1 ... 15 16 17 18 19 20 21 22 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 19

səhifə19/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

72.1. Apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə 

apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir. 

72.2.  Apellyasiya  məhkəmələri  aşağıda  göstərilən  məhkəmələrin  qanuni  qüvvəyə 

minməmiş  hökmlərindən  və  digər  qərarlarından  apellyasiya  şikayətləri  və  ya  protestləri 

əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır: 

72.2.1. 


 

yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin; 

72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin; 

72.2.3. yurisdiksiyalarında baş vermiş cinayətlərlə bağlı işlər üzrə Ağır cinayətlərə dair 

işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin; 

   72.2.4  yurisdiksiyalarında  baş  vermiş  cinayətlərlə  bağlı  işlər  üzrə  Ağır 

cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin.

xxviii[28]

 

M a d d ə   7 3 .   A z ə r b a y c a n   R e s p u b l i k a s ı   A l i   M ə h k ə m ə s i n i n  

a i d i y y ə t i

 

73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi 

ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət 

göstərir. 

73.2.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  cinayət  işləri  üzrə  üzrə 

kollegiyası və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyası apellyasiya instansiyası 

məhkəmələri  və  andlılar  məhkəməsi  tərəfindən  çıxarılmış  hökmlərdən  və  digər 

qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə 

və cinayət təqibi ilə bağlı digər materiallara baxır. 

xxix[29]


 

73.3.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  əlavə  kassasiya 

qaydasında  kassasiya  instansiyası  məhkəməsi  tərəfindən  çıxarılmış  qərarlardan 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  sədrinin  təqdimatları,  Azərbaycan 

Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və 

hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  və  yeni  açılmış  hallar  üzrə 

işlərə baxır. 

xxx[30]


 

M a d d ə   7 4 .   Ə r a z i   ü z r ə   m ə h k ə m ə   a i d i y y ə t i

 

74.1. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid 

olan birinci instansiya məhkəməsində baxılır.

xxxi[31]


 

74.2. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin 

məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 

74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 

74.2.2.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  son  əməlin  törədildiyi  yer  davam 

edən cinayətin başa çatdığı yer hesab olunur. 

74.3.  Xaricdə  törədilməsi  ehtimal  olunan  cinayət  üzrə  iş  təqsirləndirilən  şəxsin 

Azərbaycan  Respublikasında  axırıncı  yaşayış  yeri  üzrə  fəaliyyət  göstərən 

məhkəməyə aiddir. 

74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi 

həmin  işin  məhkəməyədək  icraatının  başa  çatdığı  yer  üzrə  fəaliyyət  göstərən 

məhkəməyə aiddir. 

74.5.  Cinayət  işlərindən  biri  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan 

Respublikasının  Məhkəməsinə,  digəri  isə  rayon  (şəhər)  məhkəməsinə  aid  olan  bir 

icraatda  birləşdirilmiş  cinayət  işlərinə  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan 

Respublikasının Məhkəməsində baxılır. 

74.6.  Cinayət  işlərindən  biri  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan 

Respublikasının  Hərbi  Məhkəməsinə,  digəri  isə  hərbi  məhkəmələrə  və  ya  rayon 

(şəhər)  məhkəmələrinə,  yaxud  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan 

Respublikasının  Məhkəməsinə  aid  olan  bir  icraatda  birləşdirilmiş  cinayət  işlərinə 

Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində 

baxılır. 

74.7.  Cinayət  işlərindən  biri  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar 

Respublikasının  məhkəməsinə,  digəri  isə  Naxçıvan  Muxtar  Respublikasının  rayon 

(şəhər)  məhkəməsinə  aid  olan  bir  icraatda  birləşdirilmiş  cinayət  işlərinə  Ağır 

cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində baxılır. 

Cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə 

dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən hərbi məhkəməyə, 

Naxçıvan  Muxtar  Respublikasının  rayon  (şəhər)  məhkəmələrinə,  yaxud  Ağır 

cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə aid olan 

bir  icraatda  birləşdirilmiş  cinayət  işlərinə  Naxçıvan  Muxtar  Respublikasının 

ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata 

keçirən hərbi məhkəmədə baxılır.

xxxii[32]

 

74.8. Eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox 

cinayətlər  üzrə  işə,  həmin  cinayət  işinin  məhkəməyədək  icraatının  başa  çatdığı  yer 

üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.

xxxiii[33]

 

74.9.  Məhkəmə  nəzarətinin  həyata  keçirilməsi  qaydasında,  habelə  hökm  və  ya 

məhkəmənin  digər  yekun  qərarlarının  icrası  qaydasında  materiallara  birinci 

instansiya  məhkəmələrində  aidiyyəti  üzrə  baxılması  bu  Məcəllənin  442.1,  510.1, 

511.1, 512.1, 513.1, 514.1, 515.2, 516 - 519-cu maddələri ilə müəyyən olunur. 

xxxiv[34]

 

M a d d ə   7 5 .   C i n a y ə t   i ş i n i n   v ə   y a   d i g ə r   m a t e r i a l ı n  

m ə h k ə m ə   a i d i y y ə t i   ü z r ə   v e r i l m ə s i

 

75.1. Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi 

ittiham  qaydasında  şikayətin,  habelə  digər  materialın  məhkəmənin  icraatına  qəbul 

edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. 

Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid 

olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 

75.2. Məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-

cı  maddələrində  nəzərdə  tutulmuş  şərtlərə  uyğun  başqa  məhkəmədə  baxılmalı 



:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


obzor-literaturi-4----7.html

obzor-literaturi-po.html

obzor-lokalnih-i.html

obzor-nablyudatelnih.html

obzor-o-prirode-metafori-4.html