1 ... 47 48 49 50 51 52 53 54 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 51

səhifə51/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

M a d d ə   1 4 4 .   S ü b u t l a r ı n   y o x l a n ı l m a s ı

 

Cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  tam,  hərtərəfli  və  obyektiv 

yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur 

və  bir-biri  ilə  müqayisə  edilir,  yeni  sübutlar  toplanır,  əldə  olunmuş  sübutların 

mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 

M a d d ə   1 4 5 .   S ü b u t l a r ı n   q i y m ə t l ə n d i r i l m ə s i

 

145.1.  Hər  bir  sübut  mənsubiyyəti,  mümkünlüyü,  mötəbərliyi  üzrə 

qiymətləndirilməlidir.  Cinayət  təqibi  üzrə  toplanmış  bütün  sübutların  məcmusuna 

isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 

145.2.  Təhqiqatçı,  müstəntiq,  prokuror,  hakim  və  ya  andlı  iclasçılar  qanunu  və 

vicdanını  rəhbər  tutaraq  sübutların  məcmusunun  hərtərəfli,  tam  və  obyektiv 

baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 

145.3.  İttihamın  sübut  olunmasında  yaranan  şübhələri  digər  sübutlarla  aradan 

qaldırmaq  mümkün  olmadıqda,  onlar  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  xeyrinə 

təfsir edilir. 

M a d d ə   1 4 6 .   S ü b u t l a r ı n   k i f a y ə t   e t m ə s i

 

146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən 

edilməli  hallar  üzrə  mümkün  sübutların  elə  bir  həcmi  nəzərdə  tutulur  ki,  onlar 

sübut  etmə  predmetinin  müəyyən  edilməsi  üçün  mötəbər  və  yekun  nəticəyə 

gəlməyə imkan versin. 

146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına 

kömək edir: 

146.2.1.  ibtidai  araşdırmanın  və  ya  məhkəmə  baxışının  məqsədyönlü 

aparılmasına; 

146.2.2.  cinayət  təqibi  üzrə  məhkəmə  perspektivinin  vaxtında  müəyyən 

edilməsinə; 

146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 

146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 

146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 

146.3.2.  ibtidai  araşdırmanın  və  ya  məhkəmə  baxışının  uzadılmasına 

(süründürməçiliyə); 

DÖRDÜNCÜ BÖLMƏ  

PROSESSUAL MƏCBURİYYƏT TƏDBİRLƏRİ 

X V I   f ə s i l    

TUTULMA 

M a d d ə   1 4 7 .   C i n a y ə t   p r o s e s i n d ə   t u t u l m a n ı n   t ə t b i q i

 

147.1. Cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 

147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 

147.1.2.  ittiham  elan  edilməli  olan  şəxsə  və  ya  haqqında  seçilmiş  qətimkan 

tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 

147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi 

göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin,  yaxud  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 

ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. 

147.2. Tutulma aşağıdakı hallarda tətbiq edilir: 

147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 

147.2.2.  bu  Məcəllənin  147.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  şəxs  haqqında 

cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 

147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi 

göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə 

şərti  məhkum  etmənin  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin 

ləğvi  məsələsinin  həllinədək  məhkumun  tutulması  barədə  məhkəmənin  qərarı 

olduqda. 

147.3. 

Şəxsin 


qanunsuz 

tutulması 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

M a d d ə   1 4 8 .   C i n a y ə t   t ö r ə t m ə s i n ə   ş ü b h ə   y a r a n d ı q d a  

ş ə x s i n   t u t u l m a s ı

 

148.1.  Cinayət  törətməsinə  şübhə  yarandıqda  şəxsin  tutulması  onun  cinayət 

törətməsinə  bilavasitə  şübhə  yarandığı  və  ya  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 

əməli  törətməsindən  şübhələnməyə  əsas  verən  digər  məlumatlar  olduğu  hallarda 

həyata keçirilir. 

148.2. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat 

orqanının  digər  əməkdaşı,  müstəntiq  və  ya  prokuror  onun  tutulmasını  aşağıdakı 

hallarda tətbiq edə bilər: 

148.2.1.  şəxs  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törədərkən,  yaxud 

bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 

148.2.2.  zərər  çəkmiş,  yaxud  hadisəni  görən  digər  şəxslər  cinayət  qanunu  ilə 

nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 

148.2.3.  şəxsin  bədənində,  üstündə,  paltarında  və  ya  istifadə  etdiyi  digər 

əşyalarda,  yaşayış  yerində,  nəqliyyat  vasitəsində  cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. 

148.3.  Şəxsin  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətməsindən 

şübhələnməyə  əsas  verən  digər  məlumatlar  olduqda,  o,  təhqiqatçı,  təhqiqat 

orqanının  digər  əməkdaşı,  müstəntiq  və  ya  prokuror  tərəfindən  aşağıdakı  hallarda 

tutula bilər: 

148.3.1.  hadisə  yerindən  qaçıb  gizlənməyə,  yaxud  cinayət  prosesini  həyata 

keçirən orqandan gizlənməyə cəhd göstərdikdə; 

148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda; 

148.3.3. şəxsiyyəti müəyyən edilmədikdə. 

148.4. Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan 

biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. 

Cinayət  işinin  başlanmasına  dair  qərar  şəxsin  tutulduğu  andan  24  saat  keçənədək 

qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Belə qərar qəbul olunsa da 

şəxsin  tutulması  48  saatdan  artıq  davam  edə  bilməz.  Tutulmuş  şəxsə  tutulduğu 

andan  48  saat  keçənədək  ittiham  elan  edilməli,  həbslə  bağlı  prokurorun  təqdimatı 

olduqda  isə  o,  məhkəməyə  gətirilməli,  məhkəmə  işə  təxirə  salınmadan  baxmalı  və 

onun  haqqında  həbs  qətimkan  tədbirinin  seçilməsi  və  ya  onun  azad  edilməsi 

haqqında qərar çıxarmalıdır. 

lxi[61]


 

M a d d ə   1 4 9 .   H a d i s ə n i   g ö r ə n   ş ə x s i n   k ö m ə y i   i l ə   c i n a y ə t  

t ö r ə t m i ş   ş ə x s i   t u t u b   s a x l a m a n ı n   x ü s u s i y y ə t l ə r i

 

149.1.  Cinayət  baş  verdikdə  və  ya  cinayət  baş  verdikdən  bilavasitə  sonra  onu 

törətmiş  şəxs  gizlənməyə  cəhd  göstərdikdə,  hadisəni  görən  şəxs  onun  yaxalanması 

üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər, o cümlədən: 

149.1.1. müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər; 

149.1.2. cinayət törətmiş şəxsin üstündə silah və ya başqa təhlükəli alətin, yaxud 

cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə onun 

üstünü  yoxlayaraq  bu  əşyaları  cinayət  təqibi  orqanına  təqdim  etmək  üçün  götürə 

bilər. 

149.2.  Cinayət  təqibi  orqanının  əməkdaşı  olmadıqda,  cinayəti  törətmiş  şəxsi 

yaxalayan  dərhal  polis  çağırmalı,  bunu  etmək  mümkün  olmadıqda  isə  tutulmuş 

şəxsi təxirə salınmadan məcburi qaydada polisə çatdırmalıdır. 

M a d d ə   1 5 0 .   İ t t i h a m   e l a n   e t m ə k   ü ç ü n   ş ə x s i n   t u t u l m a s ı

 

150.1.  Cinayət  işi  üzrə  toplanmış  sübutlar  şəxsin  cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və  bu şəxs  başqa ərazidə 

yaşadıqda,  yaxud  onun  olduğu  yer  məlum  olmadıqda,  müstəntiq  və  ya  prokuror 

həmin  şəxsin  tutulması  barədə  qərar  çıxara  bilər.  Cinayət  prosesini  həyata  keçirən 

orqandan  gizlənən  və  ya  çağırışa  gəlməkdən  qəsdən  boyun  qaçıran  şəxsə  ittiham 

elan  etmək  üçün  onun  tutulması  haqqında  qərar  çıxarıldıqda,  müstəntiq  və  ya 

prokuror eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir. 



:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ocenka-rezultatov-obshego.html

ocenka-riska-smerti-i.html

ocenka-sistemi-dihaniya--.html

ocenka-sokratitelnogo.html

ocenka-sostoyaniya-3.html