©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III REAL İNSAN - RespubliKAÇi alternativ partiyasinin proqram layiHƏSİ


III REAL İNSAN



3.1. Rifah 

Rifah siyasətimizin hədəfində ölkədə ifrat sosial təbəqələşmənin 

aradan qaldırılmasını və dayanıqlı orta təbəqənin formalaşdırmasını 

təmin etmək, insanların yaşayış səviyyəsinin inkişaf etmiş ölkələrin 

yaşayış  standartlarına  uyğunlaşdırmağa  nail  olmaq  durur.  Avro-

pa  sosial  xartiyasında  nəzərdə  tutulan  sosial  hüquq  və  təminatlar 

bütün  Azərbaycan  vətəndaşlarına  şamil  edilməklə  onların  yerinə 

yetirilməsi təmin ediləcək. 

Səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə və digər sosial xidmət 

siyasətimiz aşağıda sadalanan hədəflərə yönələcək: 



•  Vətəndaşlarımız  sağlam,  azad,  geniş  dünyagörüşü,  özünə 

güvənən, təşəbbüskar, rəqabət qabiliyyətli və cəmiyyət üçün 

faydalı insan kimi yetişsin;

•  Vətəndaşlarımızın  həm  özü  üçün,  həm  də  ölkə  və  cəmiyyət 

üçün faydalı resursa – “insan kapitalı”na çevrilməsi təmin 

olunsun; 

•  Hər bir insan özünün bilik, bacarıq və qabiliyyətlərini tam, 

səmərəli və cəmiyyət üçün faydalı reallaşdıra bilsin; 

•  Hər bir şəxs əmək qabiliyyətini itirdikdə, yaxud təqaüd dövrü-

nü qayğısız yaşaya bilsin;

•  Dövlət  vətəndaşlarının  hüquq  təminatçısı,  vətəndaşlar  isə 

dövlətinin maddi təminatçısı olsun. 

Eyni zamanda dövlət zəif və sosial müdafiəyə ehtiyacı olan insan-

ların (sosial təbəqələrin) müdafiəçisi kimi çıxış edəcək. Cümhuriyyət 

insanı  hökumətdən  uman  deyil,  onu  yönəldən  olacaq.  Vətəndaş 

dövlətinə, dövlət də vətəndaşına güvənəcək. 

Əhalinin  yaşayış  səviyyəsi.

  Əhalinin  yaşayış  səviyyəsi  yalnız 

onların gəlirlərinin səviyyəsi ilə yox, hər bir insanın, hər bir ailənin 

keyfiyyətli  yaşayış  standartlarına  əlçatanlıq  dərəcəsi  ilə  qiymət-

ləndiriləcək. Bunun üçün hökumət tərəfindən davamlı olaraq şəraitə 

uyğunlaşdırılan  “minimum  və  orta  yaşayış  standartları”  müəyyən 

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

35

ediləcək. Ölkədə “yoxsulluq səviyyəsinin” qiymətləndirilməsi üçün 



istifadə  edilən  minimum  istehlak  büdcəsi  bu  standartlar  əsasında 

müxtəlif yaş qrupları, ayrı-ayrı sosial təbəqələr və ərazilər üzrə he-

sablanacaq. 

Hökumətin sosial siyasəti ölkədə həm yoxsulluğun aradan qaldı-

rılmasına, ilk növbədə isə dayanıqlı orta təbəqənin formalaşdırılma-

sına yönəldiləcək.

Dövlət  vətəndaşların  malik  olduqları  potensial  bacarıq  və  qa-

biliy yətlərinin səmərəli və faydalı reallaşdırılması üçün yüksək məş-

ğulluq  səviyyəsini  təmin  edəcək,  insanlar  “tapa  bildikləri”  işlərdə 

deyil, istək və bacarıqlarına uyğun işlərdə çalışa biləcəklər. Qanun-

vericiliyə “ləyaqətli əmək haqqı” anlayışı gətiriləcək. Həmin anla-

yışa uyğun olaraq əməkhaqqının minimum yolverilən elə səviyyəsi 

məqbul sayılacaq ki, həmin məbləğ işləyən hər bir kəsin minimum 

yaşayış standartlarını əldə edə bilməsinə təminat versin. 

Ölkənin  neft  resurslarından  gələcək  nəsillərin  də  faydalanması 

üçün neft gəlirləri hesabına “Gələcək Nəsillərin Sosial Təhlükəsizliyi 

Fondu”  (GNSTF)  yaradılacaq.  Hər  il  Dövlət  Neft  Fonduna  daxil 

olan  vəsaitlərin  ən  azı  30%-i  GNSTF-ə  transfer  olunacaq.  Həmin 

Fondun təyinatı dövlət maliyyə sistemində böhran yarandığı hallar-

da dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin, 

resurs  gəlirləri  tükəndiyi  dövrdə  yoxsul  əhali  qruplarının  mənzil, 

təhsil və sağlamlıq problemlərinin həlli ilə bağlı layihələrin icrasına 

sərf olunacaq.

Təqaüd  sistemi.

  Ölkənin  pensiya  sistemi  əsasən  icbari  sosial 

sığorta  –  fərdi  yığım  modeli  əsasında  qurulacaq.  Pensiya  sistemi-

nin maliyyə bazasının dayanıqlığını və təhlükəsizliyini təmin etmək 

üçün ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsi və leqallaşdırıl-

ması hesabına Dövlət Təqaüd Fondunun gəlirlərinin ən azı 80%-nin 

məcburi sığorta haqlarından formalaşması təmin olunacaq. 

Pensiyaların  minimum  məbləği  pensiyaçılar  üçün  hesablanmış 

minimum  istehlak  büdcəsinin  (minimum  yaşam  standartlarının) 

dəyəri məbləğində müəyyənləşdiriləcək. REAL inkişaf etmiş Avro-

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

36

pa ölkələrində olduğu kimi ölkəmizdə də əməkhaqqının pensiyaya 



bağlanma əmsalının səviyyənin 60%-ə çatdırılmasını hədəf olaraq 

müəyyən edib. Əmək pensiyalarının məbləğinin davamlı olaraq həm 

inflyasiyaya, həm də ölkə iqtisadiyyatı üzrə orta aylıq əməkhaqqının 

səviyyəsinə uyğun indeksləşdirilməsi təmin olunacaq. 

Pensiyaların idarə olunmasının çevikliyini və funksionallığını ar-

tırmaq üçün idarəetmə sistemi dəyişdiriləcək. İndiki Dövlət Təqaüd 

Fondunun fiskal funksiyası ləğv olunacaq. Əməkhaqlarından ödənən 

sosial sığorta haqları “sosial vergi” kimi vergi orqanları tərəfindən 

yığılacaq. Fərdi uçotla bağlı məlumat bazasının təşkili, sosial sığor-

taya cəlb olunanlar haqqında məlumatların qəbulu, məlumat baza-

sının idarə olunması, pensiyaların təyin olunması və ödənilməsinin 

təşkili məqsədilə Əmək Nazirliyinin nəzdində Təqaüd Agentliyi ya-

radılacaq. 

Özəl  pensiya  fondlarının  yaradılması  və  fəaliyyətinə  şərait  ya-

radılacaq, beynəlxalq reytinqi olan xarici investisiya fondları milli 

özəl pensiya fondlarının vəsaitlərini idarəetməyə götürdükdə, həmin 

vəsaitlərin  sığortalanması  üçün  hökumət  maliyyə  dəstəyi  təklif 

edəcək.


Əmək bazarını sağlamlaşdırmaq və cavanlaşdırmaq üçün qanun-

vericiliklə  vətəndaşlara  erkən  təqaüd  hüququ  veriləcək.  Həmin 

hüquqa görə, bunun üçün müəyyən edilən maksimum yaşdan (kişilər 

üçün də qadınlar üçün də 65 yaş) 2 il öncə təqaüdə çıxmağa imkan 

veriləcək. Amma  bu  halda  həmin  şəxslər  onlar  üçün  hesablanmış 

pensiyaların  70%-ni  ala  biləcəklər.  Müvafiq  yaş  həddinə  çatdıqda 

isə həmin şəxslərin pensiyası yenidən hesablanmaqla tam həcmdə 

ödənilməyə başlanacaq.



Uşaqlara  münasibət.

  Bütün  uşaqların  sağlam,  yaradıcı  və 

təminatlı  mühitdə  böyüməsi  və  inkişafı  dövlətin  diqqətində  ola-

caq. Məktəbəqədər təhsil icbari olmaqla dövlət 3-6 yaşlı uşaqların 

belə təhsillə tam əhatə olunması üçün bütün yaşayış məntəqələrində 

məktəbəqədər (bağça) təhsilin təşkilinə təminat verəcək. 

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

37

16 yaşınadək bütün uşaqların dövlət tərəfindən icbari tibbi sığor-



tası təmin ediləcək. Təbii-iqlim şəraiti əlverişli olan ərazilərdə uşaq 

yay düşərgələrinin geniş şəbəkəsi yaradılacaq.



Əlillərə münasibət. 

Dövlət əlillərin sosial müdafiəsi və reabili-

tasiyası istiqamətində davamlı proqramlar həyata keçirəcək. Uşaq-

lıqdan  əlillərin,  vətən  uğrunda  döyüşlərdə  və  dövlət  qulluğunda 

xidməti vəzifəsini həyata keçirərkən əlil olanların sosial müdafiəsi 

və tibbi təminatı tam dövlətin üzərində olacaq. 

Xəstəlikləri  xüsusi  sanitar-kurort  müalicəsi  tələb  olunan  əlillik 

növlərinin  siyahısı  qanunvericiliklə  müəyyən  ediləcək  və  ildə  bir 

dəfədən  az  olmayaraq  həmin  şəxslərin  sanitar-kurort  müalicəsinin 

təşkilini  dövlət  öz  üzərinə  götürəcək.  Əlilliyi  olan  insanlar  üçün 

ixtisaslaşdırılmış  reabilitasiya  mərkəzləri  yaradılaraq,  onların 

cəmiyyətin bütün sahələrinə inteqrasiyası intensivləşdiriləcək.

Şəhər və nəqliyyat infrastrukturu bütün növ əlilliyi olan insanla-

rın ehtiyaclarına uyğunlaşdırılacaq və bu sahədə aidiyyəti qurumla-

rın və şəxslərin dəqiq məsuliyyəti müəyyən ediləcək.

Əlilliyi  olan  insanlar  dövlət  hesabına  müasir  tələblərə  cavab 

verən  və  fərdi  hərəkət  müstəqilliyini  təmin  edən  vasitələrlə: aktiv 

tipli əlil arabaları, elektrik mühərrikli əlil arabaları, müasir protezlər, 

eşitmə  və  görmə  problemi  olan  insanlar  üçün  xüsusi  vasitələr  və 

eləcə də əlilliyi olan insanlara qulluğu asanlaşdıran vasitələrlə təmin 

ediləcək.  Başlanğıcda  həmin  vasitələrlə  təminatı  tezləşdirmə

k  məqsədilə  uzunmüddətli  və  faizsiz  bank  kreditlərinin  ayrılması 

məsələsi nəzərdən keçiriləcək.

Əlilliyi olan insanların dövlət qulluğuna qəbul edilməsi üçün kvo-

ta  müəyyən  ediləcək  və  əlilliyi  olan  insanlar  arasında  müsabiqə 

keçirməklə kvota üzrə dövlət qulluğuna qəbul həyata keçiriləcək.

Əlilliyi  olan  insanların  məşğulluq  probleminin  həll  edilməsinə 

dəstək məqsədilə işəgötürənlərə iş yerlərində müvafiq şərait yarat-

ması üçün müəyyən güzəştlər nəzərdə tutulacaq.



İmkansız ailələrin mənzil təminatı.

 Hökumətin dəstəyi ilə sosial 

mənzil fondunun yaradılması məqsədilə geniş proqram işləniləcək. 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

38

Proqram  maksimum  10  il  ərzində  ölkədəki  mövcud  mənzil  fon-



dunun heç olmazsa 10%-i həcmində sosial mənzil fondunun yara-

dılmasına təminat verəcək. Hökumətin mərkəzi büdcədən ayırdığı 

vəsait hesabına sosial mənzil fondunun yaradılmasını bələdiyyələr 

həyata keçirəcək və bu fond tamamilə bələdiyyələrin mülkiyyətinə 

veriləcək. Sosial mənzil fondu ölkənin bütün ərazilərində yaradıla-

caq. Bu fond mənzil almaq imkanı olmayan yoxsul ailələrin mənzil 

təminatı üçün əsas mexanizm kimi istifadə olunacaq.

Gənclərin mənzil təminatı üçün tətbiq edilən ipoteka mexa-



nizmi  təkmilləşdiriləcək.

  Gənclərə,  hərbçilərə  və  təhsil,  səhiyyə 

və  elmi  sferada  çalışanlara  ilkin  ödənişsiz  ipotekanın  verilməsi, 

həmin  təbəqədən  olan  şəxslərin  ipoteka  ilə  aldığı  mənzillərin 

qiymətləndirmə  və  sığortalanma  xərclərinin  hökumət  tərəfindən 

kompensasiya edilməsi təmin olunacaq.

3.2. Sağlamlıq 

REAL hesab edir ki, hər bir vətəndaşın sağlamlığı, bütövlükdə 

ölkə  əhalisinin  sağlamlığının  mühüm  şərti  olmaqla,  insanın  tam 

dəyərliliyinin (mükəmməlliyinin) və imkanlar potensialının müəy-

yənedici amilidir. Ölkə əhalisinin sağlamlıq vəziyyətinin səviyyəsi 

isə ölkənin sosial-iqtisadi, mədəni və industrial inkişafının həlledici 

göstəricilərindən biridir. Buna görə səhiyyə həm də dövlətin iqtisadi 

tərəqqi doktrinasının ayrılmaz hissəsidir.

Əhalinin  sağlamlığının  təmin  edilməsi  dövlətin  qarşısında  du-

ran başlıca vəzifələrdən biri olmaqla, onun həllinə görə məsuliyyət 

dövlət,  biznes,  vətəndaş  cəmiyyəti  və  ailə  (hər  bir  vətəndaş)  ara-

sında  bölünür.  Bunun  üçün  ölkəmizdə  hələ  sovet  dövründən  qal-

ma  mövcud  səmərəsiz  və  bədxərc  səhiyyə  sistemi  köklü  şəkildə 

dəyişdiriləcək. Ölkədə icbari tibbi sığorta modelinə və zəruri dövlət 

təminatına əsaslanan elə bir səhiyyə sistemi formalaşdırılacaq ki, tib-

bi xidmətlərin ümumi əlçatanlığı, keyfiyyəti, vaxtında göstərilməsi 

və  varisliyi  təmin  edilsin.  Ölkədə  geniş  iştirakçılıq  şəraitində  va-

hid səhiyyə və sağlamlıq siyasəti işlənib hazırlanacaq və hökumət 

tərəfindən həyata keçiriləcək. 

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

39

Ölkənin səhiyyə sistemi və səhiyyə siyasəti xəstəliklərin müalicəsi 



ilə  yanaşı  ölkədə  xəstəliklərin  baş  vermə  hallarının  qarşısını  ala 

biləcək qabaqlayıcı-profilaktik işlərin gücləndirilməsinə və əhaliyə 

vaxtında  keyfiyyətli  ilkin,  təcili  tibbi  yardımın  göstərilməsinə 

yönləndiriləcək. Tibb elminə qayğıya xüsusi önəm veriləcək.



Ölkənin  səhiyyə  sistemi  dəlil  və  sübutlara  söykənən  tib-



bi  xidmətlərin  təşkili  və  icbari  tibbi  sığorta  modelinə  uy-



ğun  maliyyələşdirmənin  tətbiqi  əsasında  qurulacaq.

  Əhaliyə 

göstərilən  tibbi  xidmətlərin  dəyəri  müvafiq  xidmətlərin  xarakteri, 

keyfiyyəti və dəyəri nəzərə alınmaqla tibbi sığorta sistemi vasitəsilə 

ödəniləcək.

İcbari tibbi sığorta əsasında ödənilən və dövlət təminatı verilən 

pulsuz tibbi xidmətlərin siyahısı (dəsti) dəqiq müəyyən ediləcək və 

bütün vətəndaşlara bərabər şərtlərlə təqdim ediləcək. Bütün işləyənlər 

işəgötürənlərin vəsaiti və özlərinin (işçilərin) əldə etdikləri gəlirləri 

hesabına icbari sığortalanacaq. İşləməyən vətəndaşların, uşaqların, 

təqaüdçülərin,  əlillərin  və  yoxsulluğa  meyilli  sosial  qrupların  tib-

bi sığortası dövlət tərəfindən təmin edilir. Xüsusi (sosial) xəstəlik 

və  əlillik  qrupları  üzrə  dövlət  təminatında  olan  vətəndaşlar  üçün 

əlavə xidmətlər siyahısı (dəsti) müəyyən ediləcək. Hərbi qulluqçu-

ların, müharibə əlillərinin və vətən qarşısında xüsusi xidmətləri ilə 

fərqlənən  şəxslərin,  16  yaşınadək  uşaqların  bütün  tibbi  xidmətləri 

tam dövlət təminatına (sığortasına) alınacaq. 

Dövlət  büdcəsindən  səhiyyənin  maliyyələşdirilməsinə  ayrılan 

vəsaitin məbləği illik ÜDM-in 5%-dən az olmayacaq və bu normativ 

hər ilin dövlət büdcəsinin planlaşdırılmasında mütləq gözləniləcək. 

İdarə  səhiyyəsi  (ayrı-ayrı  nazirliklərin  və  dövlət  qurumlarının 

tabeliliyində olan səhiyyə) ləğv ediləcək. Yalnız xüsusilə ağır və çox 

xərc tələb edən xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdırılmış-elmi 

tibb müəssisələrinə xüsusi status veriləcək. 

Ölkədə  tibbi  kadrların  hazırlığı  və  yenidən  hazırlığı  sis-



temi  tamamilə  yenidən  qurulacaq.

  Bu  iş  qabaqcıl  ABŞ,  Avro-

pa  və Türkiyə  universitetləri  və  tibbi  təhsil  müəssisələri  ilə  geniş 

əməkdaşlıq və birbaşa iştirak əsasında qurulacaq. 

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

40

Tibb işçilərinin əməyinin ödənişi müqavilə əsasında, ədalətli 



şəkildə həyata keçiriləcək.

 Tibb mütəxəssislərinin fəaliyyəti lisen-

ziyalaşdırma  əsasında  həyata  keçiriləcək.  Lisenziyaların  verilməsi 

tədricən  İxtisaslaşdırılmış  Ekspert  Şuraları  (bunlar  Səhiyyə 

Nazirliyinə tabe olmayacaq) tərəfindən həyata keçiriləcək.



Tibb  müəssisələrinin  lisenziyalaşdırılması  və  akkreditasi-



yası həyata keçiriləcək.

 Bütün səhiyyə müəssisələrinin idarəetmə 

və  maliyyə  muxtariyyəti  təmin  ediləcək.  Dövlət  və  özəl  səhiyyə 

müəssisələrinin  fəaliyyətinin  bərabər  şərtləri  təmin  ediləcək. 

İdarəetmədə şəffaflığın təmin edilməsi üçün vətəndaş cəmiyyətinin 

(icmaların) iştirakçılığı təmin ediləcək. 

Əhali arasında sağlam həyat tərzinin təbliği üçün ictimai səhiy-

yənin  və  profilaktika  işlərinin  gücləndirilməsi  təmin  ediləcək. 

Profi laktika  və  peyvənd  işləri  xüsusi  proqramlar  əsasında  dövlət 

tərəfindən tam şəkildə maliyyələşdiriləcək.

3.3. Elm və Təhsil

Azərbaycan  insanı  ölkənin  ən  başlıca  resursu  və  kapitalıdır. 

Bu ölkə onundur, onun üçündür və ondan asılıdır. Azərbaycan in-

sanının inkişafı ölkənin inkişafı deməkdir. Bilikli insanlardan for-

malaşmış  cəmiyyət  davamlı  inkişafın  əsas  şərtidir.  Bilikli  insan 

həm də təminatlı insandır. Buna görə də Azərbaycan cəmiyyətinin 

maariflənməsi REAL-ın əsas prioritetlərindəndir. Bu zaman 3 stra-

teji məsələnin həlli ümdə önəm daşımaqdadır: 



•  Keyfiyyətli Azərbaycan milli təhsil sisteminin formalaşması;

•  Əhalinin bütün sosial, etnik, gender, dini və s. qruplara bu 

keyfiyyətli təhsil prosesinə eyni cəlbetmə imkanlarının yara-

dılması;

•  Təhsilin və beləliklə ölkənin elmi və texnoloji cəhətdən qa-

baqcıllığının təmin edilməsi.

Bu  strateji  məqsədlərə  yetişmək  üçün  ölkənin  indiki  tənəzzül 

vəziyyətində olan təhsil sisteminin köklü islahatlara ehtiyacı vardır. 

Akademik azadlıqlar təmin ediləcək.

 Akademik azadlıq təhsil 

müəssisələrində  fəaliyyət  göstərən  müəllimlərə,  təhsil  alan  şagird 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

41

və  tələbələrə,  eləcə  də  təhsil  müəssisələrinə  verilən  azadlıqlardan 



ibarətdir. Akademik azadlığın əsas elementləri sərbəst seçim (və ya 

seçim azadlığı), sərbəst ifadə (ifadə azadlığı) və sərbəst fəaliyyətdir. 

Bu azadlıq çərçivəsində müəllimlərə, şagirdlərə, tələbələrə və təhsil 

müəssisələrinə aşağıdakı azadlıqlar veriləcək:



Müəllimlər öz mövqelərini sərbəst ifadə etmək hüququna ma-



lik olacaqlar.

 Onların istədikləri siyasi partiyaya üzv olmaq və siya-

si mövqe daşımaq hüquqları təhsil müəssisələri tərəfindən hörmətlə 

qarşılanacaq,  onlar  vətəndaş  mövqelərinə  görə  təzyiq  və  təqiblərə 

məruz  qalmayacaqlar.  Lakin  müəllimlər  onlara  verilən  bu  azad-

lıqdan sui-istifadə etməməli, öz mövqelərini şagirdlərə məcburiyyət 

və ya mütləq mövqe kimi təqdim etməməli, öz mövqelərinin tədris 

prosesinə  sirayət  etməsinə  imkan  verməməlidirlər.  Müəllimlərin 

təhsil müəssisələri tərəfindən təşkil edilmiş tədbirlərdə mövqelərinə 

zidd olduğu üçün iştirakdan imtina etmək azadlığı var. Müəllimin əsas 

vəzifələrindən biri şagird və tələbələrə sərbəst düşünməyi öyrətmək, 

onların tənqidi və intellektual düşüncələrini inkişaf etdirməkdir;

Şagird və tələbələrin siyasi mövqelərini seçmək, dünyagörüşlərini 

formalaşdırmaq  azadlığı  təmin  olunacaq  və  təhsil  aldıqları  təhsil 

müəssisələrində  siyasi  mövqelərinə,  yaxud  fərqli  dünya  baxışla-

rına görə təzyiq, təqib və ayrı-seçkiliyə məruz qalmalarına imkan 

verilməyəcək.  Şagird  və  tələbələrin  təhsil  müəssisələrində  sərbəst 

toplaşmaq,  müxtəlif  mövzularda  müzakirələr  aparmaq,  tədbirlər 

təşkil etmək azadlığı təmin olunacaq;

Təhsil müəssisələri dövlət tədbirlərində iştirak etmək və iştirak-

dan imtina etmək azadlığına malik olacaq. Bu təhsil müəssisələrinin 

dövlət  tərəfindən  istismar  edilməsi  hallarının  qarşısını  alacaq  və 

təhsil müəssisələrinə müstəqil qərarvermə imkanı yaradılacaq.



Əhalinin təhsil imkanları genişləndiriləcək.

 Dövlət vətəndaş-

ların təhsil almaq hüquqlarını məhdudlaşdırmayacaq. Tələbə qəbu-

lunu birbaşa məhdudlaşdırmaq əvəzinə, aşağı keyfiyyətli proqram-

larda  təhsilin  keyfiyyətini  artırmaq  üçün  müxtəlif  vasitələrdən,  o 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

42

cümlədən akkreditasiyadan və nəticələrə yönəlmiş maliyyələşdirmə 



mexanizmlərindən səmərəli istifadə ediləcəkdir. 

Bundan  əlavə,  qəbul  zamanı  abituriyentlərin  istəmədiyi  fakül-

tələrə  yönləndirilməsi  praktikasından  imtina  ediləcəkdir.  Bakalavr 

pilləsində eyni zamanda iki ixtisas almağa şərait yaradılacaqdır. Ma-

gistr təhsilini almaq üçün bakalavrlara geniş ixtisas seçimi imkanları 

veriləcəkdir. 

Təhsil sahəsində əyalətlərlə paytaxt arasında kəskin fərqlərin, o 

cümlədən əhalinin ali təhsil  almaq imkanları baxımından  mövcud 

olan  ciddi  qeyri-bərabərliyin  aradan  götürülməsi  üçün  dövlət  bir 

tərəfdən əyalətlərdə müasir universitet kampuslarının yaradılmasına 

önəm verəcək, digər tərəfdən də əyalətlərdən Bakıya təhsil almağa 

gələn tələbələr üçün adekvat şərait yaradacaqdır.



Təhsilin  keyfiyyəti  beynəlxalq  standartlara  uyğunlaşdırıla-



caq.

 Bütün pillələrdə təhsilin keyfiyyətinin təmin olunması, statis-

tika naminə saxtakarlıqlardan imtina edilməsi, verilən diplomların 

müvafiq təhsil pillələrinə uyğun real bilik və bacarıqları əks etdirən 

etibarlı sənədə çevrilməsi qarşımızda duran mühüm vəzifələrdəndir. 

Təhsil prosesinin təşkili, mühazirələrdən tutmuş qiymətləndirməyə 

qədər  dünyanın  qabaqcıl  universitetlərinin  təcrübəsi  əsasında  qu-

rulacaqdır. “Milli mənəvi dəyərlər”, “özünəməxsusluq” bəhanələri 

ilə  təhsilin  keyfiyyətinə  xələl  gətirəcək  improvizasiyalara  yol 

verilməyəcəkdir.

Təhsil və Korrupsiya.

 Təhsil müəssisələrinin son 40 ildə kor-

rupsiyaya bulaşması onun inkişafı qarşısında əsas maneələrdəndir. 

Buna görə təhsildə yerlibazlıq, qohumbazlıq, dostbazlıq kimi bəlalar 

bilik, savad, yetkinlik, liderlik, təşəbbüskarlıq kimi meyarlarla əvəz 

olunacaqdır.

Korrupsiya  ilə  mübarizədə  əldə  edilən  uğurlar  qəbul  prosesi-

nin universitetlərə qaytarılmasına imkan verəcəkdir. Lakin univer-

sitetlərin  qəbul  prosesində  ümumi  sxolastik  bilikləri  yoxlayan 

imtahan  nəticələri  meyar  kimi  nəzərə  alınacaqdır.  Bu  imtahanlar 

bütün  ölkə  üzrə  səlahiyyətli  quruma  həvalə  ediləcəkdir.  Stresin 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

43

və  təsadüflərin  fəsadlarını  aradan  qaldırmaq  üçün  bu  imtahanları 



bir  dəfə  deyil,  bir  neçə  dəfə  vermək  imkanı  yaradılacaq,  imtahan 

göstəriciləri  içərisindən  abituriyentlərin  ən  yaxşı  nəticələri  təhsil 

müəssisələrinə göndəriləcəkdir.

Ümumən universitetə qəbul nisbətən asanlaşdırılsa da, oxumaq 

və bitirmək çoxlu zəhmət tələb edən bir prosesə çevriləcəkdir.

Qiymət inflyasiyasına qarşı mübarizə aparmaq məqsədilə biliklərin 

qiymətləndirməsinin adekvatlığını təmin edən və beynəlxalq prakti-

kada istifadə edilən üsullar tətbiq olunacaqdır. 



Təhsil müəssisələrinin maddi­texniki təchizatı və maliyyələş­



məsi.

  Universitetlərin  büdcəsi  şəffaf  və  ictimaiyyətə  açıq  olacaq. 

Gəlir və xərclər kateqoriyalar üzrə şəffaf şəkildə göstəriləcəkdir. 

Mərkəzi hakimiyyətin ali təhsil müəssisələrinə yardımı müxtəlif 

dövlət  sifarişlərinin  maliyyələşməsinə,  ölkədə  ümumi  təhsil 

səviyyəsinin  yüksəldilməsinə,  əhalinin  aztəminatlı  hissəsinin, 

həmçinin  təhsildən  nisbətən  kənarda  qalmış  təbəqələrinin  prosesə 

cəlb  olunmasına  yönəlik  tədbirlər  çərçivəsində  həyata  keçirilən 

ümum Azərbaycan proqramları vasitəsilə olacaqdır.

Universitetlərin məqsədlərinə görə, ayrıca dövlət tələbatına uy-

ğun elmi araşdırmalara görə büdcədən pul ayrılacaqdır. 

Dövlətdən  maliyyələşən  universitetlərə  “uğura  görə  maliyyə-

ləşmə” modeli tətbiq ediləcək. Uğur göstəriciləri sırasına məzunların 

sayı,  onların  işlə  təmin  olma  faizi,  elmi  araşdırmaların  sayı  və 

keyfiyyəti, həmçinin ali məktəbin yaratdığı iqtisadi təsir kimi amillər 

daxil ediləcəkdir.

Müəllimin  əməkhaqqı  həm  onun  cəmiyyətin  elitası  kimi  qəbul 

edilməsini təmin edən əsas şərtlərdəndir, həm də cəmiyyətin müəl-

limlik  peşəsinə  verdiyi  dəyərin  göstəricisidir.  Buna  görə  də  təhsil 

işçisinin  maaşının  həcmi  onun  yuxarı  orta  təbəqə  səviyyəsində 

təminatına şərait yaradacaqdır. 

Təhsil  müəssisəsi  həm  də  qabaqcıl  texnologiya  mənbəyidir. 

Təhsil müəssisələrinin maddi-texniki bazası daim müasir tələblərə 

cavab verəcəkdir.

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

44

Kitabxanalar sürətlə təhsil müəssisəsinə adekvat səviyyəyə çat-



dırılacaqdır. Təhsil müəssisələri beynəlxalq kitabxana sistemlərinə 

qoşulacaqdır.

Təhsil müəssisələrinin binalarında pulsuz simsiz İnternet təchizatı 

təmin ediləcəkdir.

Universitetlərin  IT  imkanları  maksimum  genişləndiriləcəkdir. 

Universitetlər  korporativ  müqavilələrlə  tələbələrinə  və  işçilərinə 

istər  kompüterlərin,  istərsə  də  lisenziyalaşdırılmış  proqramların 

güzəştlə alınmasında yardımçı olacaqdır.

Təhsil müəssisələri işçilərinin tibbi sığorta əldə etməsi də müəs-

sisə tərəfindən bağlanan korporativ müqavilələrlə xeyli yüngülləş-

diriləcəkdir.

Dövlət təhsil müəssislərinin maliyyələşməsi bələdiyyə ayırmala-

rı, təhsil müəssisələrinin istehsalatla əlaqələri, dövlət qrantları, xari-

ci təhsil haqları və ianələr vasitəsilə həyata keçiriləcəkdir.

Özəl  ali  təhsil  müəssisələrində  hüquq  və  tibb  fakültələrinin 

təşkilinə qadağa aradan götürüləcəkdir. 

Ali  təhsil  sisteminin  keyfiyyəti  üçün  ən  vacib  şərtlərdən  olan 

müstəqil və etibarlı milli akkreditasiya sistemi təşkil olunacaqdır. 

Universitetin əsas müvəffəqiyyət göstəricilərindən biri tələbələrin 

məzun olduqdan sonra əmək bazarında ixtisasına uyğun işlə təmin 

olunmasıdır. Buna görə də bütövlükdə məzunların iş həyatına maksi-

mum dərəcədə hazırlıqlı olması üçün universitet tələbələrinin təhsil 

müddətində  praktik  iş  təcrübəsi  qazanması  təmin  ediləcək,  əmək 

bazarı yaxından öyrəniləcək, təhsil prosesi əmək bazarının dəyişən 

tələblərinə uyğunlaşdırılacaq, işəgötürənlərlə sıx əlaqələr qurulacaq, 

universitet nəzdində Karyera Mərkəzləri təsis edilərək tələbələrə iş 

tapmaqda köməklik göstəriləcəkdir.

Universitetlərdə magistr və doktor təhsili alan tələbələr məvacib 

müqabilində müvəqqəti tədris prosesinə cəlb olunacaqdır.

Universitetlərdəki texniki iş yerlərinə (məsələn, kitabxanalarda) 

əsasən tələbələr cəlb ediləcəkdir.

Dövlət məktəblərinin şagirdlərin sayına uyğun olaraq maliyyələş-

məsi prinsipi tətbiq ediləcəkdir.

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ 

PROQRAM LAYİHƏSİ

45

?


immunotropnoe-vliyanie.html

imnamenallhs---tafsr-al-3.html

imnul-bucegilor---country-2.html

imo-marpol-ek-vi-mepc-62-.html

imola-la-nostra-citt.html