1 ... 16 17 18 19 20 21 22 23 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 20

səhifə20/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

olduğunu  məhkəmə  baxışı  zamanı  müəyyən  edərsə,  işi  məhkəmə  aidiyyəti  üzrə 

göndərməlidir. 

M a d d ə   7 6 .   C i n a y ə t   i ş i n i n   v ə   y a   d i g ə r   m a t e r i a l ı n  

m ə h k ə m ə   a i d i y y ə t i n i n   d ə y i ş d i r i l m ə s i

 

76.1.  Cinayət  işinin  və  ya  digər  materialın  ərazi  üzrə  məhkəmə  aidiyyəti  bu 

Məcəllənin  107,  109-cu  maddələrinin  müddəalarına  əsasən  aşağıdakı  hallarda 

dəyişdirilə bilər: 

76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin 

hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 

76.1.2. məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş 

etiraz təmin edildikdə; 

76.2.  Bu  Məcəllənin  76.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  məhkəmə 

aidiyyətinin  dəyişdirilməsinə  dair  qərar  müvafiq  apellyasiya  instansiyası 

məhkəməsinin sədri tərəfindən qəbul edilir. 

76.3.  Fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazidə  ədalət  mühakiməsinin  birinci 

instansiya  məhkəməsi  tərəfindən  həyata  keçirilməsi  qeyri-mümkün  olduqda  bu 

səlahiyyət  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi  tərəfindən  başqa  birinci 

instansiya məhkəməsinə verilə bilər. 

xxxv[35]


 

M a d d ə   7 7 .   M ə h k ə m ə   a i d i y y ə t i n ə   d a i r   m ü b a h i s ə l ə r i n  

h ə l l i

 

77.1. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. 

Məhkəmə  aidiyyəti  qaydalarına  müvafiq  olaraq  hər  hansı  cinayət  işi  və  ya  digər 

material  bir  məhkəmədən  digərinə  göndərildikdə  şərtsiz  olaraq  göndərildiyi 

məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir 

ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq 

apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 

77.2. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə 

cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır. 

M a d d ə   7 8 .   M ə h k ə m ə n i n   t ə r k i b i

 

78.1.  Azərbaycan  Respublikasının  məhkəmələrində  cinayət  işlərinə  hakimlər 

təkbaşına və ya kollegial tərkibdə baxırlar. 

78.2.  Böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayətlərə  dair  cinayət 

işlərinə  və  cinayət  təqibi  ilə  bağlı  digər  materiallara  birinci  instansiya 

məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır. 

78.3.  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının 

məhkəməsində,  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  Ağır  cinayətlərə  dair 

işlər  üzrə  hərbi  məhkəmənin  yurisdiksiyasını  həyata  keçirdikdə  müvafiq  hərbi 

məhkəmədə,  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının 



Məhkəməsində  və  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının 

Hərbi Məhkəməsində cinayət işlərinə andlı iclasçıların iştirakı ilə və ya üç hakimdən 

ibarət kollegial tərkibdə baxılır.

xxxvi[36]

 

78.4. Apellyasiya instansiyası məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə 

bağlı digər materiallara apellyasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət 

kollegial tərkibdə baxılır. 

78.5.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  cinayət  işləri  üzrə  üzrə 

kollegiyasında  və  ya  hərbi  məhkəmələrin  işləri  üzrə  kollegiyasında  cinayət  işlərinə 

və cinayət təqibi ilə bağlı digər materiallara kassasiya şikayəti və ya protesti üzrə üç 

hakimdən  ibarət  kollegial  tərkibdə,  həmin  işlərə  və  materiallara  əlavə  kassasiya 

qaydasında  və  ya  yeni  açılmış  hallar  üzrə  —  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsi Plenumunun iclasında baxılır. 

xxxvii[37]

 

78.6.  Bu  maddədə  nəzərdə  tutulmuş  qaydalara  zidd  olaraq  cinayət  işlərinə  və 

cinayət  təqibi  ilə  bağlı  digər  materiallara  baxılması  üçün  hər  hansı  hakimin  və  ya 

andlı iclasçının cəlb edilməsi qadağandır. 

M a d d ə   7 9 .   A n d l ı   i c l a s ç ı l a r   k o l l e g i y a s ı

 

79.1.  Bu  Məcəllənin  359-cu  maddəsində  nəzərdə  tutulmuş  hallarda  Ağır 

cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının  məhkəməsində, 

Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  Ağır  cinayətlərə  dair  işlər  üzrə  hərbi 

məhkəmənin  yurisdiksiyasını  həyata  keçirdikdə  müvafiq  hərbi  məhkəmədə,  Ağır 

Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  məhkəməsində  və  Ağır 

Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Hərbi  Məhkəməsində 

cinayət işlərinə baxılması üçün andlı iclasçılar kollegiyası yaradılır.

xxxviii[38]

 

79.2. Andlı iclasçılar kollegiyası bu Məcəllənin 360—366-cı maddələrində nəzərdə 

tutulmuş qaydada on iki əsas və iki ehtiyat andlı iclasçıdan ibarət tərkibdə yaradılır. 

79.3.  Məhkəmə  baxışı  nəticəsində  andlı  iclasçılar  kollegiyası  yalnız 

təqsirləndirilən  şəxsin  törədilmiş  cinayətdə  təqsirliliyinə  və  ya  təqsirsizliyinə  dair 

verdikt çıxarır. 

79.4.  Cinayətin  törədilməsi  və  cinayət  təqibi  ilə  bağlı  olan  hallardan  asılı  olaraq 

andlı iclasçılar kollegiyası məhkəmə iclasında sədrlik edənin diqqətini təqsirli bildiyi 

şəxsə qarşı mərhəmətli olmaq imkanına cəlb edə bilər. 

M a d d ə   8 0 .   H a k i m

 

80.1.  Cinayət  mühakimə  icraatında  hakimin  səlahiyyətləri  bu  Məcəllə  və 

Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir. 

80.2. Birinci  instansiya məhkəməsində cinayət işlərinə və cinayət təqibi  ilə  bağlı 

digər  materiallara  təkbaşına  baxan,  məhkəmə  baxışına  hazırlıq  görülməsi  və  ya 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmünün,  yaxud  digər  qərarının  icrasının 

təmin  edilməsini  həyata  keçirən  hakim  bu  Məcəllənin  müddəaları  ilə  müəyyən 

edilmiş məhkəmə səlahiyyətlərindən istifadə edir. 



:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ocenka-effektivnosti-11.html

ocenka-effektivnosti-3.html

ocenka-effektivnosti-8.html

ocenka-fakticheskogo-2.html

ocenka-farmakologicheskoj.html