1 ... 146 147 148 149 150 151 152 153 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 150

səhifə150/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

448.1.1.  müvafiq  olaraq  istintaq  hərəkətinin  məcburi  aparılması,  prosessual 

məcburiyyət  tədbirinin  tətbiq  edilməsi  və  ya  əməliyyat-axtarış  tədbirinin  həyata 

keçirilməsinə dair vəsatətin təmin edilməsi barədə; 

448.1.2.  istintaq  hərəkətinin  məcburi  aparılmasına,  prosessual  məcburiyyət 

tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə 

dair vəsatətin rədd edilməsi barədə; 

448.1.3.  təqsirləndirilən  şəxs  barəsində  həbs  və  ya  ona  alternativ  olan  qətimkan 

tədbirinin  seçilməsi,  yaxud  bundan  imtina  barədə,  habelə  həbsdə  saxlama 

müddətinin uzadılması və ya bundan imtina barədə. 

448.2.  Əməliyyat-axtarış  tədbirinin  həyata  keçirilməsi  ilə  əlaqədar  qərar 

çıxarıldıqda,  məhkəmə  bu  Məcəllənin  və  «Əməliyyat-axtarış  fəaliyyəti  haqqında» 

Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanır. 

448.3.  Məhkəmə  nəzarəti  funksiyalarının  həyata  keçirən  hakimin  qərarında 

aşağıdakılar göstərilməlidir: 

448.3.1. qərarın tərtib edildiyi tarix, vaxt və yer; 

448.3.2. hakimin soyadı, adı, atasının adı və vəzifəsi; 

448.3.3. vəsatət vermiş şəxsin və prokurorun soyadları, adları, atalarının adları və 

vəzifələri; 

448.3.4.  qərarın  mahiyyəti  (bu  Məcəllənin  446.2.5—446.2.10-cu  maddələrində 

göstərilən məsələlərə məhkəmənin münasibəti dəqiq göstərilməklə); 

448.3.5. qərarın qüvvədə olma müddəti; 

448.3.6. qərarın icra edilməsi həvalə edilən vəzifəli şəxs və ya orqan; 

448.3.7. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası. 

448.4.  İstintaq  hərəkətinin  məcburi  aparılmasına,  prosessual  məcburiyyət 

tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə 

dair  vəsatətin  rədd  edilməsi  barədə  məhkəmənin  qərarına  bu  Məcəllənin  448.3.1—

448.3.3  və  448.3.7-ci  maddələrində  göstərilmiş  müddəalar,  imtinanın  motivləri, 

habelə  qərarın  qəbul  edilməsi  ilə  əlaqədar  göstərilməli  olan  digər  mühüm  hallar 

daxil edilir. 

448.5.  Həbs  qismində  qətimkan  tədbirinin  seçilməsinin  və  ya  həbsdə  saxlama 

müddətinin  uzadılmasının  rədd  edilməsi  haqqında  hakimin  qərarı  elan  edildikdən 

dərhal  sonra  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

məhkəmənin  qərarı  ilə  razı  olmadığını  və  həmin  qərardan  apellyasiya  instansiyası 

məhkəməsinə  protest  verəcəyini  bildirdikdə,  hakim  öz  qərarına  təqsirləndirilən 

şəxsin  müvəqqəti  olaraq  7  (yeddi)  gün  müddətində  ev  dustaqlığı  və  ya  həbsdə 

saxlanılması barədə müddəa ilə əlavə edir. 

448.6. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin 

tətbiq  edilməsi  və  ya  əməliyyat-axtarış  tədbirinin  həyata  keçirilməsi  məsələləri  ilə 

bağlı  hakimin  qərarının  surəti  həmin  qərar  çıxarıldıqdan  sonra  3  (üç)  gündən  gec 

olmayaraq aşağıdakı şəxslərə göndərilir: 



448.6.1. vəsatəti vermiş şəxsə; 

448.6.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 

448.6.3. təqsirləndirilən şəxsin həbsdə saxlanılma yerinin müdiriyyətinə; 

448.6.4.  müvafiq  xahiş  olduqda,  barəsində  istintaq  hərəkətinin  aparılması, 

prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələlərinin baxıldığı şəxsə. 

448.7.  Təqsirləndirilən  şəxs  məhkəmənin  iclasında  iştirak  etdikdə  və  məhkəmə 

onun  barəsində  həbs  qismində  qətimkan  tədbiri  seçilməsinə  (həbsdə  saxlama 

müddətinin  uzadılmasına)  imtina  barədə  qərar  çıxardıqda,  bu  Məcəllənin  448.5-ci 

maddəsində  nəzərdə  tutulmuş  hal  istisna  olunmaqla,  təqsirləndirilən  şəxs  dərhal 

məhkəmə iclası zalında həbsdən azad edilir. 

448.8.  İstintaq  hərəkətinin  məcburi  aparılmasına,  prosessual  məcburiyyət 

tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə 

dair  vəsatətin  rədd  edilməsi  barədə,  habelə  həbs  qismində  qətimkan  tədbiri 

seçilməsinə  (həbsdə  saxlama  müddətinin  uzadılmasına)  imtina  barədə  hakim 

tərəfindən  qərar  çıxarıldıqdan  sonra  məhkəməyə  təkrar  müraciətə  müvafiq  olaraq 

istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq 

edilməsinin  və  ya  əməliyyat-axtarış  tədbirinin  həyata  keçirilməsinin  zəruriliyini 

təsdiq edən yeni hallar aşkar edildikdə yol verilir. 

M a d d ə   4 4 9 .   C i n a y ə t   p r o s e s i n i   h ə y a t a   k e ç i r ə n   o r q a n ı n  

p r o s e s s u a l  

h ə r ə k ə t l ə r i n d ə n  

v ə  


y a  

q ə r a r l a r ı n d a n  

m ə h k ə m ə y ə   ş i k a y ə t   v e r i l m ə s i

 

449.1.  Məhkəmə  nəzarətini  həyata  keçirən  məhkəməyə  cinayət  prosesini  həyata 

keçirən  orqanın  aşağıdakı  şəxslərinin  prosessual  hərəkətlərindən  və  ya 

qərarlarından şikayət verilə bilər: 

449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 

449.1.2.  tutulmanı  və  ya  tutulan  şəxsin  həbsdə  saxlanılma  yerlərində 

saxlanılmasını həyata keçirən şəxsin; 

449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 

449.1.4. müstəntiqin; 

449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 

449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya 

qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 

449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 

449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 

449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və 

azadlıqları pozulan digər şəxslər. 

KM6

  449.3.  Bu  Məcəllənin  449.2-ci  maddəsində  göstərilən  şəxslər  aşağıdakılarla  bağlı 

cinayət  prosesini  həyata  keçirən  orqanın  prosessual  hərəkətlərindən  və  ya 

qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 



:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


obzori-redakcii.html

obzoru-strahovogo-rinka.html

ocak--ubat-programi-14.html

ocak-2003-sayisinin-5.html

ocak-2003-sayisinin.html