1 ... 140 141 142 143 144 145 146 147 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 144

səhifə144/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

M a d d ə   4 3 4 .   Y e t k i n l i k   y a ş ı n a   ç a t m a y a n   ş ə x s   b a r ə s i n d ə  

h ə b s   q ə t i m k a n   t ə d b i r i n i n   t ə t b i q   e d i l m ə s i

 

434.1. Yetkinlik yaşına çatmayan şübhəli və təqsirləndirilən şəxs barəsində həbsə 

alma  qətimkan  tədbirinin  tətbiq  edilməsinə  yalnız  ona  az  ağır  zorakı  cinayətin, 

habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. 

434.2.  Yetkinlik  yaşına  çatmayan  şəxs  barəsində  həbs  qətimkan  tədbirinin 

müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində tətbiq edilməsinə yol 

verilir. 

434.3. Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı 

saxlanılmalıdırlar.  Onlar  yaşının,  cinsinin  və  şəxsiyyətinin  xüsusiyyətlərinə  görə 

tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilməlidirlər. 

M a d d ə   4 3 5 .   Y e t k i n l i k   y a ş ı n a   ç a t m a y a n   ş ə x s i n   t ö r ə t d i y i  

c i n a y ə t  

b a r ə d ə  

c i n a y ə t  

i ş i  

ü z r ə  

m ə h k ə m ə  

b a x ı ş ı n ı n  

x ü s u s i y y ə t l ə r i  

cxciii[ 1 9 3 ]

 

435.1.  Yetkinlik  yaşına  çatmayan  şəxslərin  törətdikləri  cinayətlər  barədə  cinayət 

işlərinə daha təcrübəli hakimlər tərəfindən baxılmalıdır. 

435.2.  Yetkinlik  yaşına  çatmayan  şəxs  barəsində  məhkəmə  baxışı  zamanı 

məhkəmə  iclasında  sədrlik  edən  bu  Məcəllənin  429—434-cü  maddələrinin 

tələblərinin təmin olunmasını müəyyən etməlidir. 

435.3.  Yetkinlik  yaşına  çatmayan  şəxs  barəsində  cinayət  işinin  məhkəmə 

baxışında  yetkinlik  yaşına  çatmayan  şəxsin  valideynləri  və  ya  digər  qanuni 

nümayəndələri  iştirak  etmək  hüququna  malikdirlər.  Yetkinlik  yaşına  çatmayan 

şəxsin mənafeyi naminə məhkəmə özünün əsaslandırılmış qərarı ilə həmin şəxslərin 

məhkəmə  baxışında  iştirakını  tələb  edə  və  ya  yetkinlik  yaşına  çatmayan  şəxsin 

mənafeləri  üçün  zəruri  olduğunu  güman  etməyə  əsaslar  olduqda,  valideynlərin  və 

ya digər qanuni nümayəndələrin iştirakından imtina edə bilər. 

435.4. Yetkinlik yaşına çatmayan şəxs  barəsində cəza tədbiri  seçərkən məhkəmə 

aşağıdakıları rəhbər tutmalıdır: 

435.4.1.  cəza  tədbiri  yalnız  törədilmiş  cinayətin  hallarına  və  ağırlığına  deyil, 

həmçinin  yetkinlik  yaşına  çatmayan  şəxsin  vəziyyətinə  və  tələbatına,  habelə 

cəmiyyətin tələbatına uyğun olmalıdır; 

435.4.2.  yetkinlik  yaşına  çatmayan  şəxsin  azadlıqdan  məhrum  edilməsi  ilə  bağlı 

olan  cəza  tədbiri  yalnız  həmin  məsələnin  mükəmməl  baxılmasından  sonra  tətbiq 

edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 

435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə 

ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər 

ağır  cinayətin  təkrarən  törədilməsində  təqsirli  bilinmədiyi  halda  onun  azadlıqdan 

məhrum edilməsi məqsədəuyğun deyildir. 

 


Ma  d  d  ə  4  3  5-1.  Cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə 

çatmamış  

                                 şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi  

 

435-1.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, 

lakin  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  cinayət  qanununda  nəzərdə  tutulmuş  yaş 

həddinə  çatmamış  yetkinlik  yaşına  çatmayan  şəxslər  barəsində  cinayət  işinə  xitam 

verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, xitam verilmiş cinayət işi və ya 

cinayət  işi  başlanmasının  rədd  edilməsi  haqqında  materiallar  cinayət  məsuliyyətinə  cəlb 

etməyə  imkan  verən  yaş  həddinə  çatmamış  şəxslərin  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 

müəssisələrinə göndərilməsi məqsədilə cinayət prosesini həyata keçirən orqan tərəfindən 3 

gün  müddətində  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyaya göndərilir. 

435-1.2. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 

təqdim  olunmuş  materiallar  əsasında  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  zəruri 

olan digər sənədləri toplayır və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə 

çatmamış  şəxsin  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilməsinin 

mümkünlüyü  haqqında  məsələyə  baxılması  üçün  həmin  şəxsin  yaşayış  yeri  üzrə  birinci 

instansiya məhkəməsi qarşısında vəsatət qaldırır. 

435-1.3.  Cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmamış  şəxsin 

qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilməsi  barədə  materiallar  məhkəməyə 

daxil olandan sonra 10 gündən gec olmayaraq məhkəmə iclasında baxılır. Aşağıdakı şəxslər 

məhkəmə iclasında iştirak etmək hüququna malikdirlər: 

435-1.3.1.  cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmamış  şəxs, 

onun müdafiəçisi, valideynləri və ya digər qanuni nümayəndələri; 

435-1.3.2.  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyanın nümayəndəsi; 

435-1.3.3. dövlət ittihamçısı; 

435-1.3.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin 

yaşayış  yeri  və  ya  ictimai  təhlükəli  əməlin  törədildiyi  ərazi  üzrə  daxili  işlər  orqanının 

yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin nümayəndəsi. 

435-1.4.  Cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmamış  şəxsin 

qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilməsi  üzrə  məhkəmə  iclasında 

müdafiəçinin  iştirakı  məcburidir.  Cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş 

həddinə  çatmamış  şəxsin  mənafeyi  naminə  məhkəmə  özünün  əsaslandırılmış  qərarı  ilə 

onun  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin  məhkəmə  baxışında  iştirakını 

tələb edə və ya onların iştirakından imtina edə bilər. 

435-1.5. Məhkəmənin mülahizəsinə və ya bu Məcəllənin 435-1.3-cü maddəsində nəzərdə 

tutulmuş şəxslərin vəsatətinə əsasən məhkəmə iclasına digər şəxslər də çağırıla bilər. 

435-1.6. Müdafiəçi istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş 

həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə 

materiallara  baxılma  yeri  və  vaxtı  haqqında  məlumatlandırılmış  bu  Məcəllənin  435-1.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  şəxslərin  məhkəmə  iclasına  gəlməməsi  məhkəmə  iclasının 

keçirilməsinə mane olmur. 

435-1.7.  Cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmamış  şəxsin 

qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilməsi  üzrə  məhkəmə  iclası  aşağıdakı 

ardıcıllıqla aparılır: 



:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


obzor-rinka-standartnih.html

obzor-situacii.html

obzor-sudebnoj-praktiki-2.html

obzor-sudebnoj-praktiki.html

obzor-traneksam-.html