1 ... 158 159 160 161 162 163 164 165 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 162

səhifə162/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

məlumatları  1  (bir)  ayadək  müddətə  təqdim  edilməsini  tələb  edə  bilər.  Bu  müddət 

xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanının vəsatəti əsasında daha 

1 (bir) ayadək müddətə uzadıla bilər. 

494.2. Həbsdə olan şəxsin verilməsi üçün xarici dövlətin sorğu edən səlahiyyətli 

hakimiyyət  orqanı  təyin  edilmiş  müddət  ərzində  əlavə  məlumatları  təqdim 

etmədikdə  həmin  şəxs  Azərbaycan  Respublikasının  sorğu  edilən  cinayət  təqibi 

orqanı tərəfindən azad edilir. 

M a d d ə   4 9 5 .   V e r i l m ə s i   ü ç ü n   ş ə x s i n   h ə b s ə   a l ı n m a s ı

 

495.1.  Xarici  dövlətin  səlahiyyətli  hakimiyyət  orqanından  hər  hansı  şəxsin 

verilməsi  barədə xahişi və onun həbsə alınması haqqında qərarın surətini aldıqdan 

sonra  Azərbaycan  Respublikasının  sorğu  edilən  cinayət  təqibi  orqanı  zərurət 

olduqda  və  bu  Məcəllənin  müddəalarına  riayət  etməklə  şəxsin  verilməsi  haqqında 

qərar qəbul edilənədək onun tutulması və həbsə alınması üçün tədbirlər görə bilər. 

495.2.  Bu  Məcəllənin  495.1-ci  maddəsinin  müddəasına  uyğun  olaraq  həbsə 

alınmış  şəxs  barəsində  seçilmiş  qətimkan  tədbirinin  təsdiq  edilməsi,  dəyişdirilməsi 

və ya ləğv edilməsi üçün hakimə müraciət etmək hüququna malikdir. 

495.3.  Zəruri  hallarda  Azərbaycan  Respublikasının  sorğu  edilən  cinayət  təqibi 

orqanı  bu  Məcəllənin  müddəalarına  riayət  etməklə  xarici  dövlətin  sorğu  edən 

səlahiyyətli  hakimiyyət  orqanının  vəsatəti  əsasında  hüquqi  yardım  göstərilməsi 

qaydasında,  həmçinin  barəsində  verilməsi  xahişi  ilə  rəsmi  müraciət  daxil  olmamış 

şəxsi də tutmaq səlahiyyətinə malikdir. Belə halda müvafiq vəsatət: 

495.3.1. əvvəlcədən poçt, teleqraf, teleks və ya telefaks vasitəsi ilə alınmalı; 

495.3.2. həmin vəsatət həbsə alma haqqında qərara və ya qanuni qüvvəyə minmiş 

hökmə istinadı əks etdirməlidir; 

495.3.3.  şəxsin  verilməsi  xahişi  ilə  rəsmi  müraciətin  əlavə  olaraq  yaxın  48  saat 

müddətində təqdim ediləcəyini təsdiq etməlidir. 

495.4.  Azərbaycan  Respublikasının  cinayət  təqibi  orqanı  şəxsin  verilməsi  xahişi 

barəsində  rəsmi  müraciət  əsasında  həmin  şəxsin  tutulması  və  ya  həbs  edilməsi, 

habelə  belə  müraciət  alınanadək  hüquqi  yardım  göstərilməsi  qaydasında  xarici 

dövlətin vəsatəti əsasında onun tutulması  barədə dərhal xarici dövlətin sorğu edən 

səlahiyyətli hakimiyyət orqanını məlumatlandırır. 

495.5.  Bu  Məcəllənin  495.1  və  495.3-cü  maddələrinin  müddəalarına  müvafiq 

olaraq  həbsə  alınmış  şəxs  cinayət  təqibi  orqanlarının  hərəkətlərindən  şikayətlə 

məhkəməyə  müraciət  etmək  hüququna  malikdir.  Həmin  şikayətə  bu  Məcəllənin 

442—454-cü maddələrində müəyyən edilmiş qaydada baxılır. 

M a d d ə   4 9 6 .   Ş ə x s i n   v e r i l m ə s i   h a q q ı n d a   m ə s ə l ə n i n   h ə l l  

e d i l m ə s i

 

496.1.  Azərbaycan  Respublikasının  ərazisində  olan  şəxs  onun  cinayət 

məsuliyyətinə cəlb edilməsi və ya hökmün icra edilməsi üçün bu Məcəllənin 496.2—

496.7-ci  maddələrində  nəzərdə  tutulmuş  tələblərin  yerinə  yetirilməsinin  zəruriliyi 

nəzərə alınmaqla Azərbaycan Respublikasının cinayət təqibi orqanı tərəfindən xarici 

dövlətin  səlahiyyətli  hakimiyyət  orqanının  həmin  şəxsin  verilməsi  xahişi  ilə  rəsmi 

müraciəti əsasında verilir. 

496.2.  Şəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün  verilməsi  Azərbaycan 

Respublikasının  və  sorğu  edən  dövlətin  qanunvericiliyi  ilə  cinayət  qaydasında 

cəzalandırılmalı  olan  və  törədilməsinə  görə  1  (bir)  ildən  az  olmayan  müddətə 

azadlıqdan  məhrum  etmə  növündə  və  ya  daha  ağır  cəzanın  nəzərdə  tutulduğu 

əməllərə görə həyata keçirilir. 

496.3.  Şəxsin  hökmün  icra  edilməsi  üçün  verilməsi  Azərbaycan  Respublikasının 

və sorğu edən dövlətin qanunvericiliyi ilə cinayət qaydasında cəzalandırılmalı olan 

və  törədilməsinə  görə  verilməsi  sorğu  edilən  şəxsin  6  (altı)  aydan  az  olmayan 

müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  daha  ciddi  cəzaya  məhkum  olunduğu 

əməllərə görə həyata keçirilir. 

496.4. Aşağıdakı hallarda şəxs verilmir: 

496.4.1.  şəxsin  verilməsi  haqqında  xahişin  alındığı  anda  Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmək 

üçün müddətin başa çatması və ya digər qanuni əsaslar nəticəsində cinayət təqibinin 

başlana və ya hökmün icra edilə bilməyəcəyi halda; 

496.4.2.  verilməsi  xahiş  olunan  şəxs  barəsində  iş  üzrə  icraata  xitam  verilməsi 

haqqında qanuni qüvvəyə minmiş qərar olduqda; 

496.4.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  cinayət 

xüsusi  ittiham  qaydasında  (zərər  çəkmiş  şəxsin  şikayəti  əsasında)  təqib  edildiyi 

halda. 


496.5. Şəxsin verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 

496.5.1.  verilməsi  sorğu  edilən  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşı 

olduqda və ya ona Azərbaycan Respublikasında siyasi sığınacaq verildikdə; 

496.5.2.  şəxsin  verilməsi  sorğusu  ilə  əlaqədar  olan  cinayət  Azərbaycan 

Respublikasının ərazisində törədildikdə; 

496.5.3. verilməsi sorğu edilən şəxs siyasi, irqi və ya dini mənsubiyyətə görə təqib 

edildikdə; 

496.5.4. verilməsi sorğu edilən şəxs sülh dövründə hərbi cinayət törətdiyinə görə 

təqib edildikdə; 

496.5.5.  şəxsin  verilməsi  xahişi  ilə  müraciət  etmiş  dövlətin  Azərbaycan 

Respublikası  ilə  cinayət  işləri  üzrə  hüquqi  yardım  göstərilməsi  barədə  müqaviləsi 

olmadıqda  və  ya  həmin  dövlət  bu  sahədə  hüquqi  yardımın  göstərilməsi  barədə 

müqavilənin tələblərinə əməl etmədikdə. 

496.6. Verilməsi barədə sorğu edilən şəxs Azərbaycan Respublikasının ərazisində 

başqa  cinayətin  törədilməsinə  görə  cinayət  məsuliyyətinə  cəlb  və  ya  məhkum 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


occasional-papers-series.html

occupation-of-poland--.html

occupazionale.html

occupy-gezi-non-re.html

occurrence-of-maar-3.html