1 ... 46 47 48 49 50 51 52 53 ... 190

Microsoft Word az criminal Procedure Code - səhifə 50

səhifə50/190
tarix14.02.2018
ölçüsü4.18 Mb.

verilməsi  haqqında  qərarı  qüvvəyə  mindikdən  sonra  cinayət  təqibi  üzrə  icraatın 

materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla 

bilər.  Bu  halda  müstəntiq,  prokuror  və  ya  məhkəmə  cinayət  təqibi  üzrə  icraatın 

materiallarına  saxlandığı  yerdən  asılı  olaraq  qaytarılan  sənədlərin  surətlərini 

çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır. 

M a d d ə   1 3 7 .   Ə m ə l i y y a t - a x t a r ı ş   f ə a l i y y ə t i n i n   g e d i ş i n d ə  

ə l d ə  

e d i l m i ş  

m a t e r i a l l a r d a n  

s ü b u t  

k i m i  

i s t i f a d ə  

e d i l m ə s i

 

Əməliyyat-axtarış  fəaliyyəti  nəticəsində  əldə  edilmiş  materiallar  «Əməliyyat-

axtarış  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  əldə 

olunduqda və  bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, 

cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.  

M a d d ə   1 3 7 - 1 .  Kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti  nəticəsində  əldə 

edilmiş materiallardan sübut kimi istifadə edilməsi 

lx[60]


 

137-1.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, 

sənədlər  və  digər  əşyalar  "Əməliyyat-axtarış  fəaliyyəti  haqqında"  Azərbaycan 

Respublikasının  Qanununa  uyğun  əldə  olunduqda  və  bu  Məcəllənin  tələblərinə 

uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə 

bilər.  


137-1.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri yalnız həmin fəaliyyəti 

həyata  keçirən  orqanın  səlahiyyətli  şəxsinin  qərarı  əsasında  ibtidai  araşdırmanı 

aparan orqana və ya məhkəməyə verilə bilər. 

X V   f ə s i l    

SÜBUTETMƏ 

M a d d ə   1 3 8 .   S ü b u t e t m ə n i n   a n l a y ı ş ı

 

138.1.  Sübutetmə  ittihamın  qanuni,  əsaslı  və  ədalətli  həlli  üçün  əhəmiyyət  kəsb 

edən  halların  müəyyən  edilməsi  məqsədi  ilə    sübutların  əldə  edilməsindən, 

yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 

138.2.  Təqsirləndirilən  şəxsin  cinayət  məsuliyyətinə  cəlb  olunması  əsaslarını  və 

onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 

M a d d ə   1 3 9 .   S ü b u t   e d i l m ə l i   h a l l a r

 

139.0.  Cinayət  təqibi  üzrə  icraat  zamanı  aşağıdakılar  yalnız  sübutlara  əsasən 

müəyyən edilir: 

139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 

139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 

139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 



139.0.4.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədilməsində  şəxsin 

təqsirliliyi; 

139.0.5.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  cəzanı  yüngülləşdirən  və 

ağırlaşdıran hallar; 

139.0.6.  bu  Məcəllə  ilə  başqa  hal  nəzərdə  tutulmamışsa,  cinayət  prosesi 

iştirakçısının  və  ya  cinayət  prosesində  iştirak  edən  digər  şəxsin  öz  tələbini 

əsaslandırdığı hallar. 

M a d d ə   1 4 0 .   B ə z i   s ü b u t l a r   ə s a s ı n d a   m ü ə y y ə n   e d i l ə n  

h a l l a r

 

140.0.  Cinayət  prosesi  gedişində  aşağıdakı  hallar  yalnız  aşağıda  göstərilən 

sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 

140.0.1.  ölümün  səbəbi,  bədən  xəsarətinin  ağırlıq  dərəcəsi  və  xarakteri  —  tibb 

sahəsində ekspertin rəyi; 

140.0.2.  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  ictimai  təhlükəli  əməli  törətdiyi 

zaman  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin  müvəqqəti  pozulması,  kəmağıllıq  və 

ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki 

xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etmək,  yaxud  onları  idarə  edə  bilmək 

iqtidarında olub-olmaması — psixiatriya sahəsində ekspertlərin rəyi; 

140.0.3.  şahidin  və  ya  zərər  çəkmiş  şəxsin  cinayət  işi  üzrə  müəyyən  edilməli 

halları xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya 

sair  psixi  xəstəlik  nəticəsində  düzgün  qavrayıb  təsvir  edə  bilməməsi  —  psixiatriya 

sahəsində ekspertlərin rəyi; 

140.0.4. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə 

çatması  haqqında  sənədləri  olmadıqda  yaşın  müəyyən  edilməsi  —  tibb  və 

psixologiya sahəsində ekspertlərin rəyi; 

140.0.5. təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən 

cəza təyin edilməsi — məhkəmə hökmünün surəti. 

M a d d ə   1 4 1 .   S ü b u t s u z   m ü ə y y ə n   e d i l ə n   h a l l a r

 

141.1. Cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı 

hallar sübut edilmiş hesab olunur: 

141.1.1. ümumi məlum olan faktlar; 

141.1.2.  müasir  elmdə,  texnikada,  incəsənətdə  və  digər  sahələrdə  ümumi  qəbul 

edilmiş təhqiqat metodlarının düzgünlüyü; 

141.1.3.  məhkəmə  üçün  preyudisial  qaydada  məcburi  qüvvəyə  malik  qərarla 

müəyyən edilmiş hallar. 

141.2.  Cinayət  prosesinin  tərəfləri  cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edən  hər 

hansı  halı  tədqiq  etmədən  onun  mövcudluğu  və  ya  müəyyən  qiymət  verilməsi 

barədə  razılığa  gələ  bilərlər.  Cinayət  təqibi  üzrə  icraatın  materiallarında  olan 

sübutlara  əsasən  məhkəmə  bu  halların  mövcudluğu  və  ona  verilmiş  qiymətin 

qanunla  ziddiyyət  yaratmadığını  qəbul  etdikdə,  belə  razılıq  hökmün  və  ya  digər 

qərarın əsası kimi qəbul edilə bilər. Bu halda sübutların tədqiq edilmədən müəyyən 

olunmuş  halları  cinayət  prosesinin  digər  iştirakçılarına  deyil,  yalnız  razılığa 

gələnlərə münasibətdə müəyyən edilmiş hesab olunur. 

141.3.  Aşağıdakı  hallar  cinayət  təqibi  üzrə  icraatın  materiallarından  istifadə 

edilmədən müəyyən edilmiş hesab olunur: 

141.3.1. şəxslərin qanunu bilməsi; 

141.3.2. şəxslərin xidməti ilə əlaqədar vəzifələrini və öz peşə qaydalarını bilməsi; 

141.3.3. şəxs xüsusi hazırlığın və ya təhsilin olmasını təsdiq edən sənədlər təqdim 

etmədikdə,  yaxud  xüsusi  hazırlıq  və  təhsil  verən  müəssisə  və  ya  digər  təşkilatın 

adını bildirmədikdə, onun xüsusi hazırlığının və təhsilinin olmaması. 

M a d d ə   1 4 2 .   P r e y u d i s i y a

 

142.1. Cinayət təqibi  üzrə məhkəmənin qanuni qüvvəyə minmiş  hökmü cinayət 

təqibi  üzrə  icraatda  həm  müəyyən  olunmuş  hallara,  həm  də  onların  hüquqi 

qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 

142.2.  Mülki  işlər  üzrə  qanuni  qüvvəyə  minmiş  məhkəmənin  qərarı  cinayət  işi 

üzrə  icraatda  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəməyə  yalnız  hadisənin 

yaxud  hərəkətin  olub-olmaması  hissəsində  məcburidir  və  təqsirləndirilən  şəxsin 

təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. 

M a d d ə   1 4 3 .   S ü b u t l a r ı n   t o p l a n ı l m a s ı

 

143.1.  Sübutların  toplanılması  ibtidai  araşdırma  və  məhkəmə  baxışı  zamanı 

dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və 

digər prosessual hərəkətlərlə həyata keçirilir. 

143.2.  Təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  məhkəmə  cinayət  prosesi 

tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, 

hüquqi  və  vəzifəli  şəxslərdən,  habelə  əməliyyat-axtarış  fəaliyyətini  həyata  keçirən 

orqanlardan  cinayət  təqibi  üzrə  əhəmiyyət  kəsb  edən  sənəd  və  əşyaları  təqdim 

etməyə,  yoxlama  və  təftişin  keçirilməsini  səlahiyyətli  orqanlardan  və  vəzifəli 

şəxslərdən tələb etməyə haqlıdır. 

143.3.  Bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  cinayət  prosesində 

iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar 

təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, 

həmçinin  müxtəlif  təşkilatlardan  və  birliklərdən  arayış,  xasiyyətnamə  və  digər 

sənədlər tələb etməyə haqlıdır. 

143.4.  Şübhəli,  təqsirləndirilən  şəxs,  müdafiəçi,  ittihamçı,  zərər  çəkmiş  şəxs, 

mülki  iddiaçı,  mülki  cavabdeh  və  onların  nümayəndələri,  fiziki  və  hüquqi  şəxslər 

sübut  hesab  oluna  bilən  əşya  və  sənədləri,  habelə  şifahi  və  ya  yazılı  məlumatları 

təqdim etməyə haqlıdırlar. 


:

media -> National%20Legislation -> Azerbaijan
Azerbaijan -> Microsoft Word az decision 225 Infectious Diseases
Azerbaijan -> Microsoft Word az law Industrial Consumer Waste
Azerbaijan -> Microsoft Word az decision 213 Medical Waste
Azerbaijan -> Microsoft Word az law Environmental Protection
Azerbaijan -> Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki
Azerbaijan -> Microsoft Word az law Sanitary Epidemiological Well-being
Azerbaijan -> Microsoft Word az law Police
Azerbaijan -> Microsoft Word az law Phytosanitary Control


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ocenka-sostoyaniya-ploda--2.html

ocenka-sovremennogo-2.html

ocenka-stavitsya-po.html

ocenka-stepeni-svyazi-v.html

ocenka-stepeni.html