1 ... 137 138 139 140 141 142 143 144 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 141

səhifə141/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

423.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yazılı şəkildə 

verilir  və  onlara  məhkəmənin  mübahisə  edilən  hökm  və  ya  qərarının,  habelə 

müvafiq  olaraq  təqdimatın,  protestin  və  ya  şikayətin  dəlillərini  təsdiq  edə  biləcək 

sənədlərin surətləri əlavə olunur. 

423.4. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət bu Məcəllənin 

413.1.1—413.1.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. 

423.5.  Əlavə  kassasiya  qaydasında  verilmiş  təqdimata,  protestə  və  ya  şikayətə 

onları  vermək  hüququ  olan  bütün  şəxslərə  çatacaq  sayda  onların  surətləri  əlavə 

edilir. 

423.6.  Əlavə  kassasiya  qaydasında  təqdimat,  protest  və  ya  şikayət  vermiş  şəxs 

məsələyə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun  iclasında 

baxılanadək  onu  geri  götürmək  hüququna  malikdir.  Təqdimat,  protest  və  ya 

şikayətin  geri  götürülməsi  onlara  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsində 

baxılmasına xitam verilməsinə səbəb olur. 

M a d d ə  

4 2 4 .  

Ə l a v ə  

k a s s a s i y a  

q a y d a s ı n d a  

v e r i l m i ş  

p r o t e s t   v ə   y a   ş i k a y ə t i n   b a x ı l m a m ı ş   s a x l a n ı l m a s ı   ü ç ü n  

ə s a s l a r

 

424.0.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  sədri  öz  qərarı  ilə  əlavə 

kassasiya qaydasında verilmiş protest və ya şikayəti aşağıdakı hallarda baxılmamış 

saxlamaq hüququna malikdir: 

424.0.1. protest və ya şikayət vermiş şəxs müvafiq hüquqa malik olmadıqda; 

424.0.2. protest və ya şikayət vermiş şəxs onları yazılı şəkildə təqdim etmədikdə; 

424.0.3.  protest  və  ya  şikayət  vermiş  şəxs  onlara  məhkəmənin  mübahisə  edilən 

qərarının surətini əlavə etmədikdə; 

424.0.4.  protest  və  ya  şikayət  vermiş  şəxs  belə  protest  və  ya  şikayət  vermək 

hüququ olan bütün şəxslərə çatacaq sayda onun surətlərini əlavə etmədikdə. 

M a d d ə  

4 2 5 .  

Ə l a v ə  

k a s s a s i y a  

q a y d a s ı n d a  

t ə q d i m a t ,  

p r o t e s t   v ə   y a   ş i k a y ə t i n   v e r i l m ə s i   b a r ə d ə   b i l d i r i ş

 

425.0.  Əlavə  kassasiya  qaydasında  təqdimat,  protest  və  ya  şikayət  Azərbaycan 

Respublikasının  Ali  Məhkəməsinə  daxil  olduqdan  sonra  onun  surətləri  3  (üç)  gün 

müddətində  belə  təqdimat,  protest  və  ya  şikayət  vermək  hüququ  olan  şəxslərə 

göndərilir. Bu şəxslərə eyni zamanda aşağıdakı hüquqlar izah edilir: 

425.0.1. əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 

Plenumuna  verilmiş  təqdimat,  protest  və  ya  şikayətlə,  habelə  cinayət  işi, 

məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında 

şikayət üzrə icraatın materialları ilə tanış olmaq, onlardan lazımi çıxarışlar etmək; 

425.0.2.  müvafiq  olaraq  verilmiş  təqdimat,  protest  və  ya  şikayətin  surətini 

aldıqdan sonra 10 (on) gün müddətində onlara öz etirazlarını bildirmək; 

425.0.3.  müvafiq  olaraq  əlavə  kassasiya  qaydasında  təqdimat,  protest  və  ya 

şikayətə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  iclasında 

baxılanadək digər şəxslərin etirazları ilə tanış olmaq; 

425.0.4. əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətə Azərbaycan 

Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılması zamanı iştirak və çıxış 

etmək. 


M a d d ə  

4 2 6 .  

Ə l a v ə  

k a s s a s i y a  

q a y d a s ı n d a  

v e r i l m i ş  

p r o t e s t   v ə   y a   ş i k a y ə t i n   i l k i n   ö y r ə n i l m ə s i

 

426.1.  Əlavə  kassasiya  qaydasında  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinə 

daxil olmuş protest və ya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri 

ilkin  öyrənilməsi  üçün  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  müvafiq 

kollegiyasının  hakimlərindən  birinə  verir.  Əlavə  kassasiya  qaydasında  Azərbaycan 

Respublikasının  Ali  Məhkəməsinə  daxil  olmuş  protest  və  ya  şikayətlər  bu 

Məcəllənin 298.1-ci maddəsində göstərilən qaydalara uyğun olaraq bölüşdürülür. 

426.2.  Əlavə  kassasiya  qaydasında  protest  və  ya  şikayəti  ilkin  öyrənən  hakim 

protest və ya şikayətin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu 

vaxtdan 30 (otuz) gündən gec olmayaraq aşağıdakı hərəkətləri yerinə yetirir: 

426.2.1. protest və ya şikayət və onlara əlavə edilmiş sənədlərlə tanış olur; 

426.2.2.  bu  Məcəllənin  424  və  425-ci  maddələrinin  tələblərinin  yerinə 

yetirilməsini təmin edir; 

426.2.3.  protest  və  ya  şikayətin  məzmunu  onda  məhkəmənin  mübahisə  edilən 

hökm  və  ya  qərarının  qanuniliyinə  və  əsaslılığına  şübhə  yaratdıqda  cinayət  işi, 

məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayət  üzrə  icraatın  materiallarının  tələb  edilməsi  barədə  qərar  qəbul 

edir və onun icrasını təmin edir; 

426.2.4.  protest  və  ya  şikayətin  dəlilləri  ilə  müqayisə  etməklə  cinayət  işi, 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  və  ya  xüsusi  ittiham 

qaydasında şikayət üzrə icraatın materiallarını öyrənir; 

426.2.5.  məhkəmənin  mübahisə  edilən  hökm  və  ya  qərarına  əlavə  kassasiya 

qaydasında  yenidən  baxılması  üçün  əsasların  olub-olmaması  məsələsinə  dair  rəy 

hazırlayır; 

426.2.6. protest və ya şikayəti və onlara əlavə edilmiş materialları, habelə cinayət 

işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayət  üzrə  icraatın  materiallarını  və  özünün  hazırladığı  rəyi 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə verir; 

426.2.7.  əlavə  kassasiya  qaydasında  protest  və  ya  şikayət  vermək  hüququna 

malik olan şəxslərə müvafiq olaraq verilmiş protest və ya şikayətə baxılmasının yeri 

və vaxtı barədə məlumat verir. 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


obzor-o-vode-i-ede---bet.html

obzor-otrasli.html

obzor-praktiki-po-2.html

obzor-proanalizirovannih.html

obzor-psihologicheskih.html