©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Лекция lectura insan demodekozu və onun laborator


MÜHAZİRƏ      ЛЕКЦИЯ            LECTURA  



 



İnsan demodekozu və onun laborator 



diaqnostikası 



 



S.A.Cəlilova, K.M.Kərimova⃰ 



 



Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 



Həkmilləşdirmə institute, Laboratoriya işi 



kafedrası, Azərbaycan, Bakı 

e-mail: konul_macnun@yahoo.com



 

 

  



Demodekoz  bütün  kontinentlərdə  geniş  yayılmış  və  hörümçək 

sinfinə  aid  olan  gənələr  tərəfindən  törədilmiş  parazitar  xəstəlikdir. 

Demodeks  gənəsi  şərti-patogen  mikroorqanizmdir  və  klinik 

əlamətləri  olmayan  55-100%  əhalidə  aşkarlanır.  Demodekozun 

patoloji əlamətləri yaşlı və  xroniki xəstəlikləri olan adamlarda  daha 

tez  müşahidə  olunurlar.  Demodekozun  klinikası  dəri  üzərində  və 

gözdə  (göz  qapaqlarında)  əmələ  gələn  əlamətlərdən  ibarətdir. 

Diaqnostikası  dermatoveneroloq,  oftalmoloq  və  həkim-laborantın 

kvalifikasiyasından asılıdır. 

Açar  sözlər

:  Demodex  folliculorum,  Demodex  brevis,  dəri  və  göz 

demodekozu, mikroskopiya. 

 

 

 



Demodekoz  geniş  yayılmış,  xroniki  gedişatlı  və 

residivlərlə  xarakterizə  olunan  parazitar  xəstəlikdir. 

Xəstəliyin  törədicisinin  (hörümçəklər  sinfinə  aid  olan 

mikroskopik  gənə)  170  il  əvvəl  –  1841-ci  ildə  (G.Berqer 

qulaq  kükürtündə)  kəşf  olunmasına  baxmayaraq,  bu  vaxta 

qədər  onun  patogenliyi  haqqında  müxtəlif  fikirlər 

mövcuddur  –  şərti-patogen  və  ya  patogen.  Demodekslərin 

143  növü  müxtəlif  heyvanlarda  (patogenlik  təstiqlənib)  və 

insanlarda  yaşayıb,  parazitlik  edirlər.  Heyvanlarda  və 

insanlarda  yaşıyan  növlər  müxtəlifdir  və  öz  sahibini 

yoluxdurur.  Lakin  ev  heyvanlardan  (it,  pişik,  inək  və  s.)  

yoluxma da istisna olunmur. İnsanlarda demodekslərin  iki 

növü (L.X.Akbulatova 1970-ci il) –  Demodex folliculorum 

və Demodex brevis aşkarlanır. 

Demodekslər  digər  gənələr  kimi  ətraf  mühitə  yaxşı 

uyğunlaşırlar  və  buna  görə  də  demək  olar  ki,  bütün 

kontinentlərdə  müşahidə  olunurlar.  Müxtəlif  ölkələrdə 

aparılan  müayinərin  nəticəsində  bəlli  olub  ki,  55-100% 

patologiya  olmayan  insanlarda  da  bu  gənələr  aşkarlanır. 

Buna  görə  də  onları  daha  çox  şərti-patogen  mikrofloraya 

aid  edirlər  (bəzi  müəlliflər  onların  patogenliyinə  şübhə 

etmirlər).  Bəlli  olub  ki,  tam  sağlam,  immuniteti  yüksək 

olan  insanlarda  bir  qayda  olaraq  demodekoza  xas  olan  

klinik  ələmətlər  olmur.  Uşaqlarda  demodekslər  az 

aşkarlanırlar  (dəridə  yerləşən  piy  vəzlərinin  sekreti  – 

yağlar  nisbətən  az  ifraz  olunur).  Lakin  onun  gedişi 

böyüklərə  nisbətən  ağır  və  ağrılı  keçir.  Bu  da  uşaqlarda 

immunitetin  aşağı  düşməsində,  mədə-bağırsaq,  tənəffüs 

orqanlarının xəstəliklərində baş verir. Orta və ondan yuxarı 



yaşda olan  insanlarda demodeks və onun  klinik əlamətləri 

daha tez-tez müşahidə olunur. 

Əksər  vaxtlar  əlamətlər  yaz-yay  aylarında  yaranır. 

Onların  inkişafı  üçün  optimal  temperatur  30-40ºC-dir.  Bu 

zaman  demodekslər  aktiv  çoxalırlar.  Qeyd  etmək  lazımdir 

ki,  isti  prosedurlar  da  (sauna,  isti  vannalar)  gənələrin  

aktivləşməsində mühüm rol oynayır. 

Demodekslər  bitki  yağlarında,  vazelində,  kosmetik 

məlhəmələrdə  uzun  müddən  yaşaya  bilirlər.  Tar,  krezol, 

karbol  turşusu,  xloroform,  96%-lik  spirt,  efir,  salisil 

turşusunun spirtdə 10%-li məhlulu onları bir neçə dəqiqəyə 

məhv edir. 

Gənələr dəri üzərində və başda olan tüklərin,  qaş və 

kirpiklərin  tük  follikullarında  (Demodex  follikulorum)  və 

üz,  boyun,  sinə,  bel,  göz  qapaqların,  qulaq   dərisinin      piy 

vəzlərində  (Demodex  brevis)  yaşayırlar.  Lakin  atipik 

yerləşməsi  də  qeydə  alınıb  –  ağızın  selikli  gişası,  xarici 

cinsiyyət orqanlar və s. 

Onlar  epiteli  hüceyrələrinin  sitoplazması  və  piy 

vəzlərinin  sekreti  ilə  qidalanırlar.  Buna  görə  də  klinik 

əlamətləri  olan  xəstələr  dəri  və  göz  həkimlərinə  müraciət 

edirlər.  Onların  da  demodekozun  klinikasını,  patogenezini 

bilməsi  və  xəstələrin  vaxtında  laborator  müayinələrə 

göndərilməsi,  xəstəliyə  məxsus  müalicəni  təyin  etməsi 

xəstəni fəsadlardan qorumaq deməkdir. 

Demodekslə yoluxan insanları 2 qrupa bölmək olar: 



1-ci  qrup  xəstələrdə  gənə  tapılıb,  lakin  onlar 

tərəfindən    heç  bir    şikayət  və  klinik  əlamətlər  müşahidə 

olunmur  –  simptomsuz  daşıyıcılıq.  Qənə  şərti-patogen 

parazit sayılır; 

2-ci  qrupa  klinik  əlamətlər  olan  insanlar  daxildirlər. 

Bunun  səbəbi  sinir,  endokrin,  həzm  və  s.  sistemlərdə  olan 

pozuntulardır.  Qan-damar  və  mübadilə  proseslərinin 

patologiyası nəticəsində insan orqanizmində immunitetinin 

aşağı düşməsidir. Məsələn,  müxtəlif  xəstəliklərin olması – 

şəkərli diabet, xroniki infeksiyalar, mədə-bağırsaq traktının 

funksiyasının pozulması nəticəsində əmələ gələn qastritlər, 

kolitlər,  qastroenterokolitlər,  disbakterioz,  helmintlər  və  s. 

də demodekoz xəstəliyinin yaranmasına şərait yarada bilər. 

Buna  görə  sadalanmış  xəstəlikləri  olan  insanların  ikinci 

qrupa keçməsinin daha yüksək eytimalı var. 

Yoluxma

 təmas yolu  ilə baş verir: çirklənmiş əllərlə 

birbaşa  və  əşyaların  vasitəsilə  –  dəsmalla,  balışüzü  ilə, 

kosmetik  vasitələrlə  və  s.  Heyvanlardan  və  toz  vasitəsilə 

yoluxma istisna olunmur. 

Dişi  fərd  follikullara  və  ya  piy  vəzlərinə  daxil 

olaraq,  orada  yumurta  qoyur.  Sonradan  yenidən  dəri 

üzərinə  çıxır  və  burada  onun  mayalanması  baş  verir  və  o, 

yenidən  yumurta  qoymağa  hazır  olur.  Erkək  dişi  fərdi 

mayalandırdıqdan bir neçə saat sonra məhv olur. Dişi fərd 

isə  3  (bəzi  müəlliflərə  görə  6)  aya  qədər  yaşaya  bilir. 

Yetışmiş  fərdlər  gecə  vaxtı  dəri  üzərinə  qidalanma  və 

mayalanma üçün çıxırlar, gündüzlər isə follikullarda və ya 

piy  vəzlərində  yatırlar.  Dəri  üstündə  hərəkət  edən 

demodekslər  öz  bədənlərinin  üzərində  olan  mikrofloranı 

yaşadığı  nahiyəyə  daşıyıb,  orada  allergik  əlamətlərlə 

yanaşı iltihabi prosesin yaranmasına səbəb olurlar. Xroniki 

xəstəliklərin  və  immunitetin  düşməsi  fonunda  piy 

vəzlərinin  funksiyasının  pozulması  nəticəsində  dəri 

piylərinin  tərkibi  və  dəri  mikrobiosenozu  dəyişir  –  dəri 

disbiozu yaranır. 

 

 



 



Tük follikulu

    

 

Piy vəzi

 

      

Şəkil 1. Dəridə tük follikulu və piy vəzin yerləşməsi. 

 

Demodekslər  xırda,  uzunsov,  qurdabənzər,  0,15-0,4 



mm  uzunluğunda  bədənə  malikdirlər.  Uzunsov  bədənə 

malik  olan  Demodex  folliculorum  tük  follikullarında 

yaşayırlar.  Onların  yumurtaları  xırda  göbələk  şəklində 

(ucları  iti,  qalın  orta  hissə),  yan  proyeksiyasında  isə 

üçbucağı  xatırladırlar.  Sürfələri  uzun  və  nazikdirlər.  Qısa 

bədənə  malik  olan  Demodex  brevis  piy  vəzlərdə  parazitlik 

edir. Buna görə də onun bədəni nisbətən qısadır. Demodex 



brevisin  oval  formasında  olan  yumurtalar  nematodların 

yumurtalarını  xatırladırlar.  Demodeksin  bədəninin  ön 

hissəsində  4  cüt  qısa  ayaqlar  görünür.

 

Parazitlər  öz 



inkişafında  əsas  3  mərhələni  keçirlər:  yumurta,  sürfə 

(sürfə, pronimfa, nimfa) və imaqo. 



Yumurta

.Yetişəndən  12  saat  sonra  demodeksin  dişi 

fərdi  bir  dəfəyə  20-40  yumurta  qoyur.  60  saatdan  sonra 

yumurtalar sürfələrə çevrilirlər; 

Sürfə

.  Sürfədə  ayaqlar  hələ  ki,  yaxşı  inkişaf 

etməyiblər  və  qurdabənzər  bədənin  hər  iki  tərəfində  3  cüt 

―ayaqların  təməli‖  olan  şişkinliklər  görünür.  36  saatdan 

sonra onlar 2-ci sürfə mərhələsinə –  pronimfaya çevrilir;

 

Pronimfa.

 Bədənin hər iki tərəfində 4 cüt ―ayaqların 

təməli‖  var. 72 saatdan sonra nimfaya çevrilir; 



Nimfa

.  Dörd  cüt  inkişaf  etmiş  ayaqları  var.  Bədən 

forması  ilə  yetişmiş  fərdləri  xatırladırlar,  lakin  onlardan 

fərqli  olaraq  cinsi  orqanların  yetişməsi  sona  çatmır, 

qidalanmırlar və hərəkətsiz olurlar. 60 saatdan sonra imaqo 

(yetkin) formasına çevrilirlər; 

İmaqo

.  Bu  forma  120  saatdan  sonra  yetişmiş  fərdə  

çevrilir.  Mayalanmadan  sonra  erkək  fərd  məhv  olur,  dişi 

fərd  isə  follikullara  (piy  vəzinə)  düşüb,  yumurta  qoyur. 

Dişi  fərdlərin  yaşama  müddəti  bir  neçə  aya  gədərdir. 

Demodeks gənəsinin inkişaf dövrü 15 gün davam edir.

  

         

   


 

 



Şəkil 2. Demodeks gənəsinin inkişaf dövrü.



 



   

Dəri  demodekozu.  

Demodekoz    dəri  xəstəliklərin 

arasında  7-ci  yeri  tutur.

 

Qadınlarda  kişilərə  nisbətən  çox 



təsədüf  olunur.  Xroniki  dermatoz  dəridə  sızanaqların, 

müxtəlif  səpkilərin,  dərinin  qabıqlanması,  nəzikləşməsi  və 

ya qalınlaşması ilə özünü biruzə verə bilər: akne, rozaseya, 

eritema,  ağızətrafı  dermatit.  Belə  ki,  akne  10%,  rozaseya 

88% və ağızətrafı dermatiti olan 58% xəstələrdə demodeks 

aşkar olunub. 



Sürfə mərhələsi

 

               



İmaqo 

 


Demodekoz 

birincili 

və 

ikincili 



(mövcud 

xəstəliklərin  fonunda)  ola  bilər.  Bu  da  ciddi  kosmetoloji 

problemlərə  səbəb  olur.  Diaqnoz  düzgün  qoyulmayan 

hallarda, bu xəstəliyin  müalicəsi düzgün aparılmır, gənələr 

daha  da  çoxalıb,  dəridə  gedən  iltihabi  prosesləri 

mürəkkəbləşdirirlər.  Onun  nəticəsində  də  üz  dərisində 

(daha  çox  müşahidə  olunur)  çapıqlar,  məsamələrin 

zədələnməsi,  dərinin  qalınlaşması  və  s.  kimi  kosmetoloji 

problemlər yarana bilər. 

  

       



 



Şəkil 3. Kiprikdə yumurtalar. 



Göz  demodekozu

  zamanı  xəstələr  kipriklərdə 

qaşınma  (axşam  vaxtı  daha  çox),  göz  qapaqlarının 

kənarlarının  iltihabi  proseslərin  nəticəsində  qızarmasın 

(blefarit), səhərlər  gözlərdən  gələn selikli, köpüklü  ifrazat, 

gözdə  diskomfort  və  yandırma  hissi,  göz  qapaqlarının 

keratozu  olduqda  kəpəklərin  əmələ  gəlməsindən  şikayət 

edirlər. Sonradan bu əlamətlərə konyuktivanin zədələnməsi 

(iltihabi 

prosesi), 

xalyazionların 

(göz 


qapağının 

qığırdağında  yerləşən  yumru  qalınlaşma)  yaranması    və  s. 

patoloji  proseslər  birləşə  bilərlər.  Allergiyası  olan 

insanlarda, gənə  mexaniki  və kimyəvi qıcıqlandırıcı  faktor 

olub, göz toxumalarında allergik proseslər yaradır. Gənələr 

öz bədənlərinin üstündə və daxilində viruslar, bakteriyalar, 

göbələklər,  qurd  yumurtaları  və  ibtidailər    kimi    xırda 

mikroorqanizmləri  daşıyıb,  keçirdə  bilərlər.  Xəstəliyin 

yaranmasında  mühüm  rol  gigiyenik  qaydalara  riayət 

olunması  (şəxsi  dəsmalların  və  ya      birdəfəlik  istifadə 

etdiyi salfetlər və s.) mühüm rol olnayır

 



Diaqnostika

  müxtəlif  inkişaf  mərhələsində  olan 

gənənin aşkarlanmasına əsaslanır. 



Dəridə parazitlərin aşkarlanması dəridən götürülmüş 

qaşıntıda  və  ya  sızanaqların  irinli  tərkibində  aparılır.  

Material  skalpel  və  ya  göz  qaşığının  köməkliyi  ilə 

götürülür,  əşya  şüşəsinin  üzərində  olan    50%-lı  qliserinin 

və  ya  10%-li  qələvinin  (NaOH)  damlasına  yerləşdirilib, 

örtük şüşə ilə örtülür və x10x10 və ya x10x20 böyüdücüdə 

baxılır.  Qələvidə  yerləçdirilmiş  material  7-10  dəq.  sonra 

baxılmalıdır.  Tük  follikullarında  gənəlirin  təsdiqlənməsi 

yalnız mikroskopiya üsulu ilə aparılır. Dəridən götürülmüş 

materialda  adətən  imaqo  və  sürfə  mərhələlərini  görmək 

olar.  Piy  vəzlərin  nisbətən  dərin  yerləşməsinə  görə  bəzən, 

cavab  mənfi  də  ola  bilər.  1sm

2

-ə  5  demodeksin  (imaqo, 



sürfə və ya yumurta) tapılması gənənin aktivliyindən xəbər 

verir. 


Modifikasiya olunmuş üsullar



  

 -

  skotçla  aparılır.  1sm

2   


ölçüdə  skotç  1  dəqiqəyə  dəriyə 

yapışdırılır və sonradan dəri materialı keçirtmək üçün  əşya  

şüşəsinə  toxundurulur  və  atılır.  Əşya  şüşəsində  qalan 

epidermisin  və  piy  vəzinin  tərkibinin  üzərinə  1  damla 

qələvi  tökülür,  örtük  şüşə  ilə  örtülür  və  kiçik  böyüdücüdə 

mikroskop altında baxılır. 

   - 

2010-cu 


ildə 

R.Seqal 

dəri 


demodekozun 

diaqnostikasında    dermatoskopdan  istifadə  edilməsini 

təklif  etmişdir.  Bu  zaman  gənələri  və  dəri  damarlarının 

genişlənməsini görmək mümkün olur. 

    -  optik  kogerent  tomoqrafiya  üsulu.  Bu  üsulla  xəstədə 

dəri vəziyyətini 2 proyeksiyada  qiymətləndirmək olur. 

    -        optik  konfokal  lazer  mikroskopiyası.  Bu  üsulla  in 

vivo  dərinin  üst  qatları  skaner  edilir  və  dördölçülü  şəkil 

alınır. 


  

  

  



Demodekozun 

diaqnostikasında 

biopsiya 

ilə 


histoskopiya da aparıla bilər. Lakin bu üsul dərini zədələyir 

və nəticədə çapıq əmələ gəlir. 



Göz  demodekozunun  diaqnostikası  hər  gözdən  8-10  

(hər  göz  qapağından  4-5)  epilyasiya  olunmuş  kirpiklərdə 



aparılır.  Kirpiklər  (hər  gözdən  ayrı-ayrı)  əşya  şüşəsində 

olan  1  damla  fizioloji  məhlul  və  ya  50%-li  qliserinə 

qoyulur, örtük şüşə ilə örtülür və kiçik böyüdücüdə baxılır. 

Diaqnoz parazitin müxtəlif mərhələlərinin tapılmasına görə 

qoyulur.  Klinik  əlamətlər  olmadığı  halda  10%  kirpiklərdə   

gənə aşkarlanırsa müalicə tələb olunmur

 .   

 

Müalicədən sonra kontrol müayinələr  aparılmalıdır.



 

  

Ədəbiyyat 

1.

 

Акбулатова  Л.  Х. Патогенная  роль  клеща  Demodex  и 



клинические  формы  демодикоза  у  человека  //  Вестник 

дерматологии. 1996, № 2, с. 57–61. 

2.

 

Акбулатова  Л.  Х. О  двух  формах  клеща  демодекс 



фолликулорум  гоминис  и  о  демодикозе  человека  / 

Труды  Ленинградского  института  усовершенствования 

врачей. Выпуск 4. М.-Л.: Медицина, 1970, с. 54–66. 

3.

 



Майчук  Ю.  Ф. Паразитарные  заболевания  глаз.  М.: 

Медицина, 1988, 288 с. 

4.

 

Коган  Б.  Г.,  Горголь  В.  Т. Специфичность  клещей 



Demodex folliculorum и Demodex brevis — возбудителей 

демодикоза 

человека 

// 


Украинский 

журнал 


дерматологии, венерологии, косметологии. 2001, № 21, 

с. 37–41. 

5.

 

 Сюч  Н.И.  Паразитарные  болезни  кожи.  Демодекоз: 



этиология, 

патогенез, 

клиника, 

лабораторная 

диагностика // Consilium-Medicum.-2004.-T. 6.- №3. - С. 

191-194.


 

6.

 



Елистратова 

Л.Л., 


Потатуркина-Нестерова 

Н.И., 


Нестеров  А.С.  Современное  состояние  проблемы 

демодекоза.  //  Фундаментальные  исследования.  –  2011. 

– № 9. – стр. 67-69.

 


 



 



РЕЗЮМЕ 



 



ДЕМОДЕКОЗ ЧЕЛОВЕКА И ЕГО 



ЛАБОРАТОРНАЯ ДИАГНОСТИКА 



 

Азербайджанский Государственный Институт 

Усовершенствования Врачей имени А.Алиева, 

кафедра Лабораторное дело 

Азербайджан, Баку 

С.А.Джалилова, К.М.Керимова 



 

 

Несмотря  на  то,  что  демодекоз  известен  достаточно  давно, 



эта 

проблема 

не 

потеряла 



своей 

актуальности. 

Ухудшающаяся  экология,  стресс,  увеличение  больных  с 

хроническими  ендокринными,  желудочно-кишечными  и 

другими  заболеваниями  способствует  активизации  клещей 

демодекс и переход населения из  группы носителей в группу 

больных.  На  этом  фоне  правильно  поставленная  ранняя 

диагностика  демодекоза  имеет  большое  значение  для  свое-

временного  и  эффективного  лечения  данной  болезни.  Для 

выполнения  этой  задачи  врачи    заинтересованных  лечебных 

профессий,  а  также  врачи-лаборанты  должны  быть 

осведомлены в тонкостях клиники и диагностики демодекоза. 



Ключевые  слова:

  Demodex  folliculorum,  Demodex  brevis, 

кожный и глазной демодекоз, микроскопия.

 

  

SUMMARY 



 



HUMAN DEMODECOSIS AND ITS 



LABORATORY DIAGNOSTICS 



 



S.A.Djalilova, K.M.Karimova 



 

Azerbaijan State Advanced Traiding Institute for doctor 

named after A.Aliyev, Laboratory department, 

Azerbaijan, Baku 



 

Despite  the  fact  that  demodecosis  known  a  long  time,  this 

problem  has  not  lost  its  relevance.  The  deteriorating 

environment,  stress,  an  increase  in  patients  with  chronic 

endocrinology,  gastro-intestinal  and  other  diseases  helps  to 

activate  the  demodex  mites  and  moving  people  from  the 

group of carriers  in the group of patients.  This  background 

correctly  delivered  early  diagnosis  of  demodectic  mange  is 

essential  for  the  timely  and  effective  treatment  of  this 

disease.  To  accomplish  this,  the  interested  medical 

professionals,  doctors  and  laboratory  doctors  should  be 

aware  of  the  intricacies  of  the  clinic  and  diagnosis  of 

demodectic mange 

Keywords:

  Demodex  folliculorum,  Demodex  brevis  skin 

and eye demodecosis microscopy



 

 

Redaksiyaya daxil olub: 22.02.2016 

Çapa tövsiyə olunub: 14.03.2016 

Rəyçi: t.ü.f.d. N.F.Mütəlibova 
?


narkomaniya-est-li-vihod.html

narkomaniya-i-materinstvo.html

narkomaniya-kak-vid.html

narkomaniya-statistika--.html

narkomaniyavnarkobiznesqa.html