1 ... 122 123 124 125 126 127 128 129 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 126

səhifə126/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

384.3.  Məhkəməyə  gəlməkdən  boyun  qaçıran  məhkum  və  ya  bəraət  almış  şəxs 

çıxarılmış  hökm  barədə  birinci  instansiya  məhkəməsinin  elanlar  lövhəsində 

məlumatın  yerləşdirildiyindən  sonra  20  (iyirmi)  gün  müddətində  apellyasiya 

şikayəti vermək hüququna malikdirlər. 

384.4.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  verilməsi  üçün 

müəyyən  edilmiş  müddət  ərzində  cinayət  işi  yuxarı  məhkəmə  tərəfindən  birinci 

instansiya məhkəməsindən tələb edilə bilməz. 

384.5.  Apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  vermək  hüququna  malik 

olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul 

edilmiş  digər  qərarlardan  narazı  olduqlarını  cinayət  işi  üzrə  yekun  məhkəmə 

qərarından  verdikləri  müvafiq  olaraq  apellyasiya  şikayətində  və  ya  apellyasiya 

protestində əsaslandırmaq hüququna malikdirlər.  

M a d d ə   3 8 5 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   v e r i l m ə s i   q a y d a s ı

 

385.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış 

birinci instansiya məhkəməsi vasitəsi ilə verilir.  

385.2.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  surətləri 

apellyasiyanın  maraqlarına  aid  olduğu  cinayət  prosesinin  iştirakçılarına  çatacaq 

sayda  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  əlavə  edilir.  Bu  vəzifə 

həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli 

məcburi tədbir tətbiq edilən şəxsə şamil edilmir. Belə hallarda lazım olan miqdarda 

apellyasiya şikayətlərinin surətlərini birinci instansiya məhkəməsi hazırlayır. 

385.3.  Apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  bilavasitə  apellyasiya 

instansiyası  məhkəməsinə  verildiyi  halda  apellyasiya  instansiyası  məhkəməsi  bu 

Məcəllənin  385.2-ci  maddəsində  nəzərdə  tutulmuş  tələblərin  görülməsi  üçün 

şikayəti və ya protesti birinci instansiya məhkəməsinə göndərir. 

M a d d ə   3 8 6 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   v e r i l m ə s i   m ü d d ə t i n i n   b ə r p a   e d i l m ə   q a y d a s ı

 

386.1.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  verilməsi  müddəti 

üzrlü  səbəblərə  görə  buraxıldıqda,  bu  Məcəllənin  383-cü  maddəsində  göstərilən 

şəxslər  hökm  və  ya  qərarı  çıxarmış  birinci  instansiya  məhkəməsi  qarşısında 

buraxılmış  müddətin  bərpa  edilməsi  haqqında  vəsatət  qaldırmaq  hüququna 

malikdirlər. 

386.2.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  verilmə  müddətinin 

bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik 

edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə 

vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına 

gəlməməsi vəsatətə baxılmasına mane olmur. 

386.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin 

bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası 

məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi 

apellyasiya  şikayəti  və  apellyasiya  protestinin  verilmə  müddətini  bərpa  etdikdə  öz 

qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. 

cliv[154]

 

M a d d ə   3 8 7 .   A p e l l y a s i y a   ş i k a y ə t i n ə   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n ə   d a i r   t ə l ə b l ə r

 

387.1.  Apellyasiya  şikayətində  və  ya  apellyasiya  protestində  aşağıdakılar 

göstərilməlidir: 

387.1.1.  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  ünvanlandığı 

apellyasiya instansiyası məhkəməsinin adı; 

387.1.2. apellyasiya şikayətini və ya apellyasiya protestini verən şəxsin adı; 

387.1.3. hökm və ya qərar çıxarmış birinci instansiya məhkəməsinin adı; 

387.1.4.  hökm  və  ya  məhkəmənin  digər  yekun  qərarının  qısa  məzmunu  və 

apellyasiya  şikayəti,  yaxud  protesti  verən  şəxsin  mülahizələrinə  görə  onun 

qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması; 

387.1.5. apellyasiya şikayəti və ya apellyasiya protesti verən şəxsin xahişi. 

387.1.6.  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  əlavə  olunan 

sənədlərin siyahısı. 

387.2. Hökmün dəyişdirilməsi və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda 

apellyasiya  şikayətində  və  ya  apellyasiya  protestində  işin  müvafiq  vərəqlərinə 

istinad  olunmalıdır.  Bu  tələb  həbsdə  saxlanılan  məhkuma  və  yetkinlik  yaşına 

çatmamış şəxsə şamil edilmir. 

387.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu 

verən şəxs tərəfindən imzalanır. 

387.4.  Qanuni  nümayəndənin  və  ya  nümayəndənin  səlahiyyətlərini  təsdiq  edən 

sənəd  cinayət  işində,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarında  və  ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraat  materiallarında  olmadıqda  qanuni 

nümayəndənin  və  ya  nümayəndənin  verdiyi  apellyasiya  şikayətinə  onların 

səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 

387.5.  Apellyasiya  şikayətində  və  ya  apellyasiya  protestində  birinci  instansiya 

məhkəməsinə  təqdim  edilməmiş  yeni  sübutlara  istinad  edilməsinə  yalnız  həmin 

sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünün 

və  ya  onların  həmin  məhkəmə  tərəfindən  qəbul  edilməməsinin  əsaslandırıldığı 

halda yol verilir. 

M a d d ə   3 8 8 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   d a x i l   o l m a s ı   h a q q ı n d a   b i l d i r i ş

 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


obyom-uchebnih-chasov--.html

obyom-uchebnih-chasov-po-5.html

obyom-uchebnih-chasov-po.html

obzhalovanie--.html

obzor-12-j-glavi--.html