1 ... 160 161 162 163 164 165 166 167 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 164

səhifə164/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

503.1.5.  sorğu  edən  xarici  dövlətin  əməlin  cinayət  hesab  edilən  cinayət 

qanununun  müddəalarının,  habelə  iş  üzrə  icraat  üçün  mühüm  əhəmiyyətə  malik 

olan digər qanunvericilik normalarının mətni; 

503.1.6.  şübhəli  şəxsin  soyadı  və  adı,  onun  vətəndaşlığı,  habelə  onun  şəxsiyyəti 

barəsində digər məlumatlar; 

503.1.7.  zərər  çəkmiş  şəxsin  ərizəsi  əsasında  başlanan  cinayət  işləri  üzrə  zərər 

çəkmiş şəxslərin ərizələri və ziyanın ödənilməsi haqqında ərizələr; 

503.1.8. cinayət nəticəsində vurulmuş zərərin məbləği. 

503.2.  Cinayət  təqibinin  həyata  keçirilməsi  xahişi  ilə  rəsmi  müraciətə  xarici 

dövlətin  sorğu  edən  səlahiyyətli  orqanının  sərəncamında  olan  bütün  sənədlər  və 

sübutlar əlavə edilir. 

503.3. Xarici dövlətin sorğu edən səlahiyyətli orqanı tərəfindən başlanmış cinayət 

işi göndərildikdə həmin iş üzrə araşdırma Azərbaycan Respublikasının sorğu edilən 

cinayət  təqibi  orqanı  tərəfindən  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

müvafiq olaraq davam etdirilir. Cinayət işində olan hər bir sənəd və sübutlar xarici 

dövlətin səlahiyyətli orqanının gerbli möhürü ilə təsdiq edilməlidir. 

M a d d ə  

5 0 4 .  

C i n a y ə t  

t ə q i b i n i n  

n ə t i c ə l ə r i  

b a r ə d ə  

b i l d i r i ş

 

Azərbaycan  Respublikasının  sorğu  edilən  cinayət  təqibi  orqanı  cinayət  işi  üzrə 

yekun  qərar  barədə  xarici  dövlətin  sorğu  edən  səlahiyyətli  hakimiyyət  orqanına 

məlumat  verməlidir.  Xarici  dövlətin  sorğu  edən  səlahiyyətli  hakimiyyət  orqanının 

xahişi ilə onun ünvanına həmçinin iş üzrə yekun qərarının surəti göndərilir. 

M a d d ə   5 0 5 .   Ə ş y a l a r ı n   v e r i l m ə s i

 

505.1.  Azərbaycan  Respublikasının  sorğu  edilən  cinayət  təqibi  orqanı  xarici 

dövlətin sorğu edən səlahiyyətli orqanının xahişi ilə aşağıdakı əşyaları verir: 

505.1.1.  şəxsin  verilməsinə  səbəb  olan  cinayətin  törədilməsi  zamanı  istifadə 

edilən əşyalar, o cümlədən cinayətin aləti, cinayət nəticəsində əldə edilmiş və ya ona 

görə  haqq  kimi  alınmış  əşyalar,  habelə  bu  qaydada  əldə  edilmiş  əşyaların  əvəzinə 

cinayətkarın aldığı əşyalar; 

505.1.2. cinayət işində sübut əhəmiyyətinə malik ola biləcək əşyalar. 

505.2.  Bu  Məcəllənin  505.1-ci  maddəsində  göstərilən  əşyalar  həmçinin  şəxsin 

ölümü, qaçması və ya digər hallarla əlaqədar onun verilməsi mümkün olmadıqda da 

verilir. 

505.3.  Bu  Məcəllənin  505.1-ci  maddəsində  göstərilən  əşyalar  Azərbaycan 

Respublikasının  sorğu  edilən  cinayət  təqibi  orqanına  cinayət  işi  üzrə  sübut  kimi 

lazım olduqda onların verilməsi iş üzrə icraat qurtaranadək təxirə salına bilər. 

505.4.  Verilmiş  əşyalara  üçüncü  şəxslərin  hüququ  qüvvədə  qalır.  İş  üzrə  icraat 

qurtardıqdan  sonra  bu  əşyalar  onları  xarici  dövlətin  səlahiyyətli  hakimiyyət 



orqanına  vermiş  Azərbaycan  Respublikasının  sorğu  edilən  cinayət  təqibi  orqanına 

əvəzsiz olaraq qaytarılmalıdır. 

L V I I I   f ə s i l  

HÖKM VƏ YA MƏHKƏMƏNİN DİGƏR YEKUN QƏRARLARININ 

İCRASI QAYDASINDA İCRAAT 

M a d d ə   5 0 6 .   H ö k m   v ə   y a   m ə h k ə m ə n i n   d i g ə r   y e k u n  

q ə r a r l a r ı n ı n  

i c r a s ı n ı n  

c i n a y ə t  

c ə z a l a r ı n ı  

i c r a  

e d ə n  

m ü ə s s i s ə   v ə   o r q a n l a r   t ə r ə f i n d ə n   v a x t ı n d a   v ə   l a z ı m ı n c a  

t ə m i n   e d i l m ə s i   ü z r ə   m ə h k ə m ə l ə r i n   v ə z i f ə l ə r i

 

506.0.  Hökm  və  ya  məhkəmənin  digər  yekun  qərarlarını  çıxarmış  məhkəmələr 

(onların  çıxarılması  zamanı  məhkəmə  iclasında  sədrlik  edən  hakimlər)  aşağıdakı 

hərəkətləri yerinə yetirməlidirlər: 

506.0.1.  məhkəmələrin  qanuni  qüvvəyə  minmiş  hökmlərinin  və  ya  digər  yekun 

qərarlarının icrası barədə dərhal göstəriş vermək; 

506.0.2. hökm və ya məhkəmənin digər yekun qərarlarının vaxtında və lazımınca 

icrası  üzərində  nəzarəti  müvafiq  müraciətlərə  məhkəmə  iclasında  baxarkən  həyata 

keçirmək; 

506.0.3.  hər  hansı  şəxs  tərəfindən  hökmün  və  ya  məhkəmənin  digər  yekun 

qərarının  icra  edilməməsi  və  ya  onların  icrasına  maneçilik  törədilməsinin  hər  bir 

halına  onları  icra  etməyən  şəxs  barəsində  cinayət  təqibinin  başlanması  məqsədi  ilə  

prokurorun diqqətini cəlb etmək; 

506.0.4.  məhkumun  ərizəsinə  və  ya  cəzanı  icra  edən  müəssisə,  yaxud  orqanın 

təqdimatına  baxmaq,  habelə  öz  təşəbbüsü  ilə  hökmün  və  ya  məhkəmənin  digər 

yekun qərarının icrası ilə bağlı bütün şübhə və anlaşılmazlıqları həll etmək; 

ccxvi[216]

 

506.0.5. bu Məcəllədə nəzərdə tutulmuş digər səlahiyyətlərindən istifadə etmək. 

M a d d ə   5 0 7 .   H ö k m ü n   v ə   y a   m ə h k ə m ə n i n   d i g ə r   y e k u n  

q ə r a r ı n ı n   i c r a s ı   b a r ə d ə   h a k i m i n   g ö s t ə r i ş i

 

507.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası  barədə hakimin 

göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni 

qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir. 

507.2. Təqsirləndirilən şəxsə bəraət verilməsi və ya onun cəzadan azad edilməsi 

haqqında  məhkəmənin  hökmünün  icrası  barədə  hakimin  göstərişi  hökm  elan 

edildikdən  dərhal  sonra  verilir.  Belə  halda  məhkəmə  iclası  zalında  olan 

təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. 

507.3.  Hökm  elan  edildikdən  sonra  hakimin  göstərişi  ilə  aşağıdakı  hallarda 

təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir: 

507.3.1. şəxs cəza təyin edilmədən məhkum edildikdə; 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ocenka----otlichno---15.html

ocenka----otlichno---2.html

ocenka----otlichno---24.html

ocenka----otlichno---29.html

ocenka----otlichno---7.html