1 ... 153 154 155 156 157 158 159 160 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 157

səhifə157/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

L V   f ə s i l  

ANLAQSIZ VƏZİYYƏTDƏ CİNAYƏT TÖRƏTMİŞ ŞƏXSLƏR 

BARƏSİNDƏ TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏRİN TƏTBİQ 

EDİLMƏSİ ÜZRƏ İCRAAT 

M a d d ə  

4 6 8 .  

A n l a q s ı z  

v ə z i y y ə t d ə  

c i n a y ə t  

t ö r ə t m i ş  

ş ə x s l ə r   b a r ə s i n d ə   t i b b i   x a r a k t e r l i   m ə c b u r i   t ə d b i r l ə r i n  

t ə t b i q   e d i l m ə s i   ü z r ə   i c r a a t ı n   x ü s u s i y y ə t l ə r i

 

Anlaqsız  vəziyyətdə  cinayət  törətmiş  şəxslər  barəsində  tibbi  xarakterli  məcburi 

tədbirlərin  tətbiq  edilməsi  üzrə  icraat  bu  Məcəllənin  468—478-ci  maddələri  ilə 

nəzərdə  tutulmuş  xüsusiyyətlər  nəzərə  alınmaqla  bu  Məcəllənin  ümumi  qaydaları 

əsasında aparılır. 

M a d d ə  

4 6 9 .  

A n l a q s ı z  

v ə z i y y ə t d ə  

c i n a y ə t  

t ö r ə t m i ş  

ş ə x s l ə r   b a r ə s i n d ə   t i b b i   x a r a k t e r l i   m ə c b u r i   t ə d b i r l ə r i n  

t ə t b i q   e d i l m ə s i   ü z r ə   m ə h k ə m ə y ə d ə k   i c r a a t

 

469.1.  Anlaqsız  vəziyyətdə  cinayət  törətmiş  şəxslər  barəsində  tibbi  xarakterli 

məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə  məhkəməyədək  icraat  ibtidai  istintaq 

şəklində aparılır. 

469.2.  Anlaqsız  vəziyyətdə  cinayət  törətmiş  şəxslər  cəmiyyət  üçün  təhlükəli 

olaraq  qalmaqda  davam  etdikdə,  müstəntiq  və  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokuror həmin şəxslər barəsində tibbi xarakterli məcburi 

tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərar çıxarır. 

469.3.  Anlaqsız  vəziyyətdə  cinayət  törətmiş  şəxslər  barəsində  tibbi  xarakterli 

məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə  icraatın  aparılmasında,  barəsində  tibbi 

xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin psixi vəziyyəti 

buna mane olduğu hallar istisna olmaqla, həmin şəxsin özü, müdafiəçisi və qanuni 

nümayəndəsi iştirak edə bilərlər. 

469.4.  Barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə  iş 

başlanmış  şəxs  öz  psixi  vəziyyətinə  görə  iş  üzrə  icraatda  iştirak  edə  bilmədikdə, 

müstəntiq,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  bu 

barədə  protokol  tərtib  edir  və  həmin  protokol  müvafiq  şəxsin  prosessual  fəaliyyət 

qabiliyyəti olmayan hesab edilməsi barədə məsələnin həlli üçün hakimə göndərilir. 

M a d d ə   4 7 0 .   A n l a q s ı z   v ə z i y y ə t d ə   o l a n   ş ə x s l ə r i n   i ş l ə r i  

ü z r ə   m ü ə y y ə n   e d i l m ə l i   o l a n   h a l l a r

 

470.0. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə 

icraat başlanmış şəxslərin işləri üzrə aşağıdakılar müəyyən edilməlidir: 

470.0.1. onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi 

yer, vaxt, üsul və digər hallar; 

470.0.2. əməlin həmin şəxs tərəfindən törədilməsi; 



470.0.3.  əməl  törədilənədək  həmin  şəxsdə  psixi  xəstəliyinin  olması,  əməlin 

törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi 

və xarakteri; 

470.0.4. həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı; 

470.0.5. vurulmuş zərərin xarakteri və məbləği. 

M a d d ə  

4 7 1 .  

T i b b i  

x a r a k t e r l i  

m ə c b u r i  

t ə d b i r l ə r i n  

t ə t b i q   e d i l m ə s i   ü z r ə   i ş i n   a y r ı l m a s ı

 

Cinayət  işinin  ibtidai  araşdırılması  zamanı  iştirakçılardan  hər  hansının  cinayət 

qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədildiyi  anda  anlaqsız  vəziyyətdə  olması 

müəyyən  edildikdə,  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üzrə  iş 

cinayət işindən ayrıca icraata ayrılır. 

M a d d ə   4 7 2 .   M ü d a f i ə ç i n i n   v ə   q a n u n i   n ü m a y ə n d ə n i n  

i ş t i r a k ı

 

472.1.  Tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  barədə  iş  üzrə 

müdafiəçinin iştirakı işin başlandığı və ya ayrıca icraata ayrıldığı andan məcburidir. 

472.2. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat 

aparılan  şəxslərin  işləri  üzrə  işdə  iştirak  etmək  üçün  müstəntiqin,  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya  məhkəmənin 

qərarı  ilə  qanuni  nümayəndə  qismində  yaxın  qohumları,  həyat  yoldaşları  və 

göstərilən şəxsin olduğu müalicə müəssisəsinin nümayəndəsi cəlb edilə bilərlər. 

M a d d ə  

4 7 3 .  

B a r ə s i n d ə  

t i b b i  

x a r a k t e r l i  

m ə c b u r i  

t ə d b i r l ə r i n  

t ə t b i q  

e d i l m ə s i  

b a r ə d ə  

i ş  

ü z r ə  

i c r a a t  

a p a r ı l a n   ş ə x s l ə r i n   h ü q u q l a r ı

 

Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat 

aparılan  şəxs  təqsirləndirilən  şəxsin  bütün  hüquqlarından  istifadə  edir.  Xəstəliyin 

dərəcəsindən  və  xarakterindən  asılı  olaraq,  o,  aşağıdakı  hüquqlara  malikdir:  hansı 

ictimai  təhlükəli  əməlin  törədilməsinin  ona  istinad  edildiyini  bilmək,  müstəntiqin 

icazəsi  ilə  istintaq hərəkətlərinin aparılmasında  iştirak etmək, özünün  iştirak etdiyi 

istintaq  hərəkətlərinin  protokolları  ilə  tanış  olmaq  və  onlardakı  qeydlərin 

düzgünlüyünə və tamlığına dair öz qeydlərini bildirmək, vəsatət vermək və etirazlar 

bildirmək, iş üzrə icraat qurtardıqdan sonra işin bütün materialları ilə tanış olmaq və 

onlardan  həcminə  məhdudiyyət  qoyulmadan  istənilən  çıxarışları  etmək,  tibbi 

xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  üçün  işin  məhkəməyə  göndərilməsi 

haqqında  qərarların  surətlərini  almaq,  məhkəmə  baxışında,  sübutların  tədqiqində 

iştirak etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər etmək. 

M a d d ə  

4 7 4 .  

A n l a q s ı z  

v ə z i y y ə t d ə  

c i n a y ə t  

t ö r ə t m i ş  

ş ə x s l ə r   b a r ə s i n d ə   t ə h l ü k ə s i z l i k   t ə d b i r l ə r i

 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ocak-ayi-etm-blteni--.html

ocak-subat2011-doc.html

ocaqlarla-bal-mtrk-mnqb.html

ocaqnnqddardmnlrindnbirid.html

occ----location---clay-3.html