1 ... 161 162 163 164 165 166 167 168 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 165

səhifə165/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

507.3.2.  şəxs  azadlıqdan  məhrum  etməyə  şərti  və  ya  hökmün  icrası  təxirə 

salınmaqla məhkum edildikdə; 

507.3.3.  şəxs  azadlıqdan  məhrum  etmə  ilə  bağlı  olmayan  cəzaya  məhkum 

edildikdə; 

507.3.4.  şəxs  tutulma  və  ya  qətimkan  tədbirinin  tətbiq  edilməsi  nəticəsində 

həbsdə  olduğu  və  ya  apellyasiya,  yaxud  kassasiya  qaydasında  ləğv  edilmiş  qərar 

əsasında həmin cinayət işi üzrə cəza çəkdiyi müddəti aşmayan müddətə azadlıqdan 

məhrum etməyə məhkum edildikdə. 

507.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında 

hakimin  göstərişi  hökm  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icraya 

yönəldilməsi  vəzifəsi  üzərinə  qoyulmuş  müəssisə  və  orqanların  vəzifəli  şəxslərinə 

göndərilir.  Hakimin  göstərişi  ilə  birlikdə,  həmçinin  məhkəmənin  müvafiq 

hökmünün və ya digər yekun qərarının surəti göndərilir. 

507.5.  Hökmün  icra  edilməsi  haqqında  göstərişlə  eyni  zamanda  hakim  həbsdə 

olan və azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin razılığı ilə onun ailəsinə 

hökmün icraya yönəldilməsi barədə məlumat verir.

ccxvii[217]

 

507.6.  Hökmlə  məhkumun  xüsusi  və  ya  hərbi  rütbədən  məhrum  edilməsi,  fəxri 

addan,  yaxud  məhkumun  dövlət  təltifindən  məhrum  edilməsi  haqqında  məsələnin 

qoyulmasının  zəruriliyi  nəzərdə  tutulduğu  halda,  hakim  müvafiq  təqdimatı  və 

məhkəmə  hökmünün  surətini  məhkuma  xüsusi  və  ya  hərbi  rütbə  vermiş,  fəxri  ad, 

yaxud dövlət təltifi ilə təltif etmiş orqana göndərir. 

M a d d ə   5 0 8 .   H ö k m ü n   v ə   y a   m ə h k ə m ə n i n   d i g ə r   y e k u n  

q ə r a r l a r ı n ı n  

i c r a s ı  

s a h ə s i n d ə  

v ə z i f ə l i  

ş ə x s l ə r i n  

v ə z i f ə l ə r i

 

508.1.  Müvafiq  müəssisə  və  ya  orqanların  vəzifəli  şəxsləri  təxirə  salınmadan 

hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və 

onun  icraya  yönəldilməsi  barədə  göstəriş  vermiş  hakimə  dərhal  məlumat 

verməlidirlər. 

508.2.  Cəzanı  icra  edən  müəssisə  və  ya  orqanın  vəzifəli  şəxsləri  hökmün  və  ya 

məhkəmənin  digər  yekun  qərarının  icrası  barədə  göstəriş  vermiş  hakimə,  habelə 

məhkumun  razılığı  ilə  onun  ailəsinə  və  ya  yaxın  qohumlarından  birinə,  yaxud 

məhkumun  göstərdiyi  şəxsə  cəzanın  icrası,  cəzanın  çəkildiyi  yer,  məhkumun 

yerdəyişmələri və azad edilməsi barədə dərhal məlumat verir.

ccxviii[218]

 

508.3.  Bu  Məcəllənin  508.1  və  508.2-ci  maddələrinin  tələblərinə  müvafiq  olaraq 

hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran, yaxud 

onları  lazımınca  icra  etməyən  müvafiq  orqanların  vəzifəli  şəxsləri  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyırlar. 

M a d d ə  

5 0 9 .  

M ə h k ə m ə  

h ö k m ü n ü n  

i c r a s ı  

z a m a n ı  

m ə h k u m u n   h ü q u q l a r ı n ı n   t ə m i n   e d i l m ə s i

 

509.1.  Məhkəmənin  hökmü  çıxarıldıqdan  sonra  onun  icrası  qurtaranadək 

məhkum  edilmiş  şəxs  aşağıdakı  məsələlərə  dair  ərizə  ilə  məhkəməyə  müraciət 

etmək hüququna malikdir: 

509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında; 

509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə 

cəza çəkməkdən azad edilməsi haqqında; 

509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında; 

509.1.4.  cəzanın  çəkilməmiş  hissəsinin  daha  yüngül  cəza  ilə  əvəz  edilməsi 

haqqında; 

509.1.5.  cəzaçəkmə  və  ya  tərbiyə  müəssisələrinin  növünün  dəyişdirilməsi 

haqqında; 

509.1.6.  amnistiyanın  tətbiq  edilməməsi  və  ya  düzgün  tətbiq  edilməməsi 

haqqında; 

509.1.7.  müalicə  müəssisəsində  saxlanılma  vaxtının  cəzaçəkmə  müddətinə  daxil 

edilməsi haqqında; 

509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında; 

509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında. 

509.2.  Məhkumun  bu  Məcəllənin  509.1-ci  maddəsində  göstərilən  ərizələrinə  bu 

Məcəllənin 510—520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. 

509.3.  Məhkumun  bu  Məcəllənin  509.1-ci  maddəsində  göstərilən  ərizələrinə 

məhkəmə  tərəfindən  baxılarkən  məhkum,  onun  müdafiəçisi  və  ya  qanuni 

nümayəndəsi aşağıdakı hüquqlara malikdir: 

509.3.1. məhkəmə iclasında iştirak etmək; 

509.3.2. sübutlar təqdim etmək; 

509.3.3. vəsatətlər qaldırmaq və etirazlar etmək; 

509.3.4. bütün materiallarla tanış olmaq. 

509.4.  Yetkinlik  yaşına  çatmayan  və  ya  fiziki  qüsurlardan,  yaxud  psixi 

xəstəliklərdən  əzab  çəkən  şəxsin  barəsində  hökmlərin  və  ya  məhkəmənin  digər 

yekun  qərarlarının  icrasına  dair  bu  Məcəllənin  509.1-ci  maddəsində  göstərilən 

məsələlərə dair həmin şəxsin əvəzinə onun qanuni nümayəndəsi və ya müdafiəçisi 

məhkəməyə ərizə ilə müraciət edə bilər. Belə halda məhkəmə tərəfindən bu ərizələrə 

baxılması  zamanı  göstərilən  şəxsin  qanuni  nümayəndəsinin  və  ya  müdafiəçisinin 

iştirakı məcburidir. 

M a d d ə   5 1 0 .   H ö k m ü n   i c r a s ı n ı n   t ə x i r ə   s a l ı n m a s ı

 

510.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya azyaşlı uşağı 

olan  məhkum  edilmiş  qadın,  habelə  səkkiz  yaşına  çatmamış  uşağını  təkbaşına 

böyüdən  kişi  barəsində  cəzanın  çəkilməsi  hökmü  çıxarmış  məhkəmə  tərəfindən 

uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər. 

ccxix[219]

 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


occurrence-of-maar-8.html

ocean-city-dining-guide.html

oceanagold-signs-letter.html

oceano-dunes-state-3.html

ocegb148v11-pdf-island.html