1 2 3 4
Cədvəl : Partnyorların sosial investisiyalar iclası 29 August 2006

Regional İnkişaf Təşəbbüsü, aşağıda qeyd edilən üç mövzuda cəmləşməklə inkişaf istiqamətlərini maksimum həddə çatdırmağı nəzərdə tutur: müəssisənin inkişafı, səmərəli idarəçilik və enerjiyə giriş. Bu istiqamət, müəssisələrin inkişafı üzrə olmuşdur. Lakin BP tərəfindən, adətən, mülki cəmiyyətə məxsus olan mülk vasitəsi ilə səmərəli idarəçilik əldə etmək, qanunun təsirini gücləndirmək, həmçinin, mütəxəssis rəylərini və köməyini təmin etmək məqsədi ilə mühüm potensial əldə edilməsi nəzərdə tutulur. Digər ölkələrdəki xarici neft şirkətlərinin KSM nəticələri, kütləvi şirkətlər tərəfindən tərtib edilən işçi heyətində mütəxəssis çatışmazlığından ibarətdir. KSM fəaliyyətlərini idarə edən və Azərbaycanda inkişaf planlarını həyata keçirən neft şirkətləri istisna olmaqla, BP tərəfindən kənar neft şirkətlərindən mütəxəssislər cəlb edilir24.

Regional İnkişaf Təşəbbüsü unikaldır. Çünki bu Təşəbbüs özündə sosial təşkilatçılıq ilə əlaqədar olan məsələləri cəlb etmək məqsədi ilə uzun müddətli ümumi formada olan KSM əməkdaşlığında BP tərəfindən rəhbərlik edilən bütün dörd məhdud məsuliyyətli cəmiyyətlərdə yer alan bütün neft şirkətlərini birləşdirir. Bütün seçilən layihələr, bütün konsorsium partnyorları tərəfindən araşdırılır. BP və onun partnyorları 20 il müddətinə davam edəcək PSA-lar kimi nəzərdə tutulan uzun müddətli təşəbbüsə başlamışlar. Belə ki, burada ümumi KSM layihəsi üçün planlaşdırılmamış müddət nəzərdə tutulur. Biz yenidən müəyyənləşdirə bilərik ki, Azərbaycandakı KSM gündəliyi mikro səviyyədən makro səviyyəsinə genişlənmişdir. Baxmayaraq ki, Regional İnkişaf Təşəbbüsünün cəlb edilməsi ilə bağlı hər hansı bir mülahizələrin irəli sürülməsi artıq çox gecdir. Yerli biznesin inkişafına təsiri

Yuxarıda qeyd edildiyi kimi müəssisənin inkişafı üçün müəyyənləşdirilmiş ərazi, regionun təkmilləşdirilməsi üçün yeni təşəbbüsün üç fokus ərazilərindən biridir. Lakin bütün xarici şirkətlər tərəfindən, Azərbaycanda bir neçə il üzrə ərazilər müəyyənləşdirilmişdir. 2000-ci ildə QHT Beynəlxalq Xəbərdarlığa əsaslanan BK Statoil ilə əməkdaşlıq həyata keçirtməklə yerli biznes fəaliyyətini təkmilləşdirmək məqsədi ilə Müəssisənin İnkişaf Komissiyasının (EDC) əsası qoyulmuşdur. Çoxmillətli neft şirkətlərinin və yerli şirkətlərin ortaq maraqları müzakirə edə bilməsi forumunu təmin etməklə, ideyanın məqsədi Azərbaycanda neft sektorunda yerli şirkətlərin geniş kütləsini cəlb etməkdir. Xüsusi olaraq, kiçik və orta biznes fəaliyyətinə məxsus olan müəssisələri özündə cəmləyən EDC, neft şirkətlərinə provayder və sub-podratçı xidmətlərini təmin etmək məqsədi ilə öz yardımını irəli sürə bilər. EDC, 2002-ci ildə Biznes İnkişaf İttifaqı kimi yenidən formalaşdırılaraq, təqdim olunmuşdur. Qeyd olunan şirkətlərin qeyri – rəsmi ittifaqı rəsmi olaraq 2004-cü ildə ləğv edilmişdir. Bu istiqamətdə bir səbəb, yerli biznes fəaliyyətini təkmilləşdirmək məqsədi ilə onun konsorsium partnyorları adından 2002-ci ildə Müəssisə Mərkəzinin təşkil edilməsi ola bilər25.

Yeni regional inkişaf sxemi çərçivəsində, biznes konsorsiumu, BP və partnyorlar ilə rəsmi əlaqə, yerli tədarükçülərin kredit fəaliyyətinə daxil olmasına yardım etmək və mikro maliyyə sxemlərini inkişaf etdirmək məqsədi daşıyır. Paralel olaraq BP və partnyorlar ilə olan müqavilələrdən yerli cəmiyyətlərin istifadə etməsinə şərait yaradan yeni vasitə təkmilləşdirilmişdir.

Tənqidlər ilə əlaqədar olaraq, xarici neft şirkətləri yerli sənaye vasitələrindən istifadə etməyə nail olmamışlar. Lakin BP, neft sənayesindəki partnyorlar kimi yerli şirkətlər ilə fəaliyyət göstərməklə kifayət qədər nailiyyətlər əldə etmişdir. BP-yə nəzərən, Azərbaycan tədarükçülərinə əsasən 2005-ci ildə nəticələnən yerli şirkətlər ilə fəaliyyət istiqamətində, BP-nin təmsil olunduğu hər hansı ölkələr, BK və ABŞ-dan sonra ölkədə üçüncü geniş səviyyəli gəlir xərclənmişdir. BP, əlavə olaraq illik 250 milyon dollar məbləği əhatə edən beş il (2010) ərzində Azərbaycanda yer alan şirkətlər tərəfindən yerləşdirilən müqavilələrin dəyərləri ikiqat artırmağı nəzərdə tutur. Belə ki, bu proses, kiçik, orta və yerli səviyyəli məhdud məsuliyyətli cəmiyyətlər ilə nəzərdə tutulur və yerli sahibkar şirkətlər ilə xərclənən məbləğ 500 milyon dollardan artıqdır26.

Nəticədə BP-nin, neft sektorundakı subpodratçılar kimi fəaliyyət göstərən yerli şirkətlərə müəyyən keçidi var və yerli biznes təşəbbüslərinin cəlb edilməsi üçün mühüm məqsədlər əldə edilmişdir. Nəticə və hədəflərə baxmayaraq, Azərbaycan neft olmayan sektorda hələ inkişaf etməlidir. Neftdən əldə olunan gəlirlər gələcək üçün qeyri müəyyən olduğu halda, yerli şirkətlərin vəziyyəti xarici neft şirkətləri ilə bağlanmış müqavilələrdən asılıdır.

NƏTİCƏ

v

ə TƏKLİFLƏR

Qloballaşma və transmilliləşmə son 20-30 ildə daha da sürətlənsə də bu proses insan cəmiyyətinin var olduğu andan etibarən başlayan təbii axının davamıdır. Bu prosesləri ardıcıl şəkildə təhlil edərək müəyyən təkliflər vermək mümükündür.

Transmilliləşmə probleminin nəzəri şərhi, ona yanaşmalar çoxaspektlidir. Bu isə ilk növbədə prosesin özünün qəlizliyi ilə əlaqədardır. Praktikada transmilliləşmənin vahid platformasının olmaması nəzəri təfəkkürdə də konseptual ümumiləşdirmələrin çoxluğuna gətirib çıxarmışdır. Transmilliləşmə haqda vahid nəzəriyyə işlənib hazırlanmasa da, tədqiqatçıların hər biri transmilliləşmə prosesinin ayrı-ayrı amillərini əsas dəyişən kimi qiymətləndirərək onun təşəkkülünü, mənbələrini, inkişaf mərhələlərini və mümkün nəticələrini təhlil və tədqiq etmişlər.

Fikrimizcə, transmilliəşmə haqda bəhs olunarkən mövcud konsepsiyaların ayrı-ayrı xüsusiyyətləri nəzərə alınmaqla səbən nəticə əlaqəsi qurulmalıdır. Yəni transmilliləşmə Nədir? Kimə lazımdır? Niyə bələ sürətlə yayılır? suallarına nəzəri praktiki cavablar tapılmalı və bu prosesin arxasında duran faktorların maraqları, onlar arasındakı fundamental oxşarlıqlar elmi dərəcədə əsaslandırılmalıdır.

Transmilliləşmə ölkələrin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlama və əmək bölgüsü əsasında həyata keçirilən siyasi, iqtisadi birlik prosesidir. İqtisadi inteqrasiyanın bütün aspektlərini əhatə edəcək vahid tərif yoxdur. Özü-özlüyündə mürəkkəb və çoxcəhətli bir proses üçün bu qəbulolunandır.

Dünya iqtisadiyyatının transmillləşmə prosesində TMK-lar hakim mövqedən çıxış edərək maliyyə, işçi qüvvəsi, texnologiya, xammal, təchizat, xidmət və satış sahələri kimi strateji sferada idarəetmə əməliyyatları həyata keçirir. TMK-ın transmilliləşmə prosesində rolunu müxtəlif siyasi-iqtisadi, istehsal-ticarət, sahibkarlıq, sistem və makroiqtisadi – aspektlərlə analiz etmək mümkündür. XXI əsrin astanasının da transmilli kompaniyaların ümumilikdə dünya təsərrüfatı və qlobalizasiya prosesi ilə qarşılıqlı əlaqəsinin makroiqtisadi analizdə nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dünyada transmilliləşmə prosesini meydana çıxaran TMK-lar dünya iqtisadiyyatında yeni «güc mənbələri» olmaqla həm də beynəlmilləşmə prosesinin əsas aparıcı qüvvəsidir. Belə ki, müasir xarici iqtisadi fəaliyyətdə artıq xarici ticarət deyil, mal və xidmətlərin istehsal və satışının bilavasitə xarici bazarlarda təşkil edilməsi əməliyyatları dominantlıq edir: bu üsulla həyata keçirilən satış əməliyyatlarının həcmi ümumdünya mal və xidmət ixrac əməliyyatlarının həcmini qabaqlayır, ümumdünya ixracatının özü isə tədricən TMK-ın müxtəlif şöbələri arasında aparılan firmadaxili ticarətə çevrilməkdədir. Bunlardan belə nəticəyə gəlmək olur ki, TMK fəaliyyəti nəticəsində dünya təsərrüfatı beynəlmiləşərək vahid mal, xidmət, kapital, işçi qüvvəsi bazarına çevrilir.

Transmilliləşmənin rifah üzərində yekun təsirini ticarət yaratma və ticarət sapdırma effektinin müqayisəsi nəticəsində müəyyənləşdirmək olar. İstehsalın ölkələr arasında yerdəyişməsi nəticəsində yaranan ticarət yaratma effekti ölkələrdə rifahın artımına, ticarət sapdırma isə rifahın azalmasına gətirib çıxarır. Eyni zamanda aparılan araşdırmalar nəticəsində qloballşama və transmilliləşmə prosesindən kənarda qalan ölkələrin bu prosesin mənfi nəticələri ilə üzləşməsi, istehsalın azalmasına, digər tərəfdən isə ixrac qiymətlərinin azalmasına gətirib çıxaracağı faktı ortaya çıxır.

Transmillilşmənin riyazi təhlili, bəzi dəyişənlərin sabit götürüldüyü vəziyyətdə qrafik interpretasiya ilə mümkündür. Bununla belə, İEOÖ-lər və keçid iqtisadiyyatlı ölkələrinin timsalında ticarət yaratma və ticarət sapdırma effektinin kompleks qiymətləndirilməsi aparılmamışdır. Lakin demək olar ki, oxşar təsirlər bu ölkələrə də aiddir. İEOÖ-də əsas məsələ transmilliləşmə bu ölkələrin inkişafına nə cür təsir edəcəyi problemidir. Transmilliləşmə prosesinin modelləşdirilməsi mümkün olmadığından, orada optimal kriteriyaların da müəyyənləşdirilməsi olduqca çətindir. Ən yaxşı halda, istənilən model sırf nəzəri abstraksiyanın məhsulu olub, reallığı adekvat əks etdirməyəcəkdir. Buna baxmayaraq, ölkələrin iqtisadi inkişaf modelində inteqrativ amillərin bu və ya digər kombinasiyasından istifadə onun gələcək inkişafında böyük imkanlar açır.

Dünyanın ayrı-ayrı təsərrüfat əlaqələri sisteminə transmilliləşmə meylləri gücləndikcə onun ayrı-ayrı regional inteqrasiya birliklərində və ticarət ittifaqlarında həm iştirakı, həm də qarşılıqlı iqtisadi, o cümlədən də xarici ticarət əlaqələri inkişaf edir.

Dünya iqtisadiyyatının qloballşaması və transmilliləşməsi prosesini sürətkləndirən nə böyük amillərdən bir də məhz informasiya texnologiyalarıdır. 90-cı illərin sonundan başlayaraq bütün dünyaya yayımağa başlayan internet dəmək olar dünyanı ovucumuzun içinə gətirmişdır. Artıq dünyanın hər hansı bir reginonunda baş verən siyasi, iqtisadi və sosial hadisələr qısa bir müddət sonra səsli, görütülü vəziyyətdə bütün dünya ilə paylaşılır.

Transmilli şirkətlər informasiya texnologiyalarındakı bu inkişafdan bu ən çox bəhrələnən subyektlərdir. Məsələn, “youtube”, “facebook”, “twitter”, “instagram” və s. bu kimi sosial media ilə vaxt itirmədən sürətli və ucuz bir şəkildə öz yeni məhsullarını tanıdır, onlara bütün dünya üzrə tələb yaradır. Təbii ki, ödənişlər də plastik kartlar və “pay pal” sürətli kimi pul köçürmə şəbəkələri ilə həyata keçirilir. Beləcə dünyanın ən uzaq bir regionunda yaşayan bir insan rahatlıqla xaricdən istədiyi əmtəəyə tələb yaradaraq onu əldə etmiş olur.

Bundan başqa ödəniş sistemlərinin daha da rahat hala gəlməsi üçün banklar arasında SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) beynəlxalq banklararası maliyyə axınları şəbəkəsi fəaliyyət göstərir ki, bu da həm bankların transmilliləşməsinə həm də istehsalat və satış sektorundakı şirkətlərin transmilli hala gəlməsinə daha da köməklik göstərmişdır. Beləliklə şirkətlər informasiya texnologiyalarındakı bu inkişala xarici ticarət dövriyyəsini daha da artırmış olurlar. Dünyada məhşur olan “Forex” əməliyyatlarının böyük bir hissəsi məhz bu tip ödəniş sistemləri ilə həyata keçirilir. Bundan başqa “Bloomberg” və bu tip konsultasiya şirkətləri ölkələrə və böyük transmilli şirkətlərə risklərin idarə olunması və gələcəkə bağlə gözləntilər haqqında məlumatlar ötürür.

Transmilliləşmənin ən önəmli faktorlarından bir də kapitalın ixracı prosesidir. Bu proses ilk başda qəliz və riskli görünsə də nəzər yetirdiyimiz zaman bir çox transmilli şirkət məhz kapital ixrac etdikədən sorna daha da maliyyə imkanlarını artırdığını və böyüdüyünü görə bilərik. Bu cür müqavilələ bağlanmazdan əvvəl şirkətlər gədəckləri ölkərəin qanunvericilik bazasını öyrənir və lazım gələrsə dəyişdirilməsinə nail olurlar. Beləliklə öz gələcək risklərini qanunvericikil səviyyəsində minumuma endirirlər.

“Birbaşa Xarici İnvistisiya” edən şirkət ölkələrin sosial mədəni həyatına inteqrasiya etmiş olur və öz mədəniyyətlərini də burada təbliğ etməyə çalışırlar. Xüsusilə kapitalın ixrac olunduğu ölkələr az inkişaf etmiş ölkə olarsa burada sui-istifadə halları həddən artıq çox ola bilər. Bu daha çox özünü ekologiyanın həddən artıq çirkləndirilməsində, yerli işçilərə fərqli münasibətdə də ölkələrin daxili siyasi iqtisadi məsələlərinə müdaxilədə özünü göstərə bilər.

Müstəqlillikdən sonra transmilli şirəktlərin Azərbaycana marağı yaranmışdır. Bu özünü daha çox neft və qida sektorunda özünü göstərdi. 1994- cü ildə “Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsin təmsil edən 10-dan artıq transmilli şirkət iştirak edirdi. Bu say sonradan artaraq 40-ı keçdi. Baxmayaraq ki, o dövrdə ölkəmiz müharibə şəraitində idi və hələ da cəbhədə qızğın müharibə gedirdi bunula belə dünyanın ən məhşur neft kompaniyaları bu müqavilənin altına öz imzalarını atdılar. Hal hazırda ölkəmizə qoyulan xarici investisiyanın həcmi 150 mlrd. dollara yaxınlaşıb ki, buda MDB- ölkərində adambaşna düşən xarici investisiya həcminə görə ölkəmizin ilk sırada olmasına gətirib çıxarıb.

Şübhəsiz ölkəyə bu qədər xarici investisiya cəlb edə bilmək iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsidir. Bununla belə çalısmaq lazımdır ki, xarici investisiyalar sadəcə neft sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə maşınqayırma, mirkoelektornika, kənd təsərüfatı, yüngül sənəyə, yeyinti, toxuculuq və s. kimi sektorlara yönəldilsin. Bunu üçün də dünyaya inteqrasiya etmək, Dünya Ticatər Təşkilatı, Dünya Bankı kimi nüfuzlu qurumlarla daha sıx çalışmaq lazımdır. Burada Dünya Ticatər Təşkilatı xüsüsi əhəmiyyət kəsb edir çünki bu quruma üzv olmadan dünya ticarətində sözsahibi olmaq demək olar imkansızdır.

Səmərəli xarici ticarət siyasətinin formalaşdırılması problemi, xarici ticarətin inkişafının sahəvi problemləri ilə müqayisədə daha ətraflı nəzərdən keçirilməlidir. Onlar daxili istehsal problemi, iqtisadiyyatın dirçəlməsi, onun sosial istiqamətliliyi və son nəticədə ölkədə siyasi sabitliklə sırf əlaqədardır. Xarici iqtisadi siyasətin optimal istiqamətinin düzgün seçilməsindən iqtisadiyyatın təkcə ixraca istiqamətlənmiş sahələri deyil, həm də daxili istehlak bazarına istiqamətlənmiş sahələrinin inkişafı asılı olacaqdır. Uyğun olaraq ixracın və idxalın strukturunun təkmilləşdirilməsi təkcə ölkənin iqtisadi deyil, həm də sosial-siyasi həyatında inkişaf edən proseslərə təsir göstərəcəkdir.

Azərbaycan şirkətlərində də artıq transmilliləşmə və qlobal iqtisadiyyata ayaq uydurma halları müşahidə olunur. Bu mənadə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin öz abreviaturasını dəyişərək “SOCAR” berndini yaratdı. Burada məqsəd qlobal bazarlara daha asan çıxmaq və yadda qalan olmaq idi. Hal hazırda “SOCAR” birbaşa xarici sərmayə qoyan şirkətə çevrilib. Bu mənadə Türkiyənin “Petkim” petro-kimya kompleksi satın alınaraq orada ölkəmizin xam neft ilə müxtəlif kimyavi məhsullar hazırlanaraq dünya bazarlaına çıxarılır.

Hal-hazırda reallaşmaqda olan bir sıra beynəlxalq layihələr region ölkələri ilə Şərq və Qərb ölkələri arasında əməkdaşlığa, böyük gələcəyi olan perspektivlərə hesablanmışdır. Belə ki, “Böyük İpək Yolu”nun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin –“TRASEKA” proqramının həyata keçirilməsi, Xəzərin enerji ehtiyatlarından birgə istifadəyə dair “Əsrin müqaviləsi” adını almış neft kontraktlarının, “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft kəmərinin, “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri, “Bakı-Tiflis-Qars” dəmir yolu layihələrinin əsas məqsədi Qafqazın, o cümlədən Azərbaycanın milli təhlükəsizliyinin qorunması və regionda sülhün, sabitliyin möhkəmlənməsinə nail olmaq və iqtisadi inteqrasiya proseslərində daha fəal iştirak etməkdən ibarətdir. Bu tip qlobal iqtisadi layihələrdə iştirak ölkmizi dünya iqtisadiyyatının önəmli oyunçusuna çevirəcək, şirkətlərimizin milli statusdan transmilli statusa keçməsinə yardımçı olacaqdır.


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL DÜNYA TƏSƏRRÜFATI SİSTEMİNDƏ TMK-LARIN MÜASİR VƏZİYYƏTİ - AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan...

səhifə3/4
tarix20.01.2017
ölçüsü431.67 Kb.

III FƏSİL DÜNYA TƏSƏRRÜFATI SİSTEMİNDƏ TMK-LARIN MÜASİR VƏZİYYƏTİ

3.1 Qlobal strategiyanin növləri


Corctaun universitetinin professoru Yip-ə görə, qlobal strategiya məna olaraq üç məfhumu əhatə edir: qlobal, beynəlmilləl və beynəlxalq strategiya. Bu üç strategiya şirkətlərə böyümə və beynəlxalq bazarlarda təmsil olunması üçün lazım olan strategiyalardır18. Jay HEIZER bu üç strategiyaya əlavə olaraq “çox vətənli strategiyanı da əlavə edir”19. Heizer-ə görə sadalanan strategiyaların təriflıri aşağıdakı kimi verilmişdir.

Şəkil: Strategiyalar diaqramı

Beynəlxalq strategiya

- Beynəlxalq strategiya qlobal sahəyə girmək üçün ixracat və lisenziyadan istifadə edir. Diaqramdan görüldüyü kimi (Şəkil: ) beynəlmiləl strategiya en az üstünlüyü olan strategiyadır. Məhsulu öz ölkəsindən göndərdiyi üçün qarşılıq verebilərliyi aşağıdır. Yəni bazarlara uzaq olduğu üçün qiymət üstünlüyü də aşağıdır. Buna baxmayaraq mövcud istehsal əməliyyatlarında az bir dəyişiklik və lizenziya sazişlərində lisenziya verənin riskdən uzaq qalması kimi amillərə görə bu strategiya adətən ən asanıdır.

Çoxvətənli strategiya

(Multidomestic strategy) - Çoxvətənli strategiya mərkəzdən idarə olunan və hər ölkəyə görə müstəqil istehsal siyasəti aparan şirkətlərdir. Bunlar adətən françayzinq, filialı vəya iş biriliyi şəklində asılılığı az olan firmalardır. Daxili bazarlara uyqun məhsul istehsal edirlər və bazarın istəyinə cavab vermə dərəcəsi yüksəkdir. Bununla birlikdə bu firmalarda o qədər də qiymət üstünlüyü yoxdur. McDonald`s kimi bir çox yemək istehsalcısı daxili bazarın dadına uyqun yemək əldə etmək üçün əsasən bu strategiyanı istifadə edir. Yaponiyada 2.000`dən çox McDonald`s restoranları var və bir nəsildən çoxdur ki bu ökədə mövcutdurlar və bunun yanında orta bir Yapon ailəsi McDonald`sın Yaponların ixtirası olduğunu düşünməktəsdir.

Qlobal strategiya

(Global strategy) - Qlobal strategiyanı qəbul edən firma fabrikləri öyrənən və standardartlaşmanı araşdıran yüksək dərəcədə mərkəziləşmiş idarə sisteminə malikdir. Bu strategiya mənimsəyən firmalar aşağı maya dəyəri üzərində durmaqdadırlar. Firma əgər daxili bazara cavab vermə dərəcəsini qaldırmaq istəyirsə bu strategiya onlara məsləhət görülmür.

Transmilli strategiya

(Transnational strategy) - Transmilli strategiya da iqtisadi miqyas və biliyi dərinləməsinə araşdırmaqla bərabər bazara cavab verə bilmə dərəcəsi üzərində də durur. Səlahiyyətlər sadəcə firmanın vətənində yox eyni zamanda təşkilatın olduğu bütün hər yerdə mövcuddur. Transmilli təsvirdə maddə, insanlar və fikirlərdə beynəlmiləl sərhədləri göz önünə alınır. Bu firmalar daha öncəki üç strategiyaların üstünlüklərini özündə cəmləşdirir. Bu firmaların hansı ölkənin firması olduğu önəmli deyil çünkü dünya miqyasında müstəqil şəbəkəyə sahibdirlər və bir sözlə onlar “dünya firmaları” olaraq düşünülə bilər. Transmilli firmada lokal səviyyədə önəmli fəaliyyətlər və idari işlər yaxın firmada mərkəziləşməyib, hər bir şöbə öz işində sərbəstdir. Nestle və Coca-Cola bu kimi strategiyalara uyqun firmalardır. Ana vətəni İsveçrə olan Nestlenin əmlakının 95%-inə sahiblənilib, satışların 98%-ni ölkə xaricində həyat keçirlir və şirkətdə çalışanların sadəcə 10%-i İsveçrəlidir. Beynəlxalq firma olma bir çox firma üçün həyatda qalmanın ön şərti olmuşdur. Ölkə xaricinə çıxmanın lazım olduğuna qərar verən bir firmanın qlobal strategiyasını inkişaf etdirməsi üçün etməsi lazım olan işlər aşağıdakı kimi sıralana bilər.

Beynəlxalq firma olma bir çox firma üçün həyatda qalmanın ön şərti olmuşdur. Ölkə xaricinə çıxmanın lazım olduğuna qərar verən bir firmanın qlobal strategiyasını inkişaf etdirməsi üçün etməsi lazım olan işlər aşağıdakı kimi sıralana bilər20.



  • Xarici ölkələrdəki fürsətlər, təhlükələr, problemlər və risklər qiymətləndirilir.

  • Firmanın xarici ölkələrdə güclü və zəyif olduğu nöqtələr müəyyənləşdirilir.

  • Xarici ölkələrdə fəaliyyətlərin cinsi və həcmi müəyyənləşdirilir.

  • Firmanın qlobal səviyyədəki amacları müəyyənləşdirilir.

  • Firmanın ümumi və funksiyanal səviyyədəki strategiyaları təyin edilir.

Dörd qitədən qlobal idarəçinin ortaq təsnifatlarına görə qlobal şirkətlər aşağıdakı üç ümumi xüsusiyyətə sahib olmalıdırlar:

  1. Qlobal şirkət ola bilmək üçün dünya miqyasını diqqətə alan bir emalat, lojistik, marketinq, mal və R&D planını əhatə edən qlobal bir strategiya mövcud olmalıdır. Qlobal şirkətlər bütün bu fəaliyyətlərini holistik bir yaxınlaşma ilə sərhəd tanımadan sürdürürlər.

  2. Qlobal bir şirkət, lokal müştərilərin ehtiyaclarını mükəmməl bir şəkildə qarşılaya biləcək olduqca həssas bir paylama sisteminə sahib olmalıdır. Qlobal şirkətlərin təməl bir dəyər, prinsip və iş sistemi yığınına sahib olmaları və bunları fəaliyyət göstərdikləri bölgələrə eynən daşımaları lazımdır.

  3. Qlobal şirkətlər öz qlobal planlarıyla lokal həssaslıqlar arasında tarazlıq qurmalıdırlar. Lokal ehtiyacların qarşılana bilməsi üçün təşkilati güc maksimum diqqətlə istifadə edilirkən, qlobal sistemin əsas bütüncül hədəfləri gözdən qaçırılmamalıdır. Sözü gedən tarazlığın təmin edilməsi qlobal bir şirkətinən önəmli problemidir. Bu səbəblə qlobal anlaşıla bilən bir fəlsəfəsinin mövcud olması və bütün çalışanların bu prinsiplərin həyata keçirilə biləcəyinə inandırılması lazımdır.

1Azərbaycanın sosial-iqdisadi inkişafında TMK-ların rolu - BP nümunəsi


İctimai yönlü investisiyaları

Cəmiyyətin mühüm investisiyaları, BTC boru kəmərində inşa işləri həyata keçirildiyi zaman müəyyənləşdirilmişdir. Bütün dörd məhdud məsuliyyətli cəmiyyətlərindən adından, BP tərəfindən Cəmiyyətin İnvestisiya Proqramına rəhbərlik edilir. Qeyd olunan proqrama, əsasən, tikinti işlərinin icra edildiyi mərhələdə cəmiyyətə məxsus olan investisiyalara nəzarət edilir. BP, yalnız Azərbaycanda deyil, eyni zamanda, Gürcüstan və Türkiyədə yalnız boru kəmərləri boyunca layihələr həyata keçirtmək məqsədi ilə Uşaqları qoruyun layihəsində olduğu kimi Beynəlxalq QHT-lər ilə müqavilə bağlamışdır. İnşa müddətində BP-nin ətraf mühiti çirkləndirməsi, insfrastruktur zərərləri, sosial və iqtisadi iflas ilə bağlı müəyyən ittihamların irəli sürülməsi ilə əlaqədar olaraq, bir neçə QHT-lar tərəfindən BTC boru kəmərinin inşasının dayandırılması kampaniyasının həyata keçirilməsi qeyd edilməlidir. Eyni zamanda, əsaslandırılmalıdır ki, qanuni torpaq mülkiyyətçilərinə BP tərəfindən kompensasiya təmin edilməklə torpaq sahəsini ələ keçirtmək hüququ qurumlar tərəfindən istismar edilmişdir21.

İnşa prosesindən əməliyyatlara keçidi nəzərə almaqla, BP, hal-hazırda, öz konsorsium partnyorlarının adından iki əsas KSM(Korpativ Sosial Məsuliyyət) təşəbbüs planlarına başçılıq edir. Birincisi, terminallar və kompressor stansiyaları kimi nəzərdə tutulan BTC neft boru kəməri və ona paralel olan Cənubi Qafqaz Qaz Boru kəmərinin yer aldığı iki kilometr enində olan dəhlizdə cəmləşən Cəmiyyətlərin Növbəti Proqramlarıdır. Sosial investisiyalar, BP tərəfindən həyata keçirilməklə, boru kəməri üzrə olan konsorsiumda yer alan neft şirkətlərinin səhmlərinə əsasən maliyyələşdirilir. BP-nin biznes fəaliyyətləri ilə açıq şəkildə əlaqədar olmayan, lakin müəyyən müvafiqlik təşkil edən, belə ki, BP tərəfindən yerli əsaslarla ilkin cəmiyyətlərə məxsus olan investisiya proqramlarının Azərbaycanda keçirilməsi zamanı, cəmiyyətlərə məxsus olan növbəti proqram, neft və qaz fəaliyyətlərindəki texniki olmayan risklərin aradan qaldırılması üzrə cəmləşmişdir. Bu kimi layihələr tərəfindən yerli cəmiyyətlərə boru kəmərinin qorunması istiqamətində dəstək olunur. BP, cəmiyyətin cari investisiya işləri üzrə yerli və ya beynəlxalq səviyyədə QHT-lar ilə müqavilə bağlayır. Layihələrdə şirkətin göz önündə olan loqolarından istifadə edilmir. Burada tendensiya ondan ibarətdir ki, layihə ictimai göz önündə olmamalıdır. Onlar, boru kəməri layihələrinin eyniləşdirilməsinin əvəzinə fəaliyyət göstərirlər. Neft şirkətləri tərəfindən cəmiyyətin ehtiyatları konsorsiumdakı paylarına əsasən yönləndirilə bilinər; bu proses, Statoil və Unocal tərəfindən həyata keçirilmişdir22.

Məktəb və səhiyyə klinikalarının inşa edilməsinin maliyyələşdirilməsi kimi nəzərdə tutulan ən-ənəvi mikro səviyyəli KSM layihələrinin əksinə olaraq, Cəmiyyətlərin növbəti proqramlarının məqsədi yerli cəmiyyətlərin bu istiqamətdə olan bilik və bacarıqları inkişaf etdirmək və ləvazimatları təkmilləşdirməkdir. Hər bir cəmiyyətdə təşəbbüskarlar tərəfindən seçilən cəmiyyətin fəaliyyət qrupunun məqsədi, ehtiyacların müəyyənləşdirilməsi və vacib olanları göz önünə çıxartmaqdan ibarətdir. Cəmiyyət, büdcədən kənar fəaliyyət göstərmək, eyni zamanda, tender prosesi, təchizat planı, layihənin icra planı və uzun müddətli həyata keçirilən plan üzrə təklif yazmaq istiqamətində təlim keçmişdir. Təlim, layihənin bütün mərhələlərində şəffaf maliyyə və səmərəli rəhbərlik fəaliyyətlərinin həyata keçirilməsində cəmləşmişdir. Bu halda, şəffaf və səmərəli fəaliyyət istiqamətində BP nümayəndələri və cəmiyyətlərindən inkişaf layihələrinin planlaşdırılması və icra edilməsi tələb oluna bilinər. Cəmiyyətə məxsus olan investisiyalarının onlar üçün təlim təcrübəsi olacağını nəzərdə tutmaqla, BP-nin məqsədi heç bir nəzarət olmadan yerli dövlət qurumları ilə iş birliyinin həyata keçirilməsidir. Proqram, adətən, regional nizamlayıcıların cəlb edilməsi ilə məşğul olur23.

Cəmiyyətin müəyyənləşdirilmiş investisiyaları ilə müqayisədə, cəmiyyətlərin növbəti proqramlarına əsasən cəmiyyət səviyyəsində Azərbaycanda korrupsiya üzrə geniş miqyaslı problemlərin, şəffaflıq üzrə çatışmazlıqlarının və kasıb cəmiyyətin müvafiq istiqamətə yönləndirilməsi təşkil edilə bilinər. Müəyyən sahələr üzrə çatışmazlıqların olduğu qeyd edilir. Bununla əlaqədar olaraq, cəmiyyətlərin növbəti proqramlarının real təsirləri barədə bizə məlumat verilməli və bu istiqamətdə biz yalnız özümüz fəaliyyət göstərməməliyik. Afrikadakı Çad Kamerun boru layihəsinin öyrənilməsi prosesində Pegg tərəfindən aşkar olunmuşdur ki, Dünya Bankının fəaliyyət prosedurlarına əsasən geniş miqyaslı neft istehsalının xoşagəlməyən nəticələrinin yönləndirilməsi planlaşdırılmış və icra prosesində müddəalarda boşluqların olması müəyyənləşdirilmişdir. Azərbaycanda cəmiyyətlərin növbəti proqramının yerində icra edilməsi haqqında istənilən qərarların müəyyənləşdirilməsi vaxtından əvvəl nəzərdə tutulmalıdır. Lakin bu bir faktdır ki, proqram fəaliyyətləri cəmiyyətlərə əsasən müəyyənləşdirilir. BTC boru kəməri və digər BP əməliyyatları, proqramın makro səviyyəli nəticələrinə əsasən məhdudlaşdırılmışdır. Milli və Regionala inkişafa təsirləri

KSM-nın ikinci təşəbbüsü budur ki, BP öz konsorsium partnyorlarının adından fəaliyyət göstərərək, Regional İnkişaf Təşəbbüsünü həyata keçirir. Bu təşəbbüs 2003-cü ildə nəzərdə tutulmuş və maliyyə öhdəlikləri, daxili idarəetmə strukturu, fəaliyyət təlimatları, üç illik strategiya və büdcəsi olan bütün digər şirkətlər ilə müqavilə bağlandıqdan sonra 2005-ci ildə tam olaraq fəaliyyətə başladı. Qeyd olunan təşəbbüsün məqsədi Xəzər regionunda neft və qaz partnyorlarının uzun müddətli biznes fəaliyyətinə cəlb edilməsi və təsdiq edilən sosial – iqtisadi inkişafa yardım edilməsidir. Cəmiyyətlərin gələcək proqramlarına nəzərən, bununla neft və qaz inşasından əməliyyata keçid baş verir. Belə ki, bu proses, xarici neft şirkətlərini və dövlət neft şirkəti olan SOCAR-ı cəlb edən dörd məhdud məsuliyyətli cəmiyyətlərin adından BP tərəfindən həyata keçirilir. Təşəbbüs, layihələri tam olaraq əhatə etmək məqsədi ilə sonuncuya 50 faiz maliyyə yardımı etməklə Gürcüstan, Türkiyə və Azərbaycanı əhatə edir. Cəmiyyətlərin növbəti proqramları istisna olmaqla, bu layihə makro səviyyəli, geniş miqyaslı, bütün ölkəni əhatə edən və regionu keçən proqramlarda birbaşa olaraq cəmlənir. BP nümayəndəliyinə nəzərən, bu, qədim filantropiyadan fərqli olan inkişaf nəzərdə tutan investisiyadır. Bu, adətən, əsas liderlər, daimi olaraq isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı tərəfindən ələ keçirilir. Əsas olaraq, neft şirkətlərindən təzminatlar əldə edilir. Beynəlxalq maliyyə təşkilatları Azərbaycanda olan güclərinin günbəgün azalmasını nəzərə alaraq, bu istiqamətdə müqavilələr bağlayırlar. Neft şirkətləri ilə korporasiya, proqramların genişləndirilməsi yolunda yeni vasitələrə şərait yaradanlardan biridir və dövlətə qarşı olmayacaqdır. Onların iştirakları, neft şirkətləri arasında koordinasiya olmasına təhrik edir. Cəmiyyətlərin gələcək proqramları və Regional İnkişaf Təşəbbüsü üzrə təklif edilən büdcə, hal-hazırda təxmini olaraq illik 20 milyon dolları təşkil edir.



ABŞ Dolları



Azərbaycan



Türkiyə



Gürcüstan



Cəmi



Gələcək cəmiyyətlər proqramı



2.75

1.90

1.50

6.15

Regional inkişaf təşəbbüsü



6.00

4.00

2.00

12.00
?


ikea--north-york-services.html

ikense-shif---zigat.html

ikethri188--lii--asu--.html

iki-dem-wajyp-edn-iler--.html

iki-yay-kadar-yaknlat--.html