sevili həm də oğlumu dünyaya gətirən qadın olduğuna, mənə övlad bağışladığına görə sevmişəm. Bircə bu səbəb yetər 
ki, ürəyimə ondan başqa heç bir qadın daxil ola, yerini tuta bilməsin. Gündəlikləri oxuduqca başa düşürəm ki, Özgürlə 
nəfəs alır, onun üçün yaşayırmışam. Boşandıqdan sonra da dərd alıbmış məni - uşaq kiminlə böyüyəcək, necə tərbiyə 
alacaq, kimə daha meylli olacaq? Atalığının səhnəyə  çıxmasından sonra isə narahatçılığım daha da artıbmış. Hətta 
Sevili hədələmişəm ki, uşağı alacağam səndən. Yaxşı ki, bu axmaq işə girişməmişəm. Əlbəttə, girişməzdim də. Atalığı 
ilə yaşasa da, Özgürə güldən artıq söz deyəcəyi təqdirdə onun gözlərini oymağa hazır anası varıydı yanında, dayaq idi 
oğluma. Narahat olmağa dəyməzdi. Amma yenə  də  ərə getməsini uzun müddət həzm edə bilməmiş, bunu ona 
bağışlamamışam.  
Özgür. Azad və ləyaqətli ölkədə yaşamağı ən çox onun üçün arzulamış, sistemin dəyişməsi uğrunda bacardığım qədər, 
etiraz bildirmək səviyyəsində  də olsa, kiçik mübarizəmi aparmışam. Məktəbdə yaşanan problemlər, “Qənirə ana” şeiri 
üstündə düşən mübahisə də göstərir ki, Milli rejiminin dəyişməsi həyatımın yeganə amalına çevrilmişdi. Oğlumun heç bir 
sarıdan korluq çəkməməsi üçün, qazandığım pulun ən az yarısını  hər ay, müntəzəm olaraq Sevilin bank hesabına 
köçürürdüm. Klinikada işləməkdən iyrənsəm də, peşəmə nifrət etsəm də, hər gün Rəna, ya da Sənangillə görüşmək, ya 
da evimə qapanıb özümlə təkbətək qalmaq üçün iş saatının bitməsini səbrsizliklə gözləsəm də, işləməyə məcbur idim. 
Yaxşı ki, Toğrul daima yanımdaydı.  
Toğrul. Tələbəlik illərindən başlayan dostluğumuz Asiadentdə  işlədiyimiz illərdə  də davam etmiş, klinikada daha da 
möhkəmlənmişdi. Ömrünə  fırtına kimi daxil olub Toğrulun qəlbində gözəllik, saflıq adına nə varsa darmadağın edən, 
həyata inamını göyə sovuran Zümrüd adlı qıza bəslədiyim kin və nifrət isə indi özümə qorxulu görünür. Mən bir insana, 
özü də qadına bu dərəcədə nifrət edəcək adamam?! Görünür doğrudan da pis, sevimsiz insan olub ki, nifrətimi qazanıb. 
Oxuduqca görürəm ki, məqsədi Toğrulu alçaltmaq, şəxsiyyətini tapdalamaq olub. Görəsən indi, Toğrul öləndən sonra 
neynəyir, nə iş görür? Gərək sabah soruşum Sevildən. 
Gündəliklərimdə, idbarlıqda Zümrüddən geri qalmayan bir başqa qadın tipi də var – mayor Dadaşovun mənə haqqında 
sual verdiyi Şeyla. Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” adı ilə tanınan 
Səyavuş Oruc adlı adamın qızıymış. Onun dişlərini müalicə etmişəm. Yazmışam ki, “onun dişlərini qurdalamaq, həkim 
praktikamda üzləşə biləcəyim ən böyük ədalətsizlik və bəxtsizlikdir”. Kabinetimdə siqaret çəkə-çəkə mənimlə siyasətdən 

 
114
danışıb, rejimi müdafiə edib, səhv yolda olduğumu mənə sübut eləməyə çalışıb. Ona da nifrət edirmişəm. Nifrət etdiyim 
halda da... sevişmişəm. Nə alçaq adamam!  
Şeyla. Nədir bu adda məni bu qədər narahat edən, ürəyimi sıxan? Rənanı başa düşmək olar – sevirdim onu. Bəs 
Şeylanı? Yazdığım qədər ikrah doğurubsa məndə, onunla bu biabırçı  əlaqəyə necə, nə üçün girmişəm? Çətin ki, bu 
sətirlər xəstə təxəyyülümün məhsulu olsun. Yox, ola bilməz! Doğrudan da sevişmişik. Deməli Sevil bunları da oxuyub. 
Haqqımda nə düşünüb görəsən? Qadın görəndə ağzının suyunu axıdan şorgöz olduğumu fikirləşib yəqin. Doğrudanmı 
mən belə adamam? Sabah Sevillə bütün bunlar barədə ətraflı danışmalıyıq. Onsuzda danışacağıq.  
Qənirə Milli, İslam Milli, avtoritar rejim haqda də danışmalıyıq. Daha çox öyrənməliyəm, daha çox şey bilməliyəm. 
Bloknota yazdıqlarımla Sevilin mənə verdiyi qəzetlərdə oxuduqlarım arasındakı uçurum açıq-aydın görünür. Qəzet 
səhifələrini qarışdırdıqca, mənzərə  tədricən  şəkillənir beynimdə. Başa düşməyə başlayıram ölkənin hardan hara 
gəldiyini. Azərbaycanı iki dövrə bölə bilərəm artıq – komadan əvvəlki və komadan sonrakı Azərbaycana.  
Çox yox, iki-üç ay əvvəlin Azərbaycanı haqda qəzetlərdən oxuduqlarım kifayət edir ki, ölkədə polis rejiminin hökm 
sürdüyünü, korrupsiyanın cəmiyyətin bütün sahələrini əhatə etdiyini, vicdan daxil olmaqla hər şeyin alınıb satıldığını başa 
düşüm. Milli cütlüyünün ölkədə formalaşdırdığı hakimiyyət komandasının ideologiyası bütünlüklə rüşvət-korrupsiya 
ideologiyası olduğundan, Azərbaycanda korrupsiya dövlətin rəsmi siyasətinə çevrilmişdi. Buna görə  də hakimiyyətin 
başında duranlar bir zəncirin halqaları kimi bir-birinə bağlanmış, hamı bir cinayətin – rüşvət-korrupsiyanın məhkumuna 
çevrilmişdi. Məhz bu səbəbdən rejim demokratiyaya, qanuna qənim kəsilmiş, hüquqa düşmən olmuşdu. Uzun illər 
ölkənin təbii sərvətlərini talayaraq, gələcəkdə milyonlara insanın fəlakətini, faciəsini hazırlayan rejim sabahı düşünmədən 
soymağa, qəsb etməyə davam etmişdi. 
Oxuduqca görürəm ki, narazıların inqilaba, dəyişikliyə ümidləri möhkəm olsa da, Qərbin dəstəyinə, köməyinə dair 
bədbinliyi də varmış. “Qərbi ancaq neft düşündürür”, “Həlledici məqamda hakimiyyətlə razılaşıb yenə demokratiyanı 
satacaqlar”. Az qala folklora çevrilmiş bu gileylər Azərbaycanda həm siyasətçilərin, həm də sadə xalqın dilindən tez-tez 
səsləndirilib, insanlar arasında ümidsizlik sindromu yaradıb. Sevilin mənə verdiyi qəzetlər arasında, bir vaxtlar Sənanın 
da işlədiyi Liberal qəzetinin iki həftə  əvvəlki sayında maraqlı bir məqaləyə rast gəldim. Kərim Rəşidoğlu adlı jurnalist 
yazırdı:  “İnqilabdan  əvvəl Qərbə qarşı giley-güzarlı olan; ABŞ-ın, Avropanın xainliyindən danışan vətəndaşlarımıza 
cavab olaraq deyirdik ki, “xalq yalnız öz gücünə arxalanmalı, inqilabın resurslarını öz daxilində axtarmalıdır”. Deyirdik ki, 
“Hər  şey Qərbin nə zaman və necə  dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət  şanslı 
demokratiya mübarizəsi qoymasından asılıdır”. Zaman, bizim nə  qədər haqlı olduğumuzu göstərdi. O ki, qaldı  Qərbə, 
mən dünən olduğu kimi, bu gün də  Qərbin ikiüzlülüyündən danışmağın, “Qərbi demokratiya maraqlandırmır” deməyin 
tərəfdarı deyiləm. Bu, haqsız iraddır. Nədir demokratiya? Xalqın öz hökumətini təşkil edib onu idarə etməsinə əsaslanan 
effektiv idarəçilik üsulu. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələri demokratiyanın bərqərar olduğu ölkələrdən 
ibarətdir. Artıq bunun özü inkişaf etmək istəyən hər bir xalqa bir işarə olmalıdır. Lakin həmin demokratik ölkələr yalnız öz 
xalqlarının qarşısında məsuliyyət daşıyırlar və  Əfqanıstan,  İraq, Azərbaycan qarşısında üzərilərinə heç bir öhdəlik 
götürməyiblər. Zaman-zaman demokratik dövlətlər İraq, Əfqanıstan, lap elə keçmişdə Azərbaycan kimi avtoritar rejimlər 
ilə sövdələşməyə gedib, öz maraqlarını təmin ediblər və edəcəklər. Ancaq bütün bunların demokratiyaya nə dəxli? Əgər 
ABŞ  Əfqanıstanı bombalayırsa,  İraqa qoşun yeridirsə, yaxud keçmişdə olduğu kimi Azərbaycandan  ən müxtəlif 
sahələrdə güzəştlər qoparırsa, bütün bunlar Azərbaycanda seçki saxtakarlığına, məmur özbaşınalığına, aşkar 
avtoritarizmə necə haqq qazandıra bilər? Amma bütün bunlar geridə qaldı - xalq nəhayət ayağa qalxdı və qalib gəldi. 
Xalqın hakimiyyətə gətirdiyi Niyazi Salayev indən belə istəsə də sələflərinin yolunu gedə, diktatora çevrilə bilməz. Onu 
bir kərə ora gətirən xalq, zərurət yaranarsa endirə də bilər...”  
Milli rejimi. Ordusu, polisi, kəşfiyyatı, qoçu dəstələri olan, sarsılmaz kimi görünən bu rejimin başçılarının eyni zamanda 
nə  qədər zövqsüz olduğunu da yazmışam gündəliyimə. Aristokratiyaya, intelelktualizmə iddialı olan Qənirənin  əslində 
aqrar təfəkkürlü, zövqsüz bir arvad olduğunu,  ərinin qurduğu və özünün davam etdirdiyi avtoritar üsul-idarəyə bütün 
dünyanın güldüyünü də yazmışam. Hər  şeyləri ilə saxta olan bu adamlar kübar görünməyə, Qərb dəyərlərinə “açıq” 
olduqlarını nümayiş etdirməyə çalışdıqca batır, biabır olurdular. Onlara nə klassik musiqiyə qulaq asmaları, nə  də ki, 
Cartier ya da Dolce Gabbana-dan “shopping” etmələri kömək etmirdi. Xüsusilə  Qənirə - “çuşka” damğası ilə ömürlük 
damğalanmışdı. 
Sevilin mənə verdiyi qəzetlər bəs elədi ki, ölkədə nələrin baş verdiyini, illər boyu necə yaşadığımızı, Azərbaycanda hansı 
quruluşun hökm sürdüyünü öyrənmiş olum. Lakin hamının həsrətlə gözlədiyi azadlığın necə  əldə olunduğunu görə 
bilməməyimi, xalqın mübarizəsində ön sıralarda olmamağımı özümə bağışlaya bilmirəm. Həyatın mənim üçün yarım illik 
müddətə dayanması mənim günahım olmasa da, vicdan əzabı çəkirəm indi. O qəzaya düşməsəydim, mən də o günləri 
görəcək, sevinc dolu zəfər anlarını yaşayacaqdım. Mütləq yaşayacaqdım.  
Yeri gəlmişkən, qara bloknotu oxuyub qurtarandan sonra yüksək yazı qabiliyyətinə malik olduğumun da fərqinə vardım. 
Yazdıqlarım özümü də təəccübləndirmişdi. Hətta Sənan da məndə yazıçılıq istedadının olduğunu dəfələrlə deyib, məni 
yazmağa təşviq edibmiş. Belə çıxır ki, mən də gizlincə yazır, yazdıqlarımı hər kəsdən, hətta Toğruldan, Rənadan, elə 
Sənanın özündən də gizlətmişəm. Qəzaya düşməsəydim yazmağa davam edəcəyim bu gündəliklərdə  kəllə-mayallaq 
şəxsi həyatım, ölkədəki ağır siyasi vəziyyətlə bağlı depressiv qeydlərimdən başqa, işıqlı  məqamlar da çoxdur. Dəyər 
verdiyim, sevdiyim insanlar haqqında təəssüratlarımı, onlara qarşı hiss etdiklərimi oxuduqca, normal həyatımda kifayət 
qədər sosial, istiqanlı insan olduğumu gördüm. Ateist olduğum da aydın oldu mənə.  Əlbəttə, indi də tanrı, yaradılış 
haqda fikirləşəndə fövqəl qüvvəyə inanmadığımı, bunlarsız daha rahat olduğumu hiss edirəm. Ümumiyyətlə gündəliklər 
acı, şirin, məzəli, kədərli səhnələri ilə qaldı yadımda. Roman Bakinskinin “Mozart” kafesi, rusdillillilər, atamın siçovulların 
hücumuna məruz qalan şəkli haqqında yazdıqlarım məni güldürsə də, ADNA-da baş verən qırğına, Elmar Hüseynovun 
ölümünə, Zümrüd və  Şeyla adlı qadınlara dair qeydlərim məni dərindən sarsıtmışdı. Bu siyahıda adı xüsusi seçilən 
Şeyla, hələ xəstəxana günlərimdən məni rahat buraxmır. Hər dəfə onun adı yadıma düşəndə qorxu, həyəcan keçirirəm. 
Niyə?  

 
115
Sevil arzulayıram, amma oyatmayacağam. Şirin yuxudadır.  
 
*** 
 
Səhər on birə  işləmiş, mətbəxdən gələn qab-qacaq, axan su səslərinə oyandım. Qaz plitəsinin qabağında qurdalanan 
Sevilə arxadan yaxınlaşıb qarnını qucaqladım, boynundan öpdüm. Cingilti ilə gülüb: 
- Acsan? – soruşdu. 
- Elə də yox. Kofe içərəm. 
- Mama zəng eləmişdi, Özgürü məktəbə aparıb. Axşam mən gedib gətirməliyəm evə. Gələrsən mənimlə?  
- Əlbəttə gələrəm – sevindim. – Həm də görüm uşaq harda oxuyur.  
Sevil qaynayan çaydanı kənara çəkib, mənə kofe hazırlamağa başladı. 
- Gündəlikləri axıra qədər oxudun? 
- Hə, oxudum – taburetə oturub dedim. – Qəzetləri də oxudum, gündəlikləri də. 
- Necə oldu? 
- Nə necə oldu? 
- Nəsə düşdü yadına? 
- Sən deyən çox şey yox. Bircə bu Şeylanı başa düşə bilmirəm. Necə olub ki, belə bir adamla yaxınlıq qurmuşam – 
dedim və  xəcalətimdən gözlərimi Sevildən qaçırtdım. - Polis də bu qadın haqda sual vermişdi. Sən də elə bil birtəhər 
olmuşdun mayor mənimlə danışanda. 
Sevil buğlanan fincanı qabağıma qoyub, mənimlə üzbəüz əyləşdi. 
- Gündəliklərdə yazmısan ki, klinikada səndə müalicə olunub. Əvvəl aranızda mübahisələr olub, sonra isə... kabinetdə 
sevişmisiniz. Hamısını oxumuşam – çəkinərək dedi. - Bəlkə də elə şey olmayıb, özündən uydurmusan – Sevil özü də 
bilir ki, bu, belə deyil. – Sən xəstəxanaya düşəndən təxminən iki həftə sonra polislər gəlib mənimlə görüşdülər. Şeyla adlı 
qadınla maraqlanmağa başladılar. O vaxt hələ bu evə  gəlməmişdim deyə gündəlikləri görməmişdim, oxumamışdım, 
bilmirdim kimdən söhbət gedir. Sonra, xəstəxanada sənin cibindən çıxan şeyləri verdilər mənə - şəxsiyyət vəsiqəni, 230 
manat pulu, evin açarını. Gəlib evdə yır-yığış eləyəndə bloknotu tapdım. Səninlə qəzadan bir gün əvvəl görüşəndə bu 
bloknotu mətbəxdə görmüşdüm. Mənə demişdin ki, gündəlik tuturam. Oxumağa başladım.  Şeylanın adına orda rast 
gələndə hər şey aydın oldu mənə. 
Sevilin sözünü kəsdim: 
- Polislər səndən nə soruşmuşdular ki? 
- Dedilər Şeyla adlı qadın sizin keçmiş ərinizin yanında müalicə olunub, indi də itkin düşüb, tapa bilmirik. Axırıncı dəfə də 
Murada zəng vurub, onunla danışıb. Bilmək istəyirdilər mən o qadın haqqında nəsə bilirəm, ya yox. Sonra evdə 
gündəlikləri oxuyanda, başa düşdüm ki, bloknotu gizlətmək lazımdır, çünki orda Şeylaya olan nifrətini, qəzəbini 
yazmısan, polisin əlinə keçsəydi onlar üçün bəhanə ola bilərdi. Bloknotu götürüb apardım anamgilə, orda gizlətdim. Bir 
də inqilabdan sonra gətirdim evə. Nə mən, nə polislər o vaxt hələ bilmirdik sən sağalacaqsan ya yox. Bir gün də iki mülki 
geyimli şəxs gəldi xəstəxanaya. Həkimlə danışdılar ki, nəyin bahasına olur olsun səni sağaltmalıdırlar, çünki çox böyük 
adamın qızı yoxa çıxıb, sən isə bu barədə nəsə bilə bilərsən. Sonra birdən-birə polislərin də, mülkilərin də ayağı kəsildi. 
İndi yenə dadanıblar. İnqilabdan sonra mayor Dadaşov bir-iki dəfə gəlib-getmişdi. Sən komadan çıxandan sonra o, yenə 
gələndə, elə bildim qəzanın sağ qalan şahidi kimi səni dindirmək istəyir. Amma o da Şeyla ilə maraqlanmağa 
başlayanda, adını çəkəndə diksindim.  
Kofedən bir qurtum içib, düşüncəli baxışlarımı soyuducunun üstündəki maqnitli heyvan fiqurlarında saxladım.  
- Səncə o qızın yoxa çıxmasının mənə bir dəxli var? 
Belə bir sualı gözləməyən Sevil gözlərini bərəltdi. 
- Sənə nə dəxli ola bilər?! Bunu nə üçün soruşursan? Nədənsə şübhələnirsən?  
- Yox, elə belə soruşdum. Bəlkə deyirəm məndən şübhələnmək üçün əsasları var? 
- Boş danışırsan. Səndən niyə şübhələnsinlər? 
- Onda sən niyə gündəlikləri gizlətmək ehtiyacı hiss etdin? Orda mənim ziyanıma işləyən nə var ki? 
Sevil çaşdı, sağa-sola baxdı, əli ilə masanın üstünü bir neçə dəfə sildi.  
- Nə bilim. Birdən ağlıma gəldi ki, ordakı seks səhnəsi onları qəzəbləndirə bilər. Baxma da, balaca adamın qızı deyil.  
- Sən də ona görə gizlətdin? 
- Yox. Dedim axı, orda həm də söymüsən onu, ağzına gələni yazmısan. Nifrət edirəm, murdardır, idbardır, nə bilim 
iyrəncdir. Bunlar bəs deyil? Həm də səni hədələdiyini, şantaj etdiyini yazmısan. Əsas məsələ budur. 

 
116
- Nə olsun ki, hədələyib? 
- Polislər üçün bu əsas ola bilər. 
- Deməli əsas var. 
- Xeyr, mənim səndən şübhələnməyim üçün əsas yoxdur. Amma polislər üçün ola bilər deyirəm. Onları tanımırsan? Ən 
xırda şeyin ucundan tutub ucuzluğa gedirlər.  
Sevil düz deyir. Mən Şeylanın hara yoxa çıxdığını, qeybə çəkilməyinin mənimlə nə əlaqəsi olduğunu doğrudan bilmirəm, 
başa düşmürəm. Lakin ürəyimə çökən qəribə bir ağırlıq var - nəsə hiss edirəm sanki, xatırlayan kimi oluram, amma 
konkret heç nə canlanmır şüurumda. Bu da əzab verir mənə.  
-  Əgər qəza iki-üç gün gec baş versəydi,  Şeyla ilə görüşməyiniz haqqında da yazacaqdın. Gündəliklərdəki son yazı, 
mənim evə gəlməyim barədədir. Axırda da yazmısan ki, sabah Şeyla ilə görüşməlisən. 
- Bilirəm, oxumuşam. Bəlkə deyirəm ona nəsə... 
- Sus! Bəsdir! - Sevil qətiyyət və əsəblə dedi. – Biz nə bilək qız hara cəhənnəm olub? Bundan sənə nə?  
Haqlıdır Sevil – mənə nə onun yoxa çıxmasından? Polis mənimlə bir də bu barədə danışsa, açıq deyəcəm ki, birincisi 
Şeylanı xatırlamıram, ikincisi də ki, itkin düşübsə bunu məndən niyə soruşursunuz? Deməyinə deyəcəyəm lakin məni 
narahat edən, anbaan təqib edən bu qeyri-müəyyən duyğudan xilas ola biləcəyəmmi? Nədir ürəyimi bu qədər sıxan? 
Nədir? 
- Əşi beynini belə şeylərlə yorma, hər şey düzələcək. Onsuzda quruluş dəyişib, Səyavuş Oruc da qaçıb gedib xaricə, heç 
malını-mülkünü də apara bilməyib. Onun özünə cinayət işi açıblar. Kimdi Şeylanı itirib-axtaran?  
- Quruluş  dəyişib – dedim, Sevillə göz-gözə  gəldim. – Oxudum hamısını. Deməli illər boyu biz belə bir şəraitdə 
yaşamışıq. Mən isə arzuladığım dəyişikliyi gözlərimlə görmədim, dostlarım meydanda ölərkən, dərin yuxuda idim. 
- Düz yetmiş iki nəfər. Yetmiş iki gənc insan, həyatının baharında meydanda can verdi – Sevil kədərlə dilləndi. – Bəlkə 
meydanda olsaydın, sənə də nəsə olardı.  
- Nə demək istəyirsən? Yaxşı olub ki, komaya düşmüşəm? 
- Elə demək istəmədim – Sevil tərəddüdlə dedi. – Qismət belə imiş. 
- Bəsdir sən canın. Qismət nədir?  
Sevil güldü: 
- Düz deyirsən, gündəliklərdə qismət barədə yazdıqlarından sonra bu sözü dilimə gətirməməliyəm. Sənə bir söz deyim, 
amma gülmə.  
- Gülməli şeydirsə necə gülməyim? 
- Xəbərin var ki, sən əməlli-başlı yazıçısan? 
- Nə danışırsan? – təəccüblə soruşdum. – Nə yazıçısı? 
- Düz sözümdür, gündəliklərini oxuyanda elə bil həyəcanlı, maraqlı roman oxuyurdum. İstəsən orasını-burasını düzəldib, 
yaxşıca redaktə etdirib roman kimi çap etdirə də bilərsən.  
Sevil zarafat etmirdi, ciddi danışırdı. Susub heyrətlə ona baxdığımı, deməyə söz tapmadığımı görüb daha da ürəkləndi. 
- Xahiş edirəm, bunu elə. Səndə alınacaq, yüz faiz bilirəm. İstəmədiyin yerləri ixtisara sala bilərsən, hansısa yerlərinə 
əlavələr edərsən. Nə bilim... özün daha yaxşı bilirsən neynəmək lazımdır.  
- Bəsdir də. Kimə lazımdı mənim gündəliklərim?  
Səsimdəki qətiyyətsiziliyi fərq edən Sevil bir az da ruhlandı: 
- Naz eləmə! Deyirəm sənə götür yaz. Onsuzda hələ bir ay işə çıxan deyilsən, evdə oturub müalicə alacaqsan. Xeyli boş 
vaxtın olacaq. Başa düşürsən ki, sənin bu gündəliklərin tarixi sənəddir? Özü də mənə qalsa onun ikinci hissəsini də yaza 
bilərsən, belə daha maraqlı olar. Qəzadan  əvvəl və  qəzadan sonra. Komadan yaddaşsız vəziyyətdə ayılandan sonra 
nələr hiss eləmisən, ölkədəki dəyişiklik sənə nə cür təsir eləyib, adamları necə tanımağa başlamısan. Görürsən nə qədər 
mövzu var? 
Açığı, Sevilin səsləndirdiyi bu fikir dünən gecə gündəlikləri oxuyarkən mənim də ağlıma gəlmişdi. Xeyr, qeydlərimi roman 
şəklində kitab mağazalarının rəflərində görmürdüm, amma onların yazıldığı dil, üslub mənə olduqca maraqlı görünmüş, 
hətta bunları həqiqətənmi özümün yazıb-yazmadığıma şübhəm yaranmışdı. Sevil isə məni dilə tutmağa davam edirdi: 
- Sənan da həmişə deyərdi ki, Murad istəsə yazıçı ola bilər. Bunu gündəliyində  də yazmısan. Rəhmətlik sənin  əsər 
yazmağını çox istəyərdi, inanırdı sənə. Sən də yazsan, rəhmətliyin ruhu şad olar. 
Qadın ki, qadın. Sənanın haralardasa göylərdə ruhunun yaşadığına, kitab yazsam sevinəcəyinə inanır. Özü də  nə 
deyirsən de, bu inancına sona qədər sadiq qalacaq. Daha ona başa salmaq olmayacaq ki, Sənanın bədəni çoxdan 
çürüməyə başlayıb, əti də sümüklərindən aralanıb, ruhu isə ümumiyyətlə yoxdur, heç vaxt da olmayıb. Deyəsən Sevil, 
özünü məşhur bir yazıçının arvadı hiss edirdi artıq. Elə hey danışırdı: 

 
117
- ...Təsəvvür elə ki, roman bizim ayrılmağımızla başlayır, ya da xəstəxanada ayılmağınla. Nə bilim, sən daha yaxşı 
bilərsən. Bəlkə kitab Millilərin hakimiyyətə  gəlişi ilə başlasın? Məncə gündəliklərdəki ardıcıllıq necə var, elə  də qalsın. 
Mənə elə baxma, səninlə ciddi danışıram. Çox maraqlı roman alınacaq, inan mənə. Sevgi, siyasət, dostluq, məişət – hər 
şey olacaq orda. Sonra da amneziyaya düçar olmuş  qəhrəmanın komadan ayılandan sonrakı  həyatı. Bu, ikinci hissə 
olsun. Gülürsən, məni də əsəbiləşdirirsən! Gündəlikləri oxuyanda, doğrudan bədii əsər kimi oxumuşdum. Özümə də söz 
vermişdim ki, sən sağalandan sonra sənə mütləq roman yazdıracam.  
Sevilin mənə olan inamından, sağalacağıma dair əminliyindən təsirləndim: 
- Deməli inanırdın ki, sağalacam, hətta roman da yazacam? 
- Bəs necə? Oxuyanda gah gülürdüm, gah ağlayırdım, inanırsan? Öz-özümə demişdim ki, sağalsın, mütləq onu dilə 
tutacam.  
- Dedin də, elədin də. 
- Nədi, bəyəm pis təklifdi? 
- Yox – sevgi və minnətdarlıqla Sevilə baxıb dedim. – Əla təklifdi. 
Gözləri parıldadı, qabağa əyilib hərarətlə soruşdu: 
- Deməli yazacaqsan? 
- Ola bilər. Fikirləşməliyəm.  İndi heç nə deyə bilmərəm. Yazmaq üçün gərək bir az yadıma nəsə düşsün axı. Dünən 
oxuyanda elə bil zaman-zaman beynimdə qığılcımlar parıldayıb sönürdü. Solğun, bulanıq sifətlər, hadisələr xatırlayırdım, 
sonra təzədən hamısını unudurdum. Çox ağırdır. Sevdiyim üç insandan heç biri bu gün həyatda yoxdur. Təsəvvür 
edirsən? Nə Toğrul, nə  Sənan, nə  Rəna. Heç biri qalmayıb. Hamı  tərk edib gedib bizi – dedim və başa düşdüm ki, 
dediklərim onun qüruruna toxuna bilər.  
- Yəni üçünü də dost kimi nəzərdə tuturam. Rənanı da. 
- Murad bəsdir! Bu söhbətin heç yeri yoxdur. Səni qısqanıram bəyəm? Biz boşanmışdıq, istədiyin qadını sevə bilərdin, 
buna haqqın çatırdı. Hətta... indi də haqqın var. 
- Sən nə danışırsan? 
- Yəni biz hələ də evli deyilik. Səni başa düşürəm, Rəna haqqında mənimlə danışmaq səni incidir, bəs mən neynəyim? 
Elə bilirsən mənim üçün asandır? Rasimlə evləndiyimə görə özümü bağışlaya bilmirəm, bu hərəkətimdən çox utanıram. 
- Sevil. 
- Hə, utanıram. Amma olan olub, keçən keçib. Biz indi gələcəyə baxmalıyıq. Əgər sən də bir yerdə yaşamağımıza etiraz 
eləmirsənsə. 
- Bu nə sözlərdir danışırsan?! – taburetimi yanına çəkdim, əlimi çiyninə qoydum. – Dəlisən? Mən sənsiz yaşaya bilərəm?  
Dodaqlarından, yanaqlarından, gözlərindən öpməyə başladım. Elədir. Bundan sonrakı  həyatımı onsuz təsəvvür edə 
bilmirəm. Gözümü açdığımda gördüyüm ilk insan olub Sevil - aylar boyu başımın üstündən ayrılmayan, mənə öz inamı 
ilə güc aşılayan, ürəyimi sevgi və iradə ilə dolduran; yenidən və daha şiddətli sevməyə başladığım qadın. 
- Əl-üzünü yumamış öpüşürsən? – gülərək dedi. – Özün yazmısan ki, səhər obaşdan öpüşənlərdən zəhlən gedir. 
- Hmm. Nə olsun ki. Kofe içmişəm, ağzımdan iy gəlmir. Nədi? Niyə elə baxırsan mənə? 
- Mən necə də sənin qədrini bilməmişəm. 
- Elə  mən də. Bir-birimizin qədrimizi bilməmişik. Belə desək daha düzgün olar. Sən heç demədin, Rasimdən necə 
ayrıldın. İndi hardadır, neynəyir? 
Sevil həvəssiz dedi: 
- Sən xəstəxanaya düşəndən iki ay sonra boşanma ərizəsini yazdım. Heç bir ay çəkmədi.  
Bu böyük qəlbli qadının cəsarətinə, mərdliyinə heyranam.  
- Üç “S”.  
Gülə-gülə yanağımı oxşadı. 
- Mən də səni sevirəm – dedi. – Bundan sonra səndən ayrı yaşaya bilmərəm. Bunu xəstəxanada başa düşdüm. Razıyam 
səninlə - hər kəsi, bütün yaxın dostlarını itirmək insan üçün çox ağırdır. Deyirəm də, yaddaşın yerinə qayıdanda daha 
çox əzab çəkəcəksən. Mən ən çox o gündən qorxuram.  
- Yaxşı yadıma düşdü. Onların şəkilləri var evdə? 
Sevil alnına yüngülcə şapalaq vurdu: 
- Vay vay vay! Mən səndən də beşbətər yaddaşsızam ki! Gözlə gəlirəm.  
İti addımlarla mətbəxdən çıxıb qonaq otağına getdi, yarım dəqiqə keçməmiş əlində noutbukla geri qayıtdı. 
- Burda istəmədiyin qədər şəkil var.  

 
118
Kompüterin açılıb işə düşməsini nə çox gözləmək lazımmış! Ekranda donub qalan “Windows” yazısı məni hövsələdən 
çıxartsa da, sakitcə oturub gözləyirdim. Nəhayət açıldı. Sevil qovluqlarda bir neçə saniyə qurdalanıb  şəkillər olan 
qovluğu açdı. Bir yandan Sevilin diqqətlə monitora dikilmiş üzünə, bir yandan da ekranda gördüyüm kiçik fotolara 
baxırdım. Sevil onlardan birini böyüdüb mənə göstərdi: 
- Bax, bu Rənadır. 
Şəkilin böyüməsi ilə ürəyim tez-tez döyünməyə başladı. Dünən gündəliklərdə  Rəna ilə bağlı hissələri oxuyanda 
beynimdə hansı qadın obrazı canlanmışdısa, monitordan da o obrazı görürdüm. Bu qədər təsadüf olmaz. Yox, təsadüf 
nədir? Bu sözün heç yeri yoxdur. Əksinə oxuduqca tanıyırdım, tanıdıqca cizgiləri müəyyənləşir, siması  şəkillənirdi 
şüurumda. Bu da nəticəsi. Deməli düzəlirəm, yaddaşım qayıdır özümə. Şəkildə Rəna üzünü üzümə yapışdırmışdı, ağzını 
iri açıb gülürdü. Mənimsə başımda kloun papağı varıydı. Bu papağın başımda olmasından deyəsən məmnun deyildim 
deyə sifətimi turşutmuşdum. Rəna isə  əksinə, olduqca xoşbəxt görünürdü. Sevil yanımda oturduğundan həyəcanımı, 
duyğularımı gizlətməliyəm. Coşmamalıyam. Kişilər qadınların hansı  məqamlarda qısqandıqlarını altıncı hissləri ilə 
duyurlar. Sevil min dəfə  də “yox, qısqanmıram” desə, Rəna artıq çoxdan ölmüş olsa da, fotoya baxarkən ifrat 
emosionallıq nümayiş etdirsəm, mütləq qısqanacaq. Bilmirəm, bəlkə də yanılıram. Yenə də hər ehtimala qarşı hisslərimi 
içimdə boğub, laqeydcə: 
- Başqa şəkil yoxdur? – soruşdum. 
Başqa  şəkillər də varıydı. Rənanın bir-birindən gözəl, iyirmiyə yaxın fotosu bir-bir gəlib keçirdi monitordan. Görünür 
ikimiz də şəkil çəkdirmək həvəskarı olmuşuq. Hər şəkildən sonra bir az da tanıyır, bir az da ürəyim yanırdı. Onun itkisinin 
şiddətini, acısını hiss etməyə başlayırdım. Artıq dözə bilmirdim, boğazımdakı  qəhər düyünü nəfəs almağımı 
çətinləşdirirdi. Nə yaxşı ki, fotolar bitdi.  
- Bu da Toğrul – Sevil dedi.  
Monitordan, şıltaq gözləri ilə obyektivə gülən yaraşıqlı oğlan baxırdı. Yox, Rənanın obrazını təxmin etdiyim kimi Toğrulu 
hiss etməmişdim, amma yenə də bu üzün mənə tanış gəldiyini əminliklə deyə bilərəm. Bəli, tanımışdım onu. Harda, nə 
vaxt görüşdüyümüz barədə heç nə bilmirəm, amma tanıyıram. Budur, mən və Toğrul hansısa dağda, şəlalənin fonunda 
dayanmışıq, bu şəkildə isə dəniz sahilindəyik, burda at çapırıq, Toğrul sükan arxasındadır, Toğrul dizlərinə qədər girdiyi 
dayaz çayda tutduğu balığı sevinclə nümayiş etdirir, Toğrul, mən və Sevil hansısa kafedə oturmuşuq. Bu, lap köhnə 
şəkilə oxşayır.  
Sevil: 
- Sənanın elə də çox şəkili yoxdur - dedi və mənə iki şəkil göstərdi. 
Birində  Sənan redaksiyada, monitor arxasında oturmuşdu, obirində isə dostları ilə çayxanada. Fotolardan ilk nəzərə 
çarpan onun kədər dolu gözləri, hər şeydən bezmiş insanın ümidsiz baxışları olsa da, ümumiyyətlə müsbət enerjili adam 
təəssüratı bağışladı mənə. Çayxanada çəkilmiş şəkilə diqqətlə baxdım. Sənandan başqa masanın ətrafında əyləşmiş üç 
nəfərdən heç birini təbii ki, tanımadım. 
- Toğrul harda basdırılıb? – qəfil soruşdum.  
Ani sualımdan təəccüblənən Sevil gözlərini monitordan ayırıb köks ötürdü: 
- Yasamal qəbiristanlığında. 
- Apararsan məni ora? 
- Əlbəttə. O nə sözdür. 
- Bəs Sənangil? 
- Onlar da Fəxri xiyabanda. Yetmiş iki nəfərin hamısı eyni qəbiristanlıqdadır.  
- İndi çıxa bilərik? 
- Çörək yeməyəcəksən? 
- Yox, ac deyiləm. 
- Onda çıxaq. Sən get geyin, mən də buraları təmizləyim gəlirəm.  
 

 
119

Do'stlaringiz bilan baham:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikarie-veskoslovenskch.html

ikay-tin---cqbk--nin-az.html

ikayet-edilen-akbank-t-a-.html

ikayet-sararma--kaslma-.html

ikayetnameyi-inceleme-ile.html