©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL  ORTA ƏSRLƏR MƏDƏNİYYƏTİ - Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


III FƏSİL 


ORTA ƏSRLƏR MƏDƏNİYYƏTİ  


 


 2.3.1. Qərbi Avropa mədəniyyəti 


 
 
Təxminən 10 əsrlik bir dövrü əhatə edən Orta əsrlər Qərbi Avropa mədəniyyəti siyasi, iqtisadi və mədəni 
həyatdakı dəyişikliklər, incəsənətdə yeni cərəyan və üslubların yaranması ilə xarakterizə olunur. 
«Orta  əsrlər» anlayışını ilk dəfə XV əsrdə italyan humanistləri öz yaşadıqları dövrü antik klassikadan 
ayırmaq üçün işlətmişlər. Sonralar bu termin Roma imperiyasının süqutundan İntibah dövrünədək olan bir 
mərhələni bildirməyə başladı. Məhz bundan sonra dünya tarixi Antik dövrə, Orta əsrlərə və Yeni dövrə bölündü. 
Maarifçilik dövründə bu mərhələyə maraq daha da artdı. Romantiklərin bu məsələyə münasibəti isə birmənalı 
olmadı. Yalnız XIX- XX əsrlər qərb sivilizasiyalarının böhranı dövründə alim-kulturoloqlar orta əsrlərin zəngin 
mədəniyyətini hərtərəfli öyrənməyə başladılar.  
V-XIV (bəzən XVI) əsrləri əhatə edən orta əsrlər dövrü feodal cəmiyyətinin yaranması, inkişafı və süqutu 
ilə  əlaqədar olub adətən erkən orta əsrlərə (V- X əsrlər), klassik orta əsrlərə (XI- XIII əsrlər), bəzən isə 
feodalizmin daha uzun sürən regionlarında son orta əsrlərə (XIV- XVI əsrlər) bölünür. 
Lakin sonuncu ilə biz tam razı ola bilmərik. Çünki İntibah dövrü İtaliyada artıq XIII əsrdə, digər Avropa 
ölkələrində isə XV- XVI əsrlərdə mövcud idi. Bu baxımdan, son orta əsrlər XIII- XIV əsrlərdən o yana adlaya 
bilməz.  
I dövr üçün Avropa xalqlarının formalaşması prosesi, Qərbi Avropa xristian mədəniyyəti tipinin 
yaranması, xristianlığın daha da möhkəmlənməsi və geniş yayılması xas idi. Hərçənd antik mədəniyyətin və 
sivilizasiyanın süqutu xristianlığın bütpərəstlik üzərində qələbəsi hesab edilsə də, bu qələbə tam deyildi, çünki 
xristianlıq və bütpərəstliyin qalıqları arasında mübarizə bütün orta əsrlər boyu davam etdi.  
II dövr mədəniyyətinin mühüm hadisəsi – xristian dininin yayılması ilə  əlaqədar bu dinin əsas atributu 
olan kilsələrin kütləvi tikintisi və nəticədə memarlıqda roman və qotika üslublarının bərqərar olması idi. Şəhər 
ədəbiyyatı, qəhrəmanlıq eposları, cəngavərlik romanları, trubadur poeziyası da bu dövrə aiddir. Klassik orta 
əsrlərdə memarlıq və  bədii  ədəbiyyatla yanaşı incəsənətin digər növləri – teatr, musiqi, heykəltəraşlıq, 
rəngkarlıq da inkişaf edirdi.  
III dövr dahi Dantenin, Akvianlı Fomanın adları ilə bağlıdır. Bu dövrə həmçinin elm və təhsilin inkişafı, 
fəlsəfədə sxolastikanın əsas istiqamətə çevrilməsi xas idi.  
Quldarlıq quruluşuna nisbətən daha mütərəqqi ictimai formasiya olan feodalizm zəminində formalaşan 
orta əsrlər mədəniyyəti bir çox ölkələrdə, məs. Hindistan və Çində yüksək inkişaf səviyyəsinə çatmışdır. Hətta 
Çin incəsənətində məhz bu vaxt əsil çiçəklənmə müşahidə olunur, təsviri sənətdə natürmort, peyzaj, portret və 
məişət janrları yaranır. Digər ölkələrin incəsənəti də diqqəti cəlb edir. Məsələn, gerçəkliyi  əlvan poetik 
boyalarla  əks etdirən  Şərq miniatürləri bu qəbildəndir. Monumental memarlıq da orta əsrlərdə  əldə edilmiş 
nailiyyətlərdəndir. Bizans məbədləri, Avropa memarlığında roman və qotika üslubları, müsəlman məscidləri, 
Çin və Hindistandakı saraylar nə qədər məşhurdur.  
Feodal münasibətləri müxtəlif xalqlarda müxtəlif cür formalaşaraq özünəməxsusluğu ilə  fərqlənir. Bu 
sahədə olan bəzi paralellər isə müxtəlif ölkələrdəki feodal münasibətlərinin inkişafının eyni tarixi qanunlara tabe 
olması ilə izah edilir. Feodal münasibətlərinin inkişafı keçid dövrünün xüsusiyyətindən də asılıdır. Məsələn, Çin 
və Hindistanda keçid dövrü nisbətən tədrici xarakter daşıdığından bu ölkələrdə qədim dövrlə orta əsr mədəniy-
yətləri arasında dərin uçurum yoxdur. Belə ki, köhnə  ənənələr burada yenidən nəzərdən keçirilir, lakin inkar 
edilmir. 
Bəzi xalqlar feodalizmə quldarlıq quruluşunu keçirmədən birbaşa gəlmişlər. Məsələn, slavyan və  ərəb 
xalqları, german tayfaları və s. Quldarlığın nə olduğunu bilməyən slavyan xalqları feodal dövlətlərini yalnız öz 
zəminində yaratsa da siyasi və ictimai əlaqələr saxladıqları ölkələrin mütərəqqi  ənənələri və yüksək bədii 
mədəniyyəti bu xalqların bədii inkişafına təkan verdi. Məsələn, qədim Rus dövlətinin incəsənəti Bizansın təsiri 
altında inkişaf etmişdi. Bunula belə, Rusiya müstəqil dövlət olub öz bədii  ənənələrinə malik olduğu üçün bu 
bənzərliklə yanaşı orta əsr Rus incəsənətinə özünəməxsusluq xas idi. Quldarlıq quruluşu görməyən  ərəb 
xalqlarının da bədii inkişafı Bizansın təsirinə  məruz qalmış, lakin burada ərəblərin işğal etdikləri  Şərq 
xalqlarının bədii  ənənələrinin təsiri daha çox hiss edilir. Bu təsirin nəticələri isə yeni keyfiyyət  əldə edərək 
özünəməxsus şəkildə formalaşır.  
Orta  əsrlərdə  Şərq və  Qərb ölkələrinin mədəni səviyyəsi nə  qədər müxtəlif olsa da, həm  Şərq, həm də 
Qərb ölkələrində  cəmiyyətin inkişaf səviyyəsi, mədəniyyəti eyni tipli feodal cəmiyyətinin, ictimai sistemin 
inkişafının nəticəsi idi. Roma imperiyasının süqutundan sonra iqtisadiyyat, texnika, ticarət, şəhərlər, mədəniyyət 
və s. ciddi böhran keçirsə də quldarlıq dövrü ilə müqayisədə feodalizm cəmiyyətinin mədəniyyətini, xüsusən də 
bədii mədəniyyətini heç də başdan - başa xalis tənəzzül kimi nəzərdən keçirmək düzgün deyil. 

 
165
Antik dövrdən feodalizmə keçid Qərbdə barbarların işğalı ilə əlaqədar qəfil və fəlakətli oldu. Burada ilk 
dövrlər hətta keçmiş  bədii  ənənələrin məhv edilməsi və yeni mədəniyyətin az qala quru yerdə yaradılması 
müşahidə edilir. Son antik dövrlə müqayisədə erkən orta əsrlər mədəniyyətinin tənəzzülü, xüsusən Merovinqlər 
dövründə məhz bununla izah edilir. Keçmiş ənənələrin üzərindən xətt çəkilməsi burada da müvəffəqiyyətsizliklə 
nəticələnir. Ümumiyyətlə, barbarların antik mədəniyyətə münasibəti ziddiyyətli idi. Bunların bəziləri Roma 
adətlərini qəbul edir, digərləri isə  əksinə, onlara düşmən münasibət bəsləyirdi. Lakin hər iki halda işğalçılar 
Roma imperiyasının  əzəmət və  təmtərağı qarşısında vəcdə  gəlirdilər, hətta bəzi barbar rəhbərləri romalıları 
özlərinə müəllim və  məsləhətçi seçirdilər, məsələn, Merovinqlər sülaləsindən olan Frank kralı Xlodviq (481- 
511-ci illər) öz dövlətinin sərhədlərini genişləndirərək burada hər iki mədəniyyəti – antik və barbarların 
mədəniyyətini bərqərar edir. Əslində Romanın qərb hissəsini işğal etmiş german tayfaları tamamilə 
assimilyasiyaya uğrayaraq Roma imperiyasının qədim əhalisinin dilini, mədəniyyətini, həyat tərzini götürmüş, 
ona qarışmış, ona oxşamışdır. Onların feodalizm şəraitində mövcud olan mədəniyyəti keçmiş roma mədəniyyəti 
ilə eyni səviyyədədir.  
395-ci ildə Roma imperiyası iki hissəyə ayrıldıqdan sonra daxili çəkişmələr Qərbi daha çox zəiflətdi və 
barbarların əsarəti altına saldı. İmperiyanın zəifləməsindən istifadə edən qotlar asanlıqla İtaliyaya daxil oldular. 
410-cu ildə Roma alındı. Beləliklə, yüzilliklərlə Avropa, Asiya və Afrika xalqlarını  lərzəyə salan nəhəng və 
qədim şəhər barbarlar tərəfindən tutuldu. Qərbi Roma imperiyasına qotlarla yanaşı digər german tayfaları da hü-
cum edirdi. Onlar tədricən Qalliya, İtaliya və  İspaniyanı tutaraq Şimali Afrikaya yönəldilər. 455-ci ildə 
vandallar Afrikadan İtaliyaya doğru yönələrək, asanlıqla Romaya sahib oldular. 476-cı ildə isə german 
muzdlularının rəhbəri Odoakr Romanın son imperatoru Romul Avqustulu vəzifəsindən kənarlaşdırdı. O, 
imperator titulundan imtina edərək İtaliyada hakimiyyəti öz əlinə aldı və Roma imperiyasını məhv olmuş elan 
etdi. Beləliklə, 476-cı il, Qərbi Roma imperiyasının süqutu ilə  Qədim Dünya tarixinin də sonu hesab edilir. 
Qərbi Roma imperiyası tənəzzül edərək artıq V əsrin sonunda german tayfalarının işğalı nəticəsində tamamilə 
süqut edir. 
V-VIII əsrlər ərzində keçmiş Qərbi Roma imperiyasının ərazisində german tayfalarının dövlətləri yarandı. 
Şimali Afrikada vandallar, İtaliyada ostqotlar (bir qədər sonra isə lanqobardlar), İspaniyada vestqotlar, Qallidə 
(müasir Almaniya və Fransanan əraziləri) franklar, Britaniyada anqlo-sakslar.  
Barbarların xristianlaşması da məhz bu dövrə təsadüf edir ki, bunun təsiri incəsənətdə də hiss edilir. Əgər 
əvvəllər barbar tayfalarının incəsənəti köçəri həyat sürdüklərindən yalnız dekorativ - tətbiqi sənətdən (məs. silah 
və zərgərlik məmulatlarının düzəldilməsi və s.) ibarət idisə, tədricən incəsənətdə memarlığın inkişafı, içərisində 
xristian simaları və müqəddəslərin təsvirləri olan məbədlərin inşa edilməsi müşahidə edilir. Barbar tayfaları bir-
biri ilə daim düşmənçilik etdiklərindən təhlükəsizliyi təmin edən qəsrlər tikilməsi memarlığın əsas məqsədinə 
çevrilir. Çayların qovşağında, dik sahillərdə tikilən bu qəsrlərin yaşayış üçün rahat və əlverişli olması heç kəsi 
maraqlandırmırdı, onlar sırf müdafiə xarakteri daşıyırdı.  
O dövrün kübar ailələri üçün tikilən yaşayış yerlərini və memarlığını yalnız təsəvvür etmək mümkündür. 
Taxtadan inşa edilən bu tikililəri qoruyub saxlamaq asan deyildi. Kilsə memarlığını isə o dövrün müasirlərinin 
yazıları və az sayda qorunub saxlanmış abidələr əsasında öyrənmək olur. Bunların bəziləri sökülərək sonralar 
yenidən tikilirdi. Kilsələr roma bazilikası nümunəsi üzrə inşa edilirdi. Çox vaxt sütunları tikmək üçün 
məbədlərin xarabalıqlarından götürülmüş tikinti materiallarından istifadə edilirdi. 
Roma sivilizasiyasından demək olar ki, xəbərsiz olan İngiltərə,  İspaniya və Skandinaviyada VII-VIII 
əsrlərdə hələ də barbar ənənələri və inamlarından istifadə edilirdi. Məsələn, Şimali Avropa ornamentləri spiral, 
hörük, sonsuz şəbəkə  əmələ  gətirən düyünlərdən ibarətdir. Naxışların arasında quş, heyvan, insan və  şeytan 
təsvirlərinə rast gəlmək olur. İlanlar sarınmış şir bu qəbildəndir. Maraqlı burasıdır ki, şirin pəncələri və ilanın 
quyruğu tədricən ornamentə qarışır. Naxışlar çox qabarıq olub, sanki gərgin və sirli həyatı  əks etdirir. Bu 
təsvirlərdən dünyanı insana bənzədən barbarların təbiəti necə qavramaları aydın görünür. Onlar torpağı bədənə, 
suyu qana, havanı nəfəsə, odu insan bədəninin hərarətinə bənzədirdilər. Təbiət canlı kimi təsvir edilir, insan isə 
ətraf aləmin üzvi hissəsinə çevrilirdi. Barbarların təsəvvürünə görə bu naxışlar sehrli qüvvəyə malik olub, həkk 
olduğu kitabın oxucusunu və ya sahibini şər qüvvələrdən qoruyurdu. Belə ornamentlərə tez-tez qılıncların 
dəstəyində,  İrland monastırlarından olan əlyazmalarda rast gəlmək olur. Avropanın  şimalında daş üzərində 
oyma sənəti inkişaf etmişdi. Adətən yolayrıclarında qoyulan iri daş xaçlar müxtəlif təsvir və yazılarla 
bəzədilirdi. Xaçların bəzədilməsində əvvəlcə üzüm tənəklərindən ibarət ornamentlərdən istifadə edilirdi ki, bu 
da  İngiltərəyə  gəlmiş romalı  əhali tərəfindən yayılan xristian incəsənətinin  əks-sədası idi. Sonralar oyma 
sənətində heyvan və quşların müəmmalı naxışlara keçən fiqurlarının təsviri üstünlük təşkil edir.  
Hələ VI əsrdə Britaniyaya Roma papaları tərəfindən xristianlığı yaymaq üçün missionerlər göndərilirdi. 
Adada çoxlu monastırlar tikilmişdi.  Əhalinin xristianlığı  qəbul etməsi prosesi 100 ilə yaxın çəkdi. Roma 
qoşunları adanı  tərk etdikdən sonra qitədən Britaniyaya hücumlar edən anql və sakslara müqavimət göstərən 
brittlərə əfsanəvi «dəyirmi stol cəngavəri» Artur başçılıq edirdi. «Dəyirmi stol» anlayışı, yəni danışıqlar vaxtı 
hər bir iştirakçının eyni hüquqa malik olması  məsələsi məhz o vaxtdan yaranıb. Arturun göstərdiyi  şücaətlər, 
həmçinin qeyri - real qüvvələrə qarşı mübarizəsi bir çox orta əsr poema və romanlarının süjetinə çevrilib. 200 ilə 

 
166
yaxın müqavimət göstərən brittlər məğlub olaraq ya öldürüldülər, ya da adanın  şimal rayonlarına doğru 
sıxışdırıldılar, onların bir hissəsi qula çevrildi, bəzi tayfalar Qalliyanın şimalına köçərək Bretan yarımadasında 
məskən saldı. Tədricən anqllar və sakslar eyni xalq halında qovuşmuş  və Britaniyada bir-biri ilə daim 
düşmənçilik edən anqlosaksların 7 kiçik krallığı yaranmışdı.  
799-cu ildən başlayaraq Britaniyaya və Avropanın digər ölkələrinə 3 əsrdən çox müddət  ərzində 
normanlar adlanan şimali germanların – norveçlilərin, isveçlilərin və daniyalıların hücumları olurdu. Onlar 
Skandinaviya və Yutlandiya yarımadalarında yaşayırdılar. Normanlar bir neçə  dəfə Parisi mühasirəyə almış, 
Fransanın digər  şəhərlərinə  də hücumlar etmişlər. Rusiyada Skandinaviyanın cənubundan olan normanlara 
varyaqlar deyirdilər. Normanlar Pireney yarımadasını dövrə vuraraq Aralıq dənizinə gedib çıxır,  İtaliya və 
cənubi Fransanın şəhərlərinə hücum edirdilər. Skandinaviya və Yutlandiya sakinləri kütləvi şəkildə İrlandiya və 
Şərqi İngiltərədə məskən salırdılar. Daniyalılar London şəhəri də daxil olmaqla İngiltərənin xeyli ərazisini ələ 
keçirdilər. IX əsrdə kral Böyük Alfred daniyalılara qarşı anqlo - saksların mübarizəsinə  rəhbərlik edərək 
Londonu azad etdi. Onun sələflərinin dövründə anqlosakslar daniyalıları özünə tabe etdi və  İngiltərə vahid 
dövlət halında birləşdi. X - XI əsrlərdə Skandinaviya ölkələrində Daniya, İsveç və Norveç krallıqları yarandı. 
Bundan sonra da normanların  İngiltərəyə yürüşləri davam etdi. X əsrin  əvvəllərində normanlar Fransanın 
şimalını tutdular. Bu ərazi Normandiya hersoqlüğü adlanmağa başladı.  
Norman döyüşçüləri xristianlığı  qəbul edərək tədricən yerli əhali ilə qaynayıb qarışırdılar. XI əsrdən 
başlayaraq normanların işğalçı yürüşlərinə son qoyuldu.  
İtaliyanı  işğal etmiş ostqot kralı Teodorix (499 - 526) çox ehtiyatlı  və  ağıllı siyasət apararaq Roma 
zadəganlarına və Kilsəsinə himayədarlıq edir, roma yazıçılarını və filosoflarını öz sarayına cəlb edirdi. O, antik 
mədəniyyətin pərəstişkarı və varisi kimi ad qazanmaq istəyirdi. Buna görə də Adriatik dənizi sahillərində olan 
paytaxtı Ravennada və onun kənarlarında yollar və körpülər salır, hərbi təhlükəsizliyi təmin edir, saraylar və 
ehramlar tikir, dağılmış binaları  bərpa edirdi. Ravennada VI əsrin 20 - ci illərində Teodorixin məqbərəsinin 
tikintisi başa çatmışdı. Bu ikimərtəbəli tikilidə Roma memarlığının təqlid edilməsi hiss edilir. Lakin məqbərəni 
yuxarıdan kupolla tamamlamaq istəyən memarların buna nə  təcrübəsi, nə  də biliyi çatırdı. Buna görə də bina 
kupol formasında düzəldilmiş iri daşla tamamlanır. Bu daş Adriatik dənizinin qarşı sahilindən iki gəminin 
arasından asılmış  vəziyyətdə  gətirilərək Yer üzünün inşaat işlərində  işlədilən  ən iri monolitlərdəndir. Belə ki, 
onun qalınlığı 1 metr, dairəsi 33 metr, çəkisi isə təqribən 300 tondur. 
Frank kralı, Merovinqlər nəslindən olan Xlodviq (481 - 511) vestqotları  sıxışdıraraq öz sərhədlərini 
genişləndirmişdir. Təqribən 500 - cü ildə Franklarda dövlət yarandı. Hər iki mədəniyyətin – həm antik, həm də 
barbar mədəniyyətlərinin eyni hakim mövqe tutduğu bu krallıqda metalları yaxşı emal edə bilən və zərgərlikdə 
ad qazanan Frank ustaları yetişirdi. Franklar tərəfindən yaradılan memarlıq abidələri içərisində  əsasən kilsə 
tikililəri qorunub saxlanıb. Bunlardan ən qədimi Fransanın Puatye şəhərində olan baptisteridir. Bu, kərpic və 
xırda daşlardan tikilmiş təxminən kvadrat binadır. Bu tikintinin roma nümunələrinə bənzəməsi aydın görünür. 
Binanın karnizi antik antablementi – tir örtüyü xatırladır. VII - VIII əsrlərdəki frank relyeflərində barbarların 
əvvəlki dövrlərə aid olan dünyagörüşlərini əks etdirən obrazlar – xristian şəhidləri və əcaib, fantastik heyvanlar 
təsvir olunub. Bu obrazlar xristian dininin təsiri ilə cüzi dəyişən, qəzəbli ruhlara və şeytanlara çevrilib. Bir çox 
Frank monastırlarının skriptoriyaları (kitablar yazılan emalatxana) var idi ki, burada rahidlər dini və ya kübar 
(qeyri-dini) məzmunlu qədim kitabların üzünü köçürür və ya yenilərini tərtib edirdilər. O dövrdə kitablar yüksək 
qiymətləndirildiyindən onların bər - bəzəyinə ciddi fikir verilirdi. Kitabların tərtibatı zamanı mürəkkəb 
ornamentlə yanaşı erkən xristian incəsənətinin motivlərindən – çələnglərdən, xaçdan, cənnət ağacı  ətrafında 
dolaşan quşların və mələklərin fiqurlarından da istifadə edilirdi. Bəzən hərflər təsvir vasitəsi rolunu oynayırdı. 
Məsələn, latın hərfi olan «T» çarmıx kimi təsvir edilir, bütöv sətirlər balıq və ya quşa bənzər hərflərlə yazılırdı.  
Öz münbit torpaqları və mal - qarası, bahalı silah və döyüş atları ilə frankları çoxdan cəlb edən Qalliyanı 
486 - cı ildə Xlodviq ələ keçirdi. Xlodviq və adlı - sanlı frank əyanları öz hakimiyyətlərini möhkəmlətmək üçün 
Qalliyanın yerli əhalisinin sitayiş etdiyi dini – xristian dinini qəbul etməyi qərara aldılar. Kral və  əyanların 
ardınca digər franklara da bu din zorla qəbul etdirildi. Xristian dini qəbul edildikdən sonra bütün yazı  işləri, 
rəsmi sənədlər latın dilində aparılmağa, dualar bu dildə oxunmağa başlandı. Kilsə  tərəfindən yeni məktəb və 
məbədlər tikilir və bəzədilirdi. Xlodviq xristian kilsəsinə səxavətlə torpaq və qiymətli əşyalar bağışlayır, onun 
sərvətlərini qoruyurdu. Kilsə  də öz növbəsində Xlodviqin hakimiyyətini möhkəmlətmək üçün əlindən gələni 
edirdi. Demək olar ki, hər bir kənddə kilsə var idi. Din xadimləri ibadət təşkil edir və Bibliyaya əsaslanaraq 
dindarlara özlərini necə aparmaq haqqında məsləhətlər verirdilər. Kilsə  işlərini adətən yepiskoplar və 
arxiyepiskoplar (baş yepiskoplar) idarə edirdi. Qərbi Avropada xristian kilsəsinin başında roma yepiskopu – 
papa dururdu. O özünü İsa peyğəmbərin  ən yaxşı  şagirdi, xristian dininə görə  cənnətin açarlarına sahib olan 
apostol (həvariyun) Pyotrun varisi elan etmişdi. Bu dövrdə monastırların da sayı artmağa başladı. Təkcə Frank 
krallığıında 250- yə yaxın monastır, o cümlədən qadın monastırları var idi. Çox vaxt varlılar günahlarını yumaq 
üçün kilsə və monastırlara öz əmlaklarını bağışlayır və beləliklə də yepiskoplara və monastırlara məxsus çoxlu 
boş torpaq sahələri yaranır. Bu sahələrdə getdikcə daha çox adam yerləşdirilməyə başlayır və az qala bütöv 
kəndlər onlardan asılı vəziyyətə düşür.  

 
167
Xlodviq ölümündən bir az əvvəl Frank krallığını öz şəxsi mülkü kimi 4 oğlunun arasında bölüşdürür. 
Varislərin daim bir - biri ilə mübarizə aparması ölkənin sosial - iqtisadi vəziyyətinin pisləşməsinə, kəndlilərin 
yoxsullaşaraq asılı vəziyyətə düşməsinə səbəb olur.  
Merovinqlərin son nümayəndələri öz krallıq vəzifələrinin öhdəsindən yaxşı gələ bilmədiklərindən Frank 
krallığında hakimiyyət tədricən saray nazirlərinin - majordomların  əlinə keçir. Belə majordomlardan biri VIII 
əsrdə ərəblərə qarşı mübarizə aparan Karl Kartell olur. 
VIII  əsrin  əvvəllərində  ərəblər  Şimali Afrikanı  əsarət altına aldılar. 711-ci ildə onlar Cəbəllütariq 
boğazından vestqotların zəifləmiş dövləti yerləşən Pireney yarımadasına keçdilər.  Ərəblər bir neçə il ərzində 
demək olar ki, bütün İspaniyanı işğal etdilər. Lakin ölkənin şimal dağlıq hissəsinin əhalisi ərəblərə tabe olmadı 
və mübarizəni davam etdirdi. VIII əsrin I yarısında ərəblərin Qalliyaya hücumları başladı. Ərəb atlı qoşunları 
Frank krallığına basqın etdi. Lakin 732- ci ildə Puatye şəhəri yaxınlığında baş vermiş  şiddətli vuruşmada 
franklar hakimiyyətdə olan majordom Karl Martellin başçılığı ilə  ərəbləri məğlubiyyətə  uğratdılar və onları 
cənuba doğru geri çəkilməyə məcbur etdilər. Beləliklə, ərəblərin Avropaya hərəkətinin qarşısı alındı. Tezliklə 
ərəblər Cənubi Qalliyadan da sıxışdırıldılar.  
Ərəblərə qarşı  qələbə çalmaq Karl Martellin yaratdığı süvari ordunun şücaəti sayəsində mümkün oldu. 
Karl qələbəyə görə döyüşçülərə torpaq sahələri bağışladı. Döyüşçülər yalnız torpağa yox, onun üzərində 
yaşayan kəndlilərə də sahib olurdu. İrsən keçən belə torpaqlara sahib olmaq üçün sonralar hərbi xidmət tələb 
olunmağa başladı. Latınca bu torpaqlara feod, onların sahiblərinə isə feodal deyirdilər. 751 - ci ildə Karl 
Martellin oğlu Pipin Merovinqlər sülaləsindən olan kralı devirərək özü Frank kralı oldu. Bu işdə Roma 
papasının onun xeyrinə çıxardığı qərar mühüm rol oynadı. VI əsrdə İtaliyadan ostqotları sıxışdıran, milliyətcə 
alman olan lanqobardlar o dövrdə Roma Papası üçün təhlükə törədirdilər. Şimali İtaliyadakı Lombardiya onların 
adı ilə bağlıdır. Pipin lanqobardlara qarşı iki dəfə yürüş etdi. Nəticədə Roma və Ravenna şəhərləri, həmçinin 
onların  əyalətləri Roma papasının ixtiyarına verildi. Beləliklə, orta İtaliyada Roma papalarının dövlətləri 
yaranaraq 1000 ildən çox (1670- ci ilədək) mövcud oldu.  
768-814- cü illər Frank Krallığında Pipinin oğlu Böyük Karlın hakimiyyəti dövründə  mədəniyyətdə  də 
mühüm dəyişikliklər baş verdi. Bu adın latınca «Karolus» kimi səslənməsi ilə əlaqədar Avropa hökmdarları o 
vaxtdan özlərini «korol», yəni «kral» adlandırmağa başladılar. Frank hökmdarları sülaləsinə isə Karolinqlər 
deməyə başladılar. 800 - cü ildə Milad günü Romada Lateran bazilikasında papa III Lev Böyük Karlın başına 
qızıldan hazırlanmış «roma sezarlarının tacını» qoyur. Beləliklə, Qərbi Avropada Karl imperiyası yaranır. 
Böyük Karl Roma imperatoru olur. Onun dövründə Frank krallığı öz ərazisinə görə az qala keçmiş Qərbi Roma 
imperiyası böyüklüyündə idi. Çünki Böyük Karlın hakimiyyəti illərində franklar qonşu ərazilərə 50 - dən çox 
yürüş etmişdilər. Hər il öz qoşunu ilə uzaq səfərə  çıxan Karl İtaliyada lanqobardların kralını  əsir alaraq 
İtaliyanın böyük hissəsini özünə tabe edir. VIII əsrin əvvəllərində Şimali Afrikadan gəlmiş ərəblərin işğal etdiyi 
İspaniyanı ələ keçirmək asan olmasa da, sonradan kiçik bir ərazini zəbt etmək mümkün oldu. 30 ildən çox sürən 
müharibədən sonra sakslara da qalib gələn Karl, onlara zorla xristianlığı qəbul etdirdi.  
Nəhəng ölkəni idarə etmək üçün böyük Karla savadlı məmur və hakimlər lazım idi. Məhz onun dövründə 
mədəniyyətin dirçəlişi başladı. Buna «Karolinq intibahı» da deyilir. Böyuk Karl öz sarayına digər ölkələrdən - 
İtaliyadan, İspaniyadan, İngiltərədən savadlı adamlar dəvət edirdi. Onlardan anqlosakson rahibi və alimi Alkuin 
nəinki təhsili təşkil edir, həmçinin məktəb dərslikləri də yazırdı. Sarayın nəzdində elmi biliklər üçün cəmiyyət – 
«Saray akademiyası» təşkil edildi. Burada Karl, onun ailəsi, əyanlar, Axena məktəbinin müəllim və şagirdləri 
salnamə və tərcümeyi - halları, antik və kilsə müəlliflərinin əsərlərini oxuyub müzakirə edirdilər. İmperator latın 
dilini yaxşı bilsə də ömrünün sonunadək yazmağı öyrənə bilmədi.  
Karolinqlər hakimiyyəti illərində antik dövr dövlətçiliyin və  mədəniyyətin idealı elan edildi. Sənədlərin 
üzərində Roma darvazalarının təsviri və «Roma imperiyasının dirçəlişi» yazısı olan möhür vurulurdu. Özünü 
Roma imperatorlarına oxşatmağa çalışan Böyük Karl Axena və digər şəhərlərdə daş saray və kilsələr tikdirirdi. 
İnşaat işlərində Roma memarlığı  təqlid olunur, bəzən isə  qədim binaların detallarından və ya sütunlarından 
istifadə edilirdi. Miniatürçülər üçün Roma rəngkarlığı nümunə idi. Müasir Almaniyanın ərazisində olan Axen 
şəhərini özü üçün paytaxt seçən Böyük Karl burada kral sarayı, inzibati binalar tikdirir. O dövrün tikililərindən 
demək olar ki, heç nə qalmayıb. Bu günə qədər qalmış barmaqla sayılan tikililər içərisində orta əsr Avropasının 
gözəl binalarından olan Axen kapellasını, Lorş monastırının darvazalarını və s. göstərmək olar. Axen kapellası 
32 metr hündürlüyü olan ikimərtəbəli möhtəşəm bina idi. Birinci mərtəbə aşağı təbəqədən olan adamlar və saray 
əhli üçün nəzərdə tutulmuşdu.  İkinci mərtəbədə mehrabla (rusca: altar) üzbəüz imperator taxtı yerləşirdi. 
Kapellanın günbəzində  İsa peyğəmbərin mozaikada təsviri verilib. Kapella yalnız kilsə rolunu oynamırdı. 
Burada həm də xristian dini ilə bağlı müqəddəs və bahalı  əşyalar, rəmzlər də saxlanırdı. Karl özü də bu 
kapellada dəfn edilib.  
Lorş monastırının darvazalarında o dövr incəsənəti üçün xarakterik olan antik və barbar motivlərinin 
özünəməxsus sintezi müşahidə edilir. Bina Romadakı üç aşırımlı  qələbə tağını xatırladır. Axen kapellası da, 
Lorş darvazaları da olduqca gözəl, lakin erkən orta əsrlər üçün qeyri - ənənəvi tikililərdir. Monastırların qalanı 
xatırladan, alçaq və qalın divarlı memarlığı o dövr üçün tipik sayılır. Karolinq dövrünün məbədləri xaricdən çox 

 
168
sadə, içəridən isə  bəzəkli olurdu. Bu bərbəzək divar rəsmlərinin – fpeskaların sayəsində ildən - ilə daha da 
mürəkkəbləşir və rəngarəng olur. O dövrdə divar rəsmləri savadı olmayan adamlar üçün kitab rolunu oynayırdı.  
Kral və  əyanlar təntənəli hadisələrlə  əlaqədar bir - birinə kitab bağışlayırdılar. O dövrdə kitablar az və 
baha idi. Ona görə də kitadları yalnız varlı adamlar əldə edə bilirdi. VIII - IX əsrlərdə qədim dövrün alim və 
yazıçılarının çoxlu əsərlərinin üzü köçürüldü. Bunun sayəsində  həmin  əsərlər dövrümüzə  qədər gəlib çatdı. 
Frank dövlətində savadlı adamların sayı artmağa başladı. Böyük monastırlarda kitab üzü köçürən kitab 
emalatxanaları açıldı. Yazı üçün antik dövrdəki kimi papirusdan yox, perqamentlərdən istifadə olunmağa 
başladı. Perqament xüsusi olaraq yazı üçün emal edilib hazırlanmış dana və ya qoyun dərisinə deyilirdi. 
Perqament papirusdan möhkəm olurdu, onu həm əymək, həm də hər iki tərəfində yazmaq mümkün idi. Lakin o, 
çox baha idi. Bibliyanın böyük formatda yazılması üçün 300 buzov dərisi işlənirdi. Əsil sənət əsəri olan belə 
kitabların üzərində uzun müddət çoxlu adam işləyirdi. Belə ki, bəziləri gözəl xəttlə mətni yazır, başqaları baş 
hərflərə bəzək vurur, üzərinə bütöv rəsmlər həkk edir, digərləri başlıqlar üçün şəkillər və naxışlar yaradır, başqa 
bir qrup isə miniatür çəkirdi. Karolinqlər dövründə miniatür sənəti, o cümlədən, kitab illüstrasiyası inkişaf etdi. 
Miniatürçü rəssamlar tez - tez yerlərini dəyişdirdiklərindən o dövrdə miniatür məktəbləri yarana bilmədi. Bəzi 
monastırların əlyazmalar üçün illüstrasiyalar hazırlayan mərkəzləri mövcud idi. Böyük Karlın köməyilə açılan 
emalatxanalarda hazırlanan miniatürlərdə  həm barbar, həm də antik ənənələrdən istifadə olunurdu. Orta əsr 
Qərbi Avropa miniatürlərində ilk dəfə olaraq insan təsvirləri yarandı. Adətən onların əlində kitab və ya qələm 
olurdu. Karolinqlər dövrü incəsənətinin və sənətlərin son himayədarı II Karl oldu. Ondan sonra, demək olar ki, 
X  əsrədək elə bir sanballı  bədii mərkəz olmadı. Ümumiyyətlə, Böyük Karl imperiyası dağıldıqdan sonra 
«Karolinqlər intibahı» tezliklə məhv oldu.  
Böyük Karlın ölümündən sonra imperiyanın ayrı - ayrı hissələrini idarə edən varislər arasında aramsız 
müharibələr gedirdi. 843 - cü ildə onun üç nəvəsi Verden şəhərində imperiyanı bölüşdürmək haqqında müqavilə 
bağladı. Sonralar imperiyanın ərazisində üç böyük krallıq - Fransa, Almaniya və İtaliya dövlətləri yarandı ki, 
onlar vahid dövlətlər olmayıb xırda feodallıqlara parçalandılar.  
Karolinqlər sülaləsinin Fransadakı son krallarının hakimiyyəti olduqca zəif idi. X əsrin sonunda Kapeta 
kral seçildi. O vaxtdan XVII əsrədək kral taxt - tacı Kapetinqlər sülaləsinin əlində qaldı ki, Burbonlar da bura 
aid idi. 
Almaniyada kral hakimiyyəti Fransaya nisbətən güclü idi. 962 - ci ildə Romanın və İtaliyanın bir hissəsini 
işğal edən Almaniya kralı I Otton özünü Roma imperatoru elan etdi. Sonralar bu dövlət Müqəddəs Roma 
imperiyası adlanmağa başladı. 
Otton imrepiyası dövründə monastır və kilsələr mədəni mərkəz olaraq qalırdı. Xristian dininin ideyası məhz 
kilsə memarlığında ifadə edilirdi. Məbədlərin xaç formasında olması İsa peyğəmbərin çəkdiyi əzabların simvolu 
idi. Binanın hər bir hissəsinin öz məqsədi var idi. Məsələn, qübbəni saxlayan dirək və sütunlar xristian 
nəzəriyyəsinin dayağı olan apostol və peyğəmbərlərin simvolu idi. Zaman keçdikcə ibadətlər daha təmtəraqlı və 
təntənəli keçirilirdi. I əsrdə  İsa peyğəmbərə, Məryəm anaya və müqəddəslərə aid əşyaların, rəmzlərin möcüzəli 
qüvvəsi ilə bağlı inam geniş yayılmışdı. Bununla əlaqədar müqəddəs yerləri ziyarət edən zəvvarların sayı artırdı. 
Artıq mürəkkəbləşmiş ibadətin tələblərini ödəmək üçün memarlar tikililərin konstruksiyasını getdikcə dəyişməli 
olurdu. Əlavə mehrab və kapellalar yaranırdı. Bunlarda bəzən ibadət eyni zamanda aparılırdı. Almaniyanın o dövr 
memarlığında kilsələr nəhəng və  əzəmətli olması ilə  fərqlənirdi. Otton imperiyasının parlaq simvolu olan belə 
kilsələrdən biri Şpeyerdə yerləşərək Qərbi Avropanın ən böyük kilsələrindən sayılır. Gildesveymdəki müqəddəs 
Mixail kilsəsinin qapıları o dövrün yüksək sənətkarlığından xəbər verir. Bürüncdən tökülmüş bu qapılar dini süjetli 
relyeflərlə  bəzədilib. X - XI əsrlər Orta əsr Alman rəngkarlığının qızıl dövrü sayılır. Erkən xristian və Bizans 
sənətinin cizgiləri alman mədəniyyətinin  ənənələri ilə qovuşaraq otton incəsənətinin təkrarolunmaz üslubunu 
əmələ  gətirmişdir. Boden gölünün Reyxneau adasındakı Obersella monastırında X əsrdə o dövr rəngkarlığının 
aparıcı  məktəbi formalaşır. Monastır imperatora tabe olduğu üçün rəssamlar demək olar ki, imperatorun 
sifarişlərini yerinə yetirirdilər. Monastırların divar rəsmləri dini süjetdən götürülmüşdür. Bunlardan, müqəddəs 
Georgiyə aid səhnələr erkən orta əsr rəngkarlığına xas nümunədir.  
Kitab miniatür sənəti də otton incəsənətinin parlaq xüsusiyyətlərindəndir. O dövrün kitabları əsasən dini 
kitablar idi. Bizədək gəlib çatan əlyazmaların çoxu Obersella monastırında meydana gəlib. Bu məktəbin 
sənətkarlarının ən görkəmli əsərləri içərisində III Ottonun İncilini və «II Henrixin İncil qiraətlərini» göstərmək 
olar. Miniatür sənətinin digər mərkəzi Trir şəhəri idi. İmperator III Henrixin dövründə Otton incəsənəti yüksək 
zirvəyə çatır. Ottonların hakimiyyəti dövründə orta əsr heykəltəraşlığının ilk nümunələri yaranır: İsanın çarmıxa 
çəkilməsi, Məryəm ananın və müqəddəslərin təsvirləri. Otton imperiyasının incəsənəti roman üslubunun 
yaranmasında mühüm rol oynadı ki, Almaniyada bu üslub XI əsrin ortalarında tam bərqərar oldu.  
DİN. Bütün feodalizm cəmiyyəti dövrü ərzində  həm  Şərqdə, həm də  Qərbdə dini ideologiya - yeganə 
hakim ideologiya oldu. Qərbdə xristianlığın hakim din olması birdən - birə baş vermədi. Öz rəqiblərinə qalib 
gəlmək üçün xristianlıq hər yerdə – Bizansda və Romada, Ön Asiya və Şimali Afrikanın elmi mərkəzlərində, 
Qərbi Avropanın yeni dini qəbul etmiş ölkələrində uzun müddətli və inadlı mübarizə aparırdı. Xristianlığın 
Yunanıstan və Romada dövlət dini elan edilməsindən xeyli sonra, hələ V əsrdə  də, cəmiyyətin savadlı 

 
169
dairələrində xristianlığa düşmən olan neoplatonizm fəlsəfəsinin təsiri güclü idi. Qeyri - xristian məktəb olan 
platonizm məktəbi imperator Yustinianın  əmri ilə yalnız 529- cu ildə bağlanır. Xristianlığın bütpərəst 
politeizmlə mübarizə apardığı dövrdə xristian apologetlərinin (müdafiəçilərinin)  ədəbiyyatı  və xristian 
fəlsəfəsinin əsaslarını qoyan din xadimlərinin, yazıçıların əsərləri - patristika yarandı. Apologetika və patristika 
Yunanıstanın mərkəzi yerlərində və Romada inkişaf etməyə başladı.  
ELM. Mədəniyyətin tənəzzülü müşahidə edilən erkən orta əsrlərdə avropalılar uzun müddət öz kəndindən 
o yana nələr baş verməsindən xəbərsiz idilər. Yollar pis olduğundan səyahət etmək qorxulu idi. Yerin şar 
şəklində olması barədə qədim dövr fərziyyələri hələ də unudulmamışdı. Lakin bəzi orta əsr alimləri bunu inkar 
edərək söyləyirdilər ki, onda gərək Yerin əks tərəfində yaşayan insanlar başı üstündə gəzsin, ağaclar başıaşağı 
bitsin. İnsanlar elm və texnikanın aşağı səviyyədə olması nəticəsində quraqlıq, sel, yoluxucu xəstəliklər zamanı 
aciz qalır, təbiətin vahiməli qüvvələri qarşısında dəhşətə gəlirdilər. O vaxt 5 planet məlum olan astronomiyadan 
bəzi dini bayramların vaxtını öyrənmək üçün istifadə edilirdi. Kilsə binalarının tikilməsi ilə bağlı  məlumat 
həndəsədən alınırdı. XI əsrdən başlayaraq Xaç yürüşləri nəticəsində Qərbi Avropa Şərq və Bizans mədəniyyəti 
ilə tanış oldu. Siciliya və  İspaniyada yeni mədəniyyət mərkəzləri yarandı. Yunan və  ərəb alimlərinin – 
Ptolemey, Arximed, Qalen, Hippokrat, İbn-Sina, İbn-Rüşt və s. Bu əsərlərlə tanışlıq XIII əsrdə azadfikirliliyin 
və rasionalizmin, xüsusilə Paris Universitetində yayılmasına səbəb oldu. Kilsə Aristotel təlimini katolikliyin 
əsaslandırılmasına yönəltməyə çalışırdı. Ortodoksal sxolastikanın görkəmli nümayəndələri – Böyük Albert 
(1193 – 1280) və Akvianlı Foma (1225 -1274) idi.  
Orta əsrlər elmində 4 istiqamət nəzərə çarpır: 1) Fiziki – kosmoloji. Bunun əsasını hərəkət haqqında təlim 
təşkil edir; 2) İşıq haqqında təlim; 3) Canlılar haqqında elmlər; bunlar ruh haqqında elmlər hesab edilir və həm 
bitki, həm heyvan, həm də insan həyatının prinsip və mənbəyi sayılır; 4) astroloji – tibbi elmlər kompleksi və 
əlkimya. Minerallar haqqında təlim də bura aiddir. Əlkimya – orta əsr mədəniyyətinin spesifik fenomenidir. 
Özündə elmi ümumiləşmə, fantaziya, rasional məntiq və mifologiyanı birləşdirir.  
Orta  əsr ingilis alimi, fransiskan ordeninin rahibi Rocer Bekon (1214 – 1292) «Böyük əsər» kitabında 
insanların həyatını yüngülləşdirən uçan apparat, qaldırıcı kran, bir çox kimyəvi maddələrin alınması üsulları, 
barıtın hazırlanması reseptindən danışır. Bunun üstündə katolik kilsə onu lənətləmiş, o özü isə 14 il həbsxanada 
yatmışdır.  
Orta  əsrlərdə sxolastika ilə mübarizə aparan fəlsəfi və dini cərəyanlar mövcud idi ki, bunlardan ən 
mürtəcesi mistiklər idi. 
TƏHSİL. Roma imperiyasının süqutundan sonra Qərbi Avropada təhsilin səviyyəsi aşağı düşməyə 
başladı. Bu hal həm Romanın özündə, həm də onun keçmiş  əyalətləri olan indiki İtaliya,  İspaniya, Fransa, 
Almaniya və İngiltərədə müşahidə edilirdi. Xristianlığın qələbəsindən sonra Kilsə yazı və təhsilin qoruyucusuna 
çevrilir. Təqribən XVI əsrədək İspaniyanın ərəb işğallarına məruz qalmış hissəsində və Şərq ölkələrində inkişaf 
edən ərəbdilli elm Qərbi Avropadakından xeyli irəlidə gedirdi. Tam məktəb təhsilinə antik dövrdən öyrənilən «7 
azad sənət» daxil idi ki, bunlar da 2 hissəyə bölünürdü: trivium və kvadrium. Birinciyə - aşağı  səviyyəyə 
qrammatika, ritorika (bəlağət) və dialektika (mübahisə  sənəti), ikinciyə – ali səviyyəyə isə hesab, həndəsə, 
astronomiya və musiqi aiddir. Bu bölgü VI əsrdə Boesi və Kassiodor tərəfindən edilib. XII - XIII əsrlərdə bəzən 
belə məktəblər Universitetlərə çevrilirdi. Lakin bunun üçün bu məktəblərdə Roma hüququ, təbabət, fəlsəfə və 
ilahiyyat üzrə samballı professorlar olmalı idi. 1200 - cü ildə Fransada Paris Universiteti təşkil edildi, bu zaman 
İtaliyada Bolon hüquq məktəbi və Salern tibb məktəbi fəaliyyət göstərirdi. XIII əsrdə digər Universitetlər də 
yarandı: İngiltərədə Oksford və Kembric, İspaniyada Salaman, İtaliyada Neapolitan; XIV əsrdə Praqa, Krakov, 
Beydelberq, Köln, Erfurt. XV əsrin sonunda Qərbi Avropadakı Universitetlərin sayı 65-ə çatırdı.  
Qərbi Avropanın bütün ölkələrində  uşaqlar o zaman heç bir xalqın danışmadığı latın dilində  dərs 
keçirdilər. Bu dildə kitablar yazılır, dualar oxunur, qanunlar tərtib edilirdi. Kəndlilər başban - başa savadsız idi. 
Savadlı feodallar da olduqca az idi. Hətta kralların bəziləri yazıb – oxumağı bacarmırdı. Yalnız kilsə xadimləri 
savadlı olurdu, çünki onlar dini kitadları oxumalı, duaları bilməli, kütlə qarşısında məharətlə  çıxış etməyi 
bacarmalı idilər. Ona görə  də xristian kilsəsi antik dövrdən qalmış  təhsilin qalıqlarını qoruyub saxlamağa 
çalışdı. O, antik mədəniyyətdən özünə lazım olanları – məktəbi, yazını və bəzi bilikləri əxz etdi. Böyük Karl 
keşişlər hazırlamaq üçün iri monastırların nəzdində ruhani məktəbləri açdırdı. O, dərs kitabları  və notlardakı 
səhvlərin düzəldilməsini tələb edən fərman da vermişdi. Kilsə məktəblərində 8 yaşlı uşaqlar gənclərlə bir yerdə 
oxuyur, yaşa görə siniflərə bölünürdülər. Uşaqlar saysız-hesabsız dualar əzbərləyir, oxumaq, yazmaq, 
hesablamaq, dini nəğmələr öyrənirdilər. Çox vaxt bütün məktəbdə yalnız bir kitab olduğundan uşaqlar növbə ilə 
oxuyurdular. Uşaqlarda biliyə  həvəs oyadılmır, təlimdə  əzbərçilikdən istifadə edilir, şagirdlərin çoxu məktəbi 
kəmsavad başa vururdular. Hətta onların bəzisi keşişliyə başlayarkan da latın mətnini oxuya və başa düşə 
bilmirdi.  
Məşğələlər adətən mühazirə formasında keçir, professor və magistrlər nüfuzlu kilsə xadimlərinin və antik 
müəlliflərin əsərlərini şərh edirdilər. Orta əsr Universitet təhsili sxolastika adını aldı. Katolik kilsə və şəhərlər 
orta əsr mənəvi həyatına mühüm təsir göstərdi.  

 
170
FƏLSƏFƏ. Erkən orta əsr fəlsəfəsinin nümayəndələrindən Böyuk Vasili, İohan Zlatous, İyeronium, 
Boesi, Quqo Sen-Viktorlu, Abelyar, Bonaventura, afrikalı müqəddəs Avqustini və b. göstərmək olar. Xristian 
dinini qəbul edənədək Zərdüşt və  Mani  (xeyir  və  şər, nur və zülmət) fəlsəfəsinin təsiri altında olan Avqustin 
XIII  əsrədək feodal cəmiyyəti fəlsəfəsinin inkişafında güclü nüfuza malik idi. O da Platon kimi allahın 
gözəlliyini mütləq gözəllik hesab edir, maddi, təbii gözəlliyə  səcdə etməyi günah sayır. «Tövbə»  əsərində 
«dünyəvi» gözəlliklə «ilahi» gözəllik arasında müəyyən tərəddüdlər hiss edilir. Plotin kimi o da dünyanın 
gözəlliyini qəbul edir. Dünya ona görə gözəldir ki. onu allah yaradıb. Gözəlliyin mənbəyi məhz allahdır. Ona 
görə  də insan incəsənətin özündən yox, onun dini məzmunundan zövq almalıdır.  Əks halda o, günaha batır. 
«Tövbə»  əsərində o yazır ki, mən  əgər musiqiyə aludə olub, kilsə musiqisinin dini məzmununu unuduramsa, 
onda günahımı yumaq üçün musiqiyə qulaq asmıram. Teatrı «boş  məşğuliyyət», ahəngdar musiqini «aldadıcı 
əyləncə» hesab edən Avqustinin estetikası sxolastik dini – estetik fikrin digər görkəmli nümayəndələri kimi 
ziddiyyətli idi.  
Son orta əsrlər dövründə  fəlsəfədə realist və nominalistlər arasında mübarizə gedir. Onların  əsas 
mübahisəsi ümuminin təkcəyə münasibətidir. Sxolastika (burada: şkola, yəni «məktəb») – fəlsəfənin  əsas 
istiqaməti olur. Bu fəlsəfə məktəblərdə, XII əsrin ortalarında isə Universitetlərdə keçilir. Sonralar «sxolastika» 
elm sözünün sinonimi olur. Əsas məsələ – biliyin dinə münasibətidir. Onlar dinin bilik üzərində birinciliyini 
söyləyirdilər. IX - XII əsrlsrdə sxolastiklərin çoxu «realist» idi. Məsələn, IX əsrdə  İrlandiyalı  İohann Skott 
(Eriuqen), XII əsrdə Abelyar. Sxolastikanın inkişafında 3 mərhələ olub: 1)sxolastikanın çiçəklənməsi dövrü (IX 
- XII əsrlər); 2)yetkin dövr (XIII əsr); 3)tənəzzül dövrü (XIV – XV əsrlər). 
Orta  əsrlərdə sxolastik fəlsəfə  və estetikasının digər nümayəndələri italyan teoloq – filosofu Akvianlı 
Foma idi. O, Aristotel fəlsəfəsindən katolik dininə  bəraət qazandırmaq üçün istifadə etmiş, avveroizm (İbn-
rüştçülük) fəlsəfəsinə qarşı  çıxmışdır. Fomanın yaşadığı dövrdə alleqorizm süquta uğramağa başlamışdı. 
Fomaya görə gözəl – allahdır. Bunu yalnız allahla birləşdikdən sonra başa düşmək olar. Lakin gözəllik – hissi 
aləmdə də mövcuddur. Onun estetikasında dünyəvi gözəlliyin müəyyən elementlərinin əsaslandırılmasına rast 
gəlmək olar. Nominalistlərlə realistlər arasındakı mübarizədə o, zəif realizm mövqeyi tuturdu. Aristotel kimi o 
da incəsənətə təqlid kimi baxırdı. Sənət idraki əhəmiyyəti olmayan, öz formal xüsusiyyətlərinə görə insana zövq 
verən fəaliyyət sahəsidir. Fomanın estetik fikirləri onun müxtəlif  əsərlərinə  səpələnmişdir. O, bioloji həzzi 
estetik həzzdən ayırırdı. Onun fikrincə, bioloji həzz heyvanlarda da, estetik həzz isə yalnız insanlarda olur. 
Feodalizm cəmiyyətinin mənəvi həyatını xarakterizə edən sxolastika fəlsəfənin spesifik forması idi. 
BƏDİİ  DƏBİYYAT. Orta əsr mədəniyyətinin mühüm elementlərindən biri bədii  ədəbiyyatdır. Uzun 
müddət orta əsr Qərb ədəbiyyatı klerikal – kilsə ədəbiyyatı olaraq qalırdı. O, yepiskopal məktəblərdə, monastır 
skriptoriyalarında (orta əsr əlyazmaları köçürülən emalatxanalarda) yaranırdı. Klerikal ədəbiyyata ibadət üçün 
nəzərdə tutulmuş mətnlərdən başqa, əhalinin aşağı təbəqəsi üçün yazılmış dramatik əsərlər, nəsihətlər, hekayələr 
daxil idi. Şifahi poeziya yüksək inkişaf səviyyəsinə çatmışdı.  İngiltərə  və Skandinaviyanın qəhrəmanlıq 
eposlarını, məsələn, təxminən 700-cü ildə İngiltərədə yaranan «Boevulf haqqında poema», «Böyük Edda» və s. 
göstərmək olar. Qədim Norveç və Qədim İsland qəhrəmanları haqqında nəğmə və hekayələrdən ibarət olan bu 
əsərlər musiqiçi – müğənnilər tərəfindən ifa edilirdi. Şifahi xalq yaradıcılığının ən mühüm elementi - saqalardar. 
Bunlar xalqın tarixi hadisələrlə bağlı yaddaşıdır.  
E.ə. I minilliyin II yarısında Alpın  şimalından Mərkəzi Avropanın böyük bir hissəsinədək, Pireney 
yarımadası və Britaniya adalarında məskunlaşan keltlər IV – VII əsrlərdə köçürülmə zamanı german tayfaları ilə 
birləşmişlər. Avropanın  şimal – qərbində,  İrlandiya,  Şotlandiya və Uelsdə keltlərin mədəniyyəti daha yaxşı 
saxlanıb. Kelt eposu əsərləri saqa adlanır. İrland saqalarına parlaq misal «Kualnqe öküzünün oğurlanmasıdır». 
İrland saqalarının yazılması V – VIII əsrlərə aiddir. VIII – X əsrlər «vikinqlər dövründə» və XII əsrdə 
İrlandiyanın anqlonormanların hakimiyyəti altında olduğu vaxt xalqın mədəniyyətinin itirilməməsi üçün saqalar 
daha sürətlə qələmə alınmağa başladı. 
Qədim İngilislərin qəhrəmanlıq nəğməsi olan «Beovulf» X əsrə aiddir. Müəllifi bəlli olmayan əsərin süjeti 
onun xristianlıqdan da əvvəlki dövrə aid olduğunu göstərir. Qədim İsland toplusu olan «Böyük Edda» «allah və 
qəhrəmanlar haqqında nəğmələr» olub təxminən 1270 – ci ilə aid olsa da onun tarixi daha qədimdir. Burada 
germanların qədim mifoloji görüşləri öz əksini tapıb. “Edda”ya aid olan bir çox mahnıların süjeti german 
tayfalarına hələ “vikinqlər dövründən” də  əvvəl məlum idi (IX – XI əsrlər). Vikinqlər – Skandinav 
yarımadasında yaşayan german tayfalarına deyilirdi. Qərbi Avropada onlara normanlar, Rusiyada isə varyaqlar 
deyirdilər.  
930– cu ildən 1030– cu ilədək olan dövr İslandiya üçün çiçəklənmə dövrüdür. Bu dövrdə yaranan saqalar 
içərisində  qəbilə saqaları, kral saqaları, norveç konunqlarına (hökmdarlarına) həsr edilmiş saqalar, Norveçin 
tarixinə, qədim dövrdən XIII əsrədək İslandiyalıların vətəninə və hər hökmdarın işğal etdiyi torpaqlara, ölkələrə, 
keçmiş zamanlar haqqında saqalar və s. göstərmək olar. İslandiyada yazı XII əsrdə yarandığı üçün saqalar uzun 
müddət şifahi janr kimi mövcud olub. Saqaların ən çox yazıldığı dövr - XIII əsrdir. XIV əsrdə saqalar, demək 
olar ki, daha yazılmırdı. Lakin onların köçürülməsi davam etməkdə idi. İslandiyada saqalara maraq bu günə 
kimi qalır. Hər bir müasir islandiyalı qədim əlyazmaları asanlıqla oxuyur. 

 
171
Orta  əsrlərdən söz düşəndə göz önündə ilk növbədə  cəngavər və onun yaşadığı  qəsr dayanır. Qərbi 
Avropada cəngavər təbəqəsinin formalaşması XI əsrdə başa çatır. Klassik orta əsrlər dövründə Avropada Xaç 
yürüşləri zamanı xüsusi təbəqə kimi formalaşan cəngavərlərin ideallarını, həyat tərzini  əks etdirən cəngavər 
ədəbiyyatı yaranır. Bu, təqribən XI əsrin sonu – XIII əsrin  əvvəllərinə aid idi. Cəngavər  ədəbiyyatı kral 
saraylarında və iri feodalların qəsrlərində yaranırdı. Cəngavər  ədəbiyyatı  əsasən 2 janrdan ibarətdir: cəngavər 
romanları və cəngavər poeziyası. “Roman” termini o vaxt latın dilində deyil, yalnız roman dilində yazılmış şer 
mətnlərini bildirirdi. Sonralar bu söz müvafiq ədəbi janrın adına çevrildi. Onların qəhrəmanları adətən  şücaət 
göstərən döyüşçü – feodal olurdu. Məs. Fransada “Roland haqqında nəğmə”, Almaniyada “Tristan və İzolda”, 
“Nibelunq haqqında nəğmə”,  İspaniyada “Mənim Sidim haqqında nəğmə”, “Rodriqo” və s. Cəngavər lirik 
poeziyası cəngavər məhəbbətini tərənnüm edən şair – müğənnilər tərəfindən ifa edilirdi. Bunların ən məşhuru 
Fransada yaranan və bütün Avropaya yayılan trubadur poeziyasıdır. Ölkənin  şimalında bunlara truverlər, 
Almaniyada minnezingerlər (məhəbbət müğənniləri), İtaliyada gistrionlar, İngiltərədə menestrellər deyirdilər.  
Orta əsr Avropa ədəbiyyatının ən mühüm ünsürü – vətəni Fransa olan vaqant (lat. vaqari – veyillənmək) 
poeziyasıdır ki, onun da əsas xüsusiyyəti antiklerikal istiqamətli olmasıdır. Bu, əlbəttə kilsənin narazılığına 
səbəb olurdu, çünki XII əsrdə yaranan qeyri – kilsə  məktəblərinin  şagirdləri oba – oba gəzərək öz poetik 
yaradıcılıqlarını yayırdı. 
XII – XIII əsrlərdə  şəhərlərin yüksəlişi ilə  əlaqədar  şəhər  ədəbiyyatı da geniş vüsət aldı. Bu ədəbiyyat 
sənətkar və tacirlərin zövqünə uyğun idi. Əlbəttə, orta əsr  ədəbiyyatının belə  təbəqələrə bölünməsi  şərtidir. 
Şəhər mədəniyyətinin inkişafı Fransada jonqlyorların, Almaniyada şpilmanların meydana çıxmasına səbəb oldu. 
Onlar XI – XII əsrlərdə  şəhər meydanlarında aktyor, akrobat, heyvan təlimatçısı, musiqiçi və müğənni kimi 
çıxış edirdilər. Kilsə şpilmanları təqib edir, atasından icazəsiz şpilman olanlar isə qanunla varislikdən məhrum 
edilirdilər. Lakin zaman keçdikcə  şpilmanlara münasibət dəyişdi. Yüksək təhsilə malik olan bu səyahətçi – 
kliriklər nüfuzlu adamlar tərəfindən işə götürülməyə və köçəri həyat tərzləri ilə əlaqədar səfir funksiyasını ye-
rinə yetirməyə başladılar.  Şpilmanların epik yaradıcılığı anonimdir. Görünür, bu müəlliflər özləri adlarını 
əbədiləşdirmək istəməmişlər. Lakin yetkin orta əsrlər ədəbiyyatının bəzi janrlarında, məs. cəngavər lirikasında 
müəllifin rolu artıq mühüm əhəmiyyətə malik olur, buna görə də bir çox şair – trubadurların adı bizə məlumdur. 
XI  əsrin sonunda yaranmış  cəngavər lirikasının çiçəkləndiyi dövr XII əsr, süqutu dövrü isə XIII əsrə 
təsadüf edir. XIII əsr cəngavəri artıq yalnız döyüşçü yox, həm də gözəl qadınları sevməyi bacaran, zəngin daxili 
aləmi olan insandır. Beləliklə, Avropada gözəl qadının məhəbbətinin əsiri olan ilk liriklər meydana gəlir ki, o 
vaxtdan da “aşıq” və “şair” sözləri sinonim kimi işlənməyə başlayır. Belə bir təsəvvür yaranır ki, şair – aşıqdır, 
aşıq isə  şer yazandır. Məhəbbət lirikasının simvolik obrazlarının bir qismi real insanlar, digərləri uydurulmuş 
adlardır. Beləliklə, trubadurların əsas obyekti – ərli qadınlardır. Kurtuaz (saray) kodeksinə görə ideal məhəbbət 
– cavabsız məhəbbətdir. Trubadur poeziyasının əsas mövzusu məhəbbət və lirik mahnılar olsa da, bəzən digər 
mövzulara da toxunulurdu. Məs. müharibə, xaç yürüşləri, yaxın adamın ölümü ilə bağlı, siyasi və etik mövzular 
və s. XIII əsr  ərzində gözəl qadın obrazı  Məryəm Ana obrazı ilə  əvəz edildi. Bununla da provonsal lirikanın 
tarixi itsə də, onun ənənələri Şimali Fransa və digər Avropa ölkələri şairləri tərəfindən mənimsənildi.  
XIII  əsrdə  cəngavər – qəhrəmanlıq eposları yaranır. Epik poemaların çoxunun vətəni Fransadır. Uzun 
müddət bunlar şifahi  şəkildə mövcud idi. Qəhrəmanlıq eposları Fransa ərazisində  hələ IX – X əsrlərdən, 
Karolinqlər dövründən mövcuddur. Şifahi ədəbiyyatla yanaşı Karl və onun dəstəsindən bəhs edən latındilli kilsə 
əfsanələri də məlumdur. Fransanın cəngavər eposlarının şah əsəri “Roland haqqında nəğmə”dir. Tədqiqatçılar 
onu təqribən XI əsrə aid edir. Bu əsər bizə XII – XIV əsrlərdə 7 əlyazmada çatıb ki, bunların da ən samballısı 
Oksford variantıdır (XIII əsr). Bu epos ciddi hərbi xarakterli əsərdir. Burada qəhrəmanların məhəbbət 
həyəcanları olan səhnələr yoxdur. Rolandın öz nişanlısı ilə söhbəti olan epizod isə, fərziyyəyə görə sonradan 
əlavə edilmişdir.  
XII  əsrin II yarısından başlayaraq cəngavər eposu və poeziyası ilə yanaşı  Şimali Fransada Plantagenet 
sülaləsi malikanələrində yaranan cəngavər romanları yeni janr kimi meydana çıxır. Onun yaranma tarixi 
İngiltərənin 1066- cı ildə norman feodalları tərəfindən tutulması ilə əlaqədardır. Romanların əsasını kelt əfsanə 
və rəvayətlərindən götürülmüş kral Artur və onun dəyirmi stol cəngavərləri – Lanselot, Pevseval, Palmerin və 
Amadis təşkil edir ki, onlar da xeyirxahlıq mücəssiməsi kimi təsvir edilir. Mənzum cəngavər romanlarının 
klassiki  şimali Fransa şairi Kretyen de Trua sayılır. Onun XII əsrin 60–80–cı illərində yazdığı 5 romanı 
qalmışdır. Bunlardan 2– si tamamlanmayıb. Romanların hər biri kral Arturun sarayında başlanır və tamamlanır. 
Cəngavər romanlarının böyük silsiləsinin mərkəzi fiquru məhz yarımmifoloji kral Arturdur. Onun simasında VI 
əsrdə anqlosakson işğalçılarına qarşı vuruşan kelt qəbilələrindən olan brittlərin rəhbərə xəyanəti öz əksini tapıb. 
Arturun hakimiyyəti kral Britaniyası tarixinin ayrılmaz hissəsinə çevrilir. Kretyenin tamamlanmış hər 3 romanı 
məhəbbətin təntənəsi ilə bitir. Faciəvi süjeti olan Tristan və İzolda əfsanələrindən götürülmüş romanının isə nə 
ilə nəticələndiyi naməlum qalır.  
“Tristan və İzolda” əfsanələrinin tarixi VI əsrdə Britaniyanın Kornoull yarımadasında məskunlaşan keltlərlə 
əlaqədardır. Daha sonra bu əfsanə qitəyə, Bretana gəlib çıxır. XII əsrdə isə La–Manş boğazının hər iki tərəfinin 

 
172
mədəni mühitində populyarlaşır.  Əfsanə  və onun əsasında yazılmış romanlarda dəniz  əsas rol oynayır. Bu 
xüsusiyyət müxtəlif xalqlar üçün ümumi cəhət olub, döğum və ölümün bölünməzliyinin simvoludur. 
Cəngavər romanlarının “breton” silsiləsinə müqəddəs Qraal haqqında romanlar da daxildir. Kelt 
folklorunun motivləri və obrazları burada xristian müqəddəsləri haqqında  əfsanələr və xalq nağılları ilə çox 
gözəl səsləşir. Təxminən 1200 – cü ilə aid olan, müəllifi və ya müəllifləri tanınmayan, almanların qəhrəmanlıq 
eposunun qədim abidəsi “Nibelunq nəğmələridir”. “Mənim Sidim haqqında nəğmə” romanının süjeti sonrakı 
dövrlərdə də maraq doğurmuşdur. Məs. ispan komediyasını yaratmış Gilyen de Kastronun "”Sidin gəncliyi"”, 
XVII əsr fransız dramaturqu Pyer Kornelin “Sid” faciəsi və s.  
Yetkin orta əsrlər dövründə kurtuaz qanunları ilə bağlı olan cəngavər ədəbiyyatı ilə yanaşı XII əsrin I yarısı – 
XIII  əsrlərdə  şəhər  ədəbiyyatı formalaşır. Bu ədəbiyyat qeyri – kilsə  və antifeodal istiqamətli, azad və satirik 
xarakterli idi. Şəhər eposunun yüksək və  aşağı olmaqla özünəməxsus variantları yaranır: alleqorik poema və 
heyvanlar haqqında. Ədəbi alleqoriya 2 müəllif – Gilyom de Lorris və 40 il sonra yaşamış Jan de Men tərəfindən 
qələmə alınmış “Roza haqqında roman”dan sonra dəbə minir. Heyvanlar haqqında eposa aid olan “Tülkü haqqında 
roman” naməlum müəllif tərəfindən yazılıb. 30 hissədən ibarət olan bu əsər 100 ilə yaxın müddətdə, XII əsrin 
sonundan başlayaraq yazılıb.  
XIII  əsrdə Almaniyada mistiklərin yaradıcılığı geniş vüsət alır. Onlar artıq latında yox, xalqın başa 
düşdüyü ana dilində yazırdılar. Alman mistikasının banisi Mayster Ekxart, digər nümayəndəsi onun şagirdi 
Henrix Loyze idi. Ədəbiyyat tarixində böyük rol oynayan alman mistiklərinin alman dilinin zənginləşməsində 
mühüm xidmətləri olmuşdur. Onların əsərləri sonrakı dövrlərdə də Almaniyanın mənəvi həyatına təsir etməkdə 
davam edir, bu təsir yaradıcılığı mistiklərə daha yaxın olan alman romantiklərinin dövründə də mövcud idi.  
“Orta  əsrlərin son, yeni İntibah dövrünün ilk şairi” adlandırılan dahi İtalyan  şairi Dante (1265–1321) 
özünün məşhur “İlahi komediyasını” 1307– ci ildə yazmağa başlayaraq ömrünün sonuna yaxın bitirir. Orta 
əsrlərdə adətən xoşbəxt sonluqla bitən  əsərlər “komediya” adlanırdı. Görünür Dantenin bu poeması  Cənnətin 
təsviri ilə bitdiyi üçün məhz belə adlandırılıb. “İlahi” epitetini əsərə onun ilk şərhçisi Bokkaçço əlavə etmişdir. 
Buna həmin sözün əsərin mənası ilə bağlılığı və yüksək məziyyətlərə malik olması səbəb olmuşdur.  
İngilis poeziyasının bünövrəsini qoymuş Cefri Coseri (1340 – 1400) “ingilis ədəbiyyatının atası” 
adlandırırlar. O öz şöhrətinə görə yalnız Şekspirdən geri qalır. Son orta əsrlər dövründə yaşamış Coserin həyatı 
çox çətin, qeyri stabil bir mühitlə qarşılaşmışdır. Fransa ilə 100 illik müharibə, vəba epidemiyası, saray 
çəkişmələri, Roma katolik kilsəsinin nüfuzunun düşməsi, 1381– ci il İngiltərədə baş verən kəndli üsyanı və s. 
Bütün bunlara baxmayaraq mədəniyyət sahəsində böyük nailiyyətlər əldə edilir: XIV əsrdə orta ingilis adlanan 
xalq dili birdəfəlik dövlət statusu qazanır. Artıq məktəblərdə  dərslər fransız yox, ingilis dilində keçirilməyə 
başlayır. Oksford Avropanın fəlsəfi mərkəzlərindən birinə çevrilir, rəngkarlar gözəl freska və portretlər yaradır. 
Ən böyük nailiyyətlər isə poeziya sahəsində olur. İngilis dili ilə yanaşı, həm də latın və fransız dilində yazan 
müasirlərindən fərqli olaraq Coser bütün ömrü boyu yalnız öz ana dilində yazır.  İlk dəfə olaraq məhz onun 
işlətdiyi London dialekti o vaxtdan ingilis ədəbi dilinə çevrilir. İngilis şer üslubu məhz Coserin yolu ilə inkişaf 
edir. Coser ədəbiyyat tarixinə  əsas 2 əsəri ilə daxil olub: “Troil və Kressida” və “Kenterber hekayələri». 
Məhəbbət mövzusu əsas yer tutmağa başlayır.  
Fransua Viyon (1431–463– dən sonra) ən görkəmli orta əsr Fransa yazıçısıdır. Onun şah  əsəri «Böyük 
vəsiyyətnamədir». Bura çoxlu ballada və müxtəlif dövrlərdə yazılmış bir neçə şer daxildir. Viyonun xidmətləri 
yalnız poeziya sahəsindəki yenilikləri ilə dükənmir. O, bu zalım həyatda,  əsasən «kiçik adamların» taleyi ilə 
maraqlanır. Sonrakı dövrlərin bədii təfəkkürü bu ədəbi süjeti öz məcrasından nəzərdən keçirir.  
TEATR. Orta əsr teatrının son tamaşaları XVI əsrin sonunadək davam edir. Bu teatrın qəribəlikləri çox 
idi. Səhnə bugünkünə qətiyyən bənzəmirdi: dekorasiyalar meydana dairəvi şəkildə düzülür və tamaşaçılar bütün 
hadisələri eyni zamanda izləyə bilirdilər.  
Səyyar tamaşalar da mövcüd idi ki, bu zaman dekorasiyalarla dolu araba bütün şəhər boyu gəzdirilirdi. 
Adi şəhərlilər aktyor kimi çıxış edirdi: sənətkarlar, alverçilər, din xadimləri və s. Tamaşa zamanı onlar gah bu, 
gah da digər rolda çıxış edir, bəzən rəsmi sənədlərdə də roldakı adları yazılırdı. «Rola girmə» elə dərin olurdu 
ki, hətta bir dəfə İudanı oynayan aktyoru güclə ölümdən xilas ediblər. İblis rolunda oynayan aktyor isə qarşısına 
düşən hər şeyi dağıdırdı.  
Tamaşalarda alleqorik obrazlar da mövcud idi, məs. Ağıl, Həzz, Nəfs, Ağılsızlıq və s.  
Antik teatr kimi, orta əsr dramları da dini mərasimlərlə  əlaqədar yazılırdı. Məs. liturgik dramlar, 
miraklilər (fran. – «möcüzə»), misteriyalar (fran. – «sirr») və s.  
Liturgik dramlar latında – katolik mərasimlərin dilində yazılırdı. Tezliklə xalq dili latını sıxışdırır.  
Miraklilər XIII əsrdə yaranır. Xalq dilində ilk miraklilərin müəllifləri Jan Bodel («Müqəddəs Nikolay 
haqqında oyun») və Rütbef («Teofil haqqında mirakli») idi. Teofil Faustun proobrazı hesab edilə bilər.  
Misteriya – dini dramın  əsas janrı idi. Səhnədə  təsvir olunan əsas hadisələr «Adəm və  Həvvanın 
cənnətdən qovulması»,  İsa peyğəmbərin həyatından epizodlar, onun çarmıxa çəkilməsi və s.–dir. Tədricən 
misteriyalara yeni – yeni mövzular daxil olmağa başlayır ki, bunlar da məzmunca 2 əvvəlki mövzuya yaxın 
olurdu. Bəzən bu yeni mövzular Bibliyada da olmayan, qeyri – dini mövzular olurdu. XV əsrin II yarısı – XVI 

 
173
əsrin əvvəllərində «Əhdi – ətiq» misteriyası və «Ehtiras misteriyası» yaranır. Bu pyes silsilələri öz iri həcmi ilə 
fərqlənirdi.  
Teatr meydançaları orta əsr şəhərinin əsas əyləncə yeri idi. Burada keçirilən bütün bayramlar səbirsizliklə 
gözlənilirdi.  
Misteriyaların yerinə moralite – xeyir və  şərin mübarizəsini alleqorik formada əks etdirən pyeslər də 
oynanılırdı. Bunlar mütləq  əxlaqi mahiyyət kəsb etməli idi. Janrın adındakı «moral» (əxlaq) sözü də bununla 
əlaqədardır. Misteriyalar kimi moralitenin də  əsas mövzusu ruhun xilas olunması  və ya məhv edilməsidir. 
Tamaşaların  əvvəli və ya sonunda kiçik komik pyeslər – sotilər və farslar göstərilirdi. XVI əsrin II rübündə 
misteriyalar əhalinin bütün təbəqələri içərisində populyar olaran qalır. 
Yeni janrın – farsın yaranmasına səbəb teatrlaşdırılmış karnavallar oldu. XIII əsrdə oyun – tamaşalar da 
yarandı. Bunlar çox vaxt rəqs və musiqi ilə müşaiyət olunurdu.  
?


ikiistiqamtdn---microsoft.html

ikin--arthur---employees.html

ikinci-drs---birinci-drs.html

ikinci-faklt-aqronomluq-5.html

ikincili-aciyrvbarsaq.html