1 ... 12 13 14 15 16 17 18 19 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 16

səhifə16/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

müddətlərinin  keçməsi  ilə  əlaqədar  cinayət  törətmiş  şəxslərin  müəyyən  edildiyi 

cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. 

xvii[17]

  

M a d d ə  

5 4 .  

C i n a y ə t  

t ə q i b i  

ü z r ə  

i c r a a t ı n  

b a ş a  

ç a t d ı r ı l m a s ı

 

54.0. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda başa çatır: 

54.0.1.  cinayət  təqibi  üzrə  icraata  tam  xitam  verilməsi  barədə  qərar  qüvvəyə 

mindikdə; 

54.0.2.  icrası  üçün  xüsusi  tədbirlərin  görülməsi  tələb  edilmədikdə,  cinayət  işi 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  və  ya  xüsusi  ittiham  qaydasında  icraatın 

materialları üzrə hökm və ya məhkəmənin digər yekun qərarı qüvvəyə mindikdə; 

54.0.3.  icrası  üçün  xüsusi  tədbirlərin  görülməsi  tələb  edildikdə,  cinayət  işi 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  və  ya  xüsusi  ittiham  qaydasında  icraatın 

materialları  üzrə  hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icraya 

yönəldilməsi təsdiq olunduqda. 

V   f ə s i l    

BƏRAƏT QAZANMA (REABİLİTASİYA). VURULMUŞ ZİYANIN 

ÖDƏNİLMƏSİ 

M a d d ə   5 5 .   Ş ə x s i n   b ə r a ə t   q a z a n m a s ı

 

55.1.  Məhkəmə  baxışı  zamanı  təqsiri  sübuta  yetirilməmiş  şəxs  həmin  məhkəmə 

baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz 

elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 

55.2.  Haqqında  məhkəmənin  bəraət  hökmü  çıxarılmış  və  ya  məhkəməyədək 

icraat  zamanı  cinayət  təqibinə  bəraətverici  əsasla  xitam  verilmiş  hər  hansı  şəxs 

təqsirsiz sayılır. 

55.3. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə 

xitam  verilmiş  şəxsin  mənzil,  mülkiyyət,  əmək  və  digər  hüquqlarına  hər  hansı 

məhdudiyyət qoyula bilməz. 

M a d d ə   5 6 .   V u r u l m u ş   z i y a n ı n   ö d ə n i l m ə s i   h ü q u q u   o l a n  

ş ə x s l ə r

 

56.0.  Aşağıdakılar  cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-

istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 

56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 

56.0.2.  bu  Məcəllənin  39.1.1,  39.1.2,  39.1.6—39.1.8,  39.2-ci  maddələrində  nəzərdə 

tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 



56.0.3.  bu  Məcəllənin  39.1.3,  39.1.4,  39.1.10  və  39.1.11-ci  maddələrində  nəzərdə 

tutulmuş  əsaslarla  barəsində  cinayət  təqibinə  xitam  verilməli  olan,  lakin  vaxtında 

xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 

56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində 

cinayət  təqibinə  xitam  verilməli  olan  və  buna  razılıq  alınmasına  baxmayaraq, 

haqqında cinayət təqibi davam etdirilən şəxs; 

56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi 

yerləşdirilmiş,  habelə  qanuni  əsas  olmadan  müəyyən  edilmiş  müddətdən  artıq 

həbsdə saxlanılmış şəxs; 

56.0.6.  cinayət  təqibi  üzrə  icraat  zamanı  qanunsuz  olaraq  bu  Məcəllənin  176  və 

177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə 

məruz qalmış şəxs. 

M a d d ə  

5 7 .  


V u r u l m u ş  

z i y a n ı n  

ö d ə n i l m ə s i n i n  

x ü s u s i y y ə t l ə r i

 

57.1.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi 

nəticəsində  bu  Məcəllənin  56-cı  maddəsində  nəzərdə  tutulmuş  şəxslərə  vurulmuş 

mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil 

hüquqları  bərpa  edilməli,  bunlar  mümkün  olmadıqda  isə  həmin  hüquqların 

pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 

57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır: 

57.2.1.  Bu  Məcəllənin  56.0.1,  56.0.2,  56.0.5  və  56.0.6-cı  maddələrində  göstərilən 

şəxslərə  —  cinayət  prosesini  həyata  keçirən  orqanın  cinayət  təqibini  istisna  edən 

müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra; 

57.2.2.  Bu  Məcəllənin  56.0.3  və  56.0.4-cü  maddələrində  göstərilmiş  şəxslərə  — 

müvafiq olaraq cinayət qanununun və ya amnistiya aktının qüvvəyə mindiyi andan. 

57.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin könüllü gəlməsi və ya 

sonradan  yalan  olduğu  aşkar  edilərək  məhkəmə  qarşısında  özlərinin  təqsirli 

olduqları  barədə  bəyanatları  ilə  özlərinə  qarşı  cinayət  təqibinin  başlanmasına  və 

prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları müəyyən edildikdə 

ziyan ödənilmir. 

M a d d ə   5 8 .   V u r u l m u ş   z i y a n a   g ö r ə   k o m p e n s a s i y a

 

58.1.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi 

nəticəsində  vurulmuş  maddi  ziyan  əsaslandırılaraq  hesablandıqdan  sonra 

kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 

58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər 

hal  nəzərdə  tutulmayıbsa,  məhkəmə  tərəfindən  ədalətli  hesab  olunmuş  məbləğdə 

ödənilir. 

58.3.  Bu  Məcəllənin  56-cı  maddəsində  göstərilən  şəxslərə  aşağıdakılara  görə 

kompensasiya verilir: 

58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 

58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən 

götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 

58.3.3. ödənilmiş məhkəmə xərcləri; 

58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 

58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 

58.4.  Həbsdə  saxlanılmasına,  məhkəmə  məsrəflərinə,  həbsdə  saxlanılarkən 

gördüyü  məcburi  işlərə  görə  haqqın  verilməsinə  sərf  olunmuş  məbləğlər  cinayət 

prosesini  həyata  keçirən  orqanın  səhvi  və  ya  sui-istifadəsi  nəticəsində  şəxsə 

vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 

58.5. Ziyan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərara 

əsasən  ödənilmişsə  və  sonradan  bu  qərar  ləğv  edilərək  müvafiq  şəxsin  barəsində 

həmin cinayət təqibi ilə əlaqədar ittiham hökmü çıxarılmışsa, ziyanın ödənilməsinə 

yönəldilmiş  məbləğlər  tutulması  üçün  məhkəmə  tərəfindən  təkrar  icraya  yönəldilə 

bilər. 

M a d d ə   5 9 .   V u r u l m u ş   z i y a n ı n   ö d ə n i l m ə s i   i l ə   b a ğ l ı  

d i g ə r   h ü q u q l a r ı n   b ə r p a s ı

 

59.1.  Bu  Məcəllənin  56-cı  maddəsində  göstərilən  şəxslərin  vurulmuş  ziyanın 

ödənilməsi ilə bağlı aşağıdakı hüquqları vardır: 

59.1.1. əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər 

vəzifəyə  təyin  olunmaq  və  ya  əvvəlki  vəzifəsini  itirməsi  ilə  əlaqədar  vurulmuş 

ziyana görə pul kompensasiyasını almaq; 

59.1.2. azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş 

stajına daxil etdirmək; 

59.1.3.  əvvəl  yaşadığı  evini  (mənzilini)  qaytarmaq,  bu  mümkün  olmadıqda  isə 

ona  bərabər  tutulan,  o  cümlədən  sahəsinə  və  yerləşdiyi  yerə  uyğun  yaşayış  evinə 

(mənzilə) köçürülmək; 

59.1.4. məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək; 

59.1.5. məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq. 

59.2.  Məhkəmə  tərəfindən  bəraət  verilmiş,  həmçinin  barəsində  cinayət  təqibinə 

xitam verilmiş şəxsin tələbi ilə: 

59.2.1.  məhkəmə  və  ya  istintaq  orqanı  iki  həftə  müddətində  bu  barədə  həmin 

şəxsin  əvvəlki  və  ya  hazırkı  iş  yerinə,  təhsil  aldığı  yerə,  yaşayış  yerinə  məlumat 

verməlidir; 

59.2.2.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsi  ləkələyən  cinayət  təqibi  haqqında 

məlumatlar  dərc  edən  kütləvi  informasiya  vasitəsi  vətəndaşın  təqsirsizliyini  şübhə 

altına  almadan  bir  ay  müddətində  iş  üzrə  yekun  qərarı  haqqında  məlumat 

verməlidir. 



:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ocenka-funkcionalnogo.html

ocenka-haraktera-rodovoj.html

ocenka-i-analiz-vneshnej-2.html

ocenka-immunnogo-statusa-.html

ocenka-ishodov---uchebnoe.html