1 ... 51 52 53 54 55 56 57 58 ... 89

Microsoft Word Baba n r variant seva - səhifə 55

səhifə55/89
tarix25.06.2018
ölçüsü1.74 Mb.

166 

aprel 2010). Böyük alim bütün fikir münasibətlərində tövsiyə verir, 

nümunəvi yol göstərir. O yolu ki,  onun sonunda hər əli qələm tutan 

kəs göstərə bilməz. Necə ki, Tofiq müəllim  demiş “... doqquz 

beyitlik bir qəzəl götürüb, onun bələdçiliyi ilə  qədim tarixə malik 

olan Azərbaycan şeirinin səkkiz yüz illik dövrünü izləyir. İyirmi iki 

səhifəlik məqalədə müəllif bir kitabın sözünü deyib”. 

İkinci Dünya müharibəsi (1941-1945) haqqında çoxlu sayda 

tədqiqat əsərləri yazılıb. Nədənsə müharibə ilinin ədəbiyyatında söz 

düşəndə, bir məqalə yazmalı olanda ilk istinadgah nöqtəsi, ilk 

mənbə kimi Bəkir müəllimin “Müharibə  və  ədəbiyyat” monoq-

rafiyası yada düşür. Çünki bu ədəbi məhsul istedadlı alimin düzgün 

elmi  əsaslar üzrə ümumiləşdirmələr aparmasından sonra meydana 

çıxıb. Akademik Həmid Araslı  Bəkir müəllimin yaradıcılığını 

səciyyələndirərkən “Firudin bəy Köçərlinin çoxşahəli fəaliyyətinin 

elmi  əhəmiyyətini  açıb göstərən ilk və bu günə qədər yeganə kitabı 

Bəkir Nəbiyev yazmışdır. Bəkir Nəbiyevin  əsərləri, xüsusən, 

“Azərbaycan  ədəbiyyatı Böyük Vətən müharibəsi illərində”, 

“Süngüyə çevrilən qələm”, “Böyük Vətən müharibəsi və Azərbay-

can  ədəbiyyatı” kitabları müharibə dövrünün Azərbaycan  ədəbiy-

yatının monumental mənzərəsini yaratdığı, ... yazılmış  əsərləri 

sistemə salıb istiqamətlərini müəyyən etdiyi üçün həm mütəxəssis-

lərin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır- 

demişdir ”. 

Bu gün 80 yaşının tamam olmasına baxmayaraq, istər dövlət 

tədbirlərində, yubiley gecələrində, istərsə də dövri mətbuatda ən çox 

çıxış edənlərdən birincisi ədəbiyyatşunas Bəkir Nəbiyevdir. Onun 

hər bir çıxışı, yeni bir əsəri filologiya elmimiz üçün, tənqidimiz 

üçün yeni töhfə və ərmağandır. Xalq şairi Bəxtiyar Vahabzadə ona 

həsr olunmuş “Zirvəyə gedən yol” adlı məqaləsi ilə əlaqədar Bəkir 

müəllim özü haqqında yazır: “Bu məqalə yaradıcılığımın müəyyən 

dövrünə işıq salıb ondan sonra keçəcəyim yollara yön verdi”. 

Azərbaycan ədəbiyyatı tarixinin mükəmməl bilicisinin ayrı-ayrı 

əsərləri haqqında yazmaq çətindir. Çünki bunun üçün gərək cild-

cild  əsərlər yazasan. Sadəcə, biz neçə illər onunla üzbəüz oturub 

(Allah bu xoşbəxtliyi mənə nəsib etdiyi üçün ona şükürlər edirəm) 

ünsiyyətdə olduğumuz üçün alimin portret cizgilərindən, xarak-

167 

terindən,  əsasən də  işləmə metodundan az da olsa söhbət açmağı 

daha önəmli, özünə  mənəvi borc saydıq. Onsuz da Bəkir müəllim 

haqqında dostları, müasirləri, tələbə-aspirantları o qədər yazıblar ki, 

şişirmə olmasın  əsərlərinin yarısı  qədərdir. Xalq şairi Fikrət Qoca 

poetik dillə böyük alimi, həmyerlisini belə xarakterizə edir: 

   

 

Alim çoxdur dünyada  

 

Bəkirsə də dürdanədir. 

 

 

 

Bəkir çoxdur dünyada  

 

Ağdaşlı – bir danədir.   

 

 

Deputat tribunası 

 

- Milli Məclisdə təbii ehtiyatlar, energetika və ekoloji məsə-

lələr komissiyasının üzvüsünüz. Fəaliyyət göstərdiyiniz komis-

siyanın qəbul etdiyi qanunların keyfiyyəti sizi qane edirmi? 

-  Şübhəsiz, çox mühüm qanunlar qəbul etmişik. Asiya xanım 

komissiya sədri kimi özü də çox işləyir, bizi də çox işlədir. 

Təvazökarlıqdan uzaq olsa da, bəlkə  də bizim komissiya qədər 

qanun qəbul edən yoxdur. Bu gün cəmiyyətimizdə energetikaya dair 

problemlər boldur. Ekologiya da insan amili, yaşayışı, sağlamlığı 

üçün vacib və zəruridir. Qəbul olunan qanunlar işləsə xalqın sosial 

sahədə  vəziyyəti yaxşı olar. Mən qələm sahibiyəm. Mədəniyyət 

haqqında qanun qəbul olunurdu. Bildiyimiz kimi o komissiyanın 

sədri yazıçı dostum Anardır. Mən orada çıxış etdim, həmin sahədə 

olan acınacaqlı  vəziyyət barədə fikir və mülahizələrimi söylədim. 

Əmək haqlarının aşağı olması, diqqətsizlik və qayğısızlıq mənəvi 

dəyərlərimizi itirməklə  nəticələnib. Mədəniyyət sahəsi bu gün 

maddi köməyə möhtacdır. Hörmətli prezidentimiz son vaxtlar nə 

qədər mədəniyyət-incəsənət xadiminə  təqaüdlər ayırdı,  əmək 

haqlarını artırdı, orden-medallarla təltif etdi. Etiraf edirəm ki, heç 

bir MDB ölkəsində belə  iş yoxdur. “Azərbaycan”, “Ulduz”, 

“Literaturnu Azərbaycan” jurnalları  və  “Ədəbiyyat” qəzeti bağla-

nırdı. 70-80 ildir bunlar nəşr olunur. Ədəbiyyatın təbliğində onların 

168 

misilsiz xidmətləri olub. Heydər  Əliyevin bilavasitə qayğısı ilə 

həmin ədəbi orqanlara maddi kömək olundu. Onlar elə bil yenidən 

həyata qaytarıldı. Yazıçılar bu jurnallardan həm maddi, həm də 

mənəvi yardım alırlar.  

- Cabir Novruz həyatını sərt, boz üzünə sinə gərək yaşayıb, 

yazıb-yaradıb. Bəs bu gün necə? Axı siz deputatsınız? 

- Həyat ümümən sərtdir. Şairlər üçün daha çox ona görə sərtdir 

ki, xalqın taleyi ilə yaşayırlar. Çətinlik olanda şair xiffət çəkir, na-

rahat olur. Dağlıq Qarabağ bizi çətin günlərə  düçür edib. Bu kon-

flikt sülh yolu ilə  həll olunmalıdır. Başqa yol görmürəm. Bütün 

bunlar bizim həyatımızı da, günümüzü də  sərt edib. 1994-cü il 4 

oktyabrda gecə saat 3-də prezident Heydər  Əliyevin yanında 

“Özünü qoru xalqım”  şeirini oxudum. Xalqın belə bir dövründə 

sakit, rahat, xoşbəxt ola bilmərik. Istər deputat, istər şair, istərsə də 

vətəndaş kimi. Bütün varlığımızla amalımız uğrunda mübarizə 

aparmalıyıq.  

- Cabir müəllim gec çap olunmursunuz ki? 

- 1996-cı ildə “Özünü qoru xalqım”, 1999-cu ildə isə “Yaza 

həsrət günlər kimi” şeir kitablarım nəşr olunub. Ötən il 

“Azərbaycan” jurnalının 5-ci sayında “İxtiyarım olsaydı” poemam 

dərc olundu. Son illərin dərd-sərini orada poetik dillə deməyə 

çalışmışam.  

- Seçicilərinizin sosial məsələləri ilə maraqlanır və ya 

görüşlərinə gedirsinizmi? 

- Mütəmadi olaraq Abşeron rayonunda olur, irili-xırdalı bütün 

tədbirlərində iştirak edirəm. Problemlərin həlli üçün səy göstərirəm. 

Hesab edirəm ki, deputat xalqın içərisində olmalıdır.  

- Son vaxtlar musiqiçilər üçün nəğmələr yazırsınız? 

 -  Bəli. Sizinlə söhbətdən əvvəl deputat həmkarım, xalq artisti 

Zeynəb Xanlarova ilə söhbət edirdim. Təzə bir İlahi duası kimi “Ya 

Rəbb” kantatası hazırlayırıq. Bəstəkarı Tahir Əkbərovdur. Bu 

kantata  İlahiyə bir yalvarışdır. Dünya narahatdır. O qədər nüvə 

silahları yaranıb ki, bəşəriyyəti məhv edə bilər. Bu çağırışla Allahı 

köməyə çağırır. Bu ruhda insan və zaman, insan və dünya fonunda 

tanrıya minnət edərək bəşəri nakəslərdən xilasa çağırırıq.  Bəstəkar 

Tahir Əkbərov “Amin”, “Sən elə vaxtda rast gəldin mənə”, “Ağrın 


:

Kitab -> 2016
2016 -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
2016 -> Uot 328 (479. 24) Квт 66. 61(2)
2016 -> Fuad Məmmədov
2016 -> Microsoft Word metodik vesait
2016 -> []
2016 -> Ağirliq qaldiranlarin həRTƏRƏFLİ
2016 -> Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


oni-vernulis-s-pobedoj-3.html

onihomikoz--osnovnie.html

oniks---polnaya.html

oninshi--auil.html

onishuk-l-nnovatika--.html